Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə30/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   26   27   28   29   30   31   32   33   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
84 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
- Sən niyə yemirsən? - deyə xəbər aldı. 
- Mən hələ acmamışam... 
Onlar bir müddət dinməz oturdular. Dinqonun da iştahı, deyəsən, küsmüşdü və ağzındakı çörəyi 
gəvələyirdi. Məhəmməd qəfildən, Dinqonun gözləmədiyi halda: 
- Mən geri qayıtmaq istəyirəm, - dedi. 
- Dəli olmusan? Bu qədər yolu gəlmisən ki, geri qayıdasan? Orda səni tutarlar, amma burda 
qalsan, hər şey yaxşı olacaq. Memo dedi ki, onlar çox gözəl yaşayırlar. Yedikləri də, geydikləri 
də Amerika məhsuludur və heç nədən korluqları yoxdur. Yerləri də istidir. İnan mənə, yalan 
demirəm. 
"Amerika" sözünü eşidəndə Məhəmmədin ürəyində şübhələr baş qaldırırdı. Bu ölkəyə nifrət 
hara, onun göndərdiklərini yemək hara?  
O, iki daşın arasında qalmışdı. Həm geri qayıtmaq, bütün bu hadisələrə, qarabasmalara son 
qoymaq istəyirdi, həm də qazamata atılacağından qorxurdu. Həbs də cəhənnəmə, butun qəzetlər 
və televiziyalar xala qatili haqda danışacaqdılar. Düzdü, onun bəraəti vardı. Dindar adamlar 
fahişə xalasını öldürdüyünə görə onu öyəcəkdilər, din əleyhidarları, azadfikirlilər isə əksinə, 
söyəcəkdilər. İndi nə olsun? Hansını seçsin?  
- Gedək, - Dinqo çörəyini yeyib ayağa durdu. Atın yəhərini düzəltdi, tapqırını bərkitdi. 
Məhəmmədin yerindən tərpənmədiyni görüb, onun da atının yəhərini sahmana saldı və yolçular 
yenidən qarlı dağlara sarı yön aldılar. 
* * * 
Onlar yolboyu, demək olar ki, susdular. Çünki küləyin sürəti artmışdı, danışanda qar adamın 
ağzına dolurdu. Yolçular şərflə sifətlərini tamam bağlamışdılar, yalnız gözləri açıq qalmışdı. 
Məhəmmədin atı bir neçə dəfə büdrədi, bir dəfə isə az qala sürüşüb uçuruma düşəcəkdi. Dinqo 
onun dadına çatdı, əl atıb atın yüyənindən tutdu və həmin andan etibarən dostunun atının 
yüyənini öz atının yəhərinə keçirdi. 
Dağ cığırları getdikcə daha qorxulu olurdu. Dinqo bu yerlərə bələd olduğundan özünü çox inamlı 
aparırdı. Məhəmməd birdən xatırladı ki, Dinqo bəzən günlərlə dərsdə və yataqxanada 
görünmürdü və qəfil yoxa çıxmağını kəndlərinə, qoca ata-anasına baş çəkməyə getməsilə izah 
edirdi...  
Gecəni növbəti dayanacaqda keçirdilər. Bu dayanacaq da əvvəlkinin bənzəriydi. Ocaq qalamaq 
üçün hər şey vardı.  
Dinqo ocağı çatdı. Bir az qızışandan sonra ət konservlərini çıxarıb ocaqda isitdi. Məhəmməd 
bərk acmışdı. Dinqo yol çantasından xörək qaşıqlarını çıxaran kimi hər ikisi yeməyə girişdi.  


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
85 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Toqqalarının altını bərkidəndən sonra Dinqo kahanın dərinliyinə tərəf getdi və salafana bükülü 
turist döşəyilə geri qayıtdı.  
Dinqo: 
- Uzan, rahat yat, heç nədən yana rahatsız olma. Sabah erkən yola düşərik, inşaallah, orda bizi 
yaxşı qarşılayarlar. 
Məhəmməd razılıqla başını tərpətdi və yerinə girdi. Onlar bir müddət çöldə əsən küləyin səsinə 
qulaq asdılar. Hardasa qurd ulayırdı. Sanki, kimsə öz itiyini axtarırdı... Məhəmməd necə yuxuya 
getdiyini bilmədi...  
 
Səhər onu Dinqo oyatdı. Səhər yeməyi ilıq çaydan və "Ülkər" peçenyesindən ibarət idi. 
Yüngülvari nahar etdikdən sonra "qaçaqlar" yola düşdülər və sutka yarımdan sonra mənzil 
başına çatdılar.  
Qəfil qonaqları gözətçi qarşıladı. O, əvvəlcə Dinqonu tanımadı, çünki atlıların üz-gözü qardan 
sırsıra bağlamışdı, amma Dinqo ona öz dilində nəsə deyəndə tanıdı. Məhəmməd bu dili bilmirdi. 
Heç eşitməmişdi də. Əvvəlcə ona elə gəldi ki, bu adamlar xüsusi parolla danışırlar, sonradan 
başa düşdü ki, bu, dağların dilidir. Ona görə də dinmədi. Dinqo da onun təəccübünə reaksiya 
vermədi. 
Gözətçi onları irəli buraxdı. İrəlidə daha bir gözətçi vardı. O da parolu soruşdu, cavab alandan 
sonra avtomatının lüləsilə işarə elədi ki, keçə bilərlər. 
Yolçular bir neçə gözətçi postu keçdikdən sonra Memo və dostlarının qaldığı kahaya çatdılar. 
Kahadakı adamların əksəriyyəti saqqallı və silahlıydı. İçəridən kir və nəmişlik iyi gəlirdi. Hava 
ürəkbulandırıcıydı. Bir az keçmiş Məhəmmədin iybilmə qabiliyyəti kütləşdi, daha doğrusu, 
içəridəki havaya uyğunlaşdı. 
Məhəmməd anlamışdı ki, bura Dinqonun dediyi gizli qrupun xəlvət yeridir. Amma onların nə ilə 
məşğul olduğunu bilmirdi, bəlkə də bilməyə qorxurdu. Ona görə də dərinə getməmiş, bu barədə 
Dinqodan heç nə soruşmamışdı.  
Yolçular içəri girən kimi Memo onlara dilucu xoşgəldin elədi və Dinqonu kənara çəkib nə 
barədəsə uzun-uzadı danışdı. Onların qaş-gözlərinin, üzlərinin səyriməsindən, mimika və 
jestlərindən söhbətin mübahisə notları üzərində kökləndiyi anlaşılırdı. Çox güman, söhbət 
Məhəmməddən gedirdi. Deyəsən, əmisi oğlu yad adamın bura gəlməsindən narahat idi. Uzun 
çək-çevirdən, Dinqonun uzun-uzadı izahatından sonra Memo sakitləşdi, gülə-gülə Məhəmmədə 
yaxınlaşdı və bir daha: 
- Xoş gəlmisən, arkadaşım, - dedi və Dinqoya tərəf dönüb, - mən deyən kimi elədinmi? - deyə 
soruşdu. 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
86 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
- Arxayın ola bilərsən. - Dinqo özündən razı halda cavab verdi. 
Memonun "Mən deyən kimi elədinmi?" sualı və Dinqonun ona cavabı müəmmadan xəbər versə 
də, Məhəmməd dinmədi və taleyini hadisələrin öhdəsinə buraxdı. 
Yerdən bardaş qurub, yazmalı süfrənin ətrafında oturdular. Süfrəyə çay, dalınca isə dana ətindən 
soyutma və tamsız şirə gəldi. Bəlkə də şirənin vaxtı keçmişdi. Üstündə "made in Amerika", yəni, 
Amerikada istehsal olunub, sözləri yazılmışdı. 
Yeməkdən sonra kimsə Dinqonun danışdığı dildə mahnı oxumağa başladı, yanıqlı bir havaydı. 
"Sarı gəlin"ə oxşayırdı. Qalanları ona səs verdilər... 
Çaqqallar yaxşı yeməkdən sonra təpə başına çıxıb vaqqıldaşırlar, toxluğun şərəfinə mahnı 
oxuyurlar... 
* * * 
Kaha həyatı Məhəmmədi yormuşdu: eyni yeməklər, eyni söhbətlər. Bulağın çeşməsi buz 
bağladığına görə su da qəhətə çıxmışdı. Bu havada çeşməyə getmək mümkün deyildi. Çimmək 
üçün qarı, buz salxımlarını qazanlara yığıb əridirdilər. Dəstə üzvlərinin çoxu qotur olmuşdu. 
Məhəmmədin büküşük yerləri yara tökmüşdü, yağır olmuşdu. İstanbuldan gətirdiyi dəri 
çəkmələr dağ cığırlarına çoxdan qurban getmişdi. Ona verilmiş təzə keçə çəkmələr də ömrünü 
başa vurmaq üzrəydi. Bu çəkməni əvvəllər geyməyə iyrənirdi, çünki Memogil onu qənimət kimi 
gətirmişdilər, daha doğrusu, növbəti basqında ələ keçirmişdilər, deməli, bir zamanlar onlar 
kiminsə ayağını soyuqdan qorumuşdu...  
Memo, bəzən, dəstə üzvlərini kahanın dərinliklərinə aparırdı, güman ki, gizli məşvərət keçirirdi. 
Məhəmmədi hələ də yad hesab eləyirdilər və istəmirdilər ki, müsafirləri onların söhbətindən nəsə 
anlasın. O, kahanın dərinliyindən xəbərsiziydi. 
Məhəmməd əvvəlcədən başa düşmüşdü ki, bunlar PKK-çılardılar. Aponun, yəni Abdulla 
Öcalanın portretləri, kürd, ingilis və türk dillərində kitabları, müxtəlif təqvimlər kahanın hər 
tərəfini bəzəyirdi. 
Adolf Hitlerin "Mənim mübarizəm", Aponun "Gələcək günlər" kitabları Memonun dilinin 
əzbəriydi. Leninin, Marks və Engelsin seçilmiş əsərləri hər yerdəydi. "Müsəlman ölkələrində 
kafirlərin dinini yayanlara" qarşı az qala üsyan eləyən, əməldə isə onların kitablarını ürəklərinin 
başında gəzdirən, gündə Amerika məhsulları ilə qidalanan bu yaraqlıların məqsədinin nə olduğu 
ona tam aydın deyildi. Hər şey Məhəmmədə qaranlıq və şübhəli görünürdü. O, sanki yuxudaydı 
və ayıla bilmirdi, bəlkə də ayılmaqdan qorxurdu...  
Dəstə üzvlərinin hərəsinin bir işi vardı. Məhəmmədə yaş odunları yığıb qurutmaq tapşırılmışdı. 
O, yaş odunları meşədən qırıb gətirir, ocağın qırağına düzür, bəzilərini isə kahanın uzaq küncünə 
aparıb sərirdi. Xəlvətdəkilər növbə ilə ocağın keşiyini çəkirdilər ki, sönməsin.  


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə