ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   2   3   4   5   6   7   8   9   ...   59

Atam bu barədə məsciddəki imamla danışmaq üçün onun yanına getdi. İmam onu dinlədikdən sonra 
latın dili ilə əlaqədar qoparılan bu hay-küyün mənasız, boş şey olduğunu bilirdi. Sonra türk, iran, rus 
medal və ordenlərinin hamısını yaxasına taxıb, direktorun yanına getdi. Atam məktəbin 
laboratoriyalarına cürbəcür cihaz və  ləvazimatlar hədiyyə edirdi. Onun sayəsində sinifdən sinfə 
keçirdim. Bu arada məktəbdə tələbələrin iki güllə ilə doldurulmuş tapança ilə məktəbə gəlmələrinin 
qəti qadağan olduğunu bildirən bir elan asıldı. Nəhayət, keçənbeş il ərzində şəhərə telefon xətti çəkildi 
və iki yeni kinoteatr açıldı. Nino Kipiani isə  hələ  də dünyanın ən gözəl qızlarından biri olaraq 
qalmaqda idi. 
Məktəblərdə dərslərin qurtarmasına az qalırdı. Yay tətilinə çıxmağımıza cəmi bir həftə qalmışdı. Mən 
evdə oturub, latın kurslarına getməyimin mənasız olduğunu düşünürdüm. Evimizin ikinci 
mərtəbəsindəki otaq çox xoşuma gəlirdi. Divarlar təmamən Buxara, İsfahan və  Kəşhan xalıları ilə 
bəzədilmişdi. Bu xalıların naxışları bağçalar, göllər, meşə və çayların təsvirilə dolu idi. Çünki, xalıları 
toxuyanlar bütün meşələri, gölləri öz gözləri ilə görmüşdülər. Təsadüfi adam o xalıların üzərindəki 
naxışların nə olduğunu bilməzdi. 
- ---------------------------------------- 
1. Latın və İngilis dillərində feli isim. Red. 
2. Latın dilində feli sifət. Red. 
--------------------------------------------------- 
 
 Xalılara o rəngləri verə bilmək üçün çox uzaq çöllərin köçəri tayfalarının qadınları yabanı tikanlı 
kolluqlar arasından min cür ot toplayardı. Sonra incə uzun barmaqları ilə o otları sıxaraq onlardan şirə 
çıxarırdılar. Şirəni qarışdıraraq zərif rənglər yaradırdılar. Bu gözəl rənglərin sirri yüz illər qədər 
qədimdir. Çox zaman bir sənət əsərinin tamamlanması üçün toxucu on ildən artıq əmək sərf edərdi. 
Ondan sonra xalının üstündə ov və döyüşən cəngavərlər səhnəsini təsvir edən sirli rəmzlər və işarələr 
toxunar, qıraqlarında isə Firdovsinin bir beyti və yaxud Sədinin bir müdrik kəlamı toxunmuş bu sənət 
əsəri divardan asılıdır. Onlarca xalı divara vurulduğu və yerə sərildiyi üçün otaq qaranlıq görünürdü. 
Otaqda alçaq bir divan, sədəflə işlənmiş iki kətil, bir çox puf yastıq və bunların aralarında da son 
dərəcə  gərəksiz bir yığın kimya və  həndəsə kitabları vardı. Bu kitabları bağlayıb evin hamar damına 
çıxdım. Oradan baxanda öz dünyamı lap açıq görə bilirdim: İçərişəhər qalasının qala divarları ilə bayır 
qapısının girişində Ərəbcə yazılar olan sarayın xarabalıqlarını gözdən keçirtdim... Qıvrım ərəb saçlarına 
bənzər küçələrlə dəvələr gedirdi. Dəvələrin ayaq biləkləri o qədər incə idi ki, adam onları tumarlamaq 
istəyirdi. Ön tərəfdə də əfsanəvi Qız qalasının ətrafında turistlər dolaşırdı. Qalanın arxasında baxışları 
tamamən dönük qurğuşun rəngli, anlaşılmaz Xəzər dənizi yerləşirdi. Onun da arxasında kəskin 
qayalıqlarla kolluqlar uzanıb gedirdi. Bu mənzərə dünyanın ən gözəl mənzərəsi idi. 
Mən düz dənizi, düz yastı çölü və onların arasına girmiş bu qədim şəhəri çox sevirdim. Buraya neft 
axtarmağa gəlib, müəyyən vaxtdan sonra varlanan adamlar səs-küylü səhranı sevmədikləri üçün 
buradan çıxıb gedirdilər. 
Nökər çay gətirdi. Onu qurtum-qurtum içə-içə buraxılış imtahanlarını düşündürdüm. Özümü zərrə 
qədər o xüsusda üzmürdüm. Necə olsa keçəcəkdim. Kəsilsəydim də narahatçılığım yox idi. Məzun 
olmayıb bir il daha oxumaq məcburiyyətində qalmalı olsam da, fabrik-zavodlarımızda çalışan işçilər 
tənbəlliyimə deyil, hər halda özümü bir növ bu elm mərkəzindən qoparıb qurtarmadığıma hörmət 
edəcəkdilər. Gerçəkdən də  məktəbi tərk etmək pis bir iş olacaqdı. Gümüşü düyməli, paqonlu və 
kokardlı boz tələbə uniformam son dərəcə şıqdır. Mülki paltarları geydiyim zaman özümü doğrudan 
da narahat hiss edirdim. Lakin mən mülki paltarı çox geyməyəcəyəm. Yalnız bir yay. 
Sonra da... Moskvadakı Lazarev adına şərq dilləri institutuna gedəcəkdim. Buna qərar vermişdim, 
çünki oraya gedəndə ruslardan çox-çox irəlidə olacaqdım. Mənim üçün asan olan xarici dilləri 
öyrənmək işi ruslar üçün son dərəcə çətin olduğunu ta uşaqlıqdan bilirdim. Üstəlik Lazarev institutu 


tələbələrinin uniforması da bütün uniformaların ən gözəli idi. Bu uniforma al qırmızı pencək, qızılı 
yaxalıq, qızıl suyuna çəkilmiş xəncər, adi günlərdə belə taxılmasına icazə verilən yumşaq əlcəklərdən 
ibarət idi. Tələbələrin uniforma geyməsi mütləq lazım idi, yoxsa ruslar bizə hörmət etməzdilər. 
Rusların hörmətini qazanmasam Nino mənə  ərə getməz. Ninonun Xristian olmasına baxmayaraq 
onun ilə mütləq evlənməli idim. Gürcü qadınları dünyanın ən gözəl qadınlarıdır. Əgər Nino məni 
istəməsə, nə etməliyəm? O zaman bir neçə igid gənci yanıma salıb onu qaçırmalıyam. Ninonu atımın 
tərkinə alıb İran sərhədlərini aşaraq Tehrana aparmalıyam. Orada da Nino mənə  təslim olacaqdı. 
Çünki onun başqa çarəsi yoxdur! 
Bakıdakı evimizin damından ətrafı seyr edərkən həyat çox gözəl və sadə görünürdü. 
Nökərimiz Kərim çiynimə toxundu. “Vaxtdır” dedi. Ayağa qalxdım. 
Həqiqətən də vaxt çatmışdı. 
Üfüqdə, Nargin adasının arxa tərəfində üzən bir gəmi görünürdü. Xristian poçtunun gətirdiyi və 
teleqraf deyilən kiçikcik kağız parçasının üzərindəki yazılara inanmaq olsa idi o zaman əmim, üç arvadı 
və iki qulluqçusu ilə birlikdə  həmin gəmidə olmalı idilər. Onları qarşılamağa getməli idim. Tələsik 
pilləkənlərdən aşağı endim. Faytona minib, səsli-küylü limana yollandım. 
Əmim gerçəkdən hörmətli bir kişi idi. İran şahı Nəsrəddin böyüklük göstərərək ona “imperatorluq 
şiri” fəxri adını vermişdi. Həmin gündən bəri də kimsənin əmimə başqa bir şəkildə müraciət etməsinə 
izn verilmirdi. Onun üç arvadı, çoxlu nökərləri, Tehranda bir sarayı və Mazandaranda da ucsuz-
bucaqsız torpaq sahələri və malikanələri vardı. Arvadlarından ən cavanı Zeynəbin xəstə olduğuna görə 
o Bakıya gəlirdi. Zeynəbin on səkkiz yaşı hələ tamam olmamışdı. Əmim onu o biri arvadlarından çox 
istəyirdi. Yazıq Zeynəbin uşağı olmurdu. Əmim də nəslini davam etdirmək üçün ondan bir oğlan uşağı 
istəyirdi. Zeynəbə  nə  Kərbəla dərvişlərinin tilsimləri, nə  Məşhədli bilicilərin ovsunları, nə  də eşq 
sənətində  təcrübəli Tehran qoca qarılarının xeyri dəymişdi. Hətta bu məqsədlə  Həmədana da 
getmişdilər. Orada qırmızı daşdan yonulmuş sirli baxışı olan böyük bir şir heykəli vardı. Kim bilir bu 
heykəl nə zamansa hansı unudulmuş krallar tərəfindən qoyulmuşdur. Əsrlərdən bəri qadınlar karvan 
kütləsi halında onu ziyarət edirdilər. Şirin qocaman sifətini öpür, sonra da hamilə olub ana olacaqları 
günləri ümidlə gözləməyə başlayardılar. Zavallı Zeynəbə o Şiri ziyarət etmək də bir fayda verməmişdi. 
Ona görə də onlar indi Bakıya gəlirdilər. Onlar buradakı həkimlərin əzəmətindən kömək umurdular. 
Zavallı  əmim Bakıya gələrkən yaşlı və sevmədiyi arvadlarını da gətirmək məcburiyyətində qalmışdı. 
Çünki  ənənə belə  əmr edirdi: “Bir, iki, üç, hətta dörd arvad ala bilərsən. Amma onların hamısına 
bərabər münasibət bəsləmək şərtilə”. Arvadlara eyni münasibət isə Bakıya gələrkən hamısını yanında 
aparmaq deməkdir. Qanuna görə bunların mənimlə heç bir əlaqəsi yox idi. Qadın qisminin yeri 
sarayın daxili sakitliyidir: yəni iç hissəsidir. Ədəbli kişi qadınlarla danışmaz, onların arxasınca qaçmaz 
və onlara salam da yollamazdı. Qadın qismi kişinin sadəcə kölgəsidir. Hətta kişilər o kölgədə özlərini 
xoşbəxt hiss edirlər. Bu da doğru və ağıllı bir işdir. Bizim məmləkətdə bir söz vardı: “yumurtada qıl, 
qadında ağıl” olmaz. Ağlı başında olmayan yaranmışlar da daimi nəzarətdə olmalıdırlar ki, özlərinin və 
ətraflarındakıların başlarına bəla gətirməsinlər. Məncə, bu çox ağıllı qaydadır. 
Kiçik gəmi körpüyə yan aldı. Sinələri tüklü, dənizçilər gəmidən körpüyə  nərdivan endirdilər. 
Gəmidəki sərnişinlər: ruslar, ermənilər, yəhudilər torpağa ayaq basmağa elə tələsirdilər ki, elə bil hər 
dəqiqə onlar üçün qiymətli idi. Əmim gəmidən hələ çıxmırdı. O, həmişə deyərdi ki, “tələsik iş şeytan 
işidir”. Ancaq gəmidəki bütün sərnişinlər gəmini tərk edəndən sonra “imperatorluq şiri”nin yaraşıqlı 
gövdəsi göyərtədə göründü. Onun əynində ipək yaxalı bir libas, başında qara rəngli balaca bir xəz 
papaq, ayaqlarında isə yüngül başmaqlar var idi. Onun sıx-tüklü saqqalı ilə dırnaqları xınalı idi. Bu 
adət min il əvvəl İman Hüseynin haqq dini uğrunda tökmüş olduğu qanın xatirəsini anmaq əlaməti 
idi. Əmimin yorğun balaca gözləri vardı, yavaş-yavaş hərəkət eləyirdi. Onun ardınca həyəcanları açıqca 
duyulan, təpədən dırnağa qədər qara çarşablara bürünmüş, əmimin arvadları gəlirdilər. Onların 
dalınca da xədimağalar gəlirdilər. Xədimağalardan biri ağıllı simaya malik idi. ikincisinin sifəti 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə