Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə35/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   31   32   33   34   35   36   37   38   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
99 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Məhəmməd - (narazı). Mənə niyə? 
Yusif - Çünki sən də ona baxırdın. Hər halda mənə belə gəldi. Küçük də bəhanəydi. Mərc 
gələrəm ki, o, bizi pəncərədən görüb, indi özünü bizə sırımaq istəyir. 
Məhəmməd - Hə, cavanlığı gur keçib. 
Yusif - Gur nədi, ondan da betər. Mərc gəlməyə hazıram. 
Məhəmməd - Mərc nəyə lazım. Üz-gözündən qəhbəlik yağır. 
 
 
Yusif - (tamaşaçılara işarəylə). Ayıbdır, eşidib eliyərlər. 
Məhəmməd - Guya indiyə kimi eşitməyiblər. Eşitməsələr də, gözlərilə gördülər ki...İt axtarandan 
nə istəsən gözləmək olar. Onlar... 
Yusif - İt bizdəydi e. Kənddə. Hərənin qapısında biri vardı. Hürəndə oğruların bağrı yarılırdı. 
Mən itimizi tövləmizin yanında bağlayırdım. 
Məhəmməd - Eh, kənddə çox şey vardı. Hərənin bir eşşəyi.  
Yusif - Biçənəyi...Bağ-bağatı. Toyuq-cücəsi. İndi toyuq var? Toyuqlar rezin tamı verir. Qoyun 
əti balıq iyi verir. 
Məhəmməd - Hardan alasan Qarabağın qara qıvrım quzusunu. İndiki kababı dartdıqca uzanır. 
Yusif - Sən kababı öz dişlərinlə dartırsan? 
Məhəmməd - Nədi, inanmırsan? 
Yusif - Yox, niyə ki, mənimki də özümündür. 
Məhəmməd - Rəhmətlik atam deyirdi ki, mən sovet hökümətini üç dəfə yemişəm: bir dəfə ana 
dişimlə, iki dəfə protezimlə. Sovet hökümətini onun dişləri yıxdı. Ona görə də protezə pis 
baxmaq lazım deyil. Məsələ ətdədir. 
Yusif - Bir də qadınlarda. Mən çoxdandır onlarla dostluq eləmirəm.  
Məhəmməd - Düz də eləyirsən. Onların dostluğuna bel bağamağa dəyməz. 
Yusif - Mən inişil biriynən tanış olmuşdum. Belə, orta mənzərəli birisiydi (əli ilə göstərir). Sonra 
köçüb getdi... xaricə. 
Məhəmməd - Hə, indi hamı xaricə gedir. 
Yusif - Mən ancaq öz kəndimizi istəyirəm. Heyif deyil kənd? Səhərdən axşama kimi Arazda 
çiməsən. Sudan çıxmayasan. Yorulanda da Tək tutun dibinə uzanıb xumarlanasan. 
Məhəmməd - Təəccüblə. Nə tək tut, ə!? (Zəndlə ona baxır, başdan ayağa Yusifi süzür) Sən 
haralısan? Danışığın bayaqdan bizimkilərə oxşuyur. Xüsusən də o... (söz tapmır deməyə) arvad 
barədə dediklərin. 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
100 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Yusif - (Zəndlə Məhəmmədə baxır). Vallah, bayaxdan mən də səndən soruşmaq istəyirəm, çünki 
danışığın mənə şirin gəlir. 
Məhəmməd - Mən Qarabağdanam. 
Yusif - (sevincək). Mən də. 
Məhəmməd - Mən Arazboyundanam. 
Yusif - Mən də. 
Məhəmməd - Bəlkə, deyəsən, Mahmudludanam? 
Yusif - Həzrət Abbas haqqı Mahmudludanam. Özü də xalisindən! 
Məhəmməd - Əyə, sən keçəl Usub dəyilsən? 
Yusif - Ayə sən, sırtıq Mamed dəyilsən? 
Məhəmməd - Həzrət Abbas haqqı sırtığın yekəsindənəm. 
Yusif - Ay qağa, səni xoş gördük. 
Qocalar ayağa durub qucaqlaşırlar.  
Məhəmməd - (tamaşaçılara tərəf). Belə yerdə deyirlər e, oğlumu axtarırdım, dostumu tapdım. 
Biz dost-doğmaca eloğluyuq, uşaqlığımız da bir yerdə keçib. Usub, sən məndən bir iki-ay 
böyüksən da. 
Yusif - Mən yox, sən məndən böyüksən. Mən ilin axırındanam, sən əvvəlindən. 
Məhəmməd - Əşi, fərqi nədir. Bir ildənik ki... 
Yusif - Mən də bayaxdan şəhərlilər kimi danışıram. Hayıf dəyil, öz dilimiz. Hə, ay qağa, bir 
danış görək, nə var, nə yox? İşlərin nətəhərdi? 
Məhəmməd - İş deyəndə ki, səhərdən axşama kimi adamın evdə bağrı çatdıyır. Oğlumnan gəlin 
gedir işə, uşaqlar məktəbə, mən də qalıram televizorun qabağında, ha gözləyirəm ki, bəlkə, 
kəndimizdən bir xəbər verələr, amma heç nə vermirlər. Bir qulağı kar, bir qulağı kor kimi 
oturmuşam bu xarabada. Burda da gündə sökürlər, tikirlər, tikirlər, sökürlər, yenə də tikirlər. 
Yusif - Mən də sən gündəyəm, Qələmzər rəhmətə gedəndən sonra əlsiz-ayaqsız kimiyəm. 
Məhəmməd - Sənin arvadının adı Qələmzər idi? 
Yusif - Bay, sağ olmuş. Sənin qabağına o qədər çay qoyub ki, nə tez yaddan çıxartdın?! 
Məhəmməd - Bizim arvad inişil ölənnən sonra arvadların hamısının adı yadımnan çıxıb. 
Yusif - Mərc gələrəm ki, bayaqkının yox. 
Məhəmməd - Yenə də başladın? Özünnən məni qarışıq salma. 
Yusif - Mənnən olsa, bir o qədər də pis dəyil. Heç olmasa hərdən... 
Məhəmməd - Nə hərdən? 
Yusif - Hərdən adama çaydan-zaddan verərdi... 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
101 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Məhəmməd - Sən çaya qane olan köpəyoğlu dəyilsən. Sizinkilər elə uşaxlıxdan tuman altı 
güdəndilər. 
Yusif - Sizinkilərdən ayıb ola. Dayın yeddisin almışdı, bibin də yeddisinə ərə getmişdi. Özü də 
ərlərinin hamısını çərlədib öldürmüşdü. 
Məhəmməd - Bəsdi çərənlədin, sən çaydan danış. 
Məhəmməd - Eh, indi oturmuşduq çayın qırağında.  
Yusif - Çayı yaman hortadırdın, ha! 
Məhəmməd - Çim ki, çiməsən! 
Yusif - İç ki, içəsən. İndi adama bir qurtum su da vermirlər. 
Məhəmməd - Bəs bayaxdan deyirdin ki, nəvələrim ayağımı quru yerə dəyməyə qoymurlar. 
Yusif - Orası elədir. Heç qoyurlar ki, çarpayıdan yerə düşüm. Deyirlər ki, sən bizə mane olursan. 
Yat qal öz yerində. Eh! Açıb-ağardılası dəyil. 
Məhəmməd ağlamsınır. 
Yusif - Niyə ağlıyırsan. Şükür ki, bir-birimizi tapdıq. 
Məhəmməd - Mən kədərdən ağlıyıram. Kənddən çıxanda eşşəklə iti açıb buraxmadığıma görə 
xəcalət çəkirəm. (Yusif də ağlamsınır) Bəs sən niyə ağlayırsan? 
Yusif - Mən sevincdən. Çünki kənddən çıxanda hər ikisini açıb buraxmışam. 
Məhəmməd - İndi bizi tanımazlar... 
Yusif - Qan qaraldan söhbətlərdən danışma. Sən kəndçilərimizdən danış. De görüm kimi 
görürsən, kimi görmürsən? Oğlanlar evlənibmi, qızlar köçübmü? 
Qocalar danışa-danışa səhnə qaranlıqlaşır. 
 
İkinci şəkil 
 
Həmin yer. Məhəmməd skamyada tək-tənha oturub. Yerində narahat-narahat qurcalanır. Ətrafa 
baxır. Kimisə gözləyir. Hiss olunur ki, dilxordur. Hərdən durub gəzinir və qarşıdakı binanın 
pəncərəsinə baxır. Məryəm orada yaşayır. Tamaşaçıya elə gəlməlidir ki, o, Məryəmi izləyir və 
güman ki, Yusif oradadır. Bir azdan Yusif tövşüyə-tövşüyə gəlib çıxır. Hiss olunur ki, bərk 
tələsiyirmiş, özünü skamyaya salır. Məhəmməd ona əhəmiyyət vermir və üzünü əks istiqamətə 
çevirir, yanpörtü oturur. Onların bu davranışı küsülü sevgililəri xatırladır. Tamaşaçıda yanlış və 
müxtəlif yozumlara rəvac verən bir səhnə yaranır. 
Yusif - (təəccüblə). Bıy, izdrasti. Mən bundan ötrü o boyda yolu qaçıb gəlmişəm. Bu, mənə 
dalını çevirir! 
Məhəmməd - (dinmir). Mamed, sənə noolub, qaşqabağını niyə sallamısan? 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə