Елементляр кимйасы



Yüklə 1,33 Mb.
səhifə13/45
tarix31.03.2023
ölçüsü1,33 Mb.
#103903
növüDərslik
1   ...   9   10   11   12   13   14   15   16   ...   45
C fakepathelementler kimyasi (1) yeni 7.11.2020

Be2SiO4 – fenakit mineralı şəklində təbiətdə rast gəlir. Süni surətdə onu SiO2 və BeO –diekvivalent nisbətdə qarışdırıb 10000C-dən yuxarı qızdırmaqla alınır.

2BeO + SiO2 Be2SiO4




Be(NO3)23H2O berilliumun oksid və ya karbonatına nitrat turşusu ilə təsir etməklə alınır:

BeO + 2HNO3  Be (NO3)2 + H2O


BeCO3 + 2HNO3  Be (NO3)2 + H2O + CO2


BeSO4berilliumun oksidini və ya hidroksidini sulfat turşusu ilə birlikdə qızdırmaqla alınır:

BeO + H2SO4 BeSO4 + H2O


Be(OH)2 + H2SO4 BeSO4 + 2H2O

Berilliumu qızdırdıqda kükürd, azot və fosforla BeS, Be3N2 və Be3P2 tipli birləşmələr əmələ gətirir:


Be + S BeS
Berillium-sulfidi yandırdıqda oksidə, hidrogen xloridlə təsir etdikdə isə xloridlər alınır:
2BeS + 3O2 2BeO + 2SO2
BeS + 2HCl BeCl2 + H2S
Berillium karbonla Be2C və BeC2 tipli müxtəlif tərkibli karbidlər əmələ gətirir. Be2C - berilliumun kömür tozu ilə inert atmosferdə 17600C-yə qədər qızdırmaqla alınır:
2Be + C  Be2C
Be2C – qırmızımtıl və çox sərt maddədir. Yalnız 21000C-dən yuxarı temperaturda parçalanır, arqon atmosferində 24000C-də əriyir. Be2C-yə xlorid və nitrat turşuları zəif təsir edir. Qatı və qaynar sulfat turşusunda isə yaxşı həll olur:
Be2C + 2H2SO4  2BeSO4 + CH4
Otaq temperaturunda su ilə hidroliz edir:
Be2C + 4H2O  2Be(OH)2 + CH4
Berillium tozu üzərindən 4500C temperaturunda quru asetilen qazı buraxdıqda BeC2 alınır:
Be + C2H2  BeC2 + H2
BeC2 su və xlorid turşusunun təsirindən parçalanır. Ona qaynar efirlə təsir etdikdə asetilen əmələ gəlir:

BeC2 + 2H2O  Be(OH)2 + C2H2


BeC2 + 2HCl  BeCl2 + C2H2



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə