Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə28/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   24   25   26   27   28   29   30   31   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
78 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
yaxşı olmadı. Erkəyin sevgilisi olmalıdır. İstəsən, mən sənə əylənmək üçün rəfiqələrimdən birini 
verərəm. 
- İstəmirəm. Mənimçün belə yaxşıdır. 
Bir müddət dinməz oturdular. Məhəmməd həyəcandan barmaqlarının "quluncunu qırırdı". 
- Barmaqlarına heyfin gəlsin, onları çox incitsən, qocalanda əsəcək... 
Bu sözləri deyəndən sonra Züleyxa xanım mətbəxə keçdi və bir azdan əlində məcməyi qayıtdı.  
- Sürpriz, - deyə o, əlindəki paxlava və şəkərburanı stolun üstünə düzdü. - Onu dünən 
hazırlamışıq, sabah üçün, axı sabah bazardır və sən bizə gəlməliydin. 
Züleyxa xanım dübarə mətbəxə qayıtdı və təzə çay gətirdi. 
Bu zaman qapının zəngi çalındı. 
- Kim ola bu? - deyə o, öz-özünə sual verirmiş kimi dedi və qapını açmağa getdi. Bir azdan 
Züleyxanın etiraz notları yüklənmiş səsi eşidildi. 
- Yox, yox! Bu gün olmaz... Qonağım var... Bacım oğludur.  
Züleyxa qapını döyən adamı evə buraxmaq istəmirdi. Amma, görünür, o, israr edirdi: 
- Yalnız bir neçə dəqiqəliyə. 
Nəhayət, çağırılmamış qonaq özünü içəri dürtdü. Bu, Mehmet bəy idi. Məhəmməd onu xalası ilə 
ilk görüşündə görmüşdü. Mehmet bəylə birgə içəri siqar və spirt iyi də doldu. Xalasının erkəyi, 
yəqin, bu kişiymiş. Onlar yuxarı mərtəbəyə çıxdılar. Bir müddət onlardan səs çıxmadı. İçəridə nə 
baş verdiyini başa düşmək elə də çətin deyildi. Qapalı otaqdan qadınla kişinin səsi gəlmirsə, 
deməli, başları özlərinə qarışıb. 
Məhəmməd stolun üstündəkilərə əl də vurmamışdı. O, bura nahaq gəldiyini düşünürdü. 
Başqasının həyatına, hətta xalası da olsa belə, qarışmağa haqqı yox idi. Amma bəs iman-din nə 
olsun? Ailəsinin namusunu, ləyaqətini kim qoruyacaqdı?! Hətta doğma evindən yüzlərlə 
kilometr uzaq olsa da. Namus namusdur, onu hər yerdə qorumaq lazımdır. Anasını xatırladı. 
Onun daim qayğı və təlaş içində olan sifəti, hikkədən irilmiş gözləri xəyalından keçdi. Anasının 
doğma bacısına qarşı qəzəbinin kökünü araşdırmaq istədi. Görəsən, bu qəzəb, hikkənin səbəbi 
doğrudan da Züleyxanın yüngül əxlaqıydımı, yoxsa başqa əsaslar vardı? Bəlkə elə anası 
Məhəmmədi öz xalasını öldürmək üçün böyüdüb, onu İstanbula oxumağa göndərib. Çünki 
Türkiyədə, özü də ilahiyyat fakültəsində təhsil almaq məqsədi və istəyi anasına məxsus idi... 
Xalası da az aşın duzu deyildi. Bəlkə də anasına tez-tez zəng edib cırnadan, bacısının 
Türkiyədəki hoqqalarından danışan, Züleyxa Göyçək televizorda göstərilən zaman Fatimə 
xanımı xəbərdar edən də elə doğmaca bacısıymış, Züleyxaymış. Amma onun məqsədi nəydi? 
Məhəmməd bütün bunları anlamırdı. Anlamağa ehtiyac da yoxuydu. İndi onun sevimli xalası 
Züleyxa Göyçək qonşu otaqda cinsəl oyunlara baş vururdu... 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
79 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
O, pörtmüşdü, həyəcandan qıpqırmızı qızarmışdı. Neyləməli? Getmək istəyirdi, amma getməyə 
üzü gəlmirdi. "Niyə gəlmişdin və niyə gedirsən?" Düzdü, o, özü gəlməmişdi, onu gətirmişdilər. 
Zorla olmasa da, gətirmişdilər... 
Nəhayət, xalası pillələrlə aşağı düşdü. İndi onun əynində mavi xalat vardı, sinəsi yarıaçıq idi. 
Azca qızarmışdı, yanaqları allanmışdı. Saçları dağılsa da, onu yenidən yığıb, arxadan 
bağlamışdı. Züleyxa çox gözəl idi. O, erkəyinin gücünü ilk dəfə dadmış və bundan qürurlanan 
dişi canavarlara bənzəyirdi.  
Məhəmmədə çatanda onun bu ovqatı yox oldu, daha doğrusu, bacısı oğlunun tutulduğunu görüb 
gərginliyi yumşaltmaq istədi: 
- Ona fikir vermə, bir az içəndən sonra özünü-sözünü bilmir. Erkəklərin hamısı belədir. 
"Erkəklərin hamısı belədir". Yenə də "erkək?!" "Görən, onlar nə qədərdir?" - Məhəmməd 
ürəyində fikirləşdi. 
Bir azdan xalasının məlahətli və mülayim səsi qulaqlarını oxşadı, lap uşaqlıqdakı kimi: 
- Amma sən bir dənəsən. Sən mənim şahzadəmsən, balaca şahzadəm. Gəl bura, gəl. - 
Məhəmməd yerindən tərpənmədi. - Gəl dedim, axı. 
Xalası gəlib onun əlindən tutdu və ehmalca dartdı. O, qeyri-ixtiyari ayağa durdu, sanki kimsə 
onun yerindən qalxmağına kömək elədi. Məhəmməd indi ruh kimiydi. Xalası onu yan otağa 
dartırdı. İçəri keçdilər. Bura geniş yataq otağıydı. Xalası çarpayıya uzandı. 
- Sən də uzan.  
Məhəmməd dartınmaq istədi, yəni dartınmaq ürəyindən keçdi. Amma dayandı. O yenə də 
kimlərəsə tabe olurdu. Xalası həminki gözəl idi. Uşaqlıqda ona ərə gedəcəyini vəd eləmişdi.  
Züleyxanın sinəsi tamam açılmışdı, ağappaq budları mavi xalatının arasından görünürdü. Şeytan 
Məhəmmədin başının üstündə durmuşdu və "uzan" deyirdi. Sonra həmin qüvvə ona hökm elədi: 
"Uzan!" 
- Uzan böyrümdə, - xalası yarıpıçıltılı səslə onu səslədi. Və ehmalca qolundan dartdı. 
O, xalasının böyründə uzandı. Züleyxa Məhəmmədin başını sinəsinə sıxdı. Mən çoxdandır ki, 
səni bağrıma basıb, öz doğma uşağım kimi yatızdırmaq istəmişəm. Axı mənim də uşağım ola 
bilərdi və sənə oxşayardı. Bəzən mənə elə gəlir ki, sən mənim oğlumsan. 
Bəs Məhəmməd? Məhəmməd xalasının oğlu olmaq istəyirdimi?  
Xalası onun saçlarını tumarlayırdı, üzündən, gözündən öpürdü, əlini onun təzəcə tüklənməyə 
başlayan sinəsində gəzdirirdi. 
- Mənim erkəyim, mənim erkəyim sənsən. Kişilərin hamısı sənin bir dırnağına da dəyməz, - 
deyirdi. 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
80 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Məhəmməd özü də bilmədən xalasını bərk-bərk qucaqlayırdı, ona sarılırdı... Hardansa düşən işıq 
yavaş-yavaş yox olurdu... Onlar dərin və qaranlıq bir tuneldə əl-ələ gəzirdilər, dolanbaclarda 
dolanırdılar... Birdən anası onların qarşısına çıxdı. Fatimənin saçı dağılmış, gözləri hədəqəsindən 
çıxmışdı... Əlində qanlı bıçaq vardı... 
 
* * * 
 
Məhəmməd qan iyinə oyandı. Gözlərinə inanmadı. Xalası al-qan içindəydi. Sıçrayıb ayağa 
duranda nəsə onun əlindən yerə düşdü. Bu, mətbəx bıçağıydı. O, xalasını öldürmüşdü?! Ola 
bilməzdi! O, xalasını öldürmədi. Sadəcə onun böyründə uzanıb uşaq kimi yuxuya getdi... Bəlkə 
də huş apardı. Bu müəmmalıydı. Key kimi olmuşdu. Heç nə barədə düşünə bilmirdi. Bir müddət 
özünə gələ bilmədi. Çarpayının ayaq tərəfində oturdu. Fikirləşdi. Polisə zəng eləmək olmazdı. 
Hamı ondan şübhələnəcəkdi. Dəlil-sübut göz qabağındaydı.  
Pilləkənlərlə yuxarı çıxdı. Otaqların hamısı bomboş idi. Mehmet bəy də yoxa çıxmışdı. 
Aşağı düşdü. Hamama girib yuyundu. Köynəyi də qana bulaşmışdı. Onu təmizləmək əbəs idi. 
Yeldöyənini qanlı köynəyinin üstündən geyindi. Küçəyə çıxdı. Əvvəlcə hara gedəcəyini bilmədi. 
Eləcə üzüaşağı - Boğaziçinə tərəf endi. Şübhəsiz, onu axtaracaqdılar. İndi olmasın, bir neçə 
gündən sonra olsun. Polisin əlində belə şeyləri tapmağa nə var ki. Özü də Türkiyə polisi ola. 
Onlar daha hazırlıqlıdırlar. Birdən Dinqonun verdiyi ünvan yadına düşdü. Ciblərini axtardı, 
ancaq bir şey tapmadı. Dilxor oldu. Sonda xatırladı ki, Dinqonun verdiyi ünvanı cırıb atıb, amma 
yadındaydı. Dinqo dediyi kimi eləmişdi, əzbərləyəndən sonra kağız parçasını cırıb zibil qutusuna 
tullamışdı. 
Dinqonun dediyi ünvan, yəni əmisi oğlu Memonun xırdavat dükanı şəhərin Asiya hissəsindəydi. 
Avtobusa minib ora gəldi. Yağış da başlamışdı. İndi nə ölü ağlamağın, nə də basdırmağın 
vaxtıydı. Cansıxıcı bir ovqat.  
Boğaziçini keçəndən sonra avtobusdan düşdü, bir taksiyə oturub ünvanı dedi. Sürücü maşında 
quraşdırılmış elektron yol xəritəsində o dediyi ünvanı tapdı. Dinqonun dediyi dükan dalanların 
birindəydi.  
Dükanın qarşısındakı kisələrdə və qutularda müxtəlif meyvələr, çərəzlər vardı. Cavan bir oğlan 
müştəriləri cəlb eləmək üçün alma və armudları xüsusi bükülülərdə nümayiş elətdirirdi. Yoldan 
ötənləri İstanbulda bunlardan dadlısının olmadığına inandırmağa çalışırdı. 
Məhəmməd oğlana yaxınlaşıb astadan: 
- Mənə Memo lazımdır, - dedi. 
Oğlan: 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə