Елементляр кимйасы



Yüklə 1,33 Mb.
səhifə7/45
tarix31.03.2023
ölçüsü1,33 Mb.
#103903
növüDərslik
1   2   3   4   5   6   7   8   9   10   ...   45
C fakepathelementler kimyasi (1) yeni 7.11.2020

Qələvi metalların oksid peroksidlərinin tətbiqi.
Qələvi metal oksidlərinin praktiki əhəmiyyəti olmadığı üçün, texnikada tətbiq edilmir və ona görə də küllü miqdarda istehsal olunmur. Yalnız litium oksiddən süasındırma əmsalı yüksək olan xüsusi şüşə istehsalında tətbiq olunur. natrium peroksid və kalium peroksidin karbon qazı ilə reaksiyasından (reaksiyada karbon qazı oksigenlə əvəz olunur). xüsusi əleyhqazlarda, sualtı qayıqlarda və kosmik gəmilərdə havanın oksigenini bərpa etmək üçün istifadə olunur.
Peroksidlər güclü oksidləşdirici olduğu üçün onlardan toxuculuq sənayesində parçaların ağardılmasında istifadə olunur.


1.3. Qələvi metalların hidroksidləri


Alınması. Qələvi metalların hidroksidləri laboratoriyada aşağıdakı üsullarla alınır:

  1. qələvi metalların su ilə qarşılıqlı təsirindən:



  1. qələvi metalların oksid və peroksidlərini suda həll etməklə:


3) qələvi metalların hidridlərini suda həll etməklə:

Sənayedə qələvilər kimyəvi və elektrokimyəvi üsullarla alınır.
Kimyəvi üsullara əhəng və ferrit üsulları aiddir.
Əhəng üsulu (sodanın kaustikləşdirilməsi) ilə qələvi almaq üçün sodanın sulu məhlulu və əhəng daimi qarışdırılaraq qızdırılır:

və ya

Həll olmayan CaCO3 filtrdən keçirilir və kaustikin (NaOH) suda məhlulu (prosesin adı buradan götürülmüşdür) quru məhsul almaq üçün buxarlandırılır.


Ferrit üsulu ilə qələvilər almaq üçün soda və dəmir (III) oksid qarışığı 1000-11000C-də qızdırılır. Fe2O3 zəif amfoter xassəyə malikdir və ancaq çox yüksək temperaturda turşu oksidi kimi reaksiyaya daxil olur və natrium-ferrit əmələ gətirir.

Alınan isti ərinti su ilə işlənir:

Fe2O3 qələvilərin suda məhlulunda həll olunur, ona görə də filtrlənir və bərk (quru) qələvi almaq üçün filtrdən keçən məhlul buxarlandırılır. Analoji olaraq kalium qələvisini də bu yolla almaq olar.

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə