Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə31/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   27   28   29   30   31   32   33   34   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
87 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
İraq tərəfdən qalxan vertolyotlardan biri onlara bir neçə iri bağlama tulladı. Bunlar əsasən 
ərzaqdan, içməli sudan, isti pal-paltardan, sabun və dərmandan ibarət idi. Bir bağlamanı isə 
açmadılar və Memo onu olacağına apardı. Sonra dəstə üzvlərini də yanına çağırdı. Görünür, 
həmin bağlamada silah-sursat vardı...  
Məhəmməd boş vaxtlarında Quran oxuyurdu, imamların tarixindən bəhs edən kitabları mütaliə 
eləyirdi, namazından qalmırdı. Xəstə olanda, yaxud hansısa səbəbdənsə namazı ötürəndə qəzaya 
saxlayırdı. Tanrıya dua eləyirdi ki, onu tezliklə buradan çıxarsın və bütün günahlarını 
bağışlasın... 
Dinqo növbəti məşvərətdən qayıdandan sonra Məhəmmədə dedi ki, onların bu əziyyətinə tezliklə 
son qoyulacaq. Çünki dəstənin bir qrup üzvü, o cümlədən Dinqo da yerini dəyişəcək. 
- Biz Erməniyyəyə, oradan isə İran sərhədindəki torpaqlara gedəcəyik, - deyə Dinqo çox-çox 
uzaqlara işarə elədi, - Memo dedi ki, ora azəri torpaqlarıdır, indi ermənilər nəzarət eləyir. Mən də 
ora getmək istəyirəm. İstəsən, sən də bizə qoşul. Qardaşımla (Memonu nəzərdə tuturdu) özüm 
danışıb, sənin razılığını alaram. Mənzil başına çatanda nə edəcəyini özün bilərsən. İstəsən, 
bizimlə qalarsan, istəməsən, İrana keçərsən, oradan da evinizə gedərsən, sonra da xaricə 
qaçarsan. İstanbula qayıtsan, səni tutarlar, burada qalsan, qurd-quşa yem olarsan. 
Məhəmməd: 
- O torpaqlarda sizin nə işiniz var? - deyə xəbər aldı. 
- Mən bunu sənə deyə bilmərəm. Yəni indi deyə bilmərəm. 
- Mənə etibar eləmirsən? 
Dinqo Məhəmmədin tənəli baxışları altında susdu, sonra: 
- Bunu heç kim bilməməlidir. Memo bilsə ki, sənə demişəm, məni dəstədən qovar... Biz orada 
təlim keçəcəyik. Böyük Xoca deyib ki, amerikalılar İranı saldırmaq istəyir, indi ona güclü 
hazırlıq gedir. Dəstənin bir qrup üzvü buradan, digərləri həmin ərazidən İrana keçəcək. Əlbəttə, 
əgər buna ehtiyac olsa. Amerikalılar özləri körfəzdən adlayacaqlar. 
- Sən mənə demişdin ki, əsas məqsədiniz islama qarşı çıxanlarla mübarizədir. Amma indi başqa 
mətləblərdən danışırsan. Siz kimsiniz axı? 
- Biz apoçularız, həm də solçularız. İstəyirik ki, butun millətlərin öz dövləti olsun, yer üzündə 
kasıb adam qalmasın. 
- Başqaları belə istəmir ki? 
- Mən orasını bilmirəm. Böyük Xoca əvvəllər belə demişdi. İndi də belə deyir. Deyir ki, İranda 
əsl islam yoxdur, əsl dini biz yaradacaq, Məhəmməd peyğəmbərin yolunu biz gedəcəyik. Nə 
qədər ki, öz dövlətimiz, bayrağımız yoxdur, bacı-qardaşlarımız zülmdə yaşayacaq. 
- Bəs, Türkiyə sizin dövlətiniz deyil? 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
88 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
- Bizim olmağına bizimdir, amma məsələ bir qədər başqa cürdür. Biz öz dövlətimizi yaratmaq 
istəyirik. Kürd dövlətini. Bir az İrandan, bir az İraqdan, bir az da Türkiyədən torpaq alacağıq. 
Buralar bizim dədə-baba yurdumuzdur. 
Məhəmməd "bir az da Azərbaycandan torpaq alacağıq" sözünü dilinə gətirməkdən çəkindi, 
desəydi də, əhəmiyyəti olmazdı, əksinə, öz vəziyyətini ağırlaşdırardı... 
Həmin hadisədən bir neçə gün keçmiş Dinqo pis xəbər gətirdi. Memo demişdi ki, Məhəmmədi 
heç yerə buraxa bilməz, çünki onların yerini bilir.  
- Mən Memonu çox dilə tutdum, amma o, dediyindən dönmədi. "Başın salamat olmaq istəyirsə, 
onsuz get" dedi. Mən də sənə məsləhət görərdim ki, bir müddət burda qalasan. Memo sənə 
inanandan sonra bizim yanımıza gələrsən. Orada vəziyyət burdan qat-qat yaxşıdır, özü də 
düzənlikdir. Amerikalılar bizə hər şey verəcəklər. Dağlara ərzaq daşımaq çətindir. 
- Mən burada qala bilmərəm. Terrorçu deyiləm, xalasını qətlə yetirmiş birisiyəm. Yəqin, hamı 
mənim barəmdə belə fikirləşir. Onsuz da cəzamı alacam.  
- Burda qalsan, heç kim sənə dəyməz. 
- Bu sözləri çox eşitmişəm, amma vicdan əzabı məni rahat yaşamağa qoymur. Mən günahımı nə 
iləsə yumalıyam. 
- Yaxşı-yaxşı fikirləş. Heç kimə bir söz demə. Zamanı gələndə qərarını verərsən. Böyük Xoca 
hamısını bilir. Sənin və xalanın başına gələnlərdən xəbərdardır. 
"Mən qərarımı vermişəm" - Məhəmməd bu sözləri dilinə gətirməkdən qorxdu və susdu. 
* * * 
Gecə qorxulu yuxu gördü. Xalası onu axtarıb tapmışdı və kahada - Məhəmmədin başının üstündə 
durmuşdu. Züleyxanın bir əlində Məhəmmədə tanış mətbəx bıçağı, o biri əlində kiminsə başı 
vardı. Xalası da, həmin baş da al-qan içindəydi, silkələndikcə başın qanı Məhəmmədin üstünə 
tökülürdü. Birdən o, dayandı və bərəlmiş gözlərilə bacısı oğluna baxdı.  
- Bunu görürsən? - deyə başı onun gözlərinin önünə tutdu. Bu, anası Fatimənin başıydı. 
 
Məhəmməd hövlnak yuxudan ayıldı. Qorxudan qanı damarlarında donmuşdu. Kirdən və 
rütubətdən qaralmış ədyalından, sanki, qan iyi gəlirdi. Bir müddət yerinin içində qaldı, ocaq 
öləziyirdi. Bu gün keşik çəkmək onun növbəsiydi. Ayağa durub ocağa odun atdı və təzədən 
yerinə girdi. O, burdan qaçmalı, İstanbula qayıdıb, hər şeyi olduğu kimi əmniyyətçilərə 
danışmalıydı. Quldurların da yerini deməli, onları hazırlanan əməliyyatlardan xəbərdar 
eləməliydi. Bəlkə ona inanar və yazıqları gələrdi. Yaxud da dözməli, zamanı çatanda İran 
sərhədinə getməli, İrana adlayaraq, din bacı-qardaşlarını qorumalı, yaxud da Azərbaycana 
getməliydi. Daha bir yol vardı. Bu yol İraqdan Avropaya, oradan isə Amerikaya aparırdı. O, 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
89 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
yolayrıcında qalmışdı və hansını seçəcəyini bilmirdi. Qışın oğlan çağında gözətçilərdən 
qurtulmaq mümkünüydü, amma keçilməz dağlardan can qurtarmaq müşkül məsələydi. Yazı 
gözləmək lazımıydı. 
Hardasa qurd uladı. Ürəyində Tanrıya dua elədi, taledən aman istədi.  
 
* * * 
 
Dinqogilin dəstəsinin İran sərhədinə getmək məsələsi ləngidi. Qış sərt gəlmişdi, keçilməz 
olmuşdu. Onlar yazın gəlişini gözləyirdilər. Bəlkə də əsas səbəb bu deyildi. İran məsələsində 
Amerikanın fikri dəyişmişdi. Hadisələr ləngiyirdi.  
Məhəmməd buralardan uzaqlaşmaq, xalası ilə bağlı məsələyə birdəfəlik son qoymaq istəyirdi. 
Ona elə gəlirdi ki, burda bir məkr, hiylə var. 
Memo yad qonağa etibar eləməyə başlamışdı və növbəti dəfə birinci gözətçi postuna qarovula 
göndərmişdi.  
Gecələr qarovul iki dəfə dəyişirdi. Şaxtalı hava adamın iliyinə işləyirdi, bir yerdə dayanmaq 
mümkün deyildi, vaxtı öldürmək və soyuqdan qorunmaq üçün qarovul dəstəsinin açdığı cığırla o 
tərəf-bu tərəfə getmək lazımıydı. Növbə zamanı Məhəmməd yalnız bir şey barədə düşünürdü: 
qaçmaq. Nəyin bahasına olursa-olsun, qaçmaq...  
Havalar getdikcə qızmağa, yolların buzu açılmağa başlamışdı. O, maşın yoluna çıxmaq üçün 
uzun bir məsafəni piyada getməliydi. Çünki atları çoxdan kəsib yemişdilər. Onları soyuqda 
saxlamaq mümkün deyildi. Soyuqdan tez-tez kişnəyir, həm oyaqların, həm də yatanların 
rahatlığını pozurdular, gizlindəkiləri xofa salırdılar. 
Atları kəsəndən sonra, əti bir gecə çöldən asılı saxladılar, səhərisi qaynadıb dəstə üzvlərinə 
verdilər. Atın qıpqırmızı əti vardı. Məhəmməd iyrənirdi, onları yemək istəmirdi, amma başqa 
çarəsi də yoxuydu... 
Bir müddət əvvəl naməlum vertolyot onlara yeni paltar dəsti atmışdı və ilk dəfə olaraq, 
Məhəmmədə də isti gödəkcə, dəri çəkmə vermişdilər.  
Nəhayət, o, yola çıxmağı qərara aldı. Dəstə hər zaman yerini dəyişə bilərdi. Memogil kiminsə 
əmrini gözləyirdi. Vaxtında dəstəni tərk eləmək lazımıydı... 
Məhəmməd səhərə yaxın yola çıxdı. Qarovulu təzəcə təhvil almışdı. Parollar üç dəfə 
səsləndirilmişdi. Qarovul başçısı postları yenicə yoxlayıb getmişdi. Onun yoxa çıxmasından 
təxminən beş-altı saat sonra - qarovul dəyişəndə xəbər tuta bilərdilər. Məhəmməd öncədən yola 
hazırlıq da görmüşdü. Özü ilə konservlər, çörək, su götürmüşdü... 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə