Елементляр кимйасы



Yüklə 1,33 Mb.
səhifə3/45
tarix31.03.2023
ölçüsü1,33 Mb.
#103903
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   45
C fakepathelementler kimyasi (1) yeni 7.11.2020

Təbiətdə tapılması. Qələvi metallar kimyəvi xassəcə çox aktiv olduqları üçün, təbiətdə yalnız birləşmələr şəklində yayılmışdır. Bu metallardan ən çox rast gəlinəni natrium və kaliumdur. Onlar yer qabığının çəki ilə 2,8%-ni və 2,5%-ni təşkil edir. Litium, rubidium və sezium nadir elementlərdir. Onların yer qabığında çəki miqdarları çox azdır. Fransium az miqdarda aktinium və uran filizlərində olur.
Litiumun mühüm mineralları bunlardır:

  1. LiAlPO4F-ambliqonit;

  2. Li[Al(SiO3)2]-spodumen;

  3. Li3K2Al3[Si3AlO10)]2(F,OH)2 – lepidolit.

Natriumun mühüm mineralları aşağıdakılardır:

  1. NaCl- daş duz, xörək duzu (qalit mineral);

  2. NaSO410H2O - Qlanber duzu və ya mirabilit;

  3. NaNO3- Çili sörası;

  4. Na2SO4- tenazdit;

  5. Na3[AlF6]- kriolit;

  6. Na2B4O7 10H2O –boraks;

  7. Na2O Al2O3 2SiO2 – nefelin;

  8. Na2O Al2O3 6SiO2 – çöl şpatı (albit);

  9. Na2SO4 CaSO4- qlauberit;

  10. Na2SO4 3K2SO4 – qlazerit.

Kaliumun təbiətdə yayılan mühüm təbii birləşmələri:

  1. KCl-silvin;

  2. NaClKCl –silvinit;

  3. KClMgCl26H2O –karnallit;

  4. KClMgSO43H2O – kainit;

  5. K2OAl2O36SiO2- çöl spatı (ortoklaz);

  6. K2SO4 2MgSO4 – lanqbeynit.

Seziumun təbii birləşməsi 4Cs2O4Al2O318SiO22H2O – poelustdir.
Bu birləşmələrdən başqa, natrium və kalium birləşmələri okean, göl və çay sularında da rast gəlir. Okean sularında natrium xloridin miqdarı 2,5%-dir.
Qanda 0,32%, sümükdə 0,6%, əzələ toxumalarında – 0,6-1,5% Na+ olur. Litium az miqdarda tütündə olur. Kalium isə bitki külündə birləşmələr şəklində rast gəlinir.

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə