Елементляр кимйасы



Yüklə 1,33 Mb.
səhifə19/45
tarix31.03.2023
ölçüsü1,33 Mb.
#103903
növüDərslik
1   ...   15   16   17   18   19   20   21   22   ...   45
C fakepathelementler kimyasi (1) yeni 7.11.2020

Alınması. Kalsium və stronsium onların ərinmiş xlorid və ya fluoridlərinin elektrolizindən alınır. Elektrolit kimi 6 hissə CaCl2 və 1 hissə CaF2 qarışığı ərintisi götürülür. CaF2 kalsium xloridin ərimə temperaturunu (7700C) aşağı salmaq (6000C) məqsədilə əlavə edilir.
CaCl2 Ca+Cl2 SrCl2 Sr+ Cl2

Barium isə alüminotermiya üsulu ilə alınır:


3BaO+2Al3Ba+Al2O3
Stronsiumu da metallotermiya üsulu ilə almaq olar. Sr və Ba-un tətbiq sahəsinin məhdudluğu ilə əlaqədar olaraq onları az miq­darda istehsal edirlər.
Radiumu sərbəst halda uran filizlərindən və ya radium azidin 180-2500C-də termiki parçalanmasından alınır:
Ra(N3)2Ra+3N2
Ra(N3)2 aşağıdakı reaksiya əsasında alınır:

RaCO3+2HN3Ra(N3)2+CO2+H2O




Fiziki xassələri. Kalsium yarımqrupu elementləri gümüşü ağ, yumşaq və yüngül (Ra-dan başqa) metallardır. Yumşaqlığına görə barium qurğuşuna oxşayır. Havada dərhal oksidləşdiklərinə görə kalsiumu adətən qapaqlı metal qablarda, stronsium və bariumu isə kerosində saxlayırlar.
Kimyəvi xassələri. Kalsium yarımqrupu elementləri (Ca, Ba, Sr) çox aktiv metallardır. Bu metallar havanın oksigeni və halogenlərlə adi temperaturda, qızdırdıqda isə digər qeyri-metallarla (hidrogenlə, azotla, fosforla, karbonla və s.) qarşılıqlı təsirdə olur.
2Me+O2 2MeO Me+hal2 Me hal2
3Me+N2 Me3N2 (nitrid) 3Me+2P Me3P2 (fosfid)
Me+S MeS (sulfid) Me+H2 MeH2 (hidrid)
Me+2C MeC2 (karbid)
Kalsium karbidi aşağıdakı üsullarla da almaq olar:

5Ca+2CH4 4CaH2+CaC2


CaO+3C CaC2+CO
CaCO3+4C CaC2+3CO
Ca3N2+6C 3CaC2+N2
Sr və Ba –un sulfidlərini almaq üçün adətən sulfatlarını yüksək temperaturda kömürlə reduksiya edirlər:
BaSO4+4C BaS+4CO



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə