Елементляр кимйасы



Yüklə 1,33 Mb.
səhifə24/45
tarix31.03.2023
ölçüsü1,33 Mb.
#103903
növüDərslik
1   ...   20   21   22   23   24   25   26   27   ...   45
C fakepathelementler kimyasi (1) yeni 7.11.2020

İon mübadilə üsulu. İon mübadiləsi üsulu ilə suyun yumşaldılması üçün qeyri-üzvi və üzvi tərkibli sorbentlər – tərkibində xarici mühitin ionları ilə mübadilə oluna bilən mütəhərrik ionları olan bərk maddələr tətbiq olunur.
Qeyri-üzvi sorbent olaraq ən çox permutit adlı alümosilikat Na2[Al2Si2O8]nH2O tətbiq edilir və sxematik olaraq Na2R kimi gös­tərilir.
Ca(HCO3)2 + Na2R  CaP + 2NaHCO3
CaSO4 + Na2R  CaP + Na2SO4
İşlədilmiş permutili qatı NaCl məhlulu ilə yumaqla bərpa edilir:

CaP + 2NaCl  Na2R + CaCl2


Son vaxtlar suyun yumşaldılması üçün mübadilə tutumu yüksək olan sintetik üzvi qətranlardan – ionitlərdən istifadə olunur.
İonitlər iki qrupa bölünür: kationit və anionitlər. İonitin tərkibindəki mütəhərrik ion kation olduqda kationit, anion olduqda isə anionit adlanır.
Kationitlər qara və ya tünd qonur rəngli dənəciklər şəklində olur. Ən çox KU-1, KU-2, KU-23, SBS – markalı kationitlər işlənir.
Anionitlər ağ, çəhrayı və ya qəhvəyi rəngli dənəvər maddədir: AB-16, AB-17, EDE-10P və s.
İstifadə olunmuş kationitlər HCl və H2SO4 turşuları ilə, anionitlər isə NaOH məhlulu ilə yuyulmaqla bərpa edilir (regenerasiya).

R2Ca + 2HCl  2RH + CaCl2


R2SO4 + 2NaOH  2ROH + Na2SO4


Burada R – mürəkkəb üzvi radikaldır. Suyun tam duzsuzlaşdırılması üçün onu əvvəlcə H+ kationundan, sonra isə OH anionitdən keçirilməsi lazımdır:
2RH + Ca(HCO3)2  R2Ca + 2H2CO3

İkinci mərhələdə suyu OH -anionitdən keçirtdikdə neytrallaşma reaksiyası gedir:


2ROH + H2CO3  R2CO3 + 2H2O
2ROH + H2SO4  R2SO4 + 2H2O
ROH + HCl  RCl + H2O



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə