Elçin Hüseynbəyli Yolayrıcında qaçış



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə38/72
tarix04.02.2018
ölçüsü5,11 Kb.
#23927
növüYazı
1   ...   34   35   36   37   38   39   40   41   ...   72

www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
108 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
tapdım. Biz indi iki nəfərik, bizim qabağımızı heş kim ala bilməz... (qəfildən nəsə yadına düşür). 
Bileti aldın? 
Yusif - Aldım. 
Məhəmməd - Göstər görüm? 
Yusif - Mənə inanmırsan? Özü də «es-ve». Əvvəlcə vermək istəmirdilər. Deyirdilər ki, burda 
böyük adamlar gedir, qocalar yox. Mən də cavab verdim ki, cavanlıxda mən də böyük adam 
olmuşam, indi büzüşməyimə baxma. Bizimkiləri bilmirsən, qınışqanın arasına lazım olanlardan 
qoydum, aldım. (Cibindən biletləri çıxarır). 
Məhəmməd - (bileti iyləyir). Çoxdandır, qatar bileti iyləməmişəm. Vaxt var idi, tez-tez qatarla 
Bakıya gələrdim. Heş bir gün qalmamış darıxardım və tez də geri qayıdardım. Qaşqın düşənnən 
bəri qatara minməmişəm. Qatar gözəldir. Tıq-tıq-tıqıdıt-tıq... 
Yusif - Hə, indi yenə də minərik qatara. 
Məhəmməd - Bilet Horadizə qədərdi? 
Yusif - Mahmudluya olmuyacax ki. Horadizdən o tərəfə qatar işləmir. Düşmənlərin acığına. Biz 
Arazın qırağı ilə piyada getməliyik. Özü də qaranlıxda. 
Bu zaman Məryəm gəlir. Onlara şübhəli nəzərlərlə baxır. Qocalar özlərini tox tuturlar və 
dilxordurlar ki, Məryəm yenə böyürdən çıxdı. 
Məryəm qocaların ona şübhə ilə baxdıqlarını görür, özünü o yerə qoymur. 
Məryəm - Mən itimi axtarıram. Siz onu təsadüfən görməmisiniz ki? 
Yusif - (Məhəmmədə). İtini axtarır. Gözüm aydın! (Məryəmə). Təsadüfən niyə? İndicə burdan 
keşdi. Yanında da özünə oxşar birisi.  
Məhəmməd - Bağışlıyın, sizin itiniz tez-tez itir? 
Məryəm - Tez-tez niyə? Hərdən gəzməyi tutur. Məsələn, sizin kimi...Soruşmaq ayıb olmasın, 
hara hazırlaşmısınız belə? 
Yusif - Sənə nə, hara hazırlaşmışıq. Bazlığa! 
Məryəm - (kinayəli). Bazlığa?! Ha...ha... (gülür). Bazlığa!.. 
Məhəmməd - Balığa gedirik. 
Məryəm - Burda balıq var? 
Yusif - Balıx var, yoxdu, özümüz bilərik.  
Məryəm - Pupsik, hardasan? (itini axtarmaqda davam edir) 
Yusif - O, şpiondur. Onu əvvəlcədən bizim üstümüzə nəzarətçi qoyublar.  
Məhəmməd - Düzü, mən də elə əvvəldən ondan şübhələnmişdim. Bu cür sarısaç arvadlara 
mənim etibarım yoxdur. 
Yusif - Ona heç kim etibar eləmir ki, bir İtin umuduna qalıb da. 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
109 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Məhəmməd - Evdən qaçanda qazandakı ətlərin hamısını yedim. Başqa vaxtı mənə ət də 
vermirdilər. Elə bil, qəsdən ətləri supun içindən çıxarırdılar. 
Yusif - Cücələrin budlarını da həmişə pişik aparırdı. Mən budsevənəm axı. 
Məhəmməd - Cücələr ordadı (Kəndə işarə edir). Yubanmağ olmaz. Yubanmağ ya ölümə, ya da 
qocalar evinə bərabərdir. Bizə kənd lazımdır. 
Yusif - Bir də azadlıq.  
Məhəmməd - (astadan). Yaşasın azadlıq! 
Yusif - (astadan). Vətən də yaxşıdır! Orda hər şey var. 
Məhəmməd - Balıq da! 
Yusif - Mən armud yarpağı istiyirəm. Özü də qızılı rəngli. 
Məhəmməd - O payızda olur, indi yazdı. Amma fəsəli olar... 
Yusif - (qəfildən xatırlayır). Qatarın yola düşməyinə az qalıb! Tələsmək lazımdı. 
Məhəmməd - Hə, hə...yubanmağ olmaz. 
Yusif - Vağzalda nə soruşsalar, cavab vermə! 
Məhəmməd - Uşax-zadam? 
Qocalar gedirlər. 
Qaranlıqlaşır. Qatar səsi. Sonra qatar dayanır. Sərnişinlər, o cümlədən də qocalar düşür. 
 
Dördüncü şəkil 
 
Ehtimal olunan vağzal. 
Məhəmməd - Gecəni gözləmək lazımdı. Ona qədər elə eləməliyik ki, bizdən şübhələnməsinlər. 
Yusif - Mənnən şübhələnməzlər, amma sən özünü elə aparırsan ki, guya oğurluğa gedirik. O dey, 
o paqonnu gədə elə hey bizə baxır. Yaxınlaşıb soruşsa, deyərik ki, peşov eləməyə gəlmişik. 
Məhəmməd - Vağzala? 
Yusif - Vağzala niyə? Ayaq yoluna. Sadəcə indi yorulmuşuq, bir azdan gedəciyik. 
Məhəmməd - Birdən soruşsa ki, peşoyu niyə evdə eləmirsiniz? 
Yusif - Deyərik ki, qaşqınıx. Qaşqın hara gəldi peşov eliyə bilər. Çünki vətəni hər yerdir... Biz, 
bax indi ora getməliyik. O ağacın dibiynən. Elə eliyərik ki, guya... o məsələ... 
Məhəmməd - Mənə elə gəlir ki, susmaq hamısınnan yaxşıdı. Onda elə biləcəhlər ki, ya dəliyik, 
ya da lal-kar. 
Yusif - Birdən erməniyə oxşatdılar? 
Məhəmməd - Onda deyərik ki, erməni özünüzsüz.  
Yusif - Bax belə! 


www.kitabxana.net
 – 
Milli Virtual Kitabxananın e-nəşri. 2011
 
 
110 | 
w w w . k i t a b x a n a . n e t
  –   M i l l i   V i r t u a l   K i t a b x a n a
 
 
Qaranlıqlaşır.  
 
Beşinci şəkil 
 
Alaqaranlıqda qocaların səsi. 
Məhəmməd - Yorulmamısan ki? 
Yusif - Quş kimiyəm. Hələ ömrümdə özümü belə yüngül hiss eləməmişdim. 
Məhəmməd - Mən də. 
Yusif - Bu yolnan getsək yaxşıdır. Mənim dəqiq yadımdadır ki, araba yolu burdandır.  
Məhəmməd - Bizi görə bilərlər. 
Yusif - Mən özüm heç səni görmürəm. Kimdi bizi aralıdan görən. 
Məhəmməd - Mərcanlını gördün də. Evlərin heş birində işıx yoxdu. 
Yusif - Elə işıx olmasa yaxşıdı, yoxsa ki, itlər bizi parçalamışdı. İndi, yaqın, itlər yatır. 
Məhəmməd - Hə, onların yaman çoban itləri olur. 
Qeyd. Bu dialoqlarda qocalar elə danışırlar ki, sanki Mərcanlıda yaşayış var. Onlar unudurlar ki, 
bura işğal olunub və adamlar çoxdan bu yerləri tərk eləyiblər. 
Məhəmməd - Ə, bu, Maralyandan heç səs-səmir gəlmir. 
Yusif - Ə, kiri, duyux düşən olar. 
Uzun pauza. Qocalar dinmir. 
Məhəmməd - Çatdıx. Tək tut ağacı burdadır.  
Yusif - Hə, mən də hiss eliyirəm. İnanırsan, elə bil gözlərim açılıb. Şəhərin adlı-sanlı həkimləri 
yığışıb gözlərimə əncam çəkə bilmədilər, amma kəndimizin havası gözlərimi aşdı. Mən Tək tutu 
əməlli-başlı görürəm. 
Məhəmməd - Yazıq, Tək tut. Qocalıb. 
Yusif - Yox, çərliyib, ona görə də quruyub. Adamsızlıqdan quruyub. Kölgəsində adam 
oturmayan ağac quruyar da. 
Məhəmməd - Ora Alı xəndəyidir. Yadındadı, Əhlimanla orada tutaşmağımız? Hə, sohra da 
Rəhiləni Vaqif qaçırtdı. Elə pambıq yığdığı yerdə. 
Yusif - Eh! Vaqifgilin pəyəsindəki cöngənin böyürtüsü kəsilən kimi, bildim ki, sabah toydu. 
Məhəmməd - Ə, heyliydi dana. Bir adamın ki, qapısında çöngə bağlanırdı, bilirdin ki, toya 
hazırlaşırlar.  
Yusif - Məmmədalı kişinin əvi, bir az o yanda olmalıdı...Bıy, ə, bəs bu əvlər hanı? 
Yusif - Mən də elə onu deyirəm dana! Əvlər görühmür axı. 
Məhəmməd - Deyirsən, yanı, səhf eləmişik. Dünyada o qədər Tək tut ağacı var ki... 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə