Елементляр кимйасы



Yüklə 1,33 Mb.
səhifə20/45
tarix31.03.2023
ölçüsü1,33 Mb.
#103903
növüDərslik
1   ...   16   17   18   19   20   21   22   23   ...   45
C fakepathelementler kimyasi (1) yeni 7.11.2020

Mürəkkəb maddələrlə qarşılıqlı təsiri. 1. Kalsium yarımqrupu elementləri su ilə reaksiyaya girərək qələvilər əmələ gətirir. Kalsium soyuq su ilə çox yavaş, isti su ilə çox sürətlə reaksiyaya daxil olur.
Me+H2OMe(OH)2+H2 (Me=Ca, Sr, Ba)
2. Kalsium qələvi metallar kimi özündən az aktiv metalları onların oksidlərinin və duzlarının ərintisindən reduksiya edir:
2Ca+TiO2 Ti+2CaO 2Ca+TiCl4 2CaCl2+Ti
ərinti
3Ca+2AlCl3 3CaCl2+2Al

3. Kalsium yarımqrupu elementləri qatı H2SO4 və HNO3-dən başqa digər turşulardan hidrogeni çıxarır:


Ca+ H2SO4CaSO4+H2 Ca+2HClCaCl2+H2


duru

4. Qatı sulfat və nitrat (qatı və duru) turşuları ilə bu qrup metallar aşağıdakı kimi gedir:


4Ca+5H2SO4  CaSO4+H2S+4H2O


qatı

4Ca+10HNO3  4Ca(NO3)2+N2O+H2O


qatı

4Ca+10HNO3  4Ca(NO3)2+NH4NO3+3H2O


duru
Tətbiqi. Kalsium metallurgiyada çuqun və poladları oksidlərdən təmizləmək üçün, eləcə də əksər nadir metalların (Ti, HF, Nb, Ta və s.) oksid və xloridlərindən həmin metalları almaq üçün reduksiyaedici kimi tətbiq edilir. Onun qurğuşunla ərintisi podşipniklərin hazırlanmasında istifadə olunur.
Stronsiumun amalqaması (civə ilə ərintisi) üç valentli lantanoidləri ikivalentli birləşmələrinə reduksiya edir.
Bariumun qurğuşunla ərintisi mətbəədə tətbiq edilir.
Kalsium yarımqrupu elementlərinin əsas birləşmələri aşağıdakılardır:
Oksidləri: CaO, SrO və BaO.
CaO – 30000C-də əriyən ağ rəngli maddədir, texniki adi sönməmiş əhəngdir. Sənayedə bu oksidlər bu metalların karbonatlarının termiki parçalanmasından alınır:
MeCO3 MeO+CO2

Karbonatların parçalanma temperaturunu aşağı salmaq üçün onlar karbonla birlikdə qızdırılır:


MeCO3+C MeO+2CO

Bu oksidlər əsasi oksidlər olduqları üçün onlar əsasi oksidlərin bütün kimyəvi xassələrini göstərir, yəni su ilə, turşularla və turşu oksidləri ilə reaksiyaya daxil olurlar:


MeO + H2O  Me(OH)2
MeO + CO2  MeCO3
MeO + 2HCl  MeCl2+H2O
Kalsium oksiddən əsasən sönmüş əhəng Ca(OH)2 və kalsium karbid CaC2 almaq üçün, SrO –şəkər istehsalında, BaO isə barium peroksid almaq üçün istifadə olunur.

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə