Елементляр кимйасы


II QRUPUN ƏSAS YARIMQRUP ELEMENTLƏRİ



Yüklə 1,33 Mb.
səhifə10/45
tarix31.03.2023
ölçüsü1,33 Mb.
#103903
növüDərslik
1   ...   6   7   8   9   10   11   12   13   ...   45
C fakepathelementler kimyasi (1) yeni 7.11.2020

2. II QRUPUN ƏSAS YARIMQRUP ELEMENTLƏRİ
(II A qrupu)


2.1. II qrupun əsas yarımqrup elementlərinin ümumi
xarakteristikası

II qrupun əsas yarımqrupuna berillium Be, maqnezium Mg, kalsium Ca, stronsium Sr, barium Ba və radium Ra daxildir. Bu elementlərdən Ca, Sr, Ba, Ra elementləri qələvi-torpaq metalları adlanır, belə ki, onların oksidləri («torpaqları») su ilə qələvi əmələ gətirir. Bu elementlərin xarici energetik səviyyəsində iki s-elektron (ns2) vardır. Bu elementlər s-elementləridir. Onlar xarici elektronlarını verərək, birləşmələrində +2 oksidləşmə dərəcəsi göstərirlər:


np np1


n s2 + E ns1

Me.. ⇅ Me= Be, Mg, Ca, Sr, Ba, Ra Me*.. ↑


Qrafiki elektron formulundan göründüyü kimi, xarici energetik səviyyədə tək elektronlar olmadığından, bu metallar normal halda kimyəvi rabitə əmələ gətirmir. Həyəcanlanmış vəziyyətdə isə iki valentlik göstərirlər.
Qələvi torpaq metalların hamısı qələvi metallardan sonra ən aktiv metallardır.
Yarımqrupda elementlərin sıra nömrəsi artdıqca, onların ionlaşma enerjisi azalır, atom radiusu artır, elektronların verilməsi asanlaşır, yəni metallıq xassəsi artır. Bu yarımqrup elementləri havada oksidləşərək RO tipli oksidlər əmələ gətirir ki, onlara da R(OH)2 tərkibli əsaslar uyğun gəlir. Əsasların əsas xassələri və suda həll olmaları Be-Ra sırasında artır.
BeO və Be(OH)2 amfoter xassə göstərir.
Be-yarımqrupunun bütün elementləri hidrogenlə ümumi formulu RH2 tərkibli hidridlər əmələ gətirir.
II A qrup elementlərinin bəzi xassələri aşağıdakı cədvəldə verilmişdir. (Cədvəl 2)


II A qrup elementlərinin bəzi xassələri


Cədvəl 2.



Xassələri

Be

Mg

Ca

Sr

Ba

Ra

Valent elektronları

2s2

3s2

4s2

5s2

6s2

7s2

Atom kütləsi

9,012

24,305

40,08

87,62

137,33

226,025

Atom radiusu, nm

0,113

0,160

0,197

0,215

0,221

0,235

İon radiusu
(M2+), nm

0,034

0,074

0,104

0,120

0,138

0,144

İonlaşma enerjisi İ2, ev

18,21

15,03

11,87

10,86

9,95

10,10

Sıxlığı, q/sm3

1,85

1,74

1,54

2,63

3,76

6,00

Ərimə temperaturu, 0C

1285

651

850

770

710

960

Qaynama temperaturu, 0C

2474

1107

1492

1380

1637

1340



2.2. Berillium Be


Berilliumun kimyəvi işarəsi Be, sıra nömrəsi 4, nisbi atom kütləsi 9-dur. .


Kəşfi. Berillium fransız kimyaçısı N.Vokelen tərəfindən 1798-ci ildə beril mineralını analiz edərkən oksid şəklində kəşf edilmiş, 1828-ci ildə isə onu alman kimyaçısı F.Vober və fransız kimyaçısı A.Byussi bir-birindən asılı olmayaraq, berillium-xloridi kaliumla reduksiya etməklə sərbəst halda almışlar. Bəzi ədəbiyyatda berilliumu onun duzlarının şirin dadlı olmasına görə qlisinium (şirəli) adlandırırlar.
Təbiətdə tapılması. Berillium təbiətdə az yayılmış elementlərdəndir. O, yer qabığının çəki ilə 6104 %-ni təşkil edir. Təbiətdə yalnız birləşmələr şəklində yayılmışdır. Təbiətdə onun 40-a qədər mineralı məlumdur. Ən mühüm mineralları: beril – Be3Al2(SiO3)6, fe­na­kit – Be2 SiO4, xrizoberil Be[Al2O4] və helvin (MnFe)8 (Be SiO4)6S2 Beril mineralının tərkibinə daxil olan oksidlərdən asılı olaraq, onların bir neçə növü vardır.
Zümrüd – (tərkibində 0,3% Cr2O3 vardır) – yaşıl rənglidir. Akvamarin –yaşılımtıl-mavi rəngli (Fe qarışığı), xrizoberil (BeAl2)O4 və onun şəkildəyişməsi olan aleksandrit–yaşıl növü hələ çox qədim vaxtlardan qiymətli daş-qaş kimi istifadə edilmişdir.

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə