Елементляр кимйасы



Yüklə 1,33 Mb.
səhifə21/45
tarix31.03.2023
ölçüsü1,33 Mb.
#103903
növüDərslik
1   ...   17   18   19   20   21   22   23   24   ...   45
C fakepathelementler kimyasi (1) yeni 7.11.2020

Hidroksidləri. Ca(OH)2, Sr(OH)2, Ba(OH)2
Bu hidroksidlər suda yaxşı həll olan ağ rəngli maddələrdir. Aşağıdakı üsullarla alınır:
1) Me+H2OMe(OH)2+H2 MeO+H2OMe(OH)2
MeCl2+ H2O H2+Me(OH)2+Cl2
MeH2+2 H2O  Me(OH)2+2H2
Ca, Sr və Ba hidroksidləri əsasi xassəli olduqlarından onlar əsasların daxil olduqları reaksiyalara turşu oksidləri, turşular, duzlarla reaksiyaya daxil olurlar:
Me(OH)2 + CO2  MeCO3 + H2O
Me(OH)2 + 2HCl  MeCl2 + 2H2O
Me(OH)2 + FeCl2  Fe(OH)2 + MeCl2
Ca(OH)2-nin suda şəffaf məhlulu əhəng suyu adlanır, eləcə də Ba(OH)2 məhlulu barit suyu adalnır və onlardan laboratoriyada karbon qazını təyin etmək üçün istifadə olunur. Əhənglə qumun su ilə qarışığından tikinti materialı kimi istifadə olunur. Qarışıq havanın tərkibində olan CO2 ilə əhəng arasında gedən reaksiya nəticəsində bərkiyir:
Ca(OH)2+CO2 CaCO3+H2O

Ca(OH)2+SiO2 CaSiO3+ H2O

Kalsium və stronsiumun hidroksidlərinə hidrogen peroksidin qatı məhlulu ilə təsir etdikdə, barium oksidini isə havada qızdırdıqda onların peroksidi alınır:


Ca(OH)2+ H2O2  CaO2+2H2O
Sr(OH)2+ H2O2  SrO2+2H2O
2BaO+O2  2BaO2
Təxminən 6000C-də əmələ gələn BaO2 8000C-də BaO və O2-yə parçalanır:
BaO2 BaO+O2

Bu reaksiyadan istifadə edərək, keçən əsrdə havadan oksigen alırdılar. (Brin üsulu).


Peroksidlər suda pis həll olur, turşularla təsir etdikdə H2O2 alınır:
CaO2+2HClCaCl2+ H2O2
Onlar oksidləşdirici xassə daşıyır, ağır metalların duzları ilə reaksiyada isə reduksiyaedici xassə göstərir:

BaO2+HgCl2BaCl2+Hg+O2





Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə