Елементляр кимйасы



Yüklə 1,33 Mb.
səhifə14/45
tarix31.03.2023
ölçüsü1,33 Mb.
#103903
növüDərslik
1   ...   10   11   12   13   14   15   16   17   ...   45
C fakepathelementler kimyasi (1) yeni 7.11.2020

Berillium nitrid – Be3N2. 9000C-də Be üzərindən azot qazı buraxdıqda alınır:
3Be + N2  Be3N2
Be3N2-ni berillium karbidini azot atmosferində 12500C-yə qədər qızdırdıqda da alınır:
3BeC + N2  Be3N2 + 3C
Be3N2 –rəngsiz və çox sərt maddədir. 22000C-də əriyir. Havanın təsirinə qarşı çox davamlıdır.
Qaynar suda isə parçalanaraq ammonyak və Be(OH)2 əmələ gətirir:

Be3N2 + 6H2O 3Be(OH)2 + 2NH3


Berillium hidrogenlə bilavasitə birləşmir. Onu almaq üçün BeCl2-ə litium-hidridin efirdə məhlulu ilə təsir edilir:


BeCl2 + 2LiH BeH2 + 2LiCl
Hazırda BeH2 aşağıdakı reaksiya üzrə alınır:

LiAlH4 + (CH3)2Be  LiAl(CH3)2H2 + BeH2


BeH2 –bərk halda polimer maddədir: qüvvətli reduksiyaedicidir, zəif qızdırdıqda tərkib hissələrinə parçalanır:


BeH2  Be + H2
BeH2polimer maddə olduğu üçün, onun tərkibi adətən (BeH2)n şəklində yazılır.
BeH2-yə su ilə təsir etdikdə hidroliz edir.
BeH2 + 2H2O  Be(OH)2 + 2H2
Berillium bəzi d-elementləri ilə berillidlər adlanın MeBe12 (Me = Ti, Nb, Ta, Mo), MeBe12 (Me =Nb,Ta) və s. tərkibli intermetallik birləşmələr əmələ gətirir. Bunlar çətin əriyən və yüksək bərkliyə malik maddələrdir. Berilliumun bütün duzları zəhərli və şirintəhərdir.
Tətbiqi. Berillium rentgen şüalarını daha yaxşı keçirdiyi üçün ondan rentgen borularında istifadə edilir. O, atom reaktorlarında neytron mənbəyi kimi də tətbiq edilir:



Berilliumun nikellə ərintisindən (Be - 1,5%) cərrahiyyə alətləri və metal dişlər hazırlanır. Tərkibində 2-4% Be olan mislə ərintisi berillium tuncu adlanır. Tuncdan podşipnik, qığılcım verməyən alətlər, yaylar, saat mexanizmləri və s. hazırlanır. Berilliumun ərintilərindən aviasiyada, maşınqayırmada, elektritexnikada və s. istifadə olunur. Eləcə də berilliumun müxtəlif poladlara, nikel, alüminium və maqneziumun xəlitələrinə aşqar kimi qatılması, onların texniki keyfiyyətlərini yaxşılaşdırır.


Berilliumun birləşmələrindən onun oksidi tibbdə dişin doldurulması üçün işlədilən sementə qatılır.
Eləcə də berillium oksidindən hazırlanmış qablar kimyəvi cəhətdən çox davamlı olmaqla, yüksək ərimə temperaturuna (28000C) malikdir.



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə