Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə36/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   32   33   34   35   36   37   38   39   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
102 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Məhəmməd - Sa-a nə var? 
Yusif - Nə təhər nə var ə? Sən həm mənim dostumsan, həm kəndçim. İndi deyirsən ki, saa-a nə 
var?! 
Məhəmməd - Sənnən küsmüşəm. 
Yusif - Niyə? 
Məhəmməd - (qeyzlə). Necə, yəni, niyə!? Üç gündür ki, itmisən. Öldüyünnən-qaldığınnan 
xəbərim yoxdur. Adresini də (ünvanını da) bilmədim ki, gəlib sənə bir şıllağ atam. 
Yusif - Uşaqlar məni kəndə aparmışdılar. 
Məhəmməd - Kəndə? Hansı kəndə ə? İndi kənd var? 
Yusif - Nə bilim, vallah, kənd kimi səslənir. Deyirlər ki, mədəni adamların hamısı həftənin 
sonunda ora getməlidir.  
Məhəmməd - Hə bildim, hansı kəndi deyirsən. Sən, yəqin, onun yanına (Məryəmin pəncərəsini 
göstərir) gedibmişsən. 
Yusif - Mən!? Onun yanına?! Sən nə danışırsan?! O hara, mən hara. Bir də ki, indi bizim bazlıq 
eliyən vaxtımız dəyil. 
Məhəmməd - Mən səni cavanlıxdan tanıyıram, sən kimə desən tamah salansan... 
Yusif - O cavanlıxda idi. İndi hanı o cavanlıx. Səhərdən axşama, axşamdan da səhərə kimi 
çırağnan axtarıram, tapmıram. Ə, düzünü bilsən, mən peşova gedəndən-gedənə o andır yadıma 
düşür. 
Məhəmməd - Onda bəs niyə hara getdiyini xəbər vermirdin? 
Yusif - Necə xəbər verəydim? 
Məhəmməd - Telefonla. İndi hamıda telefon var. 
Yusif - Mən getdiyim yerdə telefon tutmur. 
Məhəmməd - Deyirəm də. Yəqin, o qancıx sənə icazə vermiyib 
Yusif - (gülümsəyir, dostunun dediklərini zarafata salmaq istəyir). Bəlkə, onun yanına getmək 
sənin ürəyindən keçir? 
Məhəmməd - Mən məişət pozğunu dəyiləm.  
 
Pauza 
 
Yusif - Yaxşı, bəsdir mısmırığını salladın. Sənə deyirəm ki, uşaxlar məni özləriynən 
aparmışdılar. Sən bilirsən ki, onlar məni çox istiyirlər. Mən də onların xətrinə dəymək istəmirəm. 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
103 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Məhəmməd - Bu dəfə dəyə bilərdin. Deyə bilərdin ki, mən əziz dostumu tək qoya bilmərəm. 
Allah bilir, o mənim haqqımda nə fikirləşər. Məyər kənddə beləydi? Heç elə şey olardımı ki, 
dostun sənə deməmiş harasa gedə!? 
Yusif - Sən məni özünə dost sayırsan?! Kənddə mənə heç salam da vermirdin. Bir-iki dəfəni 
çıxmax şərtilə. 
Məhəmməd - Biz uşaqlıqdan bir yerdə böyümüşüksə, üç gün səhərdən axşama kimi bir yerdə 
oturub-durmuşuxsa, deməli, dostuq. Özü də bu taleyin işidir. Əgər belə olmasıydı, onda 
görüşməzdik. Taleynən oturub çiling-ağac oynamıyacıyıx ki? 
Yusif - Düz deyirsən. Mən bu barədə gərək əməlli-başlı fikirləşəm. 
Məhəmməd - Fikirləşməyə başın olsaydı, belə eləməzdin. Mənim ağlıma yüz cür fikir gəlib. 
Dedim, bəlkə, ölüb elədi, xəbərim olmadı. Sənin təzyiqin var axı... 
Yusif - Düzdü, bu yaşda hamının təzyiqi olur. Söz verirəm ki, bir də heç yerə getmiyəcəm. 
Uşaxlar nə qədər eləsələr də, onların sözünə baxmıyacam. 
Məryəm gəlir. Dostlara sataşır. 
Məryəm - A, köhnə sevgililər kimi nə xosunlaşırsınız burda? 
Məhəmməd - Onun sənə dəxli yoxdu. Sən get...nəydi ə...o? 
Yusif - Porsux. 
Məryəm - (özünü cavan qız kimi apaırır). Çuşki! Porsux yox, Pupsik. O, mənim itimin adıdır. 
Özü də sizdən fərqli olaraq, mehriban və sədaqətlidir. Məni heç yerə qoyub getmir. 
Yusif - Hə əşi, yəqin, keçən dəfə səni qoyub qaçan ayrı şeymiş. 
Məhəmməd - Mən sənə deməmişdimmi, o, ayrı şey axtarır. 
Yusif - (çoxmənalı). Get, o ayrı şeyi ayrı yerdə axtar. 
Məryəm - Öz aramızdır, mənim siz boyda oğlanlarım var. 
Məhəmməd - Amma ərin yoxdur. 
Məryəm - Ərim vardı, onu it apardı.  
Məryəm gülə-gülə onlardan uzaqlaşır. 
Yusif - (fikirli). Rəhmətlik Zalxıya oxşuyur. Məmmədalının bacısına. Mən onu cavanlıxda 
sevirdim. İndi sevməmiş olum. 
Məhəmməd - Məmmədalı dedin, yadıma düşdü, görən, Məmmədalı indi durmuş olar? 
Yusif - Rəhmətliyin oğlu biz kənddən qaçanda onun bir ayağı gordaydı. Heş kənddən çıxmadı 
da. 
 
 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
104 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Məhəmməd - Noolsun. Onların nəsli uzun ömürlüdür. Bəlkə də indi kənddə üzümlüyün 
qarovulunu çəkir. 
Yusif - Nədi... genə də onun üzümlüyü yadına düşdü? Heç kənddən çıxsaydı da indiyə sağ 
qalmazdı. Bu basabasda adam çərliyər. Hamını kəndin dərdi çərlədib öldürdü. 
Məhəmməd - Gecə-gündüz kəndi fikirləşirəm. Heç yadımnan çıxmır. İndi kənddə olsaydıq, 
Küdrünün altına gedərdik, Arazın qırağında oturub balıx tutardıx, elə oradaca kabab eliyib, 
Yaşarın tut arağından vurardıx. 
Yusif - Mənim ürəyim payız armudunun yarpağını istəyir: qıpqırmızı. 
Məhəmməd - Mən fəsəli istiyirəm. 
Yusif - Neçə dəfə uşaxlara qandırmışam, amma hamı istədiyimi qulağ ardına vurub. 
Məhəmməd - Uşaxlar belədilər də. Özləri istiyəni alıb yeyirlər, heç bizi fikirləşmirlər. 
Yusif - (köks ötürür). Eh! 
Məhəmməd - Eh! 
 
Uzun sürən pauza. 
 
Yusif - Ağlıma bir fikir gəlib. Neçə gündür ki, gecələr yatmıram. İlan vuran yatır, mən yox!  
Məhəmməd - İlan nədi, mən əcdaha udan kimiyəm, elə bil, yekə bir qarındayam. Bəlkə də 
əcdaha mənim qarnımdadır. O tərəf, bu tərəfə çevrilməkdən uşaxlar da bezar olub. Gecə səhərə 
kimi fikirləşirəm. Ancağ nə fayda! Yüz fikir, bir borcu ödəməz! 
Yusif - Mən hər gün yuxu görürəm. Görürəm ki, yenə də Tək tutun dibində oturub, pürrəngi çay 
içirik. Bəndiyalıgilin həyətində domino oynuyurux. Yuxudan duran kimi peşiman oluram. 
İstəmirəm ki, yuxum qurtarsın. Onda istiyirəm ki, hər şeyə tüpürəm, qaçam kəndə. 
Məhəmməd - Sən də!? Mən əvvəlcədən bilirdim ki, sən də bu fikirdəsən. 
Yusif - Mən hər gün bu barədə fikirləşirəm. Amma bir yol tapa bilmirəm. 
Məhəmməd - Yol məndə. Gəl qaçax. Hamıdan xəlvət. (Dostuna sınayıcı nəzərlə baxır). 
Yusif - (fikirli-fikirli). Qaçax deyirsən? Bəs bu tifilləri neyniyək? 
Məhəmməd - Sənin o tifil dediklərin çoxdannan böyüyüblər. İndi onların kənd-kəsək vecinə 
dəyil. 
Yusif - Ancax gərək uşaxlar bilməsin. Bilsələr, bizi buraxmazlar. Çünki biz ölsək, onlar 
pensiyamızı ala bilmiyəcəklər. 
Məhəmməd - Niyə ölürük ki?! Kəndə gedib yenə də qayıdarıq. Mən gədələrin kinoaparatını da 
götürərəm, kəndin şəklini çəkib gətirərik. 
Yusif - (əlini-əlinə vurur). Ay kef olacax ha! 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə