Елементляр кимйасы



Yüklə 1,33 Mb.
səhifə25/45
tarix31.03.2023
ölçüsü1,33 Mb.
#103903
növüDərslik
1   ...   21   22   23   24   25   26   27   28   ...   45
C fakepathelementler kimyasi (1) yeni 7.11.2020

II Fəsil. p- elementləri

D.İ.Mendeleyevin dövri sistemində 30 p-elementi yerləşir. Onlar üçüncü qrupdan başlayaraq, bütün A qrup elementlərini (hidrogen və heliumdan başqa) təşkil edir. p-elementlərin valent elektronları qrupdan qrupa keçdikcə 3-dən 8-ə qədər artır: ns2np1-ns2np2-ns2np3- ns2np4- ns2np5- ns2np6. Göstərilən istiqamətdə bu elementlərin oksidləşdirici xassələri də artır. Bu isə onların qeyri-metallıq xassələrinin tədricən qüvvətlənməsi ilə əlaqədardır.




3. III QRUPUN ƏSAS YARIMQRUP ELEMENTLƏRİ
(III A qrupu)


3.1. III qrupun əsas yarımqrup elementlərinin ümumi
xarakteristikası

III qrupun əsas yarımqrupuna bor B, alüminium Al, qallium Ga, indium Jn və tallium Tl daxildir. Bu elementlər p-elementlərdir.


Bor yarımqrupu elementlərinin atomlarının xarici energetik səviyyəsində 3 elektron (ns2np1) yerləşir. Ona görə də bu elementlər öz xarici 3 elektronlarını verərək, birləşmələrində +3 oksidləşmə dərəcəsi göstərir.
Bu elementlərin qrafiki elektron formulları aşağıdakı kimidir:
np1 np2
E… ns2 E*… ns1

normal hal həyəcanlanmış hal

Sxemdən göründüyü kimi, normal halda bu elementlərin xarici elektron təbəqəsində 1, həyəcanlanmış halda isə 3 tək elektron vardır. Ona görə də bu elementlər həm də +2 oksidləşmə dərəcəsi göstərə bilər. Lakin Tl istisna olmaqla, bu elementlər 3p1 tək elektronun iştirakı ilə birləşmə əmələ gətirmir. Qalan digər elementlər Be-yarımqrupu elementləri kimi kovalent rabitəli birləşmələrini hə­yə­canlanmış hala uyğun gələn ns1np2 elektronları hesabına əmələ gə­tirir və bu elementlər +3 oksidləşmə dərəcəsi göstərib üçvalentli olur.


III A qrup elementlərinin metalliq xassələri BTl sırasında getdikcə artır. Bor – qeyri metaldır, Al, Ga, Jn – amfoter xassəli metal, Tl – metaldır.
Bor yarımqrupu elementlərinin hamısı R2O3 tipli oksidlər əmələ gətirir. Bu oksidlərə R(OH)3 tərkibli hidroksidlər uyğun gəlir: B(OH)3-H3BO3 – turşudur, Al(OH)3, Ga(OH)3 və Jn(OH)3amfoter xassəli, TlOH isə güclü əsasdır. Tl(OH)3 alınmayıb. Bu elementlərin bəzi xassələri aşağıdakı cədvəldə verilmişdir.



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə