Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə34/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   30   31   32   33   34   35   36   37   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
96 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Məhəmməd - Niyə deməliyəm ki? Şükür allaha ki, gözlərin yaxşı görür, bayaqdan məni ələ 
salırdın.  
Məhəmməd skamyanı dikəldir. Yusif kənardan bir taxta parçası gətirib skamyanın qırıq yerini 
düzəldir. Hər ikisi oturur. Məhəmməd jurnalın üzqabığına baxmaqda davam edir. 
Yusif - Qəşəng nəvən var. 
Məhəmməd - (əsəbi). Bu, mənim nəvəm deyil, (ayağa qalxır). 
Yusif - (yıxılacağından qorxur və ayağa durur). Bəs, bayaq dedin nəvəmdir? 
Məhəmməd - jurnalı evə alıb gətirən nəvəmdir. Özü də oğlandır (oturur). 
Yusif - (oturur). Deməli, sən curnalı bu qıza görə çırpışdırmısan? 
Məhəmməd - (əsəbi, ayağa qalxır). Niyə çırpışdırıram ki, sadəcə götürmüşəm. Mənim nəvələrim 
yaxşı balalardır. Hər jurnal alıb gətirəndə birinci mən oxuyuram. Deyirlər ki, bu cür jurnallar 
adamın ömrünü artırır. 
Yusif - (ayağa qalxır). Əlbəttə, kim istiyər ki, babası ölsün, pensiyası batsın. 
Məhəmməd - Bura bax, sən yaman artıq - əskik danışırsan ha? Mənim nəvələrim heç kimin 
uşaqlarına bənzəmirlər. Mehriban və diqqətcildilər. 
Yusif - Mənimkilər də. Heç qoymurlar ki, ayaqlarım quru yerə dəysin. 
Məhəmməd - Nədi, dənizdə-zadda yaşıyırsınız ki? 
Yusif - Yox, o mənada yox, sadəcə, məni çox istəyirlər.  
Məhəmməd - (oturur). Mənim nəvələrimə çatmazlar. Pensiyamı vaxtlı-vaxtında alıb qəpiyəcən 
mənə gətirirlər. 
Yusif - (oturur). Mən pensiya kartımı heç kimə vermirəm. 
Məhəmməd - Niyə? Uşaqlarına inanmırsan? 
Yusif - İnanıram, ancaq əvvəllər mühasib olmuşam, pul saymaqdan xoşum gəlir. 
Məhəmməd - (narazı). Onlar mənə hörmət elədiklərinə görə, pensiyamı özləri alıb gətirirlər. 
Yusif - Nəvələrim mənə deyirlər ki, sən qocasan, pul maşınından başın çıxmır, ver biz alaq. Mən 
də ürəyimdə deyirəm ki, ay-hay verdim, keçəl suya getməz. 
Məhəmməd - Mənim hər şeydən başım çıxır. Ancaq yenə də onlara etibar edirəm. Balalara etibar 
eləmək lazımdır. 
Yusif - Mən yeri düşəndə sınıq-salxaq radionu da özüm düzəldirəm. Mən çox şey bilirəm. 
Məhəmməd - (istehzayla). Amma icazə almağı hələ də öyrənməmisən. Öyrənsəydin, məndən 
icazəsiz jurnala baxmazdın. 
Yusif - Öz aramızdır, gözəlliyə tamaşa eləmək üçün adamdan icazə almırlar. Harda görmüsən ki, 
bir gözəl görəndə qaçıb qabağını kəsəsən və soruşasan: Xanım icazə verirsiniz, sizin 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
97 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
gözəlliyinizə tamaşa eliyim?! Heç olur elə şey? Bax, o dey o gedən xanıma, bu sözləri deyə 
bilərsən? 
Məhəmməd - Demərəm. 
Yusif - Amma baxırsan. 
Məhəmməd - Mən heç ona baxmıram da. Üz-üzə gəlsək, gözlərimlə qandıraram ki, mənim 
ondan xoşum gəlir. Xoşum gəlməyəndə isə üzümü yana çevirərəm. 
Yusif - Bəs bayaqdan kataraktdan şikayətlənirdin. Nooldu? 
Məhəmməd - (astadan). Hər halda başqasına məxsus bir şeyə icazəsiz baxmaq yaramaz. 
Yusif - Öz aramızdır, heç kim də icazəsiz nəyisə götürməz. 
Məhəmməd - (əsəbi, ayağa qalxır). Mən kimdən yox, nəvələrimdən ic...götürmüşəm! 
Yusif Məhəmmədin əsəbiləşdiyini görüb cibindən konfet çıxarır və Məhəmmədə uzadır. 
Məhəmməd oturur, üzünü o tərəfə çevirir... 
Yusif - Əsəblərə xeyirdir. 
Məhəmməd - (ona sınayıcı nəzərlərlə baxır. Yusifin üzündə sakit təbəssüm görəndə sakitləşir). 
Mənə olmaz, mənim şəkərim var. 
Yusif - Bilirəm. Bu konfetlərin içində şəkər yoxdur. 
Məhəmməd - Sən hardan bildin ki, mənim şəkərim var? 
Yusif - İndiki zamanda hamının şəkəri var, elə mənim də. 
Uzun pauza. Əcaib-qəraib maşın siqnalları eşidilir. 
Məhəmməd - (narazı). Yenə də zır-zur başladı. Hər uşağın altında bir maşın var. 
Yusif - Eh, zəmanə dəyişib. İndi hamı işə maşınla gedib-gəlir. Belə getsə, arvadlar maşın 
doğmağa başlayacaqlar, ya da doğduqlarının ayaqları təkərli olacaq. 
Məhəmməd - Elədir. Bizim ailədə hamının maşını var. Bircə məndən başqa. Mənə maşın 
vermirlər. Deyirlər ki, hara ürəyin istəyir, qoy sürücü aparsın. 
Yusif - Mənimkiləri demirsən. Dəqiqəbaşı zəng vururlar: - Ata, bir şey lazımdır? Mən də cavab 
verirəm ki, yox. Ayaqyoluna maşınla getməyəcəm ki, hamısı evin içindədir. 
Məhəmməd - Mənim xoşuma gəlməyən də elə budur də. Özü də köpüm var... Heyif deyildi 
kənd. Özünü verəsən kolluğa... 
Yusif - Mənim də köpüm var. Nəvələrim, bilirsən, mənim adımı nə qoyublar? (gülür). 
Məhəmməd - Deməsən də bilirəm. Eyni gündəyik. 
 
Pauza 
 
Məhəmməd - Səndən bir şey soruşum. O zəhrimar səndə də var? 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
98 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Yusif - Nə?.. (Məhəmməd başını aşağı salır və məlum istiqamətdə baxır) Hə, başa düşdüm. Yox, 
yoxdur. Mən kəsdirmişəm. 
Məhəmməd - (paçasının arasını tutur. Həyacanla). Hamısını?! 
Yusif - Hamısını niyə, artıq olanı. Onsuz da heç kimə lazım deyil. 
Məhəmməd - Mən də elə bilirəm ki, hamısını kəsib götürürlər. 
Yusif - O əvvəllər idi. İndi hər şeyi texnika əvəz eləyir. 
Məhəmməd - Onu da? 
Məhəmməd - Yox, əşi. (Pafosqarışıq qürurla) Onu heç nə və heç kim əvəz eliyə bilməz. 
Məsələn, mənimki indi on səkkiz yaşlı uşağınkı kimidir... 
Bu zaman 60-65 yaşlı Məryəm adlı bir qadın gəlib oradan keçir, dönüb ədalı-ədalı qocalara baxır 
və soruşur: 
Məryəm - Siz mənim pupsikimi görmədiniz? 
Qocalar bir-birilərinin üzünə təəccüblə baxırlar. 
Məhəmməd - Bu nə deyir ə? Ərin soruşur? 
Məryəm - (əli ilə göstərir). Bapbalaca... 
Yusif - (gülür). Yəqin, əri o qədər balacadır ki, adını «Pupsik» qoyub. 
Məryəm - Pupsik bapbalaca bir küçükdür. Bapbalaca bir küçük. 
Məhəmməd - (narazı). Mən də elə bilirəm, ərini axtarır. Ərini axtaran qadınlardan zəhləm gedir.  
Yusif - Yox, görmədik.  
Məryəm - Görsəniz, mənə xəbər verərsiniz. Koriçnevi rəngi var. Mən o de o evdə yaşayıram. 
Pəncərəmdə də gül var. Edelveys gülü. Onlar heç zaman qurumurlar. Adım da Məryəmdir. 
Amma hamı mənə Meri deyir. 
Qocalar qadın göstərən səmtə baxırlar və heç nə demirlər. Məryəm oğrun-oğrun qocaların 
baxdığı şəklə baxır, gülür, xəlvətcə onlara qaramat atır (yəni ki, cavan qızların şəklinə baxmaq 
sizin haranıza yaraşır), ədalı-ədalı uzaqlaşır. 
Məhəmməd - (narazı). Meri! Yox bir Zeri! (acıqlı-acıqlı züm-zümə edir). Yeri ha, yeri... 
Yusif - Asta yeri, kəmər düşər belindən...Ay dili... 
Məhəmməd - (acıqlı, onun sözünü kəsir). Oxumaq bizim hansı günümüzə yaraşır?! 
Yusif pərt halda səsini kəsir...Pauza.  
Yusif - O gülün adı nə idi? Nə “veys?” 
Məhəmməd - Mən hardan bilim. Heç qurumayan gül görmüsən? Güllərin hamısı əzəl-axır 
quruyur, yəqin, yalançı güllərdir. Yalançı güllərin adı da yalançı olur. Olsaydı, lalə, ya elə 
qızılgül, bu başqa məsələ... 
Yusif - Öz aramızdır, o, sənə baxırdı. 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə