Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə10/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
25 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Orhun bəy əvvəlcə məni İstanbulda tutduğu evdə saxlayırdı. İstəmirdi ki, kimsə onun bir fahişə 
ilə yaşadığını bilsin. Çünki müsabiqə barədə məlumatlar bura da çatmışdı. Hələ bəlkə Bakıda da 
bunu bilirdilər. 
- Yox, biz sənin barəndə Türkiyə mətbuatından xəbər tutmuşduq. Model olandan sonra, - dedim. 
- Mənsə elə bilirdim ki... Nəysə... Orhun bəyin heç kimi yoxuydu. Arvadıyla 11 il yaşamışdı, 
amma sonradan ayrılmışdılar, varisi də yox idi. Bir il ayrı yaşadıqdan sonra o, məni atasından 
qalma malikanəyə gətirdi. Atası orduda general olmuşdu.  
Sən malikanəni görməmisən, çox gözəldir, Mərmərənin düz sahilində yerləşir. Vaxt gələr, mən 
sənə oranı göstərərəm. Burdan malikanəyə 3-4 kilometr ancaq olar. 
Orhun bəy məni çox sevirdi, ona görə də ölməzdən öncə mənim arzularımı həyata keçirmiş, 
"Bahar çiçəkləri" gözəllik salonunu açdırmış, sən bayaq onu gördün, gözəldi, eləmi? - başımla 
təsdiqlədim, - vərəsəlik hüququnu da mənə vermişdi. Onun ürəktutması vardı və gecələrin 
birində ürəktutmasından keçindi. Çox qorxmuşdum. Onun ölüsündən yox, tək qalmağımdan. İlk 
günlər nə edəcəyimi bilmirdim. Sağ olsun dostlar, məni bu vəziyyətdən çıxardılar. 
- Dostların arasında Sərdar Küçükbəy də vardı, yəqin? - deyə söz atdım. 
- Yox, biz onunla sonralar tanış olmuşuq. Özü də mən Orhun bəyə sədaqətliydim. 
"Orhun bəyə sədaqətliydim". Züleyxanın bu fikri, yəni keçmiş zamanda danışması çox məsələyə 
ayıdınlıq gətirdi. Amma bu mənim vecimə deyildi. Qatar çoxdan getmişdi. 
- İndi mən İstanbul zənginlərindən biriyəm. Çox istərdim ki, Bakıya gedim, köhnə məhləmizi 
görüm. Amma qorxuram, - Züleyxa ani pauzadan sonra dedi. 
- Sənin məhəllən artıq yoxdur, qonşular da köçüb. Oranı çoxdan söküblər. İndi bizim 
məhəlləmizdə göydələnlər ucalır. 
Mənim bu sözlərimdən o xeyli pəjmürdə oldu. 
- Duşxananı da söküblər, yəqin? - öz-özünə pıçıldadı, sonra və sanki qorxa-qorxa, - bəs Yusif? 
Ondan nə xəbər var, - deyə soruşdu. 
- Yusif şəhid oldu, - dedim. 
- Deməli, mən düz eləmişəm, cavan bir şəhidin dünyadan nakam getməsinə imkan verməmişəm
- dedi və nədənsə güldü.  
Mən dinmədim. Bu necə gülüş idi? Onun əsəbdənmi, sevincdənmi gülməyini ayırd etməyə 
çalışdım. O da mənim baxışlarımı tutdu, sanki özünü yığışdırdı və yəqin ki, könlümü ələ almaq 
üçün qəfildən: 
- Bizdən də yazıçı çıxarmış, - deyə güldü. 
- Bakıya niyə qayıtmadın? 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
26 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
- Məni orda gözləyən yox idi. Həm də mən şöhrətliydim. İstəmirdim ki, nüfuzuma xələl gəlsin. 
Mən oradakı qəzetlərin qınaq və gülünc yeri ola bilərdim. 
Biz bir müddət danışmadıq, sanki danışmağa sözümüz yoxuydu. Bəlkə elə ona görə də Züleyxa 
ayaqyoluna getdi.  
Mən indi İstanbulun ən gözəl yerlərindən birində oturub, ətrafı seyr edirdim. Dünənki konfransı 
xatırlayırdım. 
 
* * * 
 
İstanbula "Qloballaşan dünyada Şərq və Qərb münasibətləri" mövzusunda beynəlxalq konfransa 
dəvət almışdım. Boğaziçini dövrələyən villalara, malikanələrə baxdıqca, doğma şəhərimi 
düşünürdüm. Keçmiş Bakı da alt-üst olmuşdu. Cavanlar yeniləşən şəhərə böyük ümidlə, qocalar 
inamsızlıqla yanaşırdılar. Qocalar ölməyə tələsirdilər. Çünki bu şəhərdə onların uşaqlığını, 
cavanlığını xatırladan çox az şey qalmışdı. Xatirələr köhnə binalarla birgə dəfn olunurdu. 
Xatirələr silinəndə adamlar da yox olur, cismlərindən qabaq ruhları ölür. 
 
Konfransdakı çıxışım zamanı qloballaşan dünyada insanların çaşdığını, qərblimi, şərqlimi olmaq 
dilemması qarşısında qaldığını deyirdim.  
- Qloballaşmadan danışırsınız. Qloballaşma dinsizliyi, dilsizliyi, imansızlığı, sərhədsizliyi təbliğ 
edir. Çünki monodil dilsizlik, dinsizlik deməkdir. Hər quşun, ağacın dili olduğu kimi, millətlərin 
də öz dili olmalıdır. Yalnız quldurların, terrorçuların, fahişələrin vahid dili və dini ola bilər. 
Çaşan insanlar yolunu azmış heyvan sürüsünə bənzəyir, qarşısına çıxan hər şeyi və hər kəsi 
tapdalayırlar. 
Mən öz düşüncələrimi doğma ölkəmin timsalında izah edirdim və onu misal gətirirdim.  
- Son zamanlar məni ən çox iki məsələ düşündürüb. Birincisi: Bir müddət öncə qloballaşma 
tərəfdarları milli atlantların gözdən salınması kampaniyasını aparırdılar. Əcnəbi donor təşkilatlar 
üzdə olan ziyalılarımızın nüfuzuna zərbə vurmaq üçün "sapı özümüzdən olanları" yemləyirdi. 
Onların fikri beləydi ki, "müsəlman-neft ölkəsi" olan Azərbaycanda hər hansı kataklizmlər baş 
verərsə, ictimai rəyə təsir edə biləcək, yəni xalqı bir araya gətirə biləcək ziyalı olmasın. Axırıncı 
bir ildə isə hakimiyyətin içərisində olan bəzi qüvvələr bu kampaniyanı gücləndirib. Hər iki 
qüvvə özünü yazar adlandıran adamlardan istifadə edir. Amma həmin adamlar anlamırlar ki, 
dəyərli ziyalıları nüfuzdan saldıqca, özləri də hörmətdən düşür və tədricən ölürlər. Çünki 
yazıçını yazıçı xilas edə bilər. İkincisi: Azərbaycanda postmodern düşüncəsi altında nihilizm baş 
alıb gedir. Bu proses bütün dünyanı dolaşır. Ötən əsrin əvvəllərində siyasətdə, mədəniyyətdə, 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
27 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
rəssamlıqda, ədəbiyyatda bu proses hökm sürürdü. İnsanlar azadlığa can atırdılar, milli nə 
vardısa ondan imtina edirdilər. Bu azadlıqsevərlik nadanlığa, harınlaşmaya, nəticədə isə, 
kataklizmlərə, müharibələrə gətirib çıxardı. Müharibələr insanları humanistləşdirdi və dünya 
düzənində bir harmonik proses başlandı. Hər bir sahədə insanların rahatlığına gətirib çıxaran 
əsərlər meydana gəldi. İndi dünyada, o cümlədən də Azərbaycanda bir harınlaşma prosesi gedir 
və mən kataklizmlərin, müharibələrin baş verəcəyindən narahatam. Kimsə demişdi ki, 
Manhettendə əkiz göydələnlərin terrorçular tərəfindən partladılması postmodernin fəsadlarıydı. 
Təbii ki, bu, nəticəyə verilmiş qiymətiydi. Səbəb isə daha dərindəydi. Amma mən yenə də o fikrə 
üstünlük verirəm ki, dünya kataklizmlər ərəfəsindədir.  
Mən deyirdim: "Qloballaşma, əslində, amerikanlaşmadır. Çünki Amerika qloballaşmanın 
modelidir". 
Bəyənmədiyiniz Hindistan filmləri insanları mərhəmətə, sevgiyə öyrədirdi, Amerika filmləri isə 
qanı, fahişəliyi, homoseksualizmi təbliğ edir. Amerika və amerikalı kultu hər yerdədir. Əvvəllər 
Amerika ekspansiya siyasətini silahla edirdisə, indi həm silahla, həm də ideologiyayla edir. 
Amerika dünyanı işğal eləməyə çalışır... 
Mənim çıxışımdan ən çox almanlar və yaponlar razı qalmışdılar. Onlar bir-bir mənə yaxınlaşıb 
təbrik edirdilər. 
* * * 
Züleyxanın qəfil səsi məni fikirdən ayırdı: 
- O uzaqdakı qayığı görürsən?! Sanki qayığın yox, günəşin yelkəni var, - deyə şıltaq qızlar kimi 
sevincini gizlətmədi.  
Mən o, göstərən tərəfə baxdım. Günəş qürub edirdi və onun fonunda qayığın yelkəni günəşin 
yelkəni kimi görünürdü. Qayığın yelkəni qürub edən günəşin dalğalanan örpəyinə bənzəyirdi. 
"Qürub edən günəş talesiz gəlinlərə bənzəyir". Bu, Züleyxanın fikriydi və qürub edən günəşi 
mənə havayı yerə göstərmirdi.  
Nə qayığıdı elə? Anlaya bilmədim. Sanki dəniz sularında azmış kimiydi, hara gedəcəyini 
bilmirdi. 
- Həmişə gün batanda Boğaziçinə baxmağı xoşlayıram. Yelkənli günəşi görmək üçün. Ağ 
yelkənli, - deyə əlavə elədi. Sonra nədənsə gözləri doldu və başını stolun üstünə qoyub ağladı. 
Mən onun başını sığalladım. Bu, mənim çoxdankı arzum idi.  
O, başını qaldırdı və qızarmış, amma gözəlliyini hələ də itirməmiş gözlərini yana döndərib dedi: 
- Hər şeyə nifrət eləyirəm. Özümdən zəhləm gedir. 
Bu sözləri deyən hamının həsəd apardığı Azərbaycan gözəliydi. 
Mən ona uşaqlığımızı xatırlatdım. O isə: 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə