www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
156 |
w w w . k i t a b x a n a . n e t
– M i l l i V i r t u a l K i t a b x a n a
«Yaloba»ya çıxdı. Yol-iz itmişdi. Mahmudlu bağı keçilməz meşəyə çevrilmişdi. Kələsərlik yox
olmuşdu, ilğın kollarının içində itmişdi.
Bu da öz bağları.
Gecə böcəklərinin, ilbizlərin və çöl qurbağalarının səsindən duydu ki, açıqlığı yenə də su basıb.
Yoxsa ki, bu ayazda nə ibliz, nə böcək. Ürəyindən gizilti keçdi, kövrəldi.
Açıqlığın ortasındakı qonur tut ağacı yerində yox idi. Yəqin quruyub, sonra da çürüyüb. Bəlkə də
kəsib aparıblar.
Qonşu bağdakı şəllər eləcə yerində dururdu. Kapyuşonlu (papaqlı) katolik keşişləri kimi
başlarını aşağı əyib, sanki ölümə məhkum olunmuş cəngavərin o biri dünyada həyatının günahsız
keçməsi üçün Tanrıya dua edirdilər.
Havadakı ayaz getdikcə güclənirdi. Bu, səhərin tezliklə açılacağına işarəydi.
Ona görə də ləngimədi və kəndin ortasındakı yenişi enib, yenidən çayın kənarına çıxdı və
evlərinə tərəf addımladı.
Ürəyi uçunurdu. Doğma həyətlər ona keçmiş tarixini xatırladırdı, əski sevincini, kədərini yadına
salırdı.
Həyəcanlanmışdı. Köhnə həyət-bacalar, evlər xarabalığı xatırladırdı, amma burada qorxudan
çox, sevgi hökm sürürdü. Onun ürəyi sevincindən partlaya bilərdi.
Həyətlərinə girdi. Tövlə iyi burnuna vurdu. Tövlənin çardağı yanmışdı. Ona ot qarışıq od
vurmuşdular. Divarları qara daşla hörüldüyündən sökməmişdilər. Tövləni Lal Baloğlan
hörmüşdü.
Hava açılırdı. Çovustanları yanıb külə dönmüşdü. Evlərinin bir divarı bütöv qalmışdı. Sanki onu
muzey üçün saxlamışdılar. Evin ağ daşlarını vaxtıilə dağlardan, qayalardan çapıb gətirmişdilər.
Bağçalarındakı ağacların bəziləri kəsilmişdi, bəziləri qurumuşdu, amma nar və tut ağaclarının
əksəriyyəti dururdu. Həyəti hasarlayan beton plitələr sökülüb aparılmışdı. Yurd yağmalanmışdı.
www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
157 |
w w w . k i t a b x a n a . n e t
– M i l l i V i r t u a l K i t a b x a n a
Qəlbindəki həyacanı, gözlərindəki yazıqlığı, əllərindəki, dizindəki qəzəbi soyutmaq üçün
ağladı…
Evi sökənlər, güman ki, zirzəmyə də girmişdilər. Çantasını yerə qoydu. Xarabalığa dönmüş evə
girdi. Bir zamanlar üstündə iməklədiyi, qardaş-bacıları ilə qaçdı-tutdu oynadığı evin döşəməsi də
sökülmüşdü.
Ara-sıra çürük taxta qırıqları gözə dəyirdi. Evin zirzəmisində olan ləvazimatların heç biri yerində
yoxuydu. Ağac üçün çalanı nə ilə qazacağını fikirləşdi. Qonşuya adladı. Onların da həyəti
xarabazarlığı xatırladırdı.
Qonşularının da evləri gözünün qabağında tikilmişdi. Üz-gözündən tər axan xarratlar, bənnalar,
elə bil, dünən tut ağacının dibində oturub, ağızları yana-yana çay içirdilər.
Kimsəsizlik hər tərəfə hakim kəsilmişdi. O düşündü ki, bir azdan buralar tamam itəcək. İllər
keçəndən, bu kəndin onunla yaşıd adamları dünyasını dəyişəndən sonra hər şey yaddan çıxacaq.
Kəndlilərindən heç kim, hətta onun nəvə-nəticələri də öz yurd- yuvasını, qonşusunu
tanımayacaq. Xatirələr də qalmayacaq. Deməli, keçmiş olmayacaq.
Gün artıq çıxmışdı və bu cansıxıcı mənzərəni amansız cəllad kimi çılpaqlığı ilə göstərirdi.
Təbiət, sanki adamlardan hayıf çıxırdı və öz ilkinliyinə can atırdı.
Nəhayət, çöl darvazanın yanından dəmir parçası tapdı. Bu, mərmi qırığıydı.
Həmin dəmirlə bağçanın ortasında, köhnə evlərinin yerində çala qazmağa başladı. Çalayla bir
xeyli əlləşdi.
Dizi ağrıdığından çömbəltmə otura bilmirdi, ikiqat əyildiyinə görə beli sızıldayırdı və tez-tez
dikəlirdi ki, ağrıları çəkilsin. Ağrılarını azaltmaq üçün buduna təzə iynə vurdu.
Nəhayət, çalanı qazıb qurtardı. Balaca bir çala xeyli vaxt apardı, sanki, yekə bir evin özülünü
qazmışdı.
www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
158 |
w w w . k i t a b x a n a . n e t
– M i l l i V i r t u a l K i t a b x a n a
Tövlənin böyründəki təpəlikdən çürümüş peyin gətirib çalaya tökdü, ağacı çantasından ehmalca
çıxardı, salafanını açıb, köklü-köməcli və torpaq qarışıq çalaya qoydu, dibini doldurdu və torpağı
ayaqlamağa başladı.
Bircə qalırdı çaydan su gətirmək. Amma nə ilə gətirəcəyini bilmirdi. Yola götürdüyü suya heyfi
gəldi, bir müddət dayanıb ağaca baxdı, götür-qoy elədi. Bu zaman arxadan addım səsləri və
hənirti eşitdi.
Ehmalca arxaya döndü. İki erməni əsgəriydi.
Avtomatlarını ona tuşlamışdılar. Yəqin ki, onu qarşıdakı təpədən görmüşdülər.
Orda ermənilərin gözətçi postu vardı. Bunu sonradan bildi.
Rütbəcə böyük olan erməni əsgəri (paqonundakı xətlərdən çavuşa oxşayırdı), öz dilində
hündürdən nəsə dedi, az qala qışqırdı. Elə başa düşdü ki, əsgər ona əllərini qaldırmağı əmr edir.
Əllərini yuxarı qaldırdı və:
-Rusca bilirsiniz?-deyə soruşdu.
O biri əsgər həkimin çantasını töküb baxdı, silah-zad yoxuydu.
Rütbəcə böyük əsgər yenə də öz dilində nəsə dedi və avtomatın lüləsilə işarə elədi ki, onların
qabağına düşsün. Başqa çarə yoxuydu.
Ona görə də əsgərlərin əmrinə tabe oldu. Bir az gedəndən sonra əllərini yavaş-yavaş aşağı saldı,
erməni əsgəri, avtomatın qundağı ilə onun kürəyindən vursa da əhəmiyyət vermədi, çünki heç bir
ağrı hiss etmirdi.
Əsgərlər əsirin əlini aşağı salmasına acıqlanmışdılar.
Onu kənddən iki kilometr aralıda yerləşən zastavaya gətirdilər.
Dostları ilə paylaş: |