Елементляр кимйасы



Yüklə 1,33 Mb.
səhifə11/45
tarix31.03.2023
ölçüsü1,33 Mb.
#103903
növüDərslik
1   ...   7   8   9   10   11   12   13   14   ...   45
C fakepathelementler kimyasi (1) yeni 7.11.2020

Alınması. Berillium aşağıdakı üsullarla alınır:
1. Tərkibində beril olan konsentrat əhənglə əridilir. Sonra ərinti sulfat turşusu ilə işlənərək, BeSO4 alınır və ondan Be(OH)2 hazırlanır. Be(OH)2 – parçalanaraq BeO-ə çevrilir. BeO-u kömürlə qarışdırıb xlorlaşdırmaqla BeCl2 alınır ki, onu da 3500C-də əridərək elektroliz etməklə sərbəst Be alınır. BeCl2 –un ərimə temperaturunu aşağı salmaq və elektrik keçiriciliyini artırmaq üçün ona NaCl əlavə edilir.
Alınan metal elektrolitdən yuyulur və arqon mühitində əridilir:

BeCl2 Be + Cl2


2. Metallotermiya üsulu.
BeF2 + Mg  Be + MgF2
Alınan kütləni 13000C-də əritdikdə MgF2 şlak şəklində metaldan ayrılır. Elektroliz üsulu ilə alınan berillium yüksək təmizlikdə olur.
Fiziki xassələri. Berillium bozumtul-ağ, bərk, kövrək və yüngül metaldır.
Adi temperaturda kövrək, nisbətən yüksək temperaturda isə plastikdir. Berillium üçün zəif istilikkeçiricilik və yüksək istilik tutumu xarakterikdir. Onun elektrik keçiriciliyi misdən təxminən 3 dəfə azdır.
Kimyəvi xassələri. Berillium metalların gərginlik sırasında maqneziumla sink arasında yerləşir, su ilə qarşılıqlı təsirdə olmur. Adi temperaturda və qızdırdıqda berillium əksər elementlərlə birləşir. Berilliumun oksigenlə reaksiyası çox asan gedir, havada yalnız güclü qızdırdıqda yanır:
2Be + O2 2BeO

Be quru havada oksidləşməyə çox davamlıdır, bu, metalın səthində əmələ gələn oksid təbəqəsinin metalın səthini çox örtməsi və onu sonrakı oksidləşmədən qoruması ilə izah olunur.


Berillium amfoter xassəyə malikdir və onun əsası xassəsi turşu xassəsinə nisbətən üstündür. O, turşularla reaksiyaya girərək müvafiq duzlar, qələvilərlə isə berillatlar əmələ gətirir.
Be + 2HCl  BeCl2 + H2
Be + 2KOH  K2 BeO2 + H2
Berilliumun kimyəvi xassələri bir çox cəhətdən Al-a oxşayır (dövri sistemdə diaqonal üzrə oxşarlıq), belə ki, alüminium kimi berillium da qələvilərdə həll olur, qatı nitrat turşusunda passivləşir. Ona görə də uzun müddət Be-u üçvalentli hesab etmişlər və onun atom kütləsini də düz verməmişlər.
Bu səhvi D.İ.Mendeleyev dövri qanunu kəşf edən zaman düzəltdi. Berillium aktiv metal olduğundan duru turşulardan H2 çıxarır (HNO3 turşusundan başqa). Qatı sulfat və qatı nitrat turşularının təsirindən Be-un səthində qoruyucu BeO alındığı üçün passivləşir. Duru nitrat turşusunda həll olur.

Be + 2HNO3  BeO + 2NO2 + H2O


qatı
4Be + 10 HNO3  4Be(NO3)2 + NH4NO3 + 3H2O
çox duru

Berilliumun mühüm birləşmələri aşağıdakılardır:


BeO. Berillium oksid ağ rəngli tozdur, suda pis həll olur, 25700C-də əriyir və 30000C-də qaynayır. Yod buxarlarını çox şiddətlə adsorbsiya edir. Xarakterik xüsusiyyətlərindən biri yüksək xüsusi elektrik müqavimətinə malik olmasıdır. BeO – berilliumu oksigendə yandırmaqla, berillium hidroksidi, karbonat və ya nitratını termiki parçalamaqla alınır:

Be + O2 BeO


Be(OH)2 BeO + H2O
2Be(NO3)2 2BeO + 4NO2 + O2

BeO – suda həll olmur, amfoter xassə daşıdığı üçün əsas və turşu oksidləri ilə əritdikdə duz əmələ gətirir:


BeO + SiO2  BeSiO3


əsasi
oksid
BeO + Na2O  Na2 BeO2
turşu
oksidi



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə