Елементляр кимйасы



Yüklə 1,33 Mb.
səhifə4/45
tarix31.03.2023
ölçüsü1,33 Mb.
#103903
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   45
C fakepathelementler kimyasi (1) yeni 7.11.2020

Alınması. Qələvi metallardan natrium və kalium aşağıdakı üsullarla alınır.
1. Natrium və kalium elektrokimyəvi üsulla onların xloridlərinin və ya hidroksidlərinin ərintisinin elektrolizindən alınır.



ərinti

ərinti

2. Natrium-xlorid ilə kalium-xlorid qarışığını əridilmiş halda eletkroliz edib, alınan Na-K ərintisini distillə etməklə tərkib hissələrinə ayrılır.


3. Əridilmiş kalium xlorid və ya kalium hidroksidi natriumla reduksiya etməklə:
KCl+NaNaCl+K/, KOH+NaNaOH+K
4. Vakuum şəraitində natriumun termiki üsulla alınması. Bu üsulla Na-un alınması aşağıdakı reaksiya tənliklərinə əsaslanır:
2NaOH+CCO+ H2O+2Na
4NaOH+3FeFe3O4+ 2H2 +4Na
2NaCl+CaCaCl2+2Na
Na2CO3+2C3CO+2Na
Na2CO3+3FeFe3O4+2CO+4Na
2NaCl+CaC2 CaCl2+2C+2Na
Litiumu termiki üsulla almaq üçün onun oksidi və ya karbonatı maqnezium və ya silisiumla vakuumda reduksiya edilir:
2Li2O + SiSiO2 + 4Li
Li2CO3+MgMgCO3+2Li
Rubidium və seziumun elektroliz üsulu ilə alınması iqtisadi cəhətdən əlverişli olmadığı üçün onlar termiki üsulla alınır. Proses havasız şəraitdə aparılır.

4Rb2CrO4+5Zr2Cr2O3+5ZrO2+8Rb


2RbCl+CaCaCl2+2Rb
2RbOH+2Ca2CaO+H2+2Rb
2RbN3 3N2+2Rb
2CsCl+Ca  CaCl2+2Cs


Fiziki xassələri. Qələvi metallar yumşaq, sudan yüngül, bıçaqla asan kəsilən (Li-dan başqa), gümüşü ağ-rəngli (Cs-sarı-qızılı rəngdədir) metallar olub, istilik və elektriki yaxşı keçirirlər, asan əriyən metallardır. Qrup üzrə litiumdan seziuma doğru getdikcə qələvi metalların bərkliyi və ərimə temperaturu ardıcıl olaraq azalır.

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə