Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə26/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   22   23   24   25   26   27   28   29   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
71 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
 
- Mən şeir oxuyurdum. Sufi şeirləri. 
 
- Təsəvvüf? 
 
- Siz hardan bilirsiniz? 
 
- Demişdim axı, mənim bilmədiyim şeylər çox azdır. - Sonra o, maşına tərəf döndü və, - Mehmet 
bəy, bacım oğludu, gəl tanış ol, - dedi. 
 
Maşından hündür boylu, qarayanız, amma yaraşıqlı bir kişi çıxdı. Züleyxa: 
 
- Kimin belə bacısı oğlu var? - deyə şıltaq qızlar kimi Məhəmmədə işarə elədi. 
 
Mehmet bəy: 
 
- Doğrudan da yaraşıqlıdar, çox yaraşıqlıdır, - dedi, əlini uzatdı və özünü təqdim elədi, sonra 
Züleyxaya tərəf dönüb, bir də təkrar elədi, - yaraşıqlıdır.  
 
- Əlbəttə, yaraşıqlıdır. O, mənim ağ atlı oğlanımdır. Axırı gəlib məni tapdı. - Züleyxa yenə də 
şıltaqcasına dedi, Mehmet bəyin siqarından bir qullab alıb, özünə qaytardı, sonra Mehmet bəyə 
sığındı. 
 
Məhəmməd xalasının bu hərəkətindən acıqlandı, bəlkə də ürəyində erkəklik hissi baş qaldırdı, 
qısqandı və: 
 
- Mən getməliyəm, - dedi. 
 
- Hara? Biz səni aparmağa gəlmişik. Sən gəlmədin, mən də fikirləşdim ki, gəlib səni özüm 
aparım. 
 
- Mən dərslərimi hazırlamalıyam, - deyə Məhəmməd təklifdən boyun qaçırdı və dönüb getdi. 
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
72 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Ona elə gəlirdi ki, yataqxanadakıların hamısı ona baxır. Amma aynabənddə heç kim yox idi. 
Bəlkə də yuxarı mərtəbədə yaşayanlar onları görmüşdü. Xalası: 
 
- Bazar günü səni gözləyəcəm, mütləq gəl, - dedi... 
 
O, qapıya çatandı geri döndü. Xalası hələ də ona baxır, gülümsəyə-gülümsəyə əl eləyirdi...  
 
- O yaraşıqlı xanım kim idi? Pəncərədən gördük, - Məhəmməd içəri girən kimi Dinqo soruşdu. 
 
- Köhnə qonşumuzdur. Bakıdan xəbər gətirmişdi, - deyə Məhəmməd çarpayı yoldaşını başından 
elədi. 
 
* * * 
 
İslam tarixi dərsindən sonra Dinqo Məhəmmədə yanaşdı: 
 
- Sən istəyən sualı xocama verdim. O yad adam deyil, əmim oğludur, qardaşdan irəlidir, sadəcə, 
hamı ona xoca deyir. O dedi ki, əgər bir insan zina edən bir adamı qətlə yetirərsə, bu, günah 
sayılmaz. Çünki şəriət buna icazə verir. Amma o da bu məsələni dəqiqləşdirmək üçün Böyük 
Xocadan soruşmalıdır. 
 
- Mən şəriətin bu barədə nə dediyini bilirəm. Məni Tanrının izni maraqlandırır. 
 
- Böyük Xoca adi insan deyil. O, çox şeydən xəbərdardır. Onun düşüncəsinə görə, insan qurban 
verməyə həmişə hazır olmalıdır. Zina edən onun yaxınıdırsa, can və qəlb ağrısından keçməli və 
onu cəzalandırmalıdır. 
 
- Mən bilmək istəyirəm ki, bu Tanrınınmı hökmüylə olmalıdır? 
 
Dinqo: 
 
- Mən orasını soruşmadım. Düzü, ağlıma da gəlmədi. Bəlkə özün soruşasan? Əmim oğlu qəribə 
adamdır. Çox gülərüz və mehribandır. Bütün sualların cavabını bilir. Amma əvvəlcə gərək 
icazəni alam. Onlar hər adamı öz sıralarına qəbul eləmirlər. Yalnız sınanılmışları. Mən onları 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
73 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
inandıra bilərəm. Günün yaxşı keçər. Həm də darıxmazsan. Sənin necə əzab çəkdiyini görürəm. 
Sən doğrudanmı adam öldürmək istəyirsən? 
 
- Yox. Mən heç kimi öldürmək istəmirəm. Onu həm sevirəm, həm də nifrət edirəm. Mən iki 
daşın arasında qalmışam. Bilmək istəyirəm ki, görəsən, zina edən adam öldürülsə, bu, onun da 
xeyrinə olarmı? Bəlkə o da ölüm istəyir, amma intihar eləməyə gücü çatmır. Bəs, qatil necə? O 
biri dünyada yaşamağa üzü olarmı? 
 
Dinqo: 
 
- Sən bütün suallarına bizimlə birgə cavab tapa bilərsən. 
 
- Yaxşı, sən deyən olsun. Xocan məni qəbul eləmək istəsə, səninlə gedə bilərəm. Amma bil: 
məni bircə sual maraqlandırır. 
 
Üçüncü günün axşamı Dinqo Məhəmmədə dedi ki, Böyük Xoca dediyi adamı görmək hələ 
tezdir. O, əvvəlcə Dinqonun öz xocasıyla, yəni əmisi oğluyla görüşməlidir. 
 
- Əmin oğlu mənim sualıma cavab verə biləcəkmi? 
 
- O özü sənə suallar verəcək. Sənin cavabından çox şey asılıdır. Sabah axşam səni görüşəcəyimiz 
yerə aparacam...  
 
 
* * * 
 
Dinqonun əmisi oğluyla adı-sanı olmayan balaca, köhnə bir kafedə görüşdülər. Əmioğlunun adı 
Memoydu. O, saqqallı, iricüssəli birisiydi. Vəhabilər kimi gödək şalvar geymişdi. Məhəmmədin 
bu cür adamlardan heç zaman xoşu gəlməzdi. Ona elə gəlirdi ki, bü cür adamlardan yalnız pislik 
gözləmək olar. Amma Memo gülərüz və qılıqlıydı, səmimiydi. Birbaşa Məhəmmədə "sən" deyə 
müraciət elədi. 
Kafedə tək-tük adam vardı. Müştərilər öz aralarında nəsə danışırdılar. Onların üzlərindəki 
ifadədən, danışıqlarının tonundan, söhbətə reaksiyalarından ovqatlarını müəyyən eləmək olardı. 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
74 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Memo ilə Dinqo ümumi tanışlarından və xatirələrindən xeyli söhbət elədilər, arabir Məhəmmədi 
də danışdırdılar... Az sonra söhbətin mövzusu da dəyişdi. Çay dalınca nargilə sifariş verdilər. 
Məhəmməd nargilədən imtina elədi.  
Memo islam tarixi, vəhabilik, vətənçilik, millətçilik barədə uzun-uzadı danışdı. Axırda soruşdu 
ki, Məhəmməd şəhidlik məsələsinə necə baxır. 
Məhəmməd: 
- Şəhidliyi mən mal-mülk uğrunda yox, namus və torpaq uğrunda cihadda görürəm, - dedi. 
- Hər torpaqdan vətən olarmı? - deyə Memo xəbər aldı. 
- Əgər insan oranı özünə vətən sayarsa, onda olar, - Məhəmməd onun sualına bu cür cavab verdi.  
Dinqo bu söhbətdə kənar müşahidəçiydi. Görünür, onun fikirləri əmisi oğluna çoxdan 
məlumuydu. Ona görə də susurdu. 
Məhəmməd: 
- Mən sualıma cavab almaq istəyirəm. Dinqo bu barədə sənə deyib, yəqin? - dedi və suallı 
baxışlarını Memonun üzünə zillədi. 
- Deməyinə deyib, amma bu sualın cavabını verəcək adam burda yoxdur. Hər şey ondan asılıdır. 
Əgər o, izn versə, deməli, Tanrı da buna razıdır. 
- Mənə Böyük Xocanın yox, Tanrının icazəsi lazımdır. 
Memo güldü. Onun bu gülüşündə istehzanı sezməmək mümkün deyildi.  
- Hökm oranın, - deyə o, yuxarıya işarə elədi, - icrası buranındır, - dedi. 
Məhəmməd: 
- Bir məsələ var ki, hökm artıq verilib, amma onu mənim rəhbərim verməyib, çünki belə bir 
adam tanımıram, - dedi.  
Memo: 
- Burası problem deyil. Öyrənərik, sonra icra edərik. Ondan asan nə var ki? Amma bilmək 
istərdim ki, hökmü kim verib?  
- Hökmü mənim anam verib. 
- Ana müqəddəsdir. Onun hökmünü yerinə yetirmək Tanrının buyruqlarına əməl eləmək 
kimidir... 
Söhbətin bu yerində çayçı gəlib dedi ki, getmək zamanıdır. Elə belə də dedi: "Getmək 
zamanıdır".  
Bununla da söhbət bağlandı. 
Ayrılanda Memo: 
- Biz yenə də görüşəcəyik, - dedi, Dinqo ilə Məhəmmədi kafenin qarşısında qoydu və qaranlıq 
dalanlarda gözdən itdi... 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə