Елементляр кимйасы


Turşu və qələvilərin məhlulları ilə qızdırdıqda BeO - akvo və hidrok­so­kompleks birləşmələr əmələ gətirir



Yüklə 1,33 Mb.
səhifə12/45
tarix31.03.2023
ölçüsü1,33 Mb.
#103903
növüDərslik
1   ...   8   9   10   11   12   13   14   15   ...   45
C fakepathelementler kimyasi (1) yeni 7.11.2020

Turşu və qələvilərin məhlulları ilə qızdırdıqda BeO - akvo və hidrok­so­kompleks birləşmələr əmələ gətirir.


BeO + 2H3O+ + H2O  [Be(H2O)4]2+
BeO + 2OH + H2O  [Be(OH)4]2
Məhlulu buxarlandırdıqda akvokomplekslər kristalhidrat şəklində (BeCl24H2O, BeSO44H2O və s.) ayrılır.
Be(OH)2berillium oksid suda həll olmadığı üçün Be(OH)2 Be-un həll olan duzlarına qələvilərin məhlulu ilə təsir etməklə alınır:

BeCl2 + 2NaOH  Be(OH)2 +2NaCl


Be(OH)2suda həll olmayan, amfoter xassəli birləşmədir, turş və qələvi mühitdə o, kompleks birləşmələr əmələ gətirir:

Be(OH)2 + 2H+ + 2H2O  [Be(H2O)4]2+


Be(OH)2 + 2OH  [Be(OH)4]2

Hidrooksoberillatlar ancaq qüvvətli qələvi mühitdə davamlıdırlar, neytral mühitdə tamamilə hidrolizə uğrayırlar. [Be(H2O)4]2+ ionu da hidrolizə uğrayır və bu zaman müxtəlif məhlullar, o cümlədən yarımnüvəli komplekslər (Be2OH)3+, (BeOH)33+ və s. əmələ gəlir.


Be(OH)2 üç şəkildə: 1) amorf; 2) metastabil və ya -formada: 3) stabil və ya kristal -formada mövcuddur. Be(OH)2 –in amorf forması jelatinəbənzər çöküntüdür, xüsusi şəraitdə o, -formada, bu da öz-özünə -formaya keçir.
Berilliumun halogenli birləşmələrindən praktiki əhəmiyyəti olan BeF2 və BeCl2-dır. Bunları ya elementlərin sintezindən, yaxud metala və ya hidroksidinə hidrogen halogenidlərlə təsir etməklə alınır:
Be + Cl2  BeCl2
Be + 2HCl  BeCl2 + H2
Be(OH)2 +2HCl  BeCl2+ 2H2O

Be-un halogenli birləşmələri amfoter xassəyə malikdir və bunların amfoterliyi BeF2 üçün daha xarakterikdir. Onu əsasi flüoridlərlə (metalların flüoridləri ilə) qızdırdıqda flüorberillatlar, turşu xassəli flüoridlərlə (qeyri-metalların flüoridləri ilə) qızdırdıqda isə berilliumun duzları alınır:


BeF2 + 2KF  K2[BeF4]
BeF2 + SiF4  K2[SiF6]
Flüoroberillatların molekulunda Be atomu sp3 – hibrid vəziyyətindədir. Ona görə də [BeF4]2 ionu tetraedr quruluşludur.
Berillium – kompleks əmələgətirməyə meyllidir. Berillium duzlarının müxtəlif üzvi həlledicilərlə solvatları məlumdur. Məsələn, BeCl2 – dietil efirində yaxşı həll olur və kristallik solvat əmələ gətirir:
C l O(C2H5)2
Be
Cl O(C2H5)2

BeCl2 –nin kristallik formalarından biri polimer zəncirdən ibarət quruluşa malikdir:




Cl Cl Cl Cl Cl
Be Be Be Be
Cl Cl Cl Cl Cl

Bu cür quruluş BeCl2 – buxarında da saxlanılır, onda ərimə temperaturunda 20%-dək Be2Cl4 molekulu olur.



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə