Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə24/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   20   21   22   23   24   25   26   27   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
65 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
 
Onlar ikinci mərtəbəyə qalxdılar. Dəhlizdə bakılı qonağı Züleyxa xanım qarşıladı. "Bahar 
çiçəkləri"nin sahibəsi rəfiqələrindən birini yola salmaq üçün dəhlizə çıxmışdı. O, Məhəmmədi 
görən kimi rəfiqəsini unutdu, yabançıya tərəf dönüb: 
 
- Sən Məhəmmədsən? - deyə xəbər aldı.  
 
Züleyxanın bu sualında elə xoş cazibə, elə məlhəm notlar vardı ki, Məhəmməd ona cavab 
vermək əvəzinə, başını aşağı saldı. 
 
Rəfiqəsi Züleyxanın təəccüb dolu yaraşıqlı üzündən bir daha öpüb: 
 
- Xoşca qal, yarın görüşərik? - dedi və pillələrdə itdi. 
 
Züleyxa xanım Məhəmmədə tərəf gəldi, başını yuxarı qaldırıb gözlərinə baxdı, saçlarını 
qarışdırdı və başını sinəsinə sıxdı: 
 
- Oy, dadlım mənim, necə də böyümüsən. 
 
Züleyxanın bu sözlərində onu eyni zamanda cəlb edən və itələyən nəsə vardı. Bu, əxlaqsız, 
amma sevən bir qadının hisslərinin ifadəsiydi. Sonra o, Məhəmmədi özündən bir qədər araladı, 
yenidən gözlərinə baxdı və yenə də bayaqkı sözlərini təkrar elədi: 
 
- Necə də böyümüsən, şirin olmusan. Səni gözlərindən tanıdım, mən o gözləri heç zaman 
unutmaram. Sən əsl erkək olmusan, başqalarına bənzəmirsən, - dedi və Əslihan xanıma tərəf 
dönüb, - bizə qəhvə gətir, konyak da, - deyə əlavə elədi. 
 
Züleyxa xanımın otağı çox geniş və zəngin idi. Ortada iri, dəyirmi stol vardı, onun sağ tərəfində 
divan, kreslo, jurnal stolu qoyulmuşdu, stolun üstünə cürbəcür şirniyyat düzülmüşdü, bir az o 
tərəfdə vazalar və güllər gözə dəyirdi. Lap arxada bədənnüma güzgü və şkaf görünürdü. Solda 
isə Züleyxanın çox sevdiyi "Boğaziçində günəş" rəsmi asılmışdı. 
 
İri ekranlı "Soni" televizorunda Züleyxanın cavanlığı ilə bağlı hansısa veriliş gedirdi. Görünür, 
xalası rəfiqəsilə bu verilişi seyr edirmiş və Məhəmmədin gəlməsi onların bu həzzinin yarımçıq 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
66 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
qalmasına səbəb olub. Züleyxa xanım bacısı oğlunun televizora diqqətlə baxdığını görüb özünü 
naqolay hiss elədi və ekranı söndürdü. 
 
- Fikir vermə, belə şeylərə baş qoşsan tez qocalarsan. İstanbulda olduğunu çoxdan eşitmişəm, - 
dedi, Məhəmmədin təəccüblü sifətinə baxıb güldü və əlavə elədi, - mənim əlaqələrim genişdir, 
dostlarım da çoxdur, onlar mənə bu barədə deyiblər. Düzü, mən istəməzdim ki, sən ilahiyyatda 
oxuyasan. Bilirəm, həm babamız, həm də sənin anan bunu çox istəyirdi. Yəqin bu da lazımdır. 
Amma din adamı həyatdan geri qoyur. Bütün ehkamlar bu cürdür. 
 
 
Züleyxa xanım dini və dünyəvi elmlərlə bağlı eşidib-bildikləri barədə uzun-uzadı danışdı, belə 
demək mümkünsə, nitq irad elədi, amma bircə dəfə də olsun, yaxınlarını xəbər almadı, onlar 
haqqında kəlmə də kəsmədi. 
 
Məhəmməd nə deyəcəyini bilmirdi. Onun deməyə sözü də yox idi. Nə deyəcəkdi ki? Xalasından 
soruşacaqdı ki, niyə yurd-yuvasını atıb fahişəliklə məşğuldur? Niyə onların təmiz adını 
ləkələyir? Desin ki, anası onu bura xalasını öldürmək üçün göndərib? 
 
Amma o susurdu. Çünki hələ də xalasının cazibəsindəydi. Keçmiş bu günlə əvəzlənmişdi. 
Doğrudanmı şəkərburaya, paxlavaya, novruzgülünə, bayram xonçasının ortasında yanan şama 
oxşayan xalası pis yola gedə bilərdi? Doğrudandamı, mama-roza ola bilərdi? Bəlkə xalası barədə 
deyilənlər yalandır? Bəlkə o, dünyanın ən gözəl və saf insanıdır. 
 
Məhəmməd heç nə bilmirdi. Ürəyinin dərinliyində xalasına qarşı heç bir nifrət, kin-küdurət yox 
idi. Amma həm də nəsə vardı. Bu nəydi: xalasına həddən artıq bağlanmaq qorxusu, yoxsa onu 
öldürmək istəyi? Hər iki istəkdə bir şeytan vardı. Bir zamanlar Fatiməgilin həyətinə gəlib çıxmış 
Şeytan indi burda - İstanbulun ortasında peyda olmuşdu. 
 
O, xalasını çoxdan görməmişdi, amma həmişə onu yanında hiss eləmişdi. Hətta Züleyxanın 
hərəkətlərindən utanıb Bakıya qaçanda da xalasını qorumaq istəmişdi. Ona elə gəlmişdi ki
gözləri xalasının şəkillərini görməsə, qulaqları səsini eşitməsə, başqaları da eynən onun kimi lal 
və kar olacaqlar. Ekran söndüsə, deməli, ona heç kim baxmır.  
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
67 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Əslihan xanım kofe gətirdi. Məhəmməd hələ də ayaq üstə dayanmışdı, xalası isə danışa-danışa 
otağı fırlanır, sanki mövlanə rəqsi edirdi, sevindiyindən fırlanırdı. Doğrudanmı, xalası bu qədər 
xoşbəxt idi?  
 
Kofe stolun üstünə qoyulandan sonra Züleyxa xanım: 
 
- Bayaqdan ayaq üstə qalmısan ki? Belə olmaz, canım, şəkərim, gəl otur, - deyə Məhəmmədi 
stola tərəf dartdı, amma bacısı oğlu yerindən tərpənmədi. 
 
- Mən getməliyəm, - dedi. 
 
- Necə yəni getməlisən, elə indi gəldin ki? 
 
Xalası yenidən onun qara saçlarını qarışdırdı, sinəsinə sıxdı, saçından öpdü. Züleyxanın daim 
sevən sinəsindən Məhəmmədin unutmadığı, uzun zaman burnunun yaddaşında saxladığı xoş ətir 
qoxusu gəlirdi. Məhəmməd xalasının əllərini ehmalca geri itələdi və: 
 
- Mən getməliyəm, - deyə israr elədi. 
 
- Yaxşı, get, gedəni saxlamazlar, amma mən səndən doymadım. Evimizə gəl, bazar günü səni 
gözləyəcəm, istəsən sürücüm gəlib səni gətirər, - dedi və vizit kartını çıxarıb bacısı oğluna 
uzatdı.  
 
Məhəmməd vizit kartını aldı və heç nə demədən otaqdan çıxdı. 
 
- Mütləq gəl, gözləyəcəm, sənin xoşladığın şəkərburanı özüm bişirəcəm. Yadında?! 
 
Xalasının bu sözlərini o pillələri enərkən eşitdi və küçəyə çıxdı. 
 
Öncə ona elə gəldi ki, indi hamı ona baxır - mağazaların vitrinlərindən, evlərin pəncərələrindən
ona görə də içində büzüşdü, özünü pis hiss elədi və başını aşağı salıb getməyə başladı. Tez-tez 
yeriyirdi, buradan uzaqlaşmaq istəyirdi, az qala yüyürürdü, səbəbini özü də bilmirdi. Sonra 
addımlarını yavaşıtdı və oğrun-oğrun ətrafa baxdı, hamı öz işindəydi, adamlar onun kimi harasa 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə