ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   4   5   6   7   8   9   10   11   ...   59

yoxdur. Çürümüş ətləri bədənlərindən tökülən qırtlaqlarında ət parçaları xırıltı ilə sallanan iylənmiş 
xəstələr şəhər darvazasının qapıları arxasında səriliblər. Onların üstünə yavaş-yavaş neft tökərək 
yandırırdılar. 
Müdirin gözləri kəlləsinə çıxdı. Onun alnında muncuq kimi tər damlaları görünməyə başladı. Bəlkə 
də ürəyində fikirləşirdi ki, hələ nə qədər, gec deyil, gedib nazirə desin, onu başqa bir yerə keçirtsinlər. 
O, boğunuq bir səslə: 
- ”Bura dəhşətli bir məmləkətdir!” - dedi: Amma, balalarım, məhz burada insanlar yüksək dərəcədə 
intizamın və hakimiyyət orqanlarının cəld hərəkət etməsinin nə qədər vacib olduğunu başa düşürlər. 
Sinfimizin uşaqları müdirin ətrafına toplaşıb onun qayda-qanununun faydalı olması barədə nitqini 
dinlədilər. Cüzamxananın işi bitmişdi. Arxamızdan gələn son sinif tələbələri indi gərək özləri yeni bir 
nömrə uyduraydılar. Birdən mən soruşdum: 
Cənab müdir, xəbəriniz varmı ki, Məmməd Heydərin oğlu məktəbimizin ikinci sinfində oxuyur. 
Nə-əə! 
Müdirimizin gözləri az qala təpəsinə çıxdı. Məmməd Heydər hər sinifdə ən azı üç il qalmışdı. O, on 
altı yaşında evlənmişdi, lakin buna baxmayaraq yenə  məktəbə  gəlirdi. Məmməd Heydərin oğlunun 
doqquz yaşı tamam olan kimi, o da eyni gimnaziyaya daxil olmuşdu.Xoşbəxt ata, bu həqiqəti hər 
şeydən əvvəl sirr kimi saxlamağa çalışmışdı. 
Lakin bir gün böyük tənəffüsdə dolu yanaqlı bir oğlan qaçaraq Məmməd Heydərə yaxınlaşdı və 
günahsız gözlərilə ona baxaraq dedi: “Ata mənə beş qəpik ver, şokolad alım. Verməsən riyaziyyat 
misallarını başqasının dəftərindən köçürtdüyünü anama deyəcəyəm”. 
Məmməd Heydər xəcalətindən qıpqırmızı olmuşdu. O, oğlunun başını yumruqlamış, sonra ata 
olduğunu və oğlunun da eyni məktəbdə oxuduğunu uyğun bir anda müdirə söyləməmizi bizdən xahiş 
etmişdi. 
Müdirimiz yenə soruşdu: 
- Yəni, altıncı sinif şagirdi Məmməd Heydərin ikinci sinifdə oxuyan bir oğlu var? 
Bəli elədir. O sizdən çox üzr istəyir. Məmməd Heydər oğlunun da özü kimi bir elm adamı olmasını 
arzulayır. Qərb biliyinə yiyələnmək həvəsi onda getdikcə daha geniş vüsət alır. 
Müdirimiz qıpqırmızı oldu. O, dinməz-söyləməz dayanıb, ata ilə oğlunun eyni zamanda, eyni 
məktəbdə oxuduqlarının, məktəb qaydalarına zidd olub-olmadığı barədə düşündü. Lakin heç bir 
qərara gələ bilmədi. 
Zalın yanından balaca bir qapı açıldı. On yaşlarında bir oğlan uşağı qalın pərdələri yan tərəfə çəkdi
sonra İrandan gəlmiş qara bədənli dörd kor musiqiçilərin  əlindən tutub onları salona gətirdi. Kor 
musiqiçilər  əl-ələ tutub salonun bir küncündəki xalının üstündə oturdular. Əllərindəki nadir musiqi 
alətləri İranda yüz il bundan əvvəl düzəldilmişdi. 
Fəryad edən bir musiqi dilə  gəldi. Musiqiçilərdən biri salam verən kimi qəzəlxan pozası ilə  əlini 
qulağına qoydu. Bu, şərq müğənnilərinin klassik hərəkəti idi. Salona bir səssizlik çökdü. Bu dəfə 
korlardan biri həyəcanla dolub daşaraq ud çalmağa başladı. Sonra da qəzəlxan sakit bir səslə, oxumağa 
başladı: 
“Bir İran xəncəri kimisən, 
Parlayan yaqut dodaqların 
Türk Sultanı olaydım, nikah bağlayardım sənə, 
İncilər hörərdim, qulac-qulac saçlarına 
Və öpər, öpərdim topuqlarını 
QIZIL TASDA gətirərdim, 
Əllərimlə qəlbimi sənə...” 
Qəzəlxan susmuşdu. Onun yanında oturan xanəndə səsini qaldırdı və böyük nifrətlə bağırdı: 
“Və hər gecə 


Bir siçan kimi qaçardın 
Eyvandan qonşunun evinə” 
Tamburun qəmli səsi ətrafa yayıldı. Kamança da həzin bir səslə mələyirdi. Bu dəfə üçüncü xanəndənin 
oxumağının səsi yüksəldi: 
“O ki bir çaqqaldır, onda iman yox, 
Eyvah, ləkələndim, qara bəxtim ox!..” 
Bir an ətrafa səssizlik çökdü. Üç, dörd qısa musiqi ahəngindən sonra dördüncü xanəndə xəfif və incə 
bir tərzdə oxumağa başladı... 
“Üç gün itilədim xəncərimi. 
Dördüncüdə sapladıb, haqlayıb düşmənimi, 
Para-para etdim onu 
Tərkimə atıram səni, sevgilim, 
Döyüş örtüyümlə örtürəm üzümü 
Və dörd nala çapıram səninlə dağlara”. 
Mən qalın pərdələrdən birinin yanında dayanmışdım. Mənim yaxınlığımda müdirimiz və coğrafiya 
müəllimimiz dayanmışdılar. 
Müdirimiz sakit səslə: 
Nə qorxulu musiqidir! Deyə fısıldadı. Elə bil dəhşətli bir səsə qulaq asırsan. Görəsən bu şərqidə 
söylənilən sözlərin mənası nədən ibarətdir. 
- Elə musiqinin ahəngi kimi mənasız olmalıdır, - deyə coğrafiya müəllimimiz cavab verdi. 
İstədim ayaq barmaqlarımın üstündə kimsəyə bildirmədən sakitcə oradan uzaqlaşım. Birdən gördüm 
ki, qalın pərdə yavaşca tərpənən kimi oldu. Ehtiyatla ətrafa baxdım. Saçları qar kimi ağ, gözləri qeyri 
adi bir şəkildə parlayan bir qoca kişi pərdənin arxasında durub musiqini dinləyib ağlayırdı. Bu qoca 
kişi İlyas bəyin atası, Əlahəzrət Zeynal ağa idi. Onun mavi damarlı yumşacıq əlləri  əsirdi. O əllərdə 
bəlkə imza atmağa belə qüvvə qalmamışdı, lakin bu əllər yetmiş milyon manat pula hakim idi. 
Zeynal ağa, sadə bir kəndli idi. Lakin xanəndəlik sənəti haqqında böyük təcrübəyə malik idi. 
Qəzəl sona yetdi. Musiqiçilər bu dəfə bir Qafqaz oyun havası çaldılar. Mən salonda süzməyə başladım. 
Tələbələr orada qrup-qrup dayanıb öz aralarında söhbət edirdilər. Onlardan bəziləri şərab içirdilər. 
Mən isə içmirdim. 
Sinif yoldaşlarımız dostları və tanışları ilə bir küncə  çəkilib öz aralarında zarafatlaşırdılar. Ətrafda 
saçları sarı, gözləri mavi, sifətləri pudralı birçox rus qızları vardı. Onlar rus tələbələri ilə və bəzən də 
erməni və gürcü tələbələri ilə söhbət edirdilər. Lakin onların yanlarına bir müsəlman tələbəsi 
yaxınlaşanda rus qızları bir an özlərini itirir, sonra isə dərhal istehza ilə özlərini çəkir, hırıltı ilə gülür, 
bir-iki kəlmə söz söyləyib, uzaqlaşardılar. 
Biri pianoya yaxınlaşıb vals çalmağa başladı. Müdirimiz qubernatorun qızını rəqsə dəvət etdi. 
Şükür allaha! Pilləkənin üst tərəfindən Ninonun səsi gəldi: Axşamınız xeyir, İlyas bəy. Bir az gecikdim. 
Amma bu mənim günahım deyildir. 
Mən bayıra sıçradım. Nino nə bayır paltarı və  nə  də müqəddəs Tamara qız litseyinin uniformasını 
geymişdi. Qızıl düyməli qısa bir məxmər çəpgən onun çiyinlərinə atılmışdı. Onun beli elə sıx və incə 
bağlanmışdı ki, mən bir əlimlə onu aça biləcəyimə inanırdım. 
Uzun qara bir məxmər yubkası ayaqlarına çatırdı. Mən ancaq onun ayaqqabılarının burunlarını 
görürdüm. Başına kiçik bir başlıq qoymuşdu. Alnından da iki cərgə qızıl sikkə asılmışdı. Gürcü şahzadə 
xanımının qədim vaxtlardan qalma bayram libası və hələ üstəlik bir Bizans Madonnasının siması! 
Madonna bir qəhqəhə çəkdi: 
Yox,  Əli xan sən hirslənməməlisən. Bu yubkanın bağlarını bağlamaq saatlar çəkir. Nənəmin 
yubkasıdır. Bunu yalnız sizin şərəfinizə zorla əynimə geymişəm. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə