Елхан хязяр азадлыьын тющфяси



Yüklə 0,66 Mb.
səhifə4/4
tarix25.06.2018
ölçüsü0,66 Mb.
#51415
1   2   3   4

ÖMRÜMDƏN KEÇƏN İLLƏR

(Xatirə)

Dünyada heç nə adi deyil!

Çünki dünyanı gözəlləşdirən, onu qiymətə mindirən insanda heyrətlənmək keyfiyyəti var. O, dünyamızdakı ən adi şeylərdə də özünəməxsus qeyri-adiliklər, möcüzələr kəşf edə bilir və özü də heyrətlənə-heyrətlənə möcüzələr yaradır. İnsanın yaratdığı ən böyük möcüzələrdən biri, bəl­kə də birincisi Sözdür. Dünyada sözün yaratdığı mö­cüzədən böyük heç nə yoxdur. Söz elə bir nemətdir ki, hər kəsin dilində özünəməxsus şəkildə səslənir, həmişə tə­zə qalır, köhnəlik nə olduğunu bilmir. Təsəvvür edin ki, hər gün dəfələrlə eşitdiyin bir sözü günlərin bir günü kim­sə, elə şəkildə deyir ki, sanki həmin sözü ömründə ilk də­fə eşidirsən. Homer, Dante, Nizami, Şekspir, Puşkin və bir çox dünya korifeyləri bütün əsərlərində, əsasən bizim hər gün bir-birimizə müraciət etdiyimiz sözlərdən istifadə edib­lər. Amma həmin sözləri özünəməxsus şəkildə, yəni öz sözləri kimi deyiblər və onların dediklərini biz indi bir-birimizə deyə-deyə onların adlarını yaşadırıq. Sabah da belə olacaq. Çünki sözün qüdrətindən qüdrət alanlar öl­m­ə­z­dirlər. Onların ömrü sözün ömrünə calanıb əbə­diləş­mir!

Əgər məndən soruşsalar ki, söz nə vaxt daha qüv­vətli, təzə, təravətli olur, mən heç fikirləşmədən cavab ve­rərəm: Şeirə dönəndə! Şeirin insana bəxş etdiyi təsir, emo­sional qüvvə əvəzsizdir. Danışıq dilində adicə ünsiy­yət vasitəsi, başqa əsər növlərində fikrin ifadəçisi olan söz şeirdə dediyimiz bu keyfiyyətləri əsk etdirməklə ya­naşı, daha geniş keyfiyyətlərə malik olur: hissləri, duy­ğu­ları qıcıqlayır, musiqiləşir, şirinləşir, qeyri-adi güc, into­na­siya kəsb edir.



Bu mənada poeziya ədəbiyyatın bütün növlərindən üstündür. Belə ki, nəsr əsərlərini bir dəfədən artıq oxu­mağa, dram əsərlərinə bir dəfədən artıq tamaşa etməyə adamın həvəsi gəlmədiyi halda, bir şeiri bir gündə neçə dəfə istəsən oxuya bilərsən və bu səni yormaz, usan­dır­maz. Çünki hər oxuduqca onda nə isə yeni bir məna ta­pırsan. Deməli, şeiri heç vaxt oxuyub qurtarmaq olmur. Hətta onu büsbütün əzbərləyəndə də! Bir bayatını, qoş­manı, gəraylını kimsə səndən dəfələrlə əzbər deməyi, oxu­mağı xahiş edə bilər, nağılı, hekayəni isə bir neçə də­fə eşitmək istəyən çox az tapılar. Çünki bunlarda müəy­yən hadisənin təsviri var və bu hadisəni bir dəfə eşi­dən­dən sonra həmin hadisə yaddaşında qalır və sənin özün də onu, bir az fərqli şəkildə də olsa, başqasına danışa bi­lərsən. Şeirdə isə məzmun, ifadə, məna daha genişdir. Onun ifadə etdiyini eşitdikdən sonra çətin ki, başqasına nəql edə biləsən. Bunun üçün şeiri ən azı əzbərləmək la­zımdır. Hekayəni, povesti, romanı və dram əsərlərini ədə­bi biliyi, yaradıcılıq qabiliyyəti, fikri ifadə etmək bacarığı, yaratmaq həvəsi olan adamların bəlkə də çoxu yaza bilər. Bu əsərlərin müəllifindən, əsasən zəhmətkeşlik və böyük həyat təcrübəsi tələb olunur. Poeziyada isə vəziyyət bir qədər başqa cürdür. Burada, yuxarıda sayılan keyfiy­yət­lərdən başqa fitri istedadın olması da vacibdir. Buna görə də “filan şair anadangəlmə şair doğulmuşdur” – deyən­lə­rin sözlərində müəyyən həqiqət var. Həqiqi şairin deyim tərzindəki güc, əgər belə demək mümkündürsə, cazibə qüvvəsi adamı ilk misradan cəzb edir və oxuduğu bu de­yim tərzindən ruhlana-ruhlana özünü inandırır ki, filan ifa­dəni, fikiri bu şəkildə məhz birinci dəfə eşidir. Əgər şer müəllifi oxucuda bu hissi, bu inamı oyada bilmirsə, deməli o şair, həqiqi şair deyil, ilham bulağından su içməyib. Baş­qa sözlə desək, ilhamına yox, zəhmətinə arxalanıb. Zəhmət isə hər şeyin yaradıcısı olsa da, şeir yaratmaqda acizdir. Bununçün gərək o ilhamla qovuşa, çarpazlaşa. Yəni istedadın zəhməti şeir yarada bilər, hər adi şeir hə­vəs­karının yox! Böyük şairlərdən çoxunun böyük həyat təc­rübəsi toplamağa imkanları da olmayıb. Puşkin, Ler­man­tov, Yesenin, Bayron, Petefi, Müşfiq və bir çox baş­qaları o qədər də uzun ömür sürməyiblər, lakin onların ya­ratdığı əsərlər həqiqi sənət əsərləri olub həyatı düzgün, real, hərtərəfli şəkildə əsk etdirirlər. Adama elə gəlir ki, bu əsərləri uzun ömür sürmüş müdrik şəxsiyyətlər yarat­mış­lar. Əslində elə belədir də! Həqiqi istedada həyat təc­rü­bəsi qazanmaq üçün heç də çox yaşamaq, uzun ömür sür­mək lazım gəlmir. Onlar insan oğlunun, bəşəriyyətin mil­yon illik təcrübəsindən bəhrələnirlər. Hamıdan çox eşi­dir, hamıdan çox oxuyur, hamıdan çox görürlər və belə­liklə illər ölçüsünü bir tərəfə atsaq, onların bir gündə bir neçə günün, bir ildə bir neçə ilin işini gördüklərini nəzərə alsaq etiraf etməliyik ki, həqiqi şairlər az yaşasalar da on­ların həyat təcrübəsi başqalarınınkından heç də az olmur. Bu fikri mərhum şairimiz Ə.Kərim daha gözəl ifadə eləyib:
Ürəyim sən deyən çox cavan deyil,

Nə qədər dərdini daşıyıbdır o.

O qədər sürətlə vurub ki, sənsiz,

Bəlkə də lap yüz il yaşayıbdır o!
Şairlərin müdrikliyi ondadır ki, onlar fikri lakonik, yığ­cam şəkildə ifadə edirlər. Geniş bir fikri bir neçə misrada, bir neçə bənddə ifadə etmək, əlbəttə asan məsələ deyil. Bu insandan böyük ümumiləşdirmə qabiliyyəti, zəh­mət­sevərlik tələb edir, çox vaxt alır. Vaxtilə “vaxtım az oldu­ğu­na görə məktub uzun çıxdı” – deyən K.Marksın sözlə­rində nə qədər böyük məna var. Hətta vaxtın, ömrün azlı­ğı da şairləri əsas məqsəddən – şeir yazmaqdan, yəni fik­ri yığcam şəklə salmaqdan bezikdirə, usandıra bilmir.

Söz qüdrətli silahdır. İnsan sözünə inananda, özünə də inanmış olur. Əsrlər boyu sözün qüdrəti ilə hərbin, si­lahın qüdrəti bir-biri ilə qarşı-qarşıya qoyulur və mün­tə­zəm olaraq bu qarşılaşdırma sözün qələbəsi ilə başa ça­tır. Silahın fəth etdiyi qələbələr, zəfərlər nə qədər qorunsa da əbədiyyət qazana bilmir, sözün qazandığı müvəf­fə­qiy­yət isə heç vaxt qiymətdən düşmür.

Hansı hökmdarın, fatehin adı Nizaminin, Nəsiminin, Füzulinin, Hafizin, Xəyyamın, Hötenin, Şeksprin və digər sə­nətkarların adları qədər tanına bilər?! Çox güman ki, heç birinin! Çünki bədii əsəri geniş oxucu kütləsi oxuyur, ta­rixi isə ayrı-ayrı adamlar. Hələ mən bunu demirəm ki, ta­rixin özü də sözün sayəsində meydana gəlib, yaşamaq hüququ qazanır.

Sözün qüdrətinə inam insanda cəsurluq, mübarizlik, dözüm və iradə hisslərini gücləndirir, onu qorxmaz və qəh­rəman səviyyəsinə çatdırır. Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin həyatı buna bariz nümunə deyilmi?

Sözün qüdrətinə inam insanı böyük şəxsiyyət kimi formalaşdırmaqda mühüm rol oynayır. Həqiqi şairlərin ço­xu bir şəxsiyyət olmaq etibarilə saflıq, düzlük, yaxşılıq mü­cəssəməsinə çevrilir. Onların insana inamı və məhəb­bəti nəinki yazdıqları əsərlərdə, eyni zamanda şəxsi hə­yat və fəaliyyətlərində də üzə çıxır.

Gözəl şairlərimizdən S.Vurğunun, R.Rzanın, M.Ara­zın, Ə.Kərimin və bir çox başqa şairlərin həyatı buna əya­ni nümunə ola bilər. Onlar yaxşı şair olmaqla yanaşı, yax­şı adam kimi də xatirələrdə, yaddaşlarda yaşaya­caqlar.

Sözün qüdrətinə inamı olan kəsin eşqi, məhəbbəti də bənzərsiz olur. Çünki onlar öz məhəbbətlərini şeirə çevirib sözün ömrünə calayırlar və bu sevgi sözün ömrü kimi uzunömürlülük qazanır. Nə şairin özünün yadından çıxır, nə də başqalarının! Bu gün dilimizdə işlənən “Füzuli eşqi”, “Vaqif sevgisi”, “Müşfiq məhəbbəti” ifadələri məhz şair sevgisinin böyüklüyünə, saflığına, əbədiliyinə sonsuz hörmətin nəticəsi kimi meydana çıxmışdır.
***

Hər bir xalqın tarixi onun dilinin dünyaya gəldiyi vaxt­dan başlanır. Hər xalqın öz sözü onun varlığını, möv­cudluğunu sübuta yetirir. Lakin hələ hər hansı bir dildə da­nışığın, nitqin başlanması, sözün dirçəlməsilə o xalqın yarandığı tarixi müəyyənləşdirmək mümkün olmayıb. Xal­qın tarixi sözün ünsiyyət keyfiyyəti ilə deyil, daha çox ya­radıcılıq keyfiyyəti ilə müəyyənləşir. Yəni sən tarixini ya­rat­dığın əsərlərin sayəsində sübuta yetirə bilərsən. Çünki nə qədər ki, sən öz dilində danışırsan, sənin danışdığın söz yalnız sənə məxsusdur, sənin özünə lazımdır, elə ki, yaradırsan sənin Sözün bəşəriyyətin olur. Bu mənada sö­zün zirvəsi bədii sözdür. Bədiilik sözə güc, zənginlik, əl­vanlıq bəxş etdiyi kimi onu dözümlü, uzunömürlü edir.

Hər bir xalqın bədii sözünün qüdrətindən danışanda həmin xalqın ən qədim və ən qiymətli əsərlərinə istinad edirlər. Belə bir əsər, yəni bizim ana kitabımız “Dədə Qor­qud kitabı”dır. Dilimizin, bədii sözümüzün güzgüsü olan bu kitabdan doğma, əziz və qiymətli bir şey yalnız Azər­baycan torpağıdır. Qalan şeylərimizin hamısından qiy­mətli olan bu ana kitabımız sözümüzün gücünü, qüdrətini yalnız bizə deyil, dünyaya bəyan edir. Şübhəsiz, “Dədə Qorqud” bizim ilk bədii sözümüz deyil, ilk bədii söz çox çətin ki, bu qədər bitkin, qüdrətli ola bilə, lakin bu kitab elə bir kitabdır ki, xalqımızın bədii sözünün imkanlarını həm bizim özümüzə, həm də başqalarına açıb göstərir. Bu ki­tabda dilimizin bütün gözəlliyi, bədii əsərlərin bütün növ­ləri – şeir, nəsr və hətta mən deyərdim ki, dram vardır.

Təsadüfi deyil ki, biz müasir əsərlərimizi qiy­mət­lən­dirəndə “Dədə Qorqud” səviyyəsindən danışırıq. Bizim bə­dii sözümüz ifadə olunmaz dərəcədə qüdrətli və zən­gindir. Əgər bizim başqa əsərlərimiz olmasaydı belə, tək­cə “Kitabi-Dədə Qorqud”la dünya ədəbiyyatında öz sö­zü­müzlə danışar, layiqli mövqe qazanardıq. Lakin sözü­mü­zün uğurları yalnız bu kitabla bitmir. Babalarımız bizim bu gün danışdığımız dildə böyük ədəbi irs qoyub gediblər ki, bizdə sözümüzün qüdrətinə, gücünə inam oyada bilsinlər. Biz onların bizə miras qoyub getdikləri söz uğurlarını – ata­lar sözləri və məsəlləri, layla, bayatı, qoşma, gəraylı, das­tan, nağıl, əfsanə və b. oxuya-oxuya dilimizin imkan­larına heyrətlənirik və bu heyrətimiz bizi dilimizə daha da bağlayır. Babalarımızdan Nizaminin, Nəsiminin, Füzu­li­nin, Xətainin, Vaqifin, Sabirin, Cavidin, Şəhriyarın və yüz­lərlə başqalarının yaratdığı əsərləri oxuyanda qəlbimizdə qürur, vüqar hissi baş qaldırırsa, digər tərəfdən bizi fikir götürür ki, biz də övladlarımıza onlar tək babalıq edə bilə­cəyikmi, adımızı nəvələrimizin yadından çıxmağa qoy­ma­yan bir sözümüz o dövrə gedib çıxacaqmı? Əlbəttə bu ar­zuya düşənlərin heç də hamısı istədiyinə nail ola bilmə­yəcək, bu şübhəsizdir. Bəlkə elə mənim özüm də o adam­lardan biriyəm ki, bu böyük vəzifəni yerinə yetirə bil­məyəcəyəm. Çünki arzuya düşmək hələ arzuya, məq­sə­də çatmaq demək deyil. Bununçün gərgin zəhmət, dö­züm, ədəbi bacarıq və qabiliyyət tələb olunur. Bu key­fiy­yətlərin məndə olub-olmadığını deyə bilmərəm, bəlkə də bu vəzifəni məndən qat-qat yaxşı yerinə yetirə biləcək adamlar da vardır ki, heç vaxt bu arzuya düşməyiblər. Həyatda qəribə hadisələr çox olur. Ola bilsin ki, hər hansı başqa bir işdə mən insanlara daha çox xeyir verə bilər­dim. Bilmirəm. Bircə bunu bilirəm ki, adımı yaddaşlara yaz­maq xətrinə deyil, bədii sözümüzün qüdrətini bir az da artırmaq fikri ilə məndə qələmə əl atmaq arzusu baş qal­dırdı və illər bir-birini əvəz etdikcə bu duyğu məni tərk etmədi. Düzdür hərdən qəlbimdə öz dediyim sözün gü­cü­nə inamsızlıq hissi də baş qaldırıb. Vaxt olub uzun müd­dət əlimə qələm götürməyə cürətim çatmayıb. Belə an­la­rımda mənim köməyimə gələn yenə Sözün özü olub; Ye­nə Dədə Qorqud dastanları, Füzuli “Divan”ı, Sabir “Hop­hopnamə”si məni sözün qüdrətinə inanmağa, dözümlü ol­mağa səsləyib. Bu əsərlər eyni zamanda mənimçün dərs kitablarına dönüb, söz sənətinin sirlərindən, möcüzə­lə­rin­dən agah edib. Beləliklə, həmişə Sözümüzü sabaha çat­dırmaq hissi qorxu, inamsızlıq hissini üstələyib, dilimizə olan sonsuz məhəbbət məni söz qoşmağa səsləyib.

Əlbəttə, deyən tapılar ki, axı hər yazanın, söz qo­şa­nın adı, sözü dillərə düşmür, az-az adamlar öz istəklərinə nail olurlar. Bu fikirlə tamamilə şərikəm. Xalq həmişə öz qəl­binə yatanı, özünə gərək olanı götürür. Gərəksizlər ha­mısı itib-batır. Əgər mənim deyəcəyim sözlərin taleyi belə olacaqsa, buna nə etmək olar?! Mən yalnız nəcib bir niy­yətlə Sözün yolunda öz dincliyimdən, rahatlığımdan ke­çi­rəm. Qalan şeylər zamanın işidir, zamanın vəzifəsidir.
***

Yurdumuzun ən qədim guşələrindən biri olan Nax­çı­van torpağında dünyaya göz açmışam. Uşaqlığım, gənc­liyim bu torpağın qucağında keçib. Naxçıvan deyəndə ha­mının yadına hər şeydən əvvəl qəhrəmanlıq təcəssümü olan Əlincə qalası düşür. Xalqımızın oğulları ən çətin an­larında bu qalaya sığınmış, torpağın səxavətinə və yerli əhalinin qayğısına, köməyinə arxalanıb müdafiə olunmuş, öz hücum anlarını səbirsizliklə gözləmişlər.

Mənim uşaqlıqda eşitdiyim nağılların çoxu Əlincə haqqında olub. Bəlkə də eşitdiklərim adi nağıllar deyil, olmuş həqiqətlər imişlər – dildən-dilə keçib nağıllaşmış, əfsanələşmişdilər. Bu nağılların qəhrəmanları dözümlü, əyilməz, mətin, öz eli üçün canından keçməyə hazır olan Azərbaycan ərləri, igidləri idi və onların qəhrəmanlıqları barədə eşidə-eşidə indi də Naxçıvan torpağının oğulları kişilik məktəbi keçirlər.

Bir az böyüdükdən sonra mən dağları görmüşəm. Onların qayasına, zirvəsinə dırmana-dırmana məndə zir­və­lərə qalxıb oradan bu gözəl diyarı seyr eləmək arzusu baş qaldırıb. Zirvəsinə qalxmaq üçün uca, əzəmətli bir dağı seçmişəm. O dağı ki, kəndimizdən bir qədər aralı idi, evimizin yanından uzanıb gedən dağlara birləşirdi.

Lakin o dağa qalxmaq mənə qismət olmayıb. Çünki sən demə, o əzəmətli dağ bizim evin yanından uzanıb ge­­dən dağlara birləşmirmiş – Araz adlı bir çay bu dağları bir-birindən ayırırmış. Məni başa salmışdılar ki, Arazın o tərəfinə keçmək olmaz. O torpaq, o dağlar başqa ölkə­də­dir. Mən o zaman heç şübhəsiz, çox şeyi başa düş­mə­mişdim. Lakin bu xəbər məni nə qədər kədər­ləndir­miş­di­sə, bir o qədər də heyrətləndirmişdi. “Necə yəni o dağlar bi­zim deyil?! Necə yəni bu dağlar o dağlardan ayrıdır? Araz nə boyda çaydır ki, o boyda dağları bir-birindən ayı­rır?”

Sonradan mənə deyəndə ki, o uca, əzəmətli dağın ar­xasında yaşayan adamlarda biz danışan dildə danışır, bizə oxşayırlar, məndə bu sözü deyən adamlara qarşı qə­ribə bir hiss baş qaldırdı: “Sən bir bunlara bax, bir çayın üstündən keçmək üçün körpü də sala bilmirlər. Qoy bö­yü­yüm özüm çəkərəm o körpünü”.

Bir az böyüyüb, yaşa dolduqdan sonra başa düş­düm ki, bu körpünü salmaq asan məsələ deyil. Bu kör­pü­nü salmaq üçün Fərhad olmaq azdır, Babək, Qızıl Arslan, Uzun Həsən, Xətai, Cavad xan, Səttarxan olmaq la­zım­d­ı­r.

Lakin mən bu işin çətinliyini görə-görə yenə körpü salmaq arzusundanda daşınmamışam. Mən uşaqlıqda olduğu kimi indi də o dağ – bu dağ ifadələrini inkar elə­mi­şəm. İndi də inanıram ki, Araz nədir, ondan qat-qat böyük çaylar da dağları bir-birindən ayıra bilməz, torpağı bir-bi­rindın ayıra bilməz. Çünki çaylar torpağı deyil, torpaq çay­ları öz üzərində saxlayır.

Orta məktəbdə oxuduğum ilk illərdə bu da mənə ay­dın oldu ki, Naxçıvan yalnız qəhrəmanlar diyarı deyil, eyni zamanda böyük sənətkarlar diyarıdır. Bu torpaq Azər­bay­can ədəbiyyatına Mirzə Cəlil, Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Məmməd Araz, Əkrəm Əylisli kimi söz us­taları bəxş edibdir.

Sonra bunu da başa düşdüm ki, mənim Vətənimin adı heç də Naxçıvan deyilmiş, Naxçıvan deyilən yer bö­yük Azərbaycan torpağının kiçik bir guşəsi imiş. Sonra saysız-hesabsız Azərbaycan şair və nasirlərinin adlarını eşitdim, yaratdıqları bir-birindən gözəl əsərləri oxudum və yəqin etdim ki, mənə böyük bir xalqın oğlu olmaq səadəti nəsib olub, mən böyük bir söz xəzinəsinin varisiyəm.

Bu adi həqiqət məni o qədər sevindirdi ki, günlərin bir günü özümdən asılı olmayaraq, əlimə qələm alıb şeir quraşdırmağa başladım. Bəli, bu hələ şeir yazmaq de­yil­di, mən min cür əziyyətə qatlaşa-qatlaşa misra düzür, şeir yaratmağa çalışırdım.

Şairlərin yazdıqlarından belə bir fikrə gəlmək olur ki, onların əksəriyyətinə şairlik ana laylalarından, oxşama və bayatılardan, nağıl və dastanlardan keçib. Məncə bu fi­kir­də böyük həqiqət var, xalq yaradıcılığı nümunələri coş­qun bir çay kimi qəlbimizə axıb içimizdə söz dəryası ya­radır və bu dərya kükrəyərək ürəyimizi yerindən oyna­da­raq sinəmizi söz bulağına döndərir. Lakin, şübhəsiz uşaq­lıqdan qəlbimizə yığdıqlarımızı hərəkətə gətirmək, oyat­maq üçün bir qüvvə lazım olur. Ömrün həmin o məqa­mında o güc, o qüvvə bir bayatı da ola bilər, bir kitab da!

Mənim sakitliyimi pozan, qəlbimi, hisslərimi hərə­kə­tə gətirən güc, qüvvə Səməd Vurğunun “Lirika” kitabı ol­du. Həmin kitab mənim orta məktəb kitabxanasından al­dı­ğım son kitab idi. Çünki bu kitab mənə elə güclü təsir bağışlamışdı ki, mən onu bir daha kitabxanaya qaytar­ma­dım, itirdiyimi söylədim və təbiidir ki, həmin kitabxanadan bir daha mənə bədii kitab vermədilər. O kitab mənə şeirin gücündən, qüdrətindən və eyni zamanda sadəliyindən xə­bər verdi. Mən orada olan şeirlərin çoxunu əzbər bilir­dim və harada olurdumsa, o şeirləri dodaqaltı oxuyurdum. Hətta onların bəzilərinə musiqi də tapmışdım. Sonra orta məktəb yoldaşlarım, atam və kənd adamlarının çoxu mən­dən həmin şeirləri ucadan söyləməyi xahiş edirdilər və mən də onların istəyinə əməl edirdim. Məhz o zaman mən adamların şeirə olan sonsuz məhəbbətini gördüm və yəqin ki elə bunun özü də məndə şeir yazmağa sonsuz həvəs oyadan amillərdən biri oldu. “Lirika” kitabını oxuyanda şeirlərin necə sadə bir dildə yazıldığını görüb qət edirdim ki, şeir yazmaq gərək o qədər də çətin ol­ma­ya. Fəqət qələmi əlimə alan kimi vəziyyət dəyişirdi. Fik­ri­mi toplaya bilmirdim, elə bil bütün sözlər məndən qaçırdı, mənə tabe olmurdu.

Güc-bəla ilə quraşdırdığım yazıları mürəkkəbi qu­ru­mamış sinif yoldaşlarıma oxuyurdum. Onların hamısı bir ağızdan deyirdi ki, bu şeir deyil, belə şeir olmaz. Niyə? Bax, bunu mənə izah eləyən tapılmırdı. Çünki tanışlarım arasında şeirin qayda-qanunlarından baş çıxaran yox idi.

Nə etməli? Kimdən kömək istəməli? Uşaqlardan biri dedi ki, rus dili müəllimi Eldar İsmayılov şeir yazır. Utana-utana ona yaxınlaşıb məqsədimi dedim. O, yazılarıma qu­laq asıb əvvəl bir az susdu, sonra diqqətlə başa saldı ki, sözləri vərəq üzərində yan-yana düzməklə şeir ya­ran­maz, şeiri yazmaq üçün gərək ən əvvəl onun ədəbi nor­malarını yaxşı biləsən.

Ertəsi gün o mənə “Ədəbiyyat nəzəriyyəsi” adlı bir kitab bağışladı və bildirdi ki, bu kitabı büsbütün oxuyub öy­rənməmiş heç nə yazmayım. Onun dediyinə əməl et­dim. Bu kitabdan öyrəndim ki, şeirin hecası, bölgüsü, qa­fiyəsi, bəndi və s. olur.

İlk şeirlərimi yazanda qafiyə seçməkdə çətinlik çə­kirdim. Sonra belə qərara gəldim ki, qafiyələri əvvəlcədən seçərək nizamla düzüm, hecaları isə hər misranı bitir­dik­dən sonra sayım. Hecaların başıma gətirdiyi oyunlar indi də yadımdan çıxmır. Çox vaxt misraların biri uzun, o biri gödək olurdu və mən onları tarazlaşdırana qədər xeyli əzab çəkirdim. Az sonra anladım ki, şeiri bir ahəng üzə­rində yazanda misraların hecaları tamamilə bir-birinə bə­rabər olur, təzədən hecaları saymağa ehtiyac qalmır.

Bir az təcrübə toplamış, yazı işini xeyli qaydaya sala bilmişdim. Şeirimə qulaq asanlar deyirdilər ki, daha şeirə oxşayan şeylər yazıram. Ancaq hamı məna kasad­lığın­dan şikayət edirdi. Buna da çıxış yolu tapdım. Eşitdiyim nağılları, əfsanələri, kəndin özündə baş verən hadisələri nəzmə çəkməyə başladım. Bundan sonra şeirlərimə qu­laq asanlar qismən razı qalırdılar, hətta bəziləri deyirdi ki, belə getsə səndən bir şey çıxacaq. Ancaq “səndən şair çıxacaq” – deyən tapılmırdı.

Günlərin bir günü atam da mənim şeir yazma­ğım­dan xəbər tutdu. Yanına çağırıb məni o ki var danladı: “Uşaq da şeir yazar? – dedi – Get dərslərini oxu, bir sə­nət sahibi ol”.

Mən doğrudan da dərslərimə o qədər də fikir ver­mir­dim, bəzi müəllimlərim buna görə hərdən atama şikayət edirdilər. Atama söz verdim ki, bundan sonra bütün dərs­lərimi yaxşı oxuyacağam, ancaq mənim şeir yazmağıma mane olmasın. O, mənim bu sözümdən bir az əsəbləşib: “Qarşımda şərt qoymağına bax bunun” – deyə məni cə­zalandırdı və o vaxta qədər yazıb doldurduğum “şeir dəftərlərimin” hamısını götürüb ocağın içinə atdı. Vərəqlər ocaqda yandıqca mənə elə gəlirdi ki, içəridə ürəyim də əriyib gedir.

Bir müddət heç nə yaza bilmədim. Elə bil taqətim, gücüm qalmamışdı. Lakin tədricən özümü ələ alıb yeni­dən qələmə sarıldım və baxıb gördüm ki, daha əməlli-baş­lı yazıram. Özü də yazanda daha əvvəlki kimi çətinlik çəkmirəm.

Tənbəllik etməyib onlardan bir neçəsini rayon qə­ze­tinə göndərdim. Sonra nə yazırdımsa, hamısını qəzetlərə göndərirdim. Məndə çap olunmaq arzusu baş qaldır­mış­dı. Və bir gün rayon qəzetində insafa gəlib mənim iki kiçik şeirimi bir nömrədə çap etdilər. İlk şeirlərimin çap olun­duğu gün nə qədər sevindiyimi sözlə ifadə etmək müm­kün deyil. Mən hədsiz sevinirdim ki, şeir yaza bildiyimi kənd adamlarına sübut edə bilmişəm. Özü də sevinən təkcə mən deyildim, evimizdə hamı sevinc içində idi. Elə bil dünyanı onlara bəxş etmişdilər. Ən çox şadlanan elə ata­mın özü olmuşdu. O, şeirlərimdən razı qalmış və ana­m­a tapşırmışdı ki, mənə bir daha ev-eşik işləri buyur­ma­sın.

Bütün uşaqlıq dövrümdə müxtəlif səbəblər üzündən atam məni bir neçə dəfə yaxşıca tənbeh edib. Lakin mən heç vaxt ondan inciməmişəm. Təkcə “şeir dəftərlərimi” yandırdığına görə onu uzun müddət bağışlaya bilmədim. Yalnız bir qədər böyüyüb yaşa dolandan sonra başa düş­düm ki, atam şeiri, söz sənətini dərindən sevdiyinə görə, onu müqəddəs saydığına görə belə edibmiş. Orta mək­təbdən sonra təhsilini davam etdirməyə vaxt tapmayan, ata-anadan yetim qalmış, bacı-qardaşının xətrinə bütün gə­ləcəyini qurban verib uşaqlıqdan torpaqla əlləşən bu adam belə hesab edirdi ki, hər adam şeir yaza bilməz, “şairlik ilahi vergidir”. O həmişə qəzet və jurnallarda çap olunan zəif şeirləri oxuyanda əsəbləşir, üzünü mənə tu­tub: “Vurğun kimi yaza bilmirsənsə, yazma” – deyirdi.

Şeir yazamağa başladığım gündən bəri bu sözləri ondan bəlkə də yüz dəfə eşitmişəm və bu sözü eşitdiyim günlərdə cəsarət edib əlimə qələm almamışam.

Elə indinin özündə – şeirlərimin az-çox çap olun­duğu vaxtda da, atam Bakıdakı mənzilimə gələndə xahiş edir ki, ona Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin, Hü­seyn Arifin şeirlərindən oxuyum, öz şeirlərimdən oxu­mağı xahiş eləmir. Bəlkə də bununla mənə qandırır ki, hələ həqiqi şair deyiləm.

Şeirə bağlanmağım məni dərslərimi yaxşı oxumağa həvəsləndirdi. “Şair” pis oxuya bilməzdi ki! Orta məktəbi bitirəndə sinfimizdə ən yaxşı oxuyanlardan biri oldum. Müəllimlərimdən heç biri mənim ali məktəbə girəcəyimə şübhə etmirdi.

Şeir yazan adamların çoxunun yadında ədəbiyyat müəllimlərinin adları qalır. Mənim də gözəl ədəbiyyat müəl­limlərim olub. Lakin müəllimlərdən daha çox mənə təsir göstərən tarix müəllimimiz Qadir Mahmudov idi. Bu nəcib insan mənə ölkəmizin, yurdumuzun, hətta kəndi­mi­zin tarixini öyrətməklə yanaşı, həyatda iradəli, dözümlü, əməksevər olmağı da öyrətdi. Onun “mən sənin iste­da­dı­na, qabiliyyətinə inanıram” ifadəsi həmişə qulaqlarımda səslənir, mənə güc, qüvvət verir.

Орта мяктябдя охуйаркян мцяллимлярин рящ­бяр­лийи алтында тядбирляр щазырлайыр, байрам эцнляриндя кянд са­кин­ляриня вя гонаглара тягдим едирдик. Бу тядбирляря мараг о гядяр бюйцк оларды ки, залда отурмаьа йер та­пыл­мазды. Мя­ня ясасян мцхтялиф драм ясярляриндян роллар вя шеирляр ифа­дя етмяк щяваля олунурду. Ъяфяр Ъаб­бар­лы­нын «Алмаз», «Севил», Сямяд Вурьунун «Вагиф», Мирзя Ибращимовун «Щяйат», Няриман Няримановун «Надир шащ» вя башга ясярлярдян мцяййян щиссялярин шаэирдляр тяряфиндян неъя щявясля сящняляшдирилдийи инди дя йа­дымдан чыхмыр.

Бир чох тядбирляря щазырлашаркян мцяллимлярдян ха­щиш етмишдим ки, мяним шеирляримдян нцмуняляри дя прог­рамына дахил етсинляр. Лакин онлар рисгя эетмя­йя­ряк мяни бу фикирдян дашындырмаьа чалышырдылар.

1970-ъи илдя йени дярс илинин башланмасы иля яла­гядар кечирилян тядбир заманы мяня тапшырылан шеири ифа етдикдян сонра сящняни тярк етмядян: «Инди дя сизин иъазянизля юзцм йаздыьым шеирлярдян бирини охумаг ис­тя­йирям», – де­дим вя «Илк йурдум, илк мясэяним» шеирини тянтяня иля та­ма­шачылара сюйлядим:


Сюйкяниб гайайа, сюйкяниб даьа

Нечя ясрдир ки, дурур Ханаьа.

Орадан йолуну салсан Аьрыйа

Ъанындан йер галмаз дярдя, аьрыйа.
Бир аз йухарыда йерляшир Дизя

Бурда эцл-чичякляр лап чыхыр дизя.

Еля ки, йетишдин Чинарлы кяндя

Демяли, чатмысан гядим Вяняндя –

Гойнунда тарихин мин нишаны вар.

Нечя ювладынын шющрят-шаны вар.

Мин немят битирян бахчасы-баьы

Гиймятя миндириб бурда торпаьы.

Онун баласыдыр Горухлар, Дисяр

Гонаьы олмасан инъийяр, кцсяр.

Онлара щямдямдир эюзял Вялявер

Йохдур йер цзцндя, йохдур беля йер!
Чыхышымы баша ву­ран­да чохлары айа­ьа галхараг ял чалды. Бялкя дя мяни рущ­ландырмаг цчцн беля етдиляр. Анъаг мян щямин эцн сю­зцн эцъцня, гцв­вя­синя инан­дым. Буна эюря дя ядябий­йат аляминя эялишими 1 сентйабр (о вахт дясрляр щямин тарихдя башланарды) 1970-ъи илдян са­йырам.

Kənd adamlarından ən çox yadımda qalan el şairi Qara Mustafadır. Ədəbiyyatı, əsasən poeziyanı sevən və şifahi xalq ədəbiyyatı ruhunda gözəl şeirlər yazan bu adam məni ruhdan düşməyə qoymur, köməklik göstərir, is­tiqamət verirdi, sadə, təbii bir dildə yazmağın üstün­lük­lə­rini izah edirdi. Aramızdan vaxtsız gedən bu adamın şeirlərindəki təbiiliyi mən heç bir məşhur şairin əsər­lə­rin­də görməmişəm.

Məktəbli olduğum illərdə kənd kitabxanasının fəal oxucularından biri idim. Demək olar ki, orada keçirilən müx­təlif tədbirlərdə həmişə iştirak edərdim. Çoxlarına ki­tab seçməkdə köməklik göstərərdim. Çünki, yalan ol­ma­sın, kitabxanadakı bütün kitabları oxumuşdum. Azər­bay­can şairlərindən Nəsiminin, Füzulinin, Sabirin, Vurğunun, Müşviqin, Nəbi Xəzrinin, Bəxtiyar Vabahzadənin kitabları ən çox sevdiyim kitablar idi. Sonra bu kitablara Məmməd Arazın və Əli Kərimin də kitabları əlavə olundu. Nəsimi şei­rindəki mübarizə ruhu, Füzuli şeirindəki yüksək sə­nətkarlıq və məna dərinliyi, Sabir şeirindəki adi danışıq tərzində deyilmiş dərin fikir və tənqid üslubu, Vurğun şei­rin­dəki sadəlik və məzmun zənginliyi, Müşviq şerindəki for­ma əlvanlığı və yüksək ahəngdarlıq, Nəbi Xəzri şei­rin­dəki bitkinlik və musiqilik, B.Vahabzadə şeirindəki fəlsəfi məna, Əli Kərim şeirindəki yığcamlıq və sərrast deyim tərzi, Məmməd Araz şeirindəki folklora yaxınlıq, dil və ifadə özünəməxsusluğu get-gedə poeziyanı gözümdə bir az da ucaltdı. Mən şeirin nə qədər böyük imkanlara malik olduğunu gördüm, sözün möcüzələr yaratdığına şübhə qalmadı.

O vaxtlar ən çox sevdiyim coğrafiya, tarix və ədə­biy­yat fənnləri idi. Coğrafiya üzrə məktəbdə və rayonda ke­çirilən viktorinalarda, bilik yarışlarında iştirak edərək uğur­lu nəticələr qazanmışdım. Çoxları gözləyirdi ki, ali təhsilimi də bu istiqamətdə almağa çalışacağam. Lakin mən artıq “kəndin şairi” kimi tanındığımı nəzərə alaraq ədəbiyyata üstünlük verdim.

1972-ci ildə orta məktəbi bitirərək sənədlərimi BDU-nun filologiya fakultəsinə verdim. Bütün imtahanlardan yaxşı qiymət alsam da, müsabiqədən keçə bilmədim. Kəndə qayıdıb təsərrüfatda çalışa-çalışa növbəti ilin imtahanlarına daha ciddi hazırlaşmağa başladım. Həmin dövrdə qəbul imtahanları iki mərhələdə aparılırdı. Əvvəl axşam və qiyabi şöbələrə, sonra isə əyani şöbəyə qəbul keçirilirdi. Belə qərara gəldim ki, öncə birinci mərhələnin imtahanlarında iştirak edərək özümü sınayım, nəticədən asılı olmayaraq sənədlərimi alıb əyani şöbənin imtaha­n­larında iştirak edərəm.

1973-cü ilin ortasında planımın birinci hissəsini hə­yata keçirdim, yəni müvəffəq qiymətlər alaraq ADU-nun fi­lologiya fakultəsinə (qiyabi şöbə) daxil oldum, ancaq pla­nımın ikinci hissəsini yerinə yetirmək mümkün olmadı. Atam və yaxınlarım: “Bunun düşər-düşməzi olar! Əgər ali məktəbə qəbul olunmusansa, daha sənədlərini geri al­ma!” – deyə məni əvvəlki fikrimdən daşındırdılar və mən qiyabi formada təhsilimi davam etdirməyə razılıq verdim. Bu fakt həyatımın sonradan başqa istiqamətə düşməsi ilə nəticələndi. Belə ki, 1974-cü ilin mayında, birinci kursu bitirməyimə cəmi bir ay qalmış təhsilimi yarımçıq qoyaraq müddətli hərbi xidmətə yollandım. Zabaykalye Hərbi Dairəsində olduğum iki il ərzində xarakterimdəki başqa keyfiyyətlər üzə çıxdı. Bu, hərbçi sənətinə oyanan maraq idi. Hərbi xidməti əsgər kimi başlayaraq baş serjant (baş çavuş) rütbəsinədək yüksəldim. Hərbi hissədə, diviziyada və hərbi dairədə atıcılıq üzrə yarışlarda iştirak edərək uğurlu nəticələr əldə etdim. Xüsusən, tank əleyhinə əl qumbaraatanından məharətlə istifadə etməyim koman­dirlərin diqqətini cəlb etmişdi. Onlar təkidlə təklif edirdilər ki, qalıb müqavilə əsasında xidmətimi davam etdirim. Mən ali təhsilimin yarımçıq qaldığını əsas gətirərək bu tək­lifləri qəbul etmədim.

1976-cı ilin mayında Bakıya qayıtdım. Lakin hərbi sahəyə olan həvəs məni tərk etmədi və mən Hərbiləş­diril­miş Yanğından Mühafizə Hissəsində xidmətə başladım. Sonradan İslah Əmək Müəssisəsində və Daxili Qo­şun­larda davam edən xidmət dövrü 1995-ci ildə səhhətimlə əlaqədar başa çatdı. Özü də əgər Ağdərə bölgəsində ge­dən döyüşlər zamanı (1992-1993) iki dəfə yaralan­masay­dım xidmət müddəti, ola bilsin ki, indi də davam edərdi.

Ömrümü hərbi sahəyə bağlamağım bir tərəfdən mə­ni ədəbi mühitdən uzaq saldı, digər tərəfdən yazıb-ya­rat­maq üçün maraqlı mövzular verdi. Mövzular kifayət qədər idi. Yazmağa da bir təhər vaxt tapmaq olurdu. Lakin çap etdirməyə vaxt çatmırdı. Çünki bir yazını qəzet və jur­nal­da çap etdirmək, kitab çıxarmaq üçün redaksiya və nəş­riyyatlara ayaq döymək lazım idi. Yaxşı yadımdadır ki, “Azərbaycan gəncləri” qəzetində çap olunmuş “Qardaşım əsgərdir” şeiri üçün iyirmi yeddi dəfə gedib-gəlmişdim. Baş­qa qəzetlərdə də bədii yazı çap etdirmək üçün xeyli vaxt və enerji sərf etmək lazım gəlirdi. Bütün kütləvi in­formasiya vasitələrində gənc yazarlara qayğı göstərməyin vacibliyi ön plana çəkilsə də, heç bir əməli iş görülmürdü. Yalnız möhkəm dayağı olan bəzi gənclər müəyyən nai­liy­yətlər əldə edirdi.

Vaxtımın az olmasına baxmayaraq, mən həmin dövr­də həm ali təhsilimi davam etdirir, həm yazır, həm də ədəbi tədbirlərdə iştiraka səy göstərirdim. Yazıçılar İtti­fa­qının “Natəvan” klubunda tanınmış şair və yazıçıların gənc­lər qarşısında etdiyi çıxışları dinləyir, imkan düş­dük­cə onlarla şəxsən görüşüb tanış olmağa çalışırdım. Rəsul Rza, Məmməd Araz, Fikrət Sadıq, Fikrət Qoca, Əkrəm Əylisli, Qabil, Balaş Azəroğlu və digər tanınmış yazarlarla məhz həmin tədbirlərdən sonra görüşdüyümü indi də xa­tır­layıram. Bəxtiyar Vahabzadə və Nəriman Həsənzadəyə şeirlərimdən nümunələr təqdim edərək, məsləhət və töv­siyələrini eşitmişdim.

Yetmişinci illərin sonundan etibarən Bakı Şəhər Mər­kəzi Kitabxanasında gözəl şairimiz Söhrab Tahirin rəhbərliyi altında Ədəbiyyat dərnəyi fəaliyyət göstərirdi. Mən də vaxtaşırı həmin dərnəyin məşğələlərinə qatılır, ya­zılarımı məşğələ iştirakçılarının müzakirəsinə təqdim edirdim. Həmin dərnəyin fəal üzvlərindən Vaqif Bəhmənli, Həsən Merac, Maarif Soltan, Qardaşxan, Akif Əhmədov və başqaları sonralar önəmli yaradıcılıq uğurları əldə etdilər.

Bu dərnəkdə diqqət çəkən məqamlardan biri artıq müəyyən uğurlar əldə edərək özünü təsdiq etmiş şair və yazıçıların tez-tez məşğələlərə qatılaraq çıxışlar etməsi idi. Belə görüşlərdən biri istedadlı şairimiz Xəlil Rza ilə ol­du. Mən yaranmış şəraitdən istifadə edərək “şeir qovlu­ğu­mu” ona verdim və xahiş etdim ki, oxuyub fikirlərini bil­dir­sin. Şair səmimi şəkildə razılaşdı və təklif etdi ki, üç gün­dən sonra elə bu kitabxananın qarşısındakı bağda gö­rüşək.

Belə də etdik. Müəyyənləşdiyimiz vaxt mən ora gə­lərkən Xəlil Rzanın gözlədiyini gördüm və gözlətdiyimə görə üzr istədim. Şair: “Sən yubanmamısan, vaxtında gəl­misən, sadəcə olaraq mən həmişə görüş yerinə bir az tez gəlirəm. İstəmirəm ki, kimsə gözləsin,” – dedi və əlinin işa­rəsi ilə məni ardınca çağıraraq Azərnəşrin binasına tə­rəf getməyə başladı. Mən yol boyu diqqətimi ona yönəlt­mişdim və yazılarım haqqında deyəcəyi mülahizələri eşit­mək istəyirdim. Lakin o, şeirlərim barədə bir kəlmə də de­mədi, yalnız bircə dəfə necə yaşadığımı, nəyə ehtiyacım ol­duğunu soruşdu. Mən müəyyən məlumatlar verərək, diq­qət və qayğıya görə təşəkkür etdim və belə qərara gəl­dim ki, Xəlil Rza oturmağa yer axtarır, nəşriyyatın otaq­la­rından birində əyləşib şeirlərimi geniş təhlil edəcək.

Lakin tamamilə başqa bir mənzərə ilə üzləşdim. O, pillələri qalxıb “Gənclik” nəşriyyatına aid sahəyə daxil ol­du və “Baş redaktor” yazılmış otağın qapısını açmaq is­tədi. Otağın bağlı olduğunu gördükdə “Redaktorlar” yazıl­mış otağa yönəldi. Bu otağın qapısını açmağa ehtiyac ol­madı, çünki açıq idi. İçəridə üç cavan əyləşmişdi. Onların hər üçü ayağa duraraq xüsusi hörmətlə Xəlil müəllimlə gö­rüşdü. Nə qədər diqqət yetirsəm də onları tanıya bilmə­dim. Xəlil Rza göstərilən yerdə oturmadı: “Yazıçılar İtti­fa­qında tədbir var, getməliyəm. Bu cavan oğlan istedadlı, ümidverən şairlərdəndir. Onun yazılarını oxuyub bəyən­mi­şəm və belə hesab edirəm ki, ilk kitabını nəşr etdir­mə­yin vaxtıdır. Xahiş edirəm ona kömək edin! Əgər problem yaransa, mənimlə əlaqə saxlayın!” – dedi və yazılarımı onlardan birinə verərək sözünə davam etdi: “Musa, bu işi sənə həvalə etsək necə olar?”

Həmin cavan qovluğu nəzakətlə qəbul edərək: “Sizin sözünüz bizim üçün qanundur, Xəlil müəllim, oxu­yub həm sizə, həm müəllifə fikrimi deyərəm. Sonrakı ad­dımları birlikdə atarıq” – dedi. Xəlil Rza üzünü mənə tuta­raq: “Musa Ələkbərli gözəl şair və həssas insandır. Bir­likdə kitabı hazırlayın. Əgər çətinliyə düşsən, utanıb-çə­kinmədən yenə mənə müraciət edə bilərsən” – deyərək, hamı ilə sağollaşdı və otağı tərk etdi. Sonra otaqdakıların təşəbbüsü ilə əl verib tanış olduq: Musa Ələkbərli, Məm­məd Namaz, Zülfüqar Şahsevənli!

Musa müəllim təklif etdi ki, bir həftədən sonra nəş­riyyata baş çəkim və işin nəticəsini öyrənim. Əlavə olaraq bildirdi ki, Xəlil Rza hər şeiri bəyənməz, əgər o bəyə­nib­sə, axırı yaxşı olar...

Bir həftədən sonra onlar məni daha səmimi qarşı­la­dılar. Bildirdilər ki, hər üçü şeirlərlə tanış olub və belə he­sab edirlər ki, kitab halında nəşr etdirmək lazımdır. Ancaq bunu da dedilər ki, indi ilk kitabı nəşr etdirmək çətin mə­sə­lədir, ciddi mübarizə aparmaq lazım gələcək. Kefimin pozulduğunu görən Musa Ələkbərli: “Darıxma, bizim ha­mımız bu yolu keçmişik. Birdən-birə heç nə alınmır. Mü­barizə aparmaq lazımdır”.

***

İlk kitabımın çap olunması uğrunda mübarizə gün­lərlə, aylarla deyil, illərlə davam etdi. Əgər Azərbaycan öz müstəqilliyini bərpa etməsəydi, o bürokrat rejim öz fəa­liy­yətini davam etdirsəydi, yəqin mənim kitab nəşr etdirmək arzum gözümdə qalacaqdı. Şükürlər olsun ki, 1991-ci ilin 18 oktyabrında xalqımızın gərgin mübarizəsi nəticəsində müstəqilliyimiz elan olundu və bütün sahələrdə olduğu kimi yaradıcı insanlar qarşısında da geniş imkanlar açıldı. Düzdür, bu gün keçmiş illərdən söhbət düşəndə: “Sovet dövründə sözün, sənətin qiyməti var idi, hər misraya müəy­yən məbləğdə pul ödənilirdi, bir kitab çap etdirən maşın ala bilərdi və s.” – deyənlər də tapılır. Bu sözlərdə müəyyən həqiqət də var. Amma o dövrdə hər yazıya pul verilmirdi, xalqın azadlıq ideyalarını təbliğ edən əsərlərin çapına qadağa qoyulmuşdu, yaradıcılar siyasətçilərin əlin­də alətə çevrilmişdi. İndi o dövrlərdə nəşr olunmuş bə­zi dəyərli əsərlərin olduğunu nəzərə alsaq, həmin müəl­liflərin nə qədər əzablara qatlaşdığını təsəvvür etmək çə­tin deyil.



Etiraf edim ki, Sovet dövründə kitablarımın nəşr olun­mamasına təəssüflənmirəm. Çünki həmin vaxt kita­bım nəşr olunsaydı, onun ilk səhifələrində Kommunist Par­tiyasına, Sovet dövlətinə, xalqıma qarşı neçə-neçə ci­nayətlər törətmiş “inqilabçılara” həsr olunmuş yazılar yer almalı idi. Yaxşı ki, belə olmadı.

Tələbə olduğum illərdə rus və dünya ədəbiyyatının ən görkəmli nümayəndələrinin yaradıcılığı ilə yaxından tanış olmaq imkanı qazandım. Dilimizin qanunlarını, ədə­bi janrların özünəməxsus formalarını, müxtəlif yazıçıların yaradıcılıq üslublarını öyrəndim. Burada çalışan elm xa­dimlərinin dərsləri, məsləhət və tövsiyələri yaradıcılığımın inkişafına böyük təsir göstərdi.

Ютян ясрин 70-80-ъи илляриндя тез-тез йарадыъы адам­ларын охуъуларла эюрцшц кечирилярди. Сющраб Тащир, Ъабир Новруз, Фикрят Гоъа, Якрям Яйлисли, Гылман Илкин, Ялибала Щаъызадя, Йусиф Язимзадя, Муса Гоъайев, Яляк­бяр Са­лащзадя, Нцсрят Кясямянли, Елдар Бахыш, Дилсуз вя башга йазычыларла кечирилмиш эюрцшлярдя мян дя иштирак едяряк ясярляри щаггында фикрими сюйлямиш, шеирляримдян нцму­ня­ляр охумушам.

Инди дя йазычы вя шаирлярля эюрцшляр кечирилир. Лакин беля тядбирляр, ясасян бир идаря вя тяшкилатда чалышан адамлары ящатя едир. Анъаг о вахт мцхтялиф йерлярдя йаша­йан вя ишляйян инсанлар охуъу кими бирляширди. Беля эюзял яняняляри инди дя давам етдирмяйя бюйцк ещтийаъ дуйу­лур.

1981-ci ildə ali təhsilimi başa vurduqdan sonra mə­nə zabit rütbəsi vermək məqsədilə İslah İşlər İdarəsinin 7 saylı İƏM-ə dəstə rəisi vəzifəsinə göndərdilər. Müəssisə rəisi deyəndə ki, 13 nömrəli dəstəni sənə tapşırırıq, məni gülmək tutdu. O, heyrətlə üzümə baxanda gülməyimin səbəbini izah etməli oldum: “Bu gün dekabrın 13-dür, şəhərdən bura 13 nömrəli avtobusla gəlmişəm, 13-cü mən­zildə yaşayıram, indi də 13-cü dəstə! Nədənsə 13 rə­qəmi məndən əl çəkmir”.

Rəisi də gülmək tutdu, lakin özünü ələ alaraq: “Belə şeyləri ürəyinə salma, şəxsən mən 13 rəqəminin nəhs olduğuna inanmıram. Hər şey insanın öz əlindədir. Elə ilk gündən həvəslə işə giriş”.

Yeri gəlmişkən bu rəqəm sonralar da məni izlədi: İlk kitabım bu həvəsə düşdükdən on üç il sonra nəşr olundu, 1992-ci il avqustun on üçündə döyüş bölgəsindən alaya komandir müavini göndərilməyim barədə əmr verildi (əs­lində bundan əvvəl Ağdərəyə ezam olunmuşdum), on üç il növbədə durduqdan sonra mənzil aldım və s.

İƏM-də işə başladıqdan sonra başqa işlərlə məşğul olmağa vaxtım qalmadı. Həftənin altı gününü, hətta bəzən istirahət günlərində də işdə olurdum. Nəinki ədəbi tədbirlərdə, heç qohumların toy-yas tədbirlərində belə la­zımi şəkildə iştirak edə bilmirdim. Bütün çətinliklərə qat­laşaraq üzərimə düşən vəzifəni yerinə yetirməyə çalışdım və burada da özümü yaxşı cəhətdən göstərə bildim.

Həmin dövrdə rəhbərlik etdiyim dəstə kənd təsər­rüfatı üçün su nasosları istehsal edirdi. Hazır­ladığımız məh­sul öz göstəriciləri ilə diqqəti cəlb etdiyinə görə “Key­fiyyət nişanı” almışdı. Bu, böyük uğur hesab olunurdu. Çünki ölkənin İƏM-də istehsal olunaraq belə yüksək ad alan azsaylı məhsullarından biri idi. Qazanılan uğur bir tərəfdən bizi sevindirir, digər tərəfdən daha məsuliyyətli işləməyə məcbur edirdi. Çünki yuxarı orqanlardan tez-tez yoxlamalar gəlirdi. Ölkənin müxtəlif yerlərindəki İƏM-də ça­lışqan zabit və texniki işçilər iş təcrübəmizi öyrənmək üçün qonağımız olurdu. Bundan əlavə, hər yerdə su na­sos­larına böyük təlabat olduğuna görə gecə-gündüz ça­lışırdıq. Dəstəyə “Ən yaxşı dəstələrdən biri”, mənə isə “Ən yaxşı dəstə rəislərindən biri” fəxri adları verilmişdi.

1984-cü ilin oktyabrından 1985-ci ilin fevralınadək Lvov şəhərində dəstə rəislərinin təkmilləşdirmə kurs­la­rın­da iştirak etdim. Yaranmış imkandan istifadə edib sözün həqiqi mənasında bir Avropa şəhəri olan Lvovun tarixi abidələri, muzeyləri, mədəniyyət ocaqları ilə tanış oldum. Burada erməni küçəsini və kilsəsini, Şota Rustaveli küçə­sini və gürcülərə məxsus restoran və dükanları görüb hey­rətləndim. Düşündüm ki, niyə qonşularımız hər yerdə özlərinə şərait yarada bilir, biz yox! Mənimlə birlikdə təhsil alan azərbaycanlı dostlarımla – Əhməd və Hikmətlə bir­likdə həmyerlilərimizdən bir iz axtara-axtara gəlib mərkəzi bazara çıxdıq və istədiyimizə nail olduq. Burada uca səs­lə Azərbaycan dilində müştəri çağıran çoxsaylı həm­yer­lilərimizi gördük. Bizi düşündürən sualların cavabını da tapdığımıza görə onların heç biri ilə görüşmədən geri qa­yıtdıq.

Биз инди башымыза эялян фялакятлярдя хариъи гцввяляри эцнащландырырыг. Бу, мцяййян мянада белядир. Рус, ер­мя­ни, фарс миллятчиляри щяр васитя иля динълийимизи позуб, тя­ряггимизя вя инкишафымыза мане олублар. Лакин бир чох проб­лемляримизин сябябини еля юзцмцздя ахтармалыйыг. Бязи щалларда зяифлик, пассивлик вя биэанялик нцмайиш ет­ди­ряряк юзцмцз дя дцшмян дяйирманына су тюкмцшцк. Мясялян, 1978-ъи илдя гябул едилмиш Азярбайъан ССР-нин Конститусийасына ясасян Азярбайъан дилиня дювлят дили ста­тусу верилмишди вя о вахт республикамыза рящбярлик едян Цмуммилли лидеримиз Щейдяр Ялийевин тяшяббцсц иля Ясас Гануна дахил едилмиш бу мцддяайа эюря Ана дилимиздян эениш истифадя едилмяли иди. Лакин бу ишин иърасы эцндян-эц­ня тяхиря салынырды. Чцнки рус дилиндя тящсил алмыш вя аилядя бу дили цнсиййят васитяси кими гябул едян «доьма» мя­мур­ларымыз буна щяр васитя иля мане олур, дилимизин тядби­гиня Мяркязин иъазя вермядийини бящаня эятирирдиляр. Бу сюзлярдя мцяййян щягигят олса да, бцтцнлцкля беля де­йилди. Якс щалда, гоншуларымыз юз дилляриндян эениш истифадя едя билмяздиляр. Щалбуки, ермяниляр вя эцръцляр ана дил­ля­риндян эениш истифадя едир, сянядляшдирмя ишляри апарырдылар. Биздя ися йалныз милли рущлу зийалылар бу барядя дцшцнцр, мцяййян ишляр эюрмяйя чалышырды. Онларын ися имканлары мящ­дуд иди. Бюйцк сялащиййятя малик дейилдиляр. Буна эюря дя бцтцн рясми сянядляри рус дилиндя йазмагдан баш­га чаря галмырды.

Йадымдадыр, Дахили Ишляр Назирлийиня йаздыьым мцра­ъиятляри гябул етмяйяряк эери гайтармыш вя рус дилиндя йаз­маьа мяъбур етмишдиляр. О дюврдя бязиляринин зарафатла бир-бириня: «Адамым вар, рус дилини дя аз-чох билирям, даща мяним габаьымда ким дура биляр?!» – дедийини инди дя ха­тырлайырам.

Республикамызда фяалиййят эюстярян Ислак Ямяк Мц­я­с­сисяляриндя рус дилинин тятбиги ися щеч бир мянтигя ясас­ланмырды. Ясасян яйалятлярдян тутулуб ъяза йерляриня эя­ти­рилян сойдашларымызын бир чоху бу дили билмирди вя онлара рус дилиндя мярузяляр охумаьын, сющбятляр апармаьын, яризя­ляр йазмаьа мяъбур етмяйин щеч бир мянасы йох иди. Бу­ну ясас тутураг иш заманы Ана дилимиздян истифадя етмяйя тяшяббцс эюстярдим, лакин ъидди тязйигля гаршылашдым. Рящ­бярлик бцтцн макиналарын рус ялифбасында олдуьуну ясас эя­тиряряк мяни бу фикирдян дашындырмаьа чалышды. Мараг­лы­дыр ки, бу ишя мане оланларын бир чоху щеч рус дилиндя нор­мал йазыб-охумаьы беля баъармырды.

80-ъи илин яввялляриндя Ващид Абдулов мцяссися ряиси, Рамиз Гоъайев ися Тярбийя ишляри цзря ряис мцавини тяйин олундугдан сонра вязиййят дяйишди. Милли рущун дашыйыъылары олан бу адамлар мяним тяшяббцсцмц няинки бяйяндиляр, щям дя йериня йетирилмяси цчцн ямяли аддымлар атдылар. Беляликля, республикадакы ИЯМ-и арасында илк дяфя олараг биз бцтцн сянядляшдирмя ишлярини Азярбайъан дилиня кечир­дик. Бу, асанлыгла баша эялмяди. Щям назирлик, щям дя Баш Идарядян тяпкиляр эялди вя щямин органлара эюн­дя­ри­лян сянядляри бир мцддят рус дилиндя йазмаьа мяъбур ол­дуг. Беляликля, бцтцн чятинликляря дюзяряк гаршыйа гойулан мягсядя наил олдуг.

Бу факты эюстярмякля мян гейри-ади бир иш эюр­дцйц­мц­зц нцмайиш етдирмяк истямирям. Щямин дюврдя елiмизи вя дилимизи йашатмаг цчцн биздян гат-гат артыг мцбаризя апаран габагъыл зийалыларымыз вар иди. Мирзя Ибращимов, Ря­сул Рза, Бяхтийар Ващабзадя, Аббас Заманов, Худу Мяммядов, Ябцлфяз Ялийев вя онларла башгалары милли дуй­ьуларымызын ойанмасы цчцн йорулмадан чалышырдылар. Фягят, бу идейалары ямяли сурятдя йериня йетирмяк вязифяси халгын цзяриня дцшцрдц. Мян фяхр едирям ки, щямин дюврдя бу иши эюрян, йяни бир азярбайъанлы кими юз цзяриня дцшян вязи­фяни йериня йетирмяк цчцн зярури аддымлар атанлардан ол­му­шам.

Lvovda olduğum vaxt “Məsafə” povestimi qələmə aldım. Bu əsərdə bir-birinin əksi olan iki azərbaycanlı ob­razı yaratmağa çalışmışam. Onlardan biri öz çirkin əməl­ləri ilə başqa millətlərdə xalqımız haqqında mənfi fikirlər yaradır, digəri isə mədəniyyəti, biliyi, qabiliyyəti, xeyir­xah­lığı və dərin sevgisi ilə haqqımızda formalaşmış əvvəlki fi­kir­ləri alt-üst edərək bizi başqalarına sevdirir.

İƏM-də işlədiyim on il ərzində müxtəlif məqsədlərlə (Elmi-praktiki konfrans, toplantı, sanatoriyalarda məcburi müalicə və s.) keçmiş SSRİ-nin bir çox şəhərlərində – Moskva, Sankt-Peterburq, Kiyev, Volqoqrad, Ufa, Riqa, Alma-Ata, Tiflis, Soçi, Qaqra və onlarla digər yerlərində oldum. Tədbir iştirakçılarından bir çoxu istirahət etmək, əylənmək haqqında düşünəndə mən olduğum yerləri gəz­mək, əhali ilə söhbət etmək, onların dünya görüşünü və adət-ənənləri ilə tanış olmağa səy göstərdim. Gə­l­­di­yim nə­ticə budur ki, sadə insanların hamısı, millətindən və ir­qin­dən asılı olmayaraq, dinc şəraitdə yaşamaq, dostluq et­mək istəyir. Ancaq mövcud hakimiyyətdən narazı olan qüv­vələr də yox deyildi. Məsələn, Lvovda və Riqada olarkən söhbət etdiyim vətəndaşların böyük əksəriyyəti sərhədlərin açılmasının, insanlara azadlıq və sərbəstlik verilməsinin vacibliyini açıq surətdə bəyan edirdilər. Xü­su­sən, müxtəlif məqsədlərlə kapitalist ölkələrinə səfər etmiş ziyalılar SSRİ-nin həddən artıq geridə qaldığını, anti-demokratik bir ölkə olduğunu deyirdilər.

Elə mən özüm İƏM-də işlədiyim dövrdə Sovet quru­luşunun möhkəm əsaslar üzərində qurulmadığını yəqin­ləşdirdim. İnsanların hər adi hərəkətə görə tutularaq doğ­malarından ayrı salınması, göndərilən şikayət ərizələrinə qarşı laqeydlik, məhkumlara edilən haqsızlıqlar, insan haqq və hüquqlarının pozulması yaşayış normasına çev­rilmişdi.

İƏM-də keçən ağrılı-əzablı günlərimi şeirlərimin bi­rində belə təsvir etmişəm:
İşləməkçün belə yeri seçənin,

Gül bənizi saralacaq, solacaq.

Ömrü-günü belə yerdə keçənin,

Cəhənnəmdən nə qorxusu olacaq?!
Cəmiyyətdə baş verən xoşagəlməz prosesləri, iqti­sadiyyatın gündən-günə zəifləməsi çox şeydən xəbər ve­rirdi. Ən vacib ərzaq məhsullarını talonlar vasitəsilə verən bir dövlətin tənəzzülə uğradığı aydın görünürdü. Ya bu ölkədə əsaslı dəyişikliklər baş verməli, ya da siyasi sis­tem dağılmalı idi. Lakin həmin dövrdə Qazaxıstanda, Pri­baltikada, Gürcüstanda, daha sonra isə 1992-ci ilin 20 y­a­n­­­­varında Bakıda törədilən cinayətlər göstərdi ki, sözdə ye­nidənqurmadan, aşkarlıqdan, sərbəstlikdən danışan S­o­­vet rəhbərliyi, başda M.S.Qorbaçov olmaqla, xalqa azad­lıq vermək niyyətində deyil.

Sonradan Dağlıq Qarabağ münaqişəsi zamanı er­məni millətçilərinin tərəfini tutmaqla, onları gizli şəkildə mü­dafiə etməklə bu ölkənin rəhbərliyi əslində dövlətin da­yaqlarına sarsıdıcı zərbə vurdu və onun süqutunu yaxın­laşdırdı.

Artıq Azərbaycan əhalisinin müxtəlif təbəqələrində belə bir fikir formalaşmışdı ki, doğma yurdumuzu bizim özümüzdən başqa heç kəs müdafiə etməyəcək. Əgər bu çətin, məsuliyyətli anda hər kəs bacarığını ortaya qoy­masa, yenə də torpaqlarımızın bir hissəsi əldən gedəcək. Necə ki, Sovet hakimiyyətinin ilk illərində Dərbənd, Bor­çalı, İrəvan, Göyçə, Zəngəzur əraziləri əlimizdən alınıb qonşulara verilmişdi!

Xalq başa düşmüşdü ki, Sovet dövləti də çar Rusi­yasının siyasətini həyata keçirir. Onun da məqsədi Azər­baycanı tikə-tikə parçalayıb, gec-tez yox etməkdir. Ona görə də güclü etiraz hərəkatı baş qaldırdı. İnsanlar mey­danlara çıxaraq respublika rəhbərliyindən qəti tədbirlər görməyi tələb etməyə başladılar.

Mən də Vətənimi, xalqımı ürəkdən sevən və onun qar­şısında özünü borclu bilən bir övlad kimi düşmənin qarşısını almaq istiqamətində görülən işlərdə fəal iştirak etmək üçün münaqişə bölgəsinə göndərilmək xahişi ilə bir neçə dəfə DİN-in rəhbərliyinə müraciət etdim. Lakin bu xahişlər nəticə vermədi. Mənə bildirdilər ki, Qarabağ və ona bitişik rayonlarda nazirliyin kifayət qədər qüvvəsi var və onlar istənilən tapşırığı yerinə yetirməyə qadirdirlər.

Ancaq baş verən hadisələr bunun əksini deyirdi. Hər gün Ermənistandan və Qarabağdan azərbaycanlıların qo­vulması, qətlə yetirilməsi haqqında məlumatlar gəlirdi.

Məhz mərkəzdə və respublikada fəaliyyət göstərən dövlət orqanlarının zəifliyindən, fəaliyyətsizliyindən isti­fa­də edən daşnaklar nəzarətsiz qalmış 366-cı alayın tex­ni­kasından və canlı qüvvəsindən istifadə edərək 26 fevral 1992-ci ildə Xocalıda soyqırım törətdilər. Yüzlərlə gü­nah­sız insan qanına qəltan edildi, girov götürüldü, işgən­cə­lərə məruz qaldı. Baş verən hadisələri kənardan müşa­hi­də etmək çox ağır idi. Ürəyim buna dözmürdü. Martın əv­vəllərində döyüş bölgəsinə (artıq buna münaqişə demək düzgün olmazdı) göndərilmək haqqında nazirliyə növbəti raportumu göndərib, cavab gözləmədən Ağdam rayo­nu­na yollandım. Məqsədim Şirin Mirzəyevi tapıb, onun dəs­təsinə qoşulmaq idi. Şübhə etmirdim ki, o məni həvəslə qəbul edəcək. Çünki xeyli vaxtı ki, bir-birimizi tanıyırdıq. Mən İƏM-də, o isə bu müəssisələrin mühafizəsini təmin edən alayda xidmət etdiyinə görə tez-tez görüşürdük. Aramızda səmimi münasibət yaranmışdı.

Ancaq düşündüyümün əksinə oldu. Şirin Mirzəyev məni səmimi qarşılasa da, dəstəsinə qəbul etmədi. Bil­dir­di ki, sən əsgər yox, zabitsən və hər bir işi qanun çər­çi­vəsində həll etməlisən. Əgər döyüş bölgəsinə gəlmək is­təyirsənsə, Daxili Qoşunlara keç. Onlar artıq Papravənd kən­dində mövqe tutublar. Mən ona izah etdim ki, müra­ciətlərim cavabsız qalır. “İndi vəziyyət dəyişib, vaxtı ilə Da­xili Qoşunlarda xidmət edən başqa millətlərin nüma­yəndələri, xüsusən ruslar kütləvi surətdə Azərbaycanı tərk edirlər. Daxili Qoşunların sənin kimi zabitlərə böyük eh­tiyacı var. Bakıya qayıt və birbaşa onların özünə mü­ra­ciət et! Başqa cür etsən yenə məsələ uzanacaq və ərizən hardasa ilişib qalacaq”. Sonra o, Daxili Qoşunlar İdarə­sin­də kadrlar şöbəsinə rəhbərlik edən Ağakişi Adıgözəlova kiçik bir məktub yazdı: “Şəxsən özünə ver! İnanıram ki, lazımi köməkliyi göstərəcək!” – deyə məni ümidləndirib Bakıya yola saldı.

İki gündən sonra mən həmin idarənin Bakı şəhəri Nərimanov rayonunda yerləşən Qərargahına gələrək, həm müvafiq sənədlərimi, həm də Şirin müəllimin mək­tubunu kadrlar şöbəsi rəisinə təqdim etdim. O, əvvəlcə Şirin Mirzəyevin vəziyyəti ilə maraqlandı. Məndən müəy­yən məlumatlar aldıqdan sonra sənədlərimi nəzərdən ke­çirib bəzi qeydlər apardı və sonra mənə dedi ki, tezliklə məsələni müsbət həll etməyə çalışacaq.

Hər şey doğrudan da tez həll olundu. Artıq on beş gündən sonra məni çağıraraq tabur komandirinin müavini vəzifəsinə təyin etdilər. Sözsüz ki, məsələnin belə tez həll olunmasında Şirin Mirzəyevin məktubu da müəyyən rol oynadı.

Beləliklə, mənim Daxili Qoşunlarda xidmət dövrüm başladı. Müddət etibarı ilə az – cəmi üç il bir ay çəkən bu xidmət dövrü zəngin hadisələrlə əlamətdar oldu və hərbi xidmətimi bəzədi. Belə ki, mən gənc əsgərlərin hazırlığı prosesinə qatıldım, Ağdərə bölgəsində gedən döyüşlərdə alay komandirinin müavini kimi iştirak edərək, iki dəfə yaralandım, hərbi hospitalda müalicə alarkən gözəl hə­kimlərlə, yaralı döyüşçülərlə, xəstələrə baş çəkmək üçün gələn müxtəlif vəzifə və sənət sahibləri ilə görüşdüm, nə­hayət ki, doğma peşəmə qovuşaraq “Əsgər” qəzetinin re­daktoru oldum və s.

Döyüş bölgəsində olduğum zaman mən kitabdan, kütləvi informasiya vasitələrindən, yaxın adamların xoş söhbətindən məhrum olmuş əsgər və zabitlərin sözə olan ehtiyacını duydum və yaradıcılıq imkanlarımı səfərbər edib yığcam şeirlər yazaraq elə səngərdə ünvanına çat­dırmağa çalışdım. Bu şeirlərin dillərdə əzbər olması məni əməlli-başlı həvəsləndirdi. Az bir vaxtda dəftərim şeirlə doldu və əldən-ələ keçərək oxunmağa başladı. Sonuncu dəfə həmin yazılar mənə qaytarılanda üzərində kiminsə xətti ilə “Şeir dəftəri” yazılmışdı.

İndi də keçmiş döyüş yoldaşlarıma təşəkkür edirəm ki, yaralanıb huşsuz halda Bakıya yola salınarkən həmin dəftəri də çantama qoyublar. Yoxsa sonradan həyatımı dəyişdirən və yenidən ədəbi aləmə qaytaran səngər şeir­ləri yazılar itib-batacaqdı.

1992-ci ilin dekabr, 1993-cü ilin yanvar aylarında DİN-in hospitalında müalicə alarkən müxtəlif peşə sa­hibləri, şagird və tələbələr, yaradıcı şəxsiyyətlər, o cüm­lədən görkəmli şairlərimizdən Bəxtiyar Vahabzadə və Nə­ri­man Həsənzadə yaralılara baş çəkməyə gəldi. Onların hər ikisi əvvəlcədən məni tanıdıqlarına görə səhhətimlə ya­naşı yaradıcığımla da maraqlandılar. Palata yoldaş­la­rım da artıq yazılarla tanış idi. Onların təkidi ilə həmin dəf­təri Nəriman müəllimə təqdim etməli oldum.

Bir müddətdən sonra mən sağalaraq xidmət yerinə yollandım və olub-keçənləri unutdum. Lakin Nəriman müəl­lim məni unutmayıbmış, şeirləri kitab halında nəşr et­dirmək haqqında düşünürmüş. Həmin il onun “Səngər nəğ­mələri” adlandıraraq ön söz yazdığı kitab Sum­qa­yıtdakı “Lift-Servis” müəssisəsinin rəhbəri Cümşüd İsmi­yevin sponsorluğu ilə çap olundu və böyük maraqla qar­şılandı. Məhz bu kitabın təsirinin nəticəsi idi ki, vaxtilə Xəlil Rza tərəfindən “Gənclik” nəşriyyatına təqdim edilmiş və uzun müddət diqqətdən kənarda qalmış şeir qovluğum da yada düşdü. İstedadlı şairimiz Musa Ələkbərli həmin qovluqda toplanmış yazıları “Məndən arxayın ol” kitabına çevirib, axır ki, işıqlı aləmə çıxardı.

Mən bu gün bu xeyirxah insanların adlarını hörmətlə yad etməyə borcluyam, çünki məhz həmin kitabların ça­pından sonra əvvəlki yaradıcılıq həvəsim özümə qayıtdı və mən yenidən ardıcıl olaraq ədəbi yaradıcılıqla məşğul olmağa başladım. “Örnək”, “Dəyanət”, “Şəhid şəhər”, “Əs­rin cinayəti”, “Bizim Türkiyə”, “Yaralı ürəklər”, “Könül­lü­lər dətəsi”, “Hünər” və s. poemaları, “Bəşərin düş­mən­lə­ri” silsiləsindən olan hekayələri, “Alınmaz qala” pyesini, və­tənpərvərlik mövzusundakı çoxsaylı şeirləri və nəzəri yazıları hörmətli oxucuların müzakirəsinə verdim, bugü­nədək çapını gözləyən digər əsərlərimi yazdım. Jurna­listlər və Yazıçılar birliklərinə üzv qəbul olundum, bir neçə ədəbi müsabiqənin qalibi oldum, “Qızıl Qələm” müka­fa­tına layiq görüldüm, medallar, fəxri fərmanlar, təşəkkür mək­tubları aldım. Ən başlıcası isə söz adamı kimi hərbi his­sələrə, əmək kollektivlərinə, ali və orta məktəblərə də­vət edildim. Həmin tədbirlərdə şeirlərimin müxtəlif peşə sahibləri tərəfindən əzbər deyilməsinin şahidi oldum və bir daha yəqin etdim ki, bu dünyada sözdən dəyərli heç nə yoxdur. Hətta ən ağır müharibələr belə sonda sözlə (mü­qavilələrlə) yekunlaşır.

Elə mənim də uğurlarımda gərgin zəhmətimlə ya­naşı, sözümün də müəyyən rolu olub: Belə hesab edirəm ki, 2000-ci ildə Bakı şəhər Sabunçu rayon Veteranlar Təşkilatının sədri seçiləndə də, 2003-cü ildə Bakı Vete­ran­lar Şurası nəzdində fəaliyyət göstərən “Yaradıcı vete­ran və əlillərlə iş” bölməsinə rəhbərlik etmək mənə həvalə ediləndə də, çıxış etmək üçün bir çox tədbirlərə dəvət olu­nanda da mənim ədəbiyyata vurğunluğum nəzərə alı­nıb. İstənilən halda, mənim başqalarından az da olsa fərq­lənməyim, sözü daha çox sevməyim, qiymətlən­dirmə­yim, ondan səmərəli şəkildə istifadə etməyə çalışmağımla bağlıdır. 2002-ci ildən bəri çalışdığım Kamal Məmmədov adına 209 saylı orta məktəbdə də bir pedaqoq kimi mək­təblilərin qəlbinə sözün hesabına yol tapmağa çalışıram. Yeri gəlmişkən bunu da deyim ki, 20 Yanvar şəhidi Kamal Məmmədovun güllə ilə vurulması məqamını öz gözlərimlə görmüşəm. Çünki həmin qanlı günün şahidlərindən biri­yəm.

Xalqımız həmişə bədii yaradıcılıqla məşğul olanlara hörmətlə yanaşıb, onlara yüksək qiymət verib. Dövlət sə­viyyəsində heç bir göstəriş verilmədiyi halda 50 yaşım oxu­cular tərəfindən təntənə ilə qeyd olunub. Çoxlu təbrik məktubları, teleqramlar almışam. Təntənəli tədbirlər keçi­rərək həyatım və yaradıcılığım haqqında dəyərli fikirlər söylənilib. “Azərbaycan Ordusu” qəzetində Seyfəddin Şıx­lının “Vətənpərvər insan” məqaləsi, “Nərgiz” nəş­riy­ya­tında Hidayət Musabəylinin “Elxan Xəzərin özü və sözü” kitabı nəfis tərtibatla nəşr olunub. Sevinirəm ki, mənim əlli illik yubileyimlə bağlı tədbirlərin təşəbbüskarı məhz sadə oxucular olub.

2010-cu ildə tamam olan 55 yaşım da oxucu diq­qə­tindən kənarda qalmadı. Yazıçı və döyüş dostlarımın iş­ti­rakı ilə hərbi hissələrdə, ali və orta məktəblərdə, ictimai təş­kilatlarda çoxsaylı görüşlər keçirildi. Daxili Qoşunlar Baş idarəsi rəhbərliyinin maddi və mənəvi dəstəyi ilə “Dö­yüşçü, şair, pedaqoq Elxan Xəzər” kitabı hazırlanaraq oxu­culara hədiyyə edildi. Həmin idarənin akt zalında məz­munlu, yaddaqalan təbdir keçirildi. Həmin tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın təbriki oxundu, nüfuzlu ziyalıların, yazıçıların, hərbçilərin, veteranların çıxışları dinlənildi.

Ялли беш иллик йубилейимля ялагядар олараг йекун тяд­биринин ДГБИ-дя кечирилмяси тясадцфи дейимлдир. Мян, цму­миййятля, щярби щиссялярдя кечирилян тядбирляря хцсуси юня­м верирям. Беля тядбирлярдя няинки щявясля иштирак едир, щям дя онларын бир чохунун тяшяббцскары олурам. Дцшцнцрям ки, щяйатда щяр кясин илк, ян мцгядлдяс вязифяси вятяни го­румагдыр вя бу иши йериня йетирянляря щамымыз щюрмятля йанашмалыйыгмяним цчцн щярби щиссялярдя кечирилян эю­рцшляр щям дя онунла яламятдар олур ки, чох вахт бу эю­рцшляр заманы кечмиш дюйцшчц достларымла йенидян гаршы­лашырам. Бир вахт сырави ясэяримиз олмуш вятян оьулларынын за­бит вя эизир кими гаршыма чыхмасы ися мяня сонсуз се­винъ бяхш едир.

Şairin tanınması üçün əsas meyar yaxşı şeir yaz­maqdırsa, yaxşı şeirin tanınması, yayılması üçün əsas me­yar çap olunmaqdır. Çox çətin ki, bunların hər ikisi ada­ma eyni vaxtda nəsib olsun – yaxşı yazan çap olun­ma­ğa yubanır, çap olunan da yaxşı şeir yazmağa. Açığını deyim ki, hər iki cəhətdən bəxti gətirənlərə həmişə həsəd aparmışam, lakin heç vaxt paxıllıq etməmişəm. Çünki is­tedad varsa gec-tez üzə çıxmalı, öz yerini tutmalıdır. Bu­rada vaxtın, yaşın heç bir əhəmiyyəti yoxdur. Əsası budur ki, dəyərli yazın olsun.

Özümə gəlincə deməliyəm ki, heç vaxt çap olun­ma­ğa tələsməmişəm, əksinə çap edilməkdən bir az qorx­mu­şam. Çünki çap edilənə qədər şeir sənindir, onu nə qədər istəsən dəyişdirib-düzəldə bilərsən. Çap ediləndən sonra şeir oxucunundur, daha onu yenidən işləyə bilməzsən. O qədər adamlar tanıyıram ki, neçə-neçə kitabları çıxıb, amma heç kəs onları şair kimi tanımır. Belə adamlar xal­tura, qazanc xətrinə yazırlar, sözün qüdrətinə inamsızlıq ya­radırlar. Onlar cəmiyyət qarşısında necə böyük qəba­hət etdiklərini anlamırlar. Ancaq elə şairlərimiz vardır ki, bütün yaradıcılıqları bircə kitabda toplanıbdır və adlarını hamı tanıyır. Məsələn, Sarı Aşığın bayatıları, Vaqifin qoş­maları, Sabirin “Hophopnaməsi”, Ramiz Rövşənin şeirləri və s.

Mənə qalsa, nəşriyyatların istehsal etdiyi çoxsaylı, gərəksiz şeir kitabları əvəzinə, dünya ədəbiyyatından nü­munələr çap edərdim. Neçə-neçə gözəl əsəri dilimizdə oxu­ya bilmədiyimiz halda bu qədər lazımsız yazıların nəş­ri adamı məyus edir, qəlbini ağrıdır.

Sözümüzün qüdrəti bizdən ehtiyatlı olmağı, ona eh­ti­ramla yanaşmağı tələb edir. Söz demək istəyən adam sözə qiymət verməyi bacarmalı, onun ömrünü uzatmaq haq­qında düşünməlidir. Şəxsən mən bədii sözümüzə bircə mənalı söz əlavə edə bilsəm, özümü dünyanın ən xoş­bəxt adamı sayaram.


Dekabr, 2010
MÜNDƏRİCAT

«


Нярэиз-Р» Няшриййат-Полиграфийа фирмасы

Баш директор: Щидайят Мусабяйли


«Нярэиз» няшриййаты
Техники редакторлар: Кямаля Мяммядова

Айэцн Шярифова

Корректор: Mətanət Исмайылова

Дизайн: Йеэаня Иманова

Мятн йыьымы: Лятифя Мящяррямова

Мятбяя мцдири: Akif Muсayev
Китабын тяртибатында А.Исэяндяров адына Мядяниййят Мяркязи «Тясвири сянят» дярняйи цзвляринин (Васиф Сяф­тяров, Шакир Ясэяров, Телли Сейидова, Вцсаля Мя­ли­кова) рясмляриндян истифадя олунуб.
Йыьылмаьа верилмишдир: 05.01.2012

Чапа имзаланмышдыр: 05.02.2012

Каьыз форматы: 60х84 1/16

Щяъми: 8,0 чап вяряги

Тираж: 300 нцсхя; Сифариш: 865

Азярбайъан Республикасы Мятбуат вя Информасийа

Назирлийи тяряфиндян 1998-ъи илдя гейдя алынмышдыр.

Шящадятнамя № 45.

Цнван: 8-ъи км гясябяси Р.Рцстямов кцч. 36

Няшриййатла ялагя телефонлары: 323-69-53


050-738-37-22








Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə