Елементляр кимйасы



Yüklə 1,33 Mb.
səhifə23/45
tarix31.03.2023
ölçüsü1,33 Mb.
#103903
növüDərslik
1   ...   19   20   21   22   23   24   25   26   ...   45
C fakepathelementler kimyasi (1) yeni 7.11.2020

Stronsium xloridSrCl2-dən elektroliz üsulu ilə metal almaq üçün istifadə olunur.
Barium xloridBaCl2 zəhərli maddə olub kənd təsərrüfatı zərərvericilərinə qarşı tətbiq olunur.


2.5. Suyun codluğu və onun aradan qaldırılma
üsulları

Təbii suların tərkibində Ca2+, Mg2+ (az miqdarda Mn2+, Fe2+, Fe3+) kationları və HCO , SO , Cl, CO (cüzi miqdarda HSiO , SiO ) anionları olur. Mg2+ və Ca2+ ionları suya codluq verir. Tərkibində Mg2+ və Ca2+ ionları az olan su yumşaq su, çox olan cod su adlanır.


Həll olan duzun növündən asılı olaraq codluğun iki növü vardır: 1) karbonatlı; 2) qeyri karbonatlı. Karbonatlı codluğu Mg2+ və Ca2+ ionlarının hidrakarbonatları əmələ gətirir. Mg(HCO3)2 və Ca(HCO3)2. Karbonatlı codluğa müvəqqəti codluq da deyilir, çünki belə suyu qaynatmaqla codluğu aradan qaldırmaq olar.
Qeyri karbonatlı codluğu isə maqnezium və kalsiumun xloridləri və sulfatları, yəni CaCl2, CaSO4, MgCl2 və MgSO4 duzları əmələ gətirir. Qeyri karbonatlı codluğa daimi codluq deyilir. Müvəqqəti və daimi codluq birlikdə ümumi codluq adlanır.
Codluq müxtəlif ölkələrdə müxtəlif cür ifadə olunur. Hazırda bizim respublikada və keçmiş SSRİ-də codluq vahidi olaraq 1 l suda olan Ca2+ və Mg2+ ionlarının mq-ekv/l-lə miqdarı götürülür.
Codluğun 1 mq-ekv/l olması o deməkdir ki, 1 l suda 20,04 mq Ca2+ və ya 12,16 mq Mg2+ ionu vardır. Suyun ümumi codluğu 1 l suda həll olan Mg2+ və Ca2+ ionlarının mq-ekv-lərinin cəmi ilə ifadə olunur:


mq-ekv/l .

1 litrində 4 mq-ekv Mg2+ və ya Ca2+ ionu olan su yumşaq su, 4-8 mq-ekv olduqda orta dərəcədə cod su, 8-12 mq-ekv olduqda cod su və 12 mq-ekv-dən çox olduqda isə ifrat cod su adlanır.


Təbii şəraitdə hidrokarbonatlar təbii dağ çuxurlarının tərkibinə daxil olan əhəngdaşı və dolomitin suyun və karbon qazının təsiri ilə yaranır:
CaCO3 + CO2 + H2O ⇄ Ca(HCO3)2
CaCO3  MgCO3+ 2CO2 + 2H2O ⇄ Ca(HCO3)2 + Mg(HCO3)2

Codluğu yüksək olan su bir sıra texniki məqsədlər üçün yaramır. Buxar qazanları üçün suda olan kalsium və maqnezium duzları, eləcə də silikat turşusu xüsusilə zərərlidir. Bu qarışıqlar yüksək temperaturda qazanın divarlarında sıx çöküntü – ərp əmələ gətirir ki, bu ərp örtüyü istiliyi pis keçirir və yanacaq sərfini artırır, ona görə də buxar qazanlarının həddən artıq qızması baş verir ki, bu da partlayışa səbəb ola bilər. Cod suda sabun pis köpüklənir. Sabunu əmələ gətirən C17H35COONa və C15H31COONa duzları cod suyun tərkibində olan Ca2+ ionu ilə suda həll olmayan (C17H35COO)2Ca və (C17H31COO)2Ca duzlarına çevrilir. Nəticədə sabunun yuyuculuq qabiliyyəti xeyli azalır:


2C17H35COONa + Ca2+  (C17H35COO)2Ca  + 2Na+.


Bir sıra texnoloji proseslərdə, məsələn parçaların boyanmasında cod sudan istifadə olunmur. Eləcə də cod su ilə işlədilən radiatorların borularında əmələ gələn ərp onların tez sıradan çıxmasına səbəb olur. Ona görə də cod suyu istifadəyə verməzdən əvvəl onu Mg2+ və Ca2+ ionlarından təmizləmək lazımdır. Buna suyun yumşaldılması deyilir. Suyun yumşaldılması, onun tərkibində olan Mg2+ və Ca2+ ionlarını çökdürməklə kənar edilməsindən ibarətdir. Suyun yumşaldılması, yəni codluğun aradan qaldırılması üç üsulla həyata keçirilir: 1) termiki üsul; 2) kimyəvi üsul; 3) ionit üsulu.
1. Termiki üsulla yalnız müvəqqəti codluq aradan qaldırılır. Suyu qaynatdıqda hidrokarbonatlar suda həll olmayan karbonatlara çevrilir və suyun dibinə çökərək kənar edilir.

Ca(HCO3)2 CaCO3 + CO2 + H2O


Mg(HCO3)2 MgCO3 + CO2 + H2O


2. Kimyəvi üsulla həm müvəqqəti, həm də daimi codluğu aradan qaldırmaq olar. Kimyəvi üsula həm də çökdürmə üsulu deyilir. Çünki bu üsulda da kimyəvi reagentlərin köməyi ilə Mg2+ və Ca2+ ionları çökdürülür. Müvəqqəti codluğu aradan qaldırmaq üçün əhəng, natron və soda ilə çökdürmə üsullarından istifadə olunur:


1) Əhəng üsulu. Bu üsulda əhəngdən Ca(OH)2-dən istifadə olunur.
Ca(HCO3)2 + Ca(OH)2 2CaCO3 + 2H2O

Mg(HCO3)2 + 2Ca(OH)2 2CaCO3  + Mg(OH)2 + 2H2O


2) Natron üsulu. Bu üsulda NaOH-dan istifadə olunur.


Ca(HCO3)2 + 2NaOH  2CaCO3 + Na2CO3 + 2H2O

Mg (HCO3)2 + 4NaOH  2Mg(OH)2 + Na2CO3 + 2H2O


3) Soda üsulu. Bu üsulda sodadan Na2CO3 –dan istifadə olunur:


Ca(HCO3)2 + Na2CO3  CaCO3 + 2NaHCO3


Mg(HCO3)2 + Na2CO3  MgCO3 + 2NaHCO3


Daimi codluğu kimyəvi üsulla aradan qaldırmaq üçün əhəng, soda, fosfat və boraksdan (Na2B4O7) istifadə olunur:


1) əhəng maqnezium duzları ilə qarşılıqlı təsirdə olub, Mg(OH)2 şəklində çökdürülür:
MgCl2 + Ca(OH)2  Mg(OH)2 + CaCl2
2) soda üsulu:

CaSO4 + Na2CO3  CaCO3 + Na2SO4


MgSO4 + Na2CO3  MgCO3 + Na2SO4


CaCl2 + Na2CO3  CaCO3 + 2NaCl


MgCl2 + Na2CO3  MgCO3+ 2NaCl


3) fosfat üsulu:


3CaSO4 + 2Na3PO4  Ca3(PO4)2 + 3Na2SO4

3MgSO4 + 2Na3PO4  Mg3(PO4)2 + 3Na2SO4


4) Boraks üsulu. Bu üsulda Na2B4O7-dən istifadə olunur:


CaCl2 + Na2B4O7  CaB4O7 + 2NaCl


MgSO4 + + Na2B4O7  MgB4O7 + Na2SO4



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə