Елхан хязяр азадлыьын тющфяси



Yüklə 0,66 Mb.
səhifə2/4
tarix25.06.2018
ölçüsü0,66 Mb.
#51415
1   2   3   4

ЙЕНИ ИЛ АРЗУЛАРЫ
Сянинля эюрцшя чыхыбды щяр кяс,

Цзлярдя тябяссцм, гялблярдя щявяс.

Еля ютян или шяряфля явяз,

Йурдума сяадят эятир, Йени ил!


Ишин олмаса да о гядяр асан,

Йахшы ишляр эюрцб йахшы ад газан!

Бу эцндян бир иллик йола чыхырсан,

Бизи дя юзцнля эютцр, Йени ил!


Бахма ки, йоллара ялянибдир гар,

Цзцня ачыгды бцтцн гапылар.

Щяр кясин гялбиндя нечя арзу вар,

Халгы истяйиня йетир, Йени ил!


Илк аддым атмагдыр ишин чятини,

Ямялин адынтяк гой олсун йени.

Гачгынын, кючкцнцн йурд щясрятини

Севинъин ичиндя итир, Йени ил!


Гыздыр аддымынла торпаьы, йери,

Яввялки иллярдян сян гайтар эери.

Йурдума эюз дикян бу намярдляри

Сярщяддян о йана ютцр, Йени ил!


Зянэинди, эюзялди тябиятимиз,

Суйумуз думдуру, щавамыз тямиз.

Чох аьаъ якмишик, битирмишик биз,

Сян Зяфяр аьаъы битир, Йени ил!


01.01.2012
КЯНДДЯ ГЫШ
Юртцйц гар олуб чямянсиз йерин,

Йайлыгтяк щавада йеллянир тцстц.

Мющкямъя баьланмыш пянъярялярин

Бир цзц сойугдур, бир цзц исти.


Даьлары, дашлары сувайыбды гар,

Торпаг щамарланыб олубду дцмдцз.

Эюйдя ат ойнадыр гара булудлар,

Инди эеъялярдян гысады эцндцз.


Яввялки сяс-кцйдян галмайыб ясяр,

Бузлар даь чайыны ясир едибдир.

Евлярин ишыьы олмаса яэяр,

Санарсан бцтцн кянд кючцб эедибдир.


Гылынъ юз гынына сыьдыьы кими,

Евиня чякилиб инди адамлар.

Гялбя йцк етмяйяк кядяри, гями,

Гылынъын гынындан чыхмаьы да вар.


Инсанлар ъанына эцъ йыьа-йыьа

Чюллярдя веряъяк йеня сяс-сяся.

Онлар тяслим олмаз гара, сойуьа,

Яэяр црякляри гыша дцшмяся.


10.01.1971
QONŞULUQ
Qohum gəlib-gedir, dost gəlib-gedir,

Həmişə yanında qalan qonşudur.

Hər səhər səninlə üz-üzə çıxan,

Verilən salamı alan qonşudur.


Qonşular baxmayır sərvətə, vara –

Qonşusu yaxındadır, qaçacaq hara?

Adam düşən zaman çətinə, dara,

“Həyəcan təbili” çalan qonşudur.


Səsinə səs verib hər zaman, hər an,

Odur dayaq duran, halına yanan.

Toyunda ürəkdən gülüb-şadlanan,

Dərdində bulud tək dolan qonşudur.


“Qonşu körpüsündə” düzlükdür təməl,

Gərək təmiz ola hər iş, hər əməl.

Bir süfrə açanda hamıdan əvvəl,

Səni öz yadına salan qonşudur.


23.07.2010
FIRTINA QUŞU
Adını qoyublar fırtına quşu,

Özü fırtınadan xoşlanmasa da.

Qasırğa gələndə hərəkətləri,

Əsla yaraşmayır aldığı ada.


Çox zaman dənizin qucağındadır –

Həm yeyər, həm yatar o, üz-üzə.

Sular çağlayanda havaya qalxar,

Fırtına olmasa görünməz gözə.


Torpağın istisi cəlb etməz onu,

Rahatlıq tapmaqçün gəlməz sahilə.

Quruda yaşayan tək canlıdır ki,

İçər çəkinmədən şor suyu belə.


Diksinməz hər adi səmirə,səsə -

Yırtıcı balıqlar qorxutmur onu.

Nəsil artırmağa bir yer gəzməsə,

Unudar qurunun nə olduğunu.


Dənizi özünə həmdəm bilər o,

Az görər həyatda torpağı, yeri.

Fırtına qabağı bəlkə də uçar,

Xəbərdar etməkçün dənizçiləri.


Gələn təhlükəni hiss edər, duyar,

Ya göydə qıy vurar, ya gəzər ada.

Bəladan qorumaz təkcə özünü,

Ona hazırlayar insanları da.

Fırtına, qasırğa bitənə kimi,

O davam etdirər göydə uçuşu.

Düzgün seçməyiblər adını məncə,

Gərək qoyaydılar Həyəcan quşu!


28.06.2010

KƏND HƏSRƏTİ
Kaş bircə günlüyə işdən qurtulub,

Özümü dağlara sala biləydim.

Əlimdən alınmış səadətimi,

Təzədən qaytarıb ala biləydim.


Qayalar kitabdır naxışlı, qalın...

Burda cavabı var neçə sualın.

Əksimi üstünə salıb suların

Özümlə üz-üzə qala biləydim.


Dərinlik, genişlik rəmzidir dərə,

Dərinlik axtaran baxsın bu yerə.

Qiymət vermək üçün ötən günlərə

Bir dərin xəyala dala biləydim.


Burda bir-birinə oxşayan hanı?

Bənzərsiz eləyir bu yer insanı.

Atıb işimdəki neçə nöqsanı

Daha mətanətli ola biləydim.


13.07.1990

BU DA SONUNCU ZƏNG
Maştağa qəsəbəsindəki K.Məmmədov adına 209 saylı

orta məktəbi 2011-ci ildə bitirən şagirdlərim üçün
Dindi dərs ilinin sonuncu zəngi,

Çoxu qarşıladı onu şən, gülər.

Fəqət həyəcandan dəyişdi rəngi,

Pərişan dayandı onbirincilər.


Hələ sual dolu bu gözlərə bax!..

Qayğı, kömək gəzir elə bil hərə.

Axı bu məzunlar həsrət qalacaq,

Sevimli məktəbə, müəllimlərə.


Qəribə hikmət var “məzun” sözündə;

Həm sevinc bəxş edir, həm də ki, qubar.

Necə ayrılsınlar de, bircə gündə,

On bir il yoldaşlıq edən uşaqlar.


On bir il – həyatın qayğısız anı,

On bir il – ehtiram, diqqət ünvanı.

On bir il – düşünüb seçmək imkanı,

Vaxt gəlib yetişdi! Nəticə hanı?!


“Oxudum” – desə də çoxunun dili,

Köksündə başqa söz söyləyir ürək.

Təhsilə ayrılan bu on bir ili,

Hər şagird keçirdi istədiyitək.


Kimi irəlidə vaxtım var dedi,

Öyrənmək yerinə danışdı, güldü.

Kimi bu məktəbi elm məbədi,

Kimi vaxt keçirmək məkanı bildi.


Beləcə on bir il əridi getdi,

Olanlar, keçənlər qaldı geridə.

Kimlər nə etdisə, özünə etdi;

Qazanc da onundur, itkiləri də.


Hərə bir qiymətlə dərsi bitirdi,

Hamı müəllimi səbəbkar sandı.

İtirən zamanı, vaxtı itirdi,

Qazanan özünə bilik qazandı.


Müəllim! Yəqin ki, hamı bu adı,

Yadına salacaq ən çətin anda.

O, dinclik bilmədən elm payladı,

Alan da sağ olsun, paysız qalan da.


“Öyrən” – deyə-deyə çox gəldi dilə,

Bitib-tükənmədi ondakı həvəs.

Di gəl ki, nə qədər çalışsa belə,

Hamını eyni cür öyrədə bilməz.


Deyib son dərsini getdi müəllim,

Daha başqasına o, dərs deyəcək.

Nəyi bacardısa etdi müəllim,

Görək şagirdləri nə eyləyəcək.


Neçə yol uzanır hər məzun üçün,

Yol seçmək hüququ məhz onlarındır.

Məktəb öz işini bitirdi bu gün,

İş görmək növbəsi məzunlarındır.


31 may 2011-ci il
BÜTÜN KƏNDİN SEVİNCİ
Yenə dağ döşündə mağar qurulub,

Hər yana yayılıb musiqi səsi.

Sanki damarlarda qan da durulub,

Artıb adamların eşqi, həvəsi.


Ürəklər, könüllər sevinclə dolub,

Orda yer qalmayıb qəmə, qüssəyə.

Kənd əhli daha da gülərüz olub,

Şadlanır “bu büsat mənimdir” deyə.


Şənlənir, oynayır qohum-qonşular,

Düşüb yaddaşlarda qalmaq istəyir.

Uzaq ünvanlardan bura gələn var,

Öz sevinc payını almaq istəyir.


Xoş sözlər iz salıb ağıza, dilə,

Dərdli də dərdini bu gün unudub.

Yan-yana ucalmış ağaclar belə,

Yallı getmək üçün əl-ələ tutub.


Cavanlar can atır meydana sarı –

Oynamaq, rəqs etmək istəyir bu gün.

Kənardan göz qoyur kənd uşaqları,

Bu gözəl adəti öyrənmək üçün.


Çoxalıb bu kənddə sanki işıq, nur,

Qızlar xına yaxıb axı əlinə.

Bu kəndin bir oğlu bu gün bəy olur,

Bu kəndin bir qızı dönür gəlinə.

İntizar ömrünü yetirir sona,

İki gənc birləşib bir yolla gedir.

İki sakininin qovuşmasına,

Bu kənd izin verir, sahiblik edir!


Qoy hər kəs eşitsin bu toy səslərin,

Musiqi kədərin yolunu kəsər.

Eldən xeyir-dua alan kəslərin,

İnşallah payına səadət düşər.


11.09.2011

YAYLAQDA
Gözəllik fikrimi başımdan alıb,

Baxışım hər şeyə ilişib-qalıb.

Yol verin, özümü bulağa salıb,

Onun saf suyundan rahatca içim,

Bir də bu yerlərdən çətin ki keçim!
Tanrı bu görüşü pay verib mənə,

Dağlardan asılmış çay verib mənə.

Çəkilin, özümü salıb çəmənə

Oxuyan sularla bir söhbət edim,

Çətin ki, bu çayı bir də eşidim!
Çiçəklər düzülüb cığır boyunca,

Gültək ətir saçır üzərlik, yonca.

Qoy təmiz havadan udum doyunca –

Kədəri, ağrını, dərdi unudum,

Bir də bu havadan çətin ki udum!

Buludlar az qalır torpağa enə,

Buludlar toxunur dumana, çənə.

Qoy dağlar götürsün məni çiyninə

Uca zirvəsindən aləmə baxım,

Bir də bu zirvəyə çətin ki çıxım!


Zirvədən aşağı tullayıb qəmi,

Yuyub təmizləyim xəstə qəlbimi.

Bu yerdən yadigar, xatirə kimi,

Yığıb gül-çiçəkdən bir çələng hörüm,

Bir də bu yerləri çətin ki görüm!
12.06.1986
İSTƏYİMİZ
Kim istər ki, bizdən sonra,

Ulu dünya talan ola?!

Kaş ki, sabah yerimizə

Yaxşıları gələn ola.


Nə yolunu tuta duman,

Hə qəlbini şübhə, güman.

Nə işində pislik, yaman,

Nə sözündə yalan ola.


Gözlərindən paklıq yağa,

Keşik çəkə hər yarpağa.

Bu cahana, bur torpağa,

Bizdən artıq yanan ola.


Görməsə də üzümüzü,

Eşidə düz sözümüzü.

Yerə düşən izimizi,

Görüb, yada salan ola.
Biz vermədik ömrü heçə,

İşlər gördük neçə-neçə.

O da nəcib bir yol seçə –

Yaddaşlarda qalan ola.


23.03.1979
QINAMA
Gücünə arxalan, özünü tanı –

Bil ki, tükənməzdir gücü insanın.

Qədrini bilməsən hər ötən anın,

Ömrə iz salmayan ili qınama.


Bizə baş verilib düşünək deyə,

Öyrən təbiətdən, düşmə tələyə.

Hazır deyilsənsə hər çətinliyə,

Leysandan sonrakı seli qınama.


Elə din, səsinə el qulaq asa,

Fikrini aydın de, sözünü qısa.

Ürəkdən süzülən sözün yoxdusa,

Dodağı, ağızı, dili qınama!


Torpağa hörmət et, sən al ki, saya,

O da istəyini hiss edə, duya.

Əgər can qoymasan barlı bağçaya,

Yerində yaranan çölü qınama.


Alışıb yanmaqdan nə bez, nə usan,

Gərək yana-yana yaşaya insan.

Yanar ocğaını sən qorumasan,

Odsuz, közsüz qalan külü qınama.


Özünü ələ al, baxan var ələ,

Ağaca, çiçəyə, ota su ələ.

Qayğı göstərməsən açılan gülə,

Quruyub tökülən gülü qınama.


Alış qızınsınlar oduna sənin,

Alqışlar səslənsin adına sənin.

Yoxsa yetişməsə dadına sənin –

Bu xalqı, milləti, eli qınama!


01.08.2000

ƏVƏZSİZ SƏRVƏTİMİZ
Əgər köçürülsəydim

uzaq, yad bir ölkəyə

və bircə şey götürməyə

icazə verilsəydi mənə,

“Dədə Qorqud” kitabını

özümlə götürərdim yenə.

Orda da yaşadaraq

doğma, şirin dilimi,

hər an yada salardım

Vətənimi, elimi!


27.09.1974
SÖZÜMÜZ OLMASAYDI
Çox şey itib batardı

Gözümüz olmasaydı.

Yer uyuyub yatardı

Közümüz olmasaydı.


Çox da hər canlı gəzər –

İnsan aləmi bəzər!

Torpaq olmazdı gözəl

İzimiz olmasaydı.


Biz də gültək solardıq,

Daş kimi lal qalardıq.

“Kim” deyil, “nə” olardıq

Sözümüz olmasaydı!


12.10.2001
POZULMAZ ÜLFƏT
Hərdəmxəyal olur çoxu –

Mən fikrimdə qalacağam.

Sözlə olan dostluğuma,

Sədaqətli olacağam.


Sözdən düşən iz gəzirəm,

Haqq arayıb, düz gəzirəm.

Sözü görən göz gəzirəm –

Öz əksimi salacağam.


Qəlbimi vermişəm ona,

Ömrüm belə yetər sona.

Söz üstündə yana-yana,

Qiymətimi alasıyam.
Mizrab həsrət qalsa simə,

Tar büsbütün batar qəmə!

Biz ayrılsaq, öz bəxtimə

Sözlə layla çalasıyam.


10.11.2009
SEVİLMƏYİN SEVİNCİ
Yolumdan etməsin döngə, tin məni,

Sıxmasın qəm-kədər, qəzəb-kin məni.

Eşidin, insanlar, eşidin məni –

Məni sevən var!


Alıb istisini baharın, yayın,

Gündüzdən seyrinə çıxmışam ayın.

A qızlar, siz mənə odlu baxmayın –

Məni sevən var!


Diqqətim yönəlib məclisə, toya,

Halımı sevməyən çətin ki, duya.

Bənzəyir bənzərsiz gözələ dünya –

Məni sevən var!


Ürəyim, rahat vur, bir azca dincəl,

Kükrəyib sinəmi yumruqlama gəl!

Sənə bata bilməz indi dərd, əcəl –

Məni sevən var!


09.06.1972
ЪЯФАКЕШ ГЫЗ ГАРДАШЫМЫЗ
Фяал щяйат мювгейи вя хейирхащ ямялляриля сечилян журналист достумуз Йасямян Мющцб­бятгызынын 60 иллик йубилейиня
Сян гейрятли гызысан бу йурдун, бу миллятин,

Чохларына бяллидир мярдлийин, ъясарятин.

Кешийиндя дурмусан дцзлцйцн, ядалятин,

Дилиндя язбяр олуб «дювлят», «ганун» сюзляри.


Щагг уьрунда савашда юндядир сянин йерин,

Щямишя йанындасан чятиня дцшянлярин.

Гаршысыны кясяряк эялян бющтанын, шярин

Зярбядян горуйурсан доьрулары, дцзляри.


Эцняш кими нур йаьыр эцлярцз ъамалындан,

Таныйан бящрялянир аьлындан, камалындан.

Щеч заман дюнмямисян юз мягсяд, амалындан,

Эюзлярин чох эюрся дя гязяблянмиш цзляри.


Гылынъ кясяри вардыр щарайында, цнцндя,

Сюзя архаланмысан ян чятин, дар эцнцндя.

Сюйлядийин доьру, дцз фикирлярин юнцндя

Йалан данышанларын бцкцлцбдц дизляри.


Щеч вахт эятирмясян дя эюрдцйцн иши диля,

Шан-шющрятин йайылыб бцтцн обайа, еля.

Хейирхащ ямяллярин, эюзял ишлярин иля

Салырсан црякляря силинмяйян изляри.


29.01.2012


AXTARIŞ



DÜNYA SEÇMİR
Dünya heç kimi saxlamır,

Qarşılayır, salır yola.

Gərək gəlib-getdiyini,

Xatırladan izin ola.


Günün, ayın qədrini bil,

Əsrə dəyər bəzən bir il!

Seçilməkçün vacib deyil,

İnsan ömrü uzun ola.


Gedən dönərmi geriyə,

Gedibdirsə, dönsün niyə?

Bir də dünyaya gəlməyə,

Çətin sənin üzün ola!


12.12.2008
ZƏNGİN
Sərvətimi niyə danım?

Var eşqinə düşüb yanım?

Nə qədər ki, sağdır canım

Kasıb deyil, mən zənginəm.


Kimlərin ki varı çoxdur,

Rahatlığa vaxtı yoxdur.

Şükür ki, gözlərim toxdur,

Daim gülər, şən zənginəm.


Bol neməti görür gözüm,

Bulaq kimi axır sözüm.

Tükənməzdir inam, dözüm –

Bu dünyada ən zənginəm.
17.09.2010

MACAL
Dünən yaşıl olan yarpaq,

İndi yerdəki xəzəldi.

Yaraşıqsız olub ağac,

Ancaq torpaq çox gözəldi.


Qar əriyib dağdan axır –

Dağ heyrətlə durub baxır.

Nə əvvəl var, nə də axır,

Elə axır da əvvəldi.


Fərqlənsə də dili, dini,

Hamının var eşqi, kini.

Bu gün birinə ad günü,

Başqa birinə əcəldi.


İçindəki “məni” oyat,

Adın olsun ünvan, soyad.

Bizə verilən bu həyat,

İz qoymaqçün bir macaldı.


02.03.2007

DÖNƏN DEYİL
Hər kəs bir ömür yaşayır,

Həm sevinc, həm qəm daşıyır.

Bu gün dünənə oxşayır,

Amma bu gün dünən deyil.


Təkrar olmur ömrün anı,

Hər anın var öz nişanı.

Lal da sevir danışanı,

Ancaq özü dinən deyil.


Yaradan bizi sınayır –

Düşünməyə sən vaxt ayır!

Yeni doğulan ağlayır,

Fəqət geri dönən deyil!


18.06.2007

SAXLAMIR
Harda qalıb mahir ovçu,

Niyə torunu yoxlamır?

Hamı süni çiçək alır,

Nə olsun kimsə qoxlamır!


“Mən insanam!” – deyib çoxu,

Ürəklərə vurur oxu!

Görəndə ki qandı axan,

Açıq yaranı bağlamır.

Şeytan kimi girib dona,

Zərbə vurur ona-buna.

Ağıl verir başqasına –

Özünə ağıl saxlamır.


13.04.2004
ÇAŞQIN
Yaranıbdır dərdlə qoşa,

Hey ayağı dəyir daşa.

Vuracaqdır ömrü başa,

Elə yeriyə-yeriyə.


Dövran zalım, osa fağır –

Üstünə qar, yağış yağır.

Yolçusu olduğu cığır,

Aparır onu dərəyə.


Yolu zirvə yolu deyil,

Ona görə dolu deyil.

Dünəni də nurlu deyil,

Çevrilib baxa geriyə.


Çoxları çıxıb ovuna –

Düşəcək yad tilovuna.

Öz oduna, alovuna

Qoymayaq onu əriyə!


03.05.2006
AXTARIŞ
Elə ki, açır gözünü,

Bir balaca dolur yaşa;

Təzə bir şey tapmaq üçün

İnsan çıxır axtarışa.


Asan olmur bunu etmək,

Arasan da göyü, yeri.

Bu gün sənin tapdığını,

Çoxdan tapıb özgələri.


Yeni bir kəşf eləmək,

Nəsib olmur hər adama.

Hamı bunu bilsə belə,

Axtarışdan qalmır amma.


Nə olsun ki, istəyindən

Heç bir insan qopa bilmir.

Çoxu ömrün sonunadək

Heç özünü tapa bilmir.


14.02.2009
MÖVQEYİM
Bu adam məni bəyənmir,

Mən də onu bəyənmirəm.

Ürəyini qırmamaqçün

Bunu ona deyəmmirəm.


Salsalar da hər an oda,

Ziyanım dəyməyib yada.

Çoxlarıtək bu dünyada

Mən özümü öyəmmirəm.
Talansam da dönə-dönə,

Varlıyam, zənginəm yenə.

Girmərəm yad kisəsinə,

Öz tikəmi yeyəmmirəm!


01.12.2007

GÖSTƏRİR
Həyat şirin, duzlu, acı!..

Çox dərd var ki, yox əlacı.

Doğum evi başlanğıcı,

Məzarlıq sonu göstərir.


Biz yatırıq, dünya yatmır,

Dincəlməyə vaxtı çatmır.

Saat zaman, an yaratmır –

Zamanı, anı göstərir!


Ömür birdir, iki deyil!

Hər yük çəkən çəki deyil.

Bu güzgü mənimki deyil,

Kim baxır onu göstərir.


14.09.2010


SINAQ MƏQAMI
Əsgər misralarım, uğurlar sizə,

Sizdəki həsrətə dözmədim daha;

Nə vaxtdan səfərə can atırsınız,

Mən imkan vermirəm yola çıxmağa.


Fikrin süzgəcindən keçib neçə yol,

Su tək süzülərək durulubsunuz.

Sizi qınamıram – mənim əlimdə,

Hər gün dəyişməkdən yorulubsunuz.


“Bəsdir saxladığın!” – söyləyib mənə,

Durub inlədiniz hey zülüm-zülüm.

Mənimlə birlikdə çox yaşadınız,

İndi ürəklərdə yaşayın görüm!


Nizama salanda siz küsürdünüz,

Guya inanmıram sizə nahaqdan!

Sizinlə olmaqdan bir an bezmədim,

Bezən tapılmaya kaş oxumaqdan.


Əsgər misralarım, qalxın ayağa,

Mən sizə göstərim cığırı, izi.

Gücünüz vardırsa, durmayın daha,

Görün bu dünyada öz işinizi.


20.02.1980

DEMƏ
Arı pətəyindən balı almamış,

Sevinib bolluca balım var demə.

Meyvələr səbətə, qaba dolmamış,

Alma, armudum var, narım var demə.


Əlində dillənib gəlməsə dilə,

Evimdə kamanın, tarım var demə.

Nə qədər sınaqdan keçirməmisən,

Qohumum, tanışım, yarım var demə.


Hər şeyi düzlüklə sən qazanmasan,

Sərvətim, dövlətim, varım var demə.

Vətənə həqiqi oğul olmasan,

Namusum, qeyrətim, arım var demə.


12.12.1990

BİLİNƏR
İstinin soyuqda, baharın qışda,

Zəminin səhrada, torpağın daşda,

Toxluğun aclıqda, dolunun boşda,

İşığın zülmətdə qədri bilinər.


Haqqın haqsızlıqda, şadlığın qəmdə,

Suyun susuzluqda, qurunun nəmdə,

Odun odsuzluqda, bolluğun kəmdə,

Xoş günün xiffətdə qədri bilinər.

Sözlərin lallıqda, gözün korluqda,

Qıçın topallıqda, səsin karlıqda,

Birliyin təklikdə, yolun darlıqda,

Vüsalın həsrətdə qədri bilinər.


Elin elsizlikdə, evin yuvada,

Sahilin dənizdə, yerin havada,

Xoş günün zindanda, sülhün davada,

Vətənin qürbətdə qədri bilinər!


19.04.2003

BİGANƏ OLMAYAQ
Amandır, insanlar, ayıq olaq biz,

Əyrinin əlində əyilməsin düz!

Çox baha oturar bizə səhvimiz,

Namərdə, yamana biganə qalsaq.


Şübhə buludları tutar hər yanı,

Fikirlər qurd kimi yeyər insanı.

Daralar düz sözün geniş meydanı

Böhtana, yalana biganə qalsaq.


Qarışıq salarıq yaxını, yadı,

İtər bu həyatın mənası, dadı.

Cəsurla qorxağı, mərdlə cəlladı,

Qarışıq salana biganə qalsaq.

Düşər ürəklərə sağalmaz yara,

Şadlığın puç olar, ağ günün qara.

Çirkin əməllərə, haqsızlıqlara,

Biganə qalana biganə qalsaq.


07.11.2001

ANA TORPAQ
“Əlvida” deyib

xalqına, yurduna, ocağına.

Ruhunu qoyub

köçür insanlar

ana torpağın qucağına.

Məzar-məzar, qəbir-qəbir,

torpağın qarnı şişir

hamilə qadın tək.

Bir azdan dünyamıza

yeni körpələr gələcək!


18.03.1993
SEÇİM
Yaxşını-yamanı el-oba görür,

Sən ondan işinə qiymət alarsan.

Düzlüklə yaşasan, alqış, ehtiram –

Haqsızlıq eyləsən töhmət alarsan.


Bəxtini gözləsən vaxtın çox gedər,

Günlər səni sıxar, il məyus edər.

Ömrünü zəhmətə həsr etsən əgər,

Ad-san qazanarsan, şöhrət alarsan.


Torpağın başına dönsən, dolansan,

Ölkənin, millətin halına yansan.

Özünü Vətənin əsgəri sansan,

Vətəndaş sayılar, hörmət alarsan.


17.08.1999

YARADAQ Kİ...
Hədəfə yönələn bir oxdur ömür –

Hədəfə çatmamış endinsə, heyif!

Elə yan seldən də qorxun olmasın,

Yağışa dözməyib söndünsə, heyif!


Yaxşı bax, uzağı görsün gözlərin,

Mətin get, pozulmaz olsun izlərin.

Çalış ki, yaddaşda qalsın sözlərin,

Boş yerə danışıb, dindinsə, heyif!

Sədləri dəf edib, yoxuşları aş,

Dövrlə, zamanla daim ayaqlaş.

Qıratdan, Bozatdan çəkinib, qardaş,

Bir yorğun yabıya mindinsə, heyif!


Yollan arxasınca arzu, muradın,

Olsun öz ünvanın, olsun öz adın.

Aldanıb sözünə özgənin, yadın,

Yüz dəfə fikrindən döndünsə, heyif!


Səni bu dünyadan alınca fələk,

Yaratmaq eşqilə döyünsün ürək!

İnsan da ağac tək bar verə gərək,

Verməmiş torpağa sindinsə, heyif!


02.07.2000

SƏDAQƏT
Ülfətdən, vəfadan söz düşən zaman,

Deyirik ən sadiq həqiqi yardır.

Düşünüb, fərqinə heç varmır insan,

Ondan vəfalı bir qüvvə vardır.


Yerin sevgisinə sevgimi çatar?

Ondan sədaqətli, vəfalı hanı?!

Vaxt gələr insanı yar da unudar –

Torpaq öləndə də atmaz insanı!


29.03.2001

ƏGƏR...
Saçı yağışla yu, küləklə dara,

Getməmiş gör bu yol uzanır hara?!

Meyl edən olmasa əyri yollara,

Nə bir yol itirən, nə azan olar.


Haqqı çıraq elə, dözümü əsa,

Namusla yaşasan batmazsan yasa.

Dünyada yol kəsən, namərd olmasa,

Nə qəfil dayanan, nə qaçan olar.


Düzlük olan yerdə çoxalır həvəs,

Varmı ədalətə, saflığa əvəz?!

İşini vicdanla görərsə hər kəs,

Yaşamaq həm gözəl, həm asan olar.


11.12.2003

MƏNALI ÖMÜR SÜRƏK
Sümbül əyilsə də, ona sarılar

Dən tamam yetişib dolana kimi.

Yarpaqlar budaqdan üzməz əlini,

Büsbütün saralıb solana kimi.


Yolçular özünə bələdçi tutar,

Sonuncu döngəyə, dalana kimi.

Ağac su istəyər, yağış arzular,

Kökünü dərinə salana kimi.

Namərd “Vətən” – deyib haray qoparar,

Ondan umduğunu alana kimi.

Məğrur öz elinə xidmət eləyər,

Son gücü, qüvvəsi qalana kimi.


Zəif qürrələnib, özünü öyər

Qəm-qüssə, dərd-kədər gələnə kimi.

Eşq olsun həyatda o kəslərə ki,

İnsantək yaşayır ölənə kimi.


19.08.2005
YALANÇI
Daha ona inanmırlar,

Desə sözün düzünü də.

Zalım yalan danışanda

Dəyişməyir üzünü də.


Əyri yolu özü seçib,

Şübhə var ki, saf su içib.

Aldanmışlar yüzü keçib,

Hədəfləyib yüzünü də.


And içməkdən bezib can da;

Təmiz deyil axan qan da.

Bir gün adam tapmayanda,

Aldadacaq özünü də!


18.11.1995
ÖZÜNÜ ƏLƏ AL
Qardasım Hüseynə
Qəzəblənib, coşub hey,

Taledən etmə giley!

Bil ki, bağlıdır hər şey

Zamana, vaxta, qardaş!


Qəfil kükrəyib daşma,

Sərhəddi, səddi aşma.

Tam biganə yanaşma,

İqbala, bəxtə, qardaş.


Çaydır axıb durular –

Sapı çəksən qırılar.

Bahara kim vurular

Olmasa şaxta, qardaş?!


Düşün görəndə bir iş,

Geriyə də var yeriş.

Bir çox üzdəki gülüş

Saxtadır, saxta, qardaş.


Diqqət elə sözümə,

Güvən ancaq özünə.

“Dostlarının” sözünə

İnanma çox da, qardaş.


Dünya hər şeyə yiyə –

Məhəl qoymur heç nəyə.

Sən onu dəyişməyə

Çalışma, toxta, qardaş!


19.04.1999
Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə