Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə23/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
62 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Öncə o, xalasının işlədiyi "Bahar çiçəkləri" gözəllik salonunun ünvanını öyrəndi. Bu, elə də çətin 
deyildi. Nəim parkındakı teleekranda bu salonu tez-tez reklam edirdilər, ünvan və telefon 
nömrələri də göstərilirdi. Amma Məhəmməd onları yadında saxlamamışdı.  
 
Səhər yuxudan duranda dərsə getmədi, Nəim parkına gəldi. Ekranda tamam başqa məhsullar 
reklam edilirdi. Bu, əsasən elektrik mallarıydı. Xallı bəbirin namnazik plazma ekranından 
tullanaraq keçməsini nümayiş etdirən reklam çarxı dəfələrlə fırladılırdı. O, bir müddət gözlədi. 
Xalasını görəcəyinə əmin idi. Züleyxa Göyçəyin pərəstişkarlarından da həmin kadrı gözləyənlər 
vardı.  
 
Nəhayət, həmin kadr. Xalası ətri əvvəlcə iyləyir, sonra erkəkləri başdan çıxaran əda və naz-
qəmzə ilə onu boğazına, dodaqlarına çəkir... 
 
Məhəmməd yaxınlıqdakı telefon köşkünə gəldi, "Bahar çiçəkləri"nin nömrəsini yığdı, telefonu 
götürən xanım salonun yerləşdiyi ünvanı və ora necə getmək olduğunu izah elədi.  
 
"Bahar çiçəkləri" Nişantaşıdaydı. Bu məhəllə Məhəmməd yaşayan yataqxanadan xeyli aralı olsa 
da, ora piyada getməyi qərara aldı.  
 
O, bu məhəllə barədə çox eşitmişdi, bilirdi ki, burada, əsasən, varlı adamlar yaşayırlar, ofisləri 
barmaqla saymaq olar.  
 
Yolboyu Məhəmməd xalası ilə görüşü təsəvvür eləyirdi, amma ona necə yaxınlaşacağını, nə 
deyəcəyini bilmirdi. Bu cür məşhur və imkanlı adamların yanına düşmək də müşkül məsələydi. 
Bir yığın köməkçiləri və cangüdənləri vardı.  
 
Nişantaşıya qədər kasıb məhəllələr gəlirdi. Tutqun dekabr havasında adamlar da tutqun 
görünürdülər, sanki hansısa hüznlü xəbəri eşitməyə hazırlaşırdılar. Cavanlar gözə dəymirdi, 
qocalar isə ömürlük həbsə məhküm olunmuş adamlar kimi boyunlarını büküb doqqazda 
oturmuşdular.  
 
Dar məhlələr yuxarı - təpəliyə doğru aparırdı. Getdikcə hava, sanki işıqlanırdı, kasıb məhlələri 
zəngin evlər əvəz eləyirdi. 
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
63 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
O, "Bahar çiçəkləri"nin yanına çatanda çiskinləyirdi. Aram-aram yağan yağışın qəribə, cansıxıcı 
aurası vardı. Məhəmməd hələ yarı yoldan geri qayıtmaq istəmişdi, amma bu fikrindən vaz 
keçmişdi. Şəhərin az qala ən hündür və sıx yerində olmasına baxmayaraq, "Bahar çiçəkləri"ndən 
müştəri əskik olmurdu. Onun qarşısında bahalı maşınlar yük daşıyan gəmilər kimi lövbər 
salmışdılar. 
 
Məhəmməd gözəllik salonunun qarşısında xeyli dayandı, amma içəri girməyə cəsarət eləmədi və 
geri qayıtdı. Çiskin yağış aldadıcı olur. İlk anlar adama təsir eləməsə də, sonradan bədəninə 
hopur. Məhəmməd bərk islandığından elektrik lokantasının (dükanının) qarşısında dayandı, 
yağışın kəsməsini gözlədi. Sonra soyuqlayacağını zənn edib içəri keçdi.  
 
Sıralanmış televizorlarda müxtəlif səhnələr göstərirdilər. Və yenə də ona tanış mənzərə ekranda 
canlanırdı, mağazanın aurasına bir işıq, zənginlik gətirirdi. "Bahar çiçəkləri" salonu reklam 
olunurdu. Amma bu dəfə xalası yox, başqa bir xanım salondakı xidmətlərdən danışırdı. 
Nəzarətçilərdən biri yoldaşının qulağına nəsə pıçıldadı və hər ikisi astadan güldü. Məhəmmədə 
elə gəldi ki, onlar salonun əxlaqsızlıq yuvası olmasını düşünürlər və gülməkləri də ona görədir. 
 
O, dükandan çıxıb, yataqxanaya gəldi. Səhərə kimi yata bilmədi və çarpayı yoldaşı Dinqoya 
"zinaya görə adam öldürmək günahmı sayılır?" deyə sual etdi. Dinqo ona müsbət cavab gətirdi. 
Bakıda verilmiş hökm İstanbulda təsdiq olunmuşdu, qalırdı onun icrası. 
 
Məhəmməd bir neçə dəfə "Bahar çiçəkləri"nə gəlsə də içəri keçməyə cürət eləmədi. Salondan 
bir-birindən gözəl xanımlar çıxırdı. Elə bil, onları eyni zövqlü adamlar seçmişdilər və gözəllik 
müsabiqəsinə yollayırdılar. Xanımların hamısı da bahalı maşınlara minib oranı təmtəraqla tərk 
edirdilər. 
 
Növbəti dəfə Məhəmməd salonun qarşısında görünəndə mühafizəçilər onu saxladılar və burada 
nə axtardığını soruşdular. Sən demə, onlar Məhəmmədin salon ətrafında fırlandığını dəfələrlə 
izləmiş və bu şübhəli şəxslə maraqlanmaq qərarına gəlmişdilər. 
 
- Buraya nə üçün gəldin? - deyə sual edən mühafizəçiyə Məhəmməd: 
 
- Züleyxa xanımı görmək üçün gəldim, - cavabını verdi. 
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
64 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
- Züleyxa xanımı ürəyi istəyən hər kəs görə bilməz. 
 
- Mən hər kəs deyiləm, onun qohumuyam, özüm də Bakıdan gəlmişəm. 
 
"Bakı" sözünü eşidən mühafizəçi çaşan kimi oldu: 
 
- Züleyxa xanım Bakını heç xoşlamaz, - dedi. 
 
Bu zaman salondan bir xanım çıxdı, mühafizəçiyə yaxınlaşdı: 
 
- Züleyxa xanım pəncərədən sizi görür və maraqlanır ki, o adam kimdir və nə istəyir? 
 
Mühafizəçi: 
 
- Deyir ki, Züleyxa xanımın qohumudur, özü də Bakıdan gəlib. 
 
Adı Əslihan olan həmin xanım: 
 
- Züleyxa xanıma indi çatdıraram, - dedi və yenidən salona girdi. 
 
Sonra ikinci mərtəbədən pəncərəni açıb mühafizəçiyə: 
 
- O yabançını içəri gətir, - tapşırığını verdi. 
 
Məhəmməd salona girdi. İçəridən xoş ətir və qadın qoxusu gəlirdi. Salonda müxtəlif guşələr 
vardı. Xanımlar iki-bir, üç-bir oturub söhbət edirdilər, jurnallara baxırdılar, kimisi manikür edir, 
kimisi saçlarını düzəltdirir, kimisi də astaca telefonla danışırdı. Salonun sağ və sol tərəfində 
qaranlıq dəhlizlər vardı. O, qeyri-ixtiyari olaraq "İri qapanmış gözlərlə" kinosunu xatırladı. O, 
filmə gecənin bir vaxtı müstəqil telekanalların birində gizlicə baxmışdı. Tom Kruz və Nikol 
Kidmanın çəkildiyi filmlərdə maska taxmış kişi və qadınlar bir-birilərilə min hoqqadan 
çıxırdılar. Cütləşmənin xoş həzzini dadan kişi və qadınların iniltisi nəinki kinodakı otaqları, hətta 
Məhəmmədin öz otağını da başına almışdı. O, bu mənzərədən qorxmuş və ekranı bağlamışdı. Və 
indi həmin hisslər yenidən qayıtmışdı. "Bahar çiçəkləri"ndəki dar dəhlizlərdən həmin səslər 
gəlirdi... 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə