Елементляр кимйасы



Yüklə 1,33 Mb.
səhifə17/45
tarix31.03.2023
ölçüsü1,33 Mb.
#103903
növüDərslik
1   ...   13   14   15   16   17   18   19   20   ...   45
C fakepathelementler kimyasi (1) yeni 7.11.2020

Maqnezium oksid MgO – ağ, xırda kristallik maddədir, 28000C-də əriyir, ancaq əsasi xassəyə malikdir. MgO soyuq suda həll olmur, qaynar suda isə həll olaraq Mg(OH)2-yə çevrilir:
MgO+H2O Mg(OH)2

Maqnezium oksidi laboratoriyada metallik Mg-u yandırmaqla və ya maqnezium hidroksidi közərtməklə almaq olar:


2Mg+O2 2MgO Mg(OH)2 MgO+H2O
Sənayedə isə MgO maqnezium-karbonatın termiki parçalanmasından alınır:
MgCO3 MgO+CO2

MgO – əsasi oksid olduğu üçün əsasi oksidlər üçün xarakter olan bütün xassələri göstərir:


MgO+CO2 MgCO3 MgO+SiO2 MgSiO3

MgO+2HCl  MgCl2+H2O MgO+H2SO4  MgSO4+H2O




Maqnezium hidroksid Mg(OH)2 suda həll olmur, maqneziumun duzlarına qələvilərin təsiri ilə alınır:

MgCl2+2NaOH Mg(OH)2+2NaCl


Mg(OH)2 – əsaslar üçün xarakter olan bütün xassələri gös­tərir:


Mg(OH)2+SO3MgSO4+H2O
Mg(OH)2+2HCl MgCl2+2H2O
Mg(OH)2+ H2SO4 MgSO4+2H2O
Mg(OH)2 həm də ammonium duzlarında həll olur:

Mg(OH)2+2NH4Cl MgCl2+2NH3+2H2O


MgO və MgCl2-in qatı məhlulunu qarışdırdıqda tez bərkiyən maddə alınır. Buna maqnezial sement və ya Sorel sementi deyilir:


MgO+MgCl2+H2O2Mg(OH)Cl
Sorel sementinin bərkiməsi, onun tədricən susuzlaşaraq yüksək molekullu zəncirlərin əmələ gəlməsi ilə əlaqədardır.
Sorel sementi asan cilalanan, turşu və qələvilərə qarşı davamlı olan, sıx kütləyə çevrilə bilən qeyri-üzvi polimerdir:
HO—MgO—(-Mg-O-)n MgCl
Maqnezium metalların gərginlik sırasında özündən sonra yerləşən metalları, onların duzlarından məhlulda və ərintidə sıxışdırıb çıxarır:
Mg+Pb(NO3)2  Pb+Mg(NO3)2
Mg+CuCl2  Cu+MgCl2
Mg+FeCl2  Fe+MgCl2
Maqneziumun az aktiv metalları reduksiya etmək xassəsindən metallurgiyada metalların alınmasında istifadə olunur. Məsələn:

TiCl4+Mg  Ti+2MgCl2


Maqneziumun MgC2 və Mg2C3 tərkibli karbidləri məlumdur. Bunlardan MgC2 aşağıdakı üsullarla alınır:

MgF2+CaC2  MgC2+CaF2


Mg+C2H2  MgC2+H2
Maqnezium-karbid su ilə parçalandıqda asetilen alınır:
MgC2+2H2O  Mg(OH)2+C2H2
MgC2-nin termiki parçalanması isə aşağıdakı sxem üzrə gedir:

2MgC2 Mg2C3 2Mg+3C


Deməli, MgC2 6100-yə qədər qızdırdıqda Mg2C3 əmələ gəlir. Mg2C3 suda həll olduqda propin alınır:


Mg2C3+4H2O 2Mg(OH)2+CH3-CCH
Maqneziumun suda həll olan duzlarına soda məhlulu ilə təsir etdikdə mübadilə reaksiyası getmir və reaksiya nəticəsində əsasi maqnezium-karbonat alınır:

2MgCl2+2Na2CO3+2H2O Mg(OH)2CO3+4NaCl+CO


Maqneziumun susuz duzları olduqca hiqroskopikdir. Mg(ClO4)2 – «anhidran» CO2, H2S və s. qazların qurudulmasında istifadə olunur.


Maqneziumun mühüm duzlarından biri də MgSO4  7H2O kris­talhidratıdır. Buna ingilis duzu (acı duz) deyilir və tibdə istifadə olunur.
Maqnezium kompleks birləşmə əmələ gətirmir.

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə