Елементляр кимйасы



Yüklə 1,33 Mb.
səhifə15/45
tarix31.03.2023
ölçüsü1,33 Mb.
#103903
növüDərslik
1   ...   11   12   13   14   15   16   17   18   ...   45
C fakepathelementler kimyasi (1) yeni 7.11.2020

2.3. Maqnezium


Kəşfi. 1808-ci ildə H.Devi su ilə isladılmış maqnezium oksidlə civə (II) oksidin qarışığını elektroliz edərək amalqama almış və ondan da yeni metal ayırıb onu maqnezium adlandırmışdır. Təmiz halda maqnezium 1829-cu ildə A.Byussi tərəfindən alınmışdır.
Təbiətdə tapılması. Maqnezium nisbətən geniş yayılmış elementdir. Yer qabığının çəki ilə 2,1%-ni təşkil edir, üç izotopu möv-
­cuddur:
Maqneziumun ən mühüm təbii birləşmələri aşağıdakılardır:
1) Maqnezit - MgCO3 ; 2) Dolomit – CaCO3. MgCO3; 3) Kizerit – MgSO4. H2O; 4) Bisofit – MgCl2. 6H2O; 5) Kainit – KCl . MgCl2. 3H2O; 6) Karnallit - KCl . MgCl2. 6H2O; 7) Talk – 3MgO.4SiO2. H2O; 8) Asbest – 3MgO . CaO . 4SiO2. Eləcə də maqnezium MgCl2 duzu şəklində dəniz və göl sularında yayılmışdır. Dəniz sularında 0,38%, bir sıra göl sularında isə 30%-ə qədər MgCl2 olur. Dəniz sularına acılıq verən maqnezium duzlarıdır.
Alınması. Maqnezium bir neçə üsulla alınır:
1) Elektrokimyəvi üsul. Bu üsulla maqnezium xloridin və ya susuz karnallitin ərintilərinin elektrolizindən alınır. Elektrolitin ərimə temperaturunu azaltmaq və elektrikkeçiriciliyini artırmaq üçün ona NaCl əlavə edilir. Proses 720-7500C-də aparılır:
MgCl2 Mg+Cl2
ərinti

2) Termiki üsul. Son zamanlar maqnezium, onun oksidinin kalsium karbidlə, amorf kömürlə və ya silisiumla reduksiyasından alınır.


Maqnezium oksigenlə silisiuma nisbətən daha aktiv reaksiyaya girdiyindən, metallik Mg-un SiO2 ilə reaksiyaya daxil olmaması üçün reaksiya MgO ilə deyil, bişirilmiş dolomit (CaO . MgO) ilə aparılır:
MgO+CaC2 CaO+Mg+2C

MgO+C Mg+CO 


2MgO+2CaO+Si Ca2SiO4+2Mg

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə