Əmimin yanında dayanan yaxın qohumum Bəhrəm xan Şirvanşir başını qaldırıb dedi:
– Siz inanırsınız ki, İngiltərə bizi mədəniyyətimizə görə müdafiə edir? Bəlkə bu
işlər neftimizdən
ötrüdür?
Əmim laqeyd şəkildə cavab verdi:
– Mədəniyyət də, neft də dünyaya nur saçmaq üçündür, hər ikisinin qorunmağa ehtiyacları vardır.
Lakin bizdən yaxşı əsgər çıxmaz.
Bu dəfə sual vermək növbəsi mənə çatdı:
– Niyə çıxmaz? Məsələn, mən xalqımız uğrunda vuruşmuşam və gələcəkdə də onun uğrunda vuruşa
hazıram.
Əsəd-əs-Səltənə narazı halda mənə baxdı. O çay fincanını yerə qoyub lovğalana-lovğalana dedi:
– Mən heç bilmirdim ki, Şirvanşirlər arasında da vuruşa hazır olan əsgərlər vardır.
– Yox, əlahəzrət, Əli
xan həqiqətən əsgər deyil, o zabitdir.
Şahzadə:
– Onların arasında fərq yoxdur – deyib istehza ilə təkrar etdi: “Sən bir zabitə bax!”
Mən danışmayıb susdum. Tamamilə yaddan çıxarmışdım ki, hər hansı bir iranlının nəzərində əsgər
olmaq ləyaqətli iş deyil.
Orada olanların arasında təkcə yaxın qohumum Bəhram xan Şirvanşir, deyəsən başqa fikirdə idi. O
hələ gənc idi. Şahzadənin yanında oturan yüksək rütbə sahibi olan Muşir-əd-Devle idi. O Bəhram
xana nəsihət edərək deyirdi ki, Allahın qoruduğu İranın bu dünyada parlamaq üçün artıq qılınca
ehtiyacı yoxdur. Onun oğulları keçmişdə öz cəsarətlərini sübut etmişdilər.
O nəsihətinə yekun vurub dedi:
– Şahinşahın xəzinəsində saf qızıldan yer kürəsinin modeli var.
Orada bütün ölkələr müxtəlif
cəvahiratlarla örtülmüşdür. Yalnız İran ərazisi ən təmiz və ən parlaq brilyantlarla örtülüb. Bu
simvoldan başqa daha bir çox şeylər ifadə edir. Bu həqiqətdir.
Mən ölkədə kök salmış əcnəbi əsgərlərini və Ənzəlidəki cır-cındır geymiş, ayaqyalın polisləri, yadıma
saldım. Bu idi Asiya. Avropalı olmaq qorxusundan silahlarını Avropanın ayaqları altına atan Asiya!
Şahzadə əsgərlik peşəsinə nifrət edirdi. Halbuki o özü vaxtı ilə əcdadlarımın iştirakı ilə Tiflisi fəth
edənlərin arasında olmuşdu. O zamanlar İran başını uca tutub silahlardan istifadə etməyi bacarırdı.
Lakin indi zəmanə dəyişib. Şahzadə şeri pulemyotdan üstün tutur. Bəlkə də ona görə ki, onun şerdən
başı daha yaxşı çıxırdı. Artıq Şahzadə də, əmim də yaşlaşmışdılar. İran
can verirdi, amma çox zərif bir
şəkildə can verirdi. Birdən birə Ömər Xəyyamın bir rübaisi yadıma düşdü:
Şahmat taxtasıdır gecəylə gündüz
Orda oyun oynar insanla fələk
Onu qaldıraraq deyər “şah” və “mat”
Sonra öz yerinə qoyar salamat.*
- -------------------------------------------------
* Şer hərfi tərcümə olunmuşdur.
----------------------------------------------------
Dərin düşüncələrə daldığımdan, rübaini yüksək səslə oxumuş olduğumu bilməmişəm. Şahzadənin
qaşqabağı açıldı.
– Deməli, sən təsadüfən əsgər olmusan. Bəs bunu mənə niyə demirsən? Görürəm oxumuş adamsan.
Taleyini özün seçəsi olsaydın, doğrudanmı, əsgər olmağı istərdin? Mən Şahzadəyə doğru əyildim.
Deyirsiniz o təqdirdə nəyi seçərdim? Mən sadəcə dörd şeyi seçərdim: yaqut dodaqları,
musiqini,
müdrik kəlamları və qırmızı şərabı.
Daqiqinin məşhur rübaisi mənə bütün qonaqların ehtiramını qazandırdı. Hətta yanaqları batıq molla
belə zərif bir tərzdə gülümsədi.
Yemək salonunun qapıları açılıb, biz içəri girdiyimiz zaman gecə yarısı idi. Xalıların üstünə böyük bir
süfrə sərilmişdi. Süfrənin tam ortasında böyük bir məcməyidə plov qoyulmuşdu. Süfrənin üstünə iri ağ
lavaşlar düzülmüşdü. Saysız-hesabsız balaca və böyük boşqablar süfrənin üstünü doldurmuşdu. Salonun
künclərində heykəl kimi hərəkətsiz halda duran xidmətçilərin əllərindəki fənərlərdən ətrafa işıq
saçılırdı. Biz süfrənin ətrafında əyləşdik və süfrədəki müxtəlif yeməkləri növbə ilə boşqabımıza qoyub
yeməyə başladıq. Oradakı ənənələrə görə yeməyimizi tez-tez yeyirdik, çünki iranlının
həyatda yeganə
tələsik etdiyi şey, onun yeyin yeməsidir. Molla qısa bir dua oxudu.
Qohumum Bəhram xan yanımda oturmuşdu. O, çox az yeyirdi və təəccüblə mənə tərəf baxırdı:
– İran sənin xoşuna gəlirmi?
– Bəli, həm də çox.
– Burada nə qədər qalacaqsan?
– Türklər Bakını tutana qədər.
– Mən sənə qibtə edirəm, Əli xan.
Onun səsi heyranlıq ifadəsiylə dolu idi. O, lavaş parçası götürüb bükdü və içini isti plovla doldurdu.
– Sən pulemyotun arxasında oturdun və düşmənlərinin gözlərindəki yaşı gördün. İranın qılıncı isə
paslanıb. Biz min il bundan qabaq Firdovsinin yazdığı şerlərdən vəcdə gəlirik. Daqiqinin bir rübaisiylə
Rudakinin bir rübaisini dərhal bir-birindən seçə bilirik.
Lakin avtomobil yolunu necə tikməyi və yaxud alaya komandanlıq etməyi bilmirik.
“Avtomobil yolları” sözünü eşidəndə Mərdəkan yolunda Naçararyanı qovduğum gecəni və ay işığı
altındakı bostanları yadıma saldım. Nə yaxşı ki, Asiyada avtomobil yollarını salmağı heç kim
bacarmırdı. Yoxsa, Qarabağ atı Avropa avtomobilini heç vaxt ötə bilməzdi.
– Avtomobil yolları nəyinizə lazımdır, Bəhram xan?
– Əsgərləri daşımaq üçün yük avtomaşınlarından istifadə edəcəyik. Bizim dövlət adamlarımız əsgərlərə
ehtiyacı olmadığını iddia edirlər. Həqiqətdə isə bizim əsgərlərə ehtiyacımız var.
Bizim pulemyotlara,
məktəblərə, xəstəxanalara, nizama salınmış vergi sisteminə, yeni qanunlara və sənin kimi insanlara
ehtiyacımız var. Bizə ən az lazım olan şey İranın nalələrini əks etdirən köhnə şerlərdir. Lakin başqa
mahnı və şerlər də mövcuddur. Gilanlı şair Əşrəfin şerindən xəbərin varmı?
Bəhram xan əyilib xəfif
bir səslə şerin bir beytini, mənə oxudu: “Kədər və ələm vətənin başının üstünü
almışdır. Qalxın ayağa və İranın tabutunun dalınca gedin. Bu yolda İran gəncliyi həlak olmuşdur. Ay,
tarlalar, təpələr və dərələr onların qanına boyanmışdır”.
Şahzadə bu şeri eşitsəydi, onu “iyrənc misralar” adlandırardı və deyərdi ki, onun şer zövqü təhqir
edilmişdir. Bəhram xan inadkarlıqla: “Başqa bir gözəl şerdə var” dedi. O şeri Mirzə Ağa xan adında bir
şair yazmışdı. İndi qulaq as: “Qoy Allah İranı kafir düşmənlərdən qorusun: İran
gəlinlərinin təbii
gözəlliyi heç bir zaman ingilis lordlarının məclislərinə qismət olmasın”.
– Pis deyil – deyərək güldüm. Çünki İran gəncliyi, köhnə nəsildən pis şerlər yazmaq ilə fərqlənirdi.
– Amma, Bəhram xan, bir de görüm, sən nəyə nail olmaq istəyirsən?
Bəhram xan, solmuş qırmızı xalçanın üstündə gərgin vəziyyətdə oturub sözə başladı:
– Sipəh meydanında heç olmusan? Orada lülələri paslanmış yüz dənə top qoyulub və onların da
lülələri dörd yana yönəlib: qərbə, şərqə, şimala və cənuba. Heç bilirsənmi ki, qoca İranda yeganə
silahlar paslı toplardan ibarətdir. Bu ölkədə bir dənə də olsun hərb gəmisi və rus kazakları, qırmızı
uniformalı ingilis əsgərləri və sarayın keşiyini çəkən alayına mənsub dörd yüz nəfər bahadurdan başqa
bir nəfər də olsun İran əsgəri yoxdur. Sən əminə, Şahzadəyə və şahənə rütbələrə malik olan
digərlərinə bir bax? Onların gözləri sulanmış, gücsüz əlləri titrəyirdi. Onlar da Sipəh meydanındakı
toplar kimi köhnəlib, paslanmışlar. Artıq bir o qədər ömürləri də qalmayıb. Ona görə də vaxtdır, onlar