ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   2   3   4   5   6   7   8   9   ...   59

Əmim sükuta qərq oldu. Qaranlıq düşürdü. Əmimin kölgəsi cılız, yaşlı bir quşun siluetini andırırdı. O, 
bir azca dikəlib qocalığa xas olan qayda ilə öskürdü, sonra isə hərarətlə danışmağa başladı: 
-  Əslində gerçəyə baxsanız, biz Cənab Allahımızın hər  əmrini yerinə yetiririk. Avropalılar isə 
allahlarının əmrini yerinə yetirmədikləri halda, onlar hər gün güclənir, daha da qüdrətlənirlər. Bizim 
gücümüz və şanımız isə hər gün bir daha ayaqlar altına düşür. Bu nədən belə olur? Kim mənə cavab 
verə bilər? Kimsə ona cavab verə bilmədi. 
Bu yaşlı və yorğun kişi ayağa qalxdı və əsə-əsə pilləkənlə enərək otağına getdi. Atam da onun ardınca 
getdi. Xidmətçilər gəlib çay fincanlarını yığdılar. 
Mən damda tək-tənha qalmışdım, lakin yatmaq fikrində deyildim. Qaranlıq şəhəri ovuclarının içinə 
almışdı. 
Bakı tək bir şəhər deyildi. Bakı bir qoz qabığının içi kimi, iç-içə keçmiş, iki şəhərdən ibarətdir. Şəhərin 
qədim qala divarlarının xaricində bayır şəhər yerləşir. Oranın geniş küçələri, yüksək binaları, gurultulu 
və gözlərini böyük pul istəyi bürümüş insanları vardı. Çöldən fışqıran, bərəkət və  zənginlik gətirən 
neft, yağışdan sonra çoxalan göbələklər kimi kənardan camaatı Bakıya axışdırırdı. 
Bu şəhərdə teatrlar, məktəblər, xəstəxanalar, kitabxanalar, polis nəfərləri, daima kürəkləri çılpaq 
gəzişən gözəl qadınlar vardır. Bayır şəhərdə güllə atılsaydı, hamı bilirdi ki, bu atışma pul üstündədir? 
Avropanın coğrafi sərhədi bayır şəhərdən keçmirdi. 
Nino da bayır şəhərdə yaşayırdı. 
İçəri şəhərdəki qala divarlarının içində isə küçələr söyüd ağacının yarpağı və şərq qılıncı kimi dar və 
əyri idilər. Məscidlərin yumşaq buludları dələn minarələri Nobel firmasının qurduğu neft 
qüllələrindən tamamilə  fərqlənirdi. İçəri şəhərin şərq divarlarından “Qız qalası” ucalırdı. Bakı 
hökmdarı Məmməd Yusif xan bu qalanı qızının şərəfinə tikdirmişdi. 
Şəhərimizin küçələrində yüz illər boyunca qan sel kimi axmışdı. Bizə güc və cəsarət verən də elə bu 
axıdılmış qandı. 
Düz evimizin qarşısında knyaz Sisianaşvili darvazası ucalırdı. Bu darvaza yanında da bir zamanlar nəcib 
insanların qanı axmışdı. Tökülən qanımızın üzərindən uzun illər keçmişdi. O zaman ölkəmizə 
Hüseynqulu xan hökmranlıq edirdi. Çar ordusunda general olan Gürcü prinsi Sisianaşvili bir gün gəlib 
şəhərimizi mühasirəyə almışdı. Hüseyn qulu xan bunun üzərinə Böyük Bəyaz Çara təslim olacağını 
söyləyərək şəhərin qapısını açmış və knyaz Sisianaşvilini içəri dəvət etmişdi. Knyaz sadəcə bir neçə atlı 
zabitin müşayiəti ilə şəhərə girmişdi. Şəhər darvazasının arxasındakı meydanda knyazın şərəfinə böyük 
ziyafət hazırlanmışdı. Ətrafda tonqallar yanır, şişlərdə böyük inəklər fırlandırılıb qızardılırdı. Ziyafətdə 
knyaz Sisianaşvili həddindən artıq içmişdi. Ziyafətin sonunda knyazın yorğun başı yanındakı Həsən 
Qulu xanın köksünə düşmüşdü. 
O zaman ulu babam İbrahim xan Şirvanşir belindəki köhnə  xəncərini çıxardıb Hüseynqulu xana 
vermişdi. Hüseynqulu xan da xəncəri almış və knyaz Sisianaşvilinin xirtdəyini yavaş-yavaş kəsmişdi. 
Knyazın xirtdəyindən ətrafa və xanın üst paltarına qanlar sıçramışdı. Yalnız o, yorulmadan knyazın başı 
ovucunun içinə düşənə  qədər kəsməyə davam etmişdi. Sonra kəsik baş içi duzla dolu bir torbaya 
qoyulmuş, ulu babam da torbanı alıb Tehrandakı Şahənşaha göndərmişdi. Lakin çox keçmədən çar bu 
cinayətin intiqamını almaq qərarına gəlmiş və Bakının üzərinə bir ordu yollamışdı. 
Rus ordusu şəhəri mühasirəyə almışdı. Hüseynqulu xan sarayına çəkilmiş və sarayın qapılarını 
kilitlətmişdi. Gününü ibadətə  və yaxınlaşan sabahkı günü haqqında düşünməyə  həsr edirdi. Çarın 
əsgərləri nəhayət qala divarlarını aşıb şəhərə girdikləri zaman Hüseynquluxan bir yeraltı keçiddən 
qaçaraq dəniz quyusuna çıxmış, oradan da İrana qaçmışdı. Lakin sarayından yeraltı keçidinə girmədən 
əvvəl giriş qapısının üzərinə ağıllı bir cümlə yazıb qoymuşdur: “Sabahı düşünən adam heç vaxt igid ola 
bilməz”. 
Məktəbdən evə qayıdanda bir neçə  dəfə yolumu Xan sarayının xarabalıqlarından salmışam. Onun 
nəhəng mavritan sütunlu divanxanası bomboş və kimsəsiz idi. Şəhərimizdə Ədalət arayan vətəndaşlar 


gərək qala divarlarının bayırındakı Rus hakiminin yanına gedə idilər. Lakin rus hakiminin yanına 
gedənlərin sayı olduqca az idi. Ona görə yox ki, rus hakimləri pis və yaxud ədalətsiz idilər.  Əksinə 
onlar sözə baxan və ədalətli insanlar idilər. Lakin idarə etmədə onların yersiz mülayimliyi və ədalətliyi 
bizim xalqın xoşuna gəlmirdi. Məsələn, oğrunu zindana salırdılar. Orada o təmiz kamerada qalırdı. 
Ona çay və  hətta yemək verirdilər. Oğruya olan münasibət hamını, xüsusilə malı oğurlanan şəxsləri 
qəzəbləndirirdi. 
Xalq öz hüququnu özü həyata keçirdirdi. Günortadan sonra şikayətçilər məscidə  gəlib, orada bardaş 
qurub oturmuş yaşlı, müdrik kişilərə  dərdlərini söyləyərdilər. Onlar şəriət və Allahın qanunlarına 
əsasən hökm edərdilər. “Göz əvəzinə göz, diş əvəzinə diş” şəriətin daimi hökmü idi. Bəzən qaranlıq 
gecələrdə kölgələr görünürdü. Bir xəncər yüksəlir, şimşək kimi çaxır, balaca bir qışqırtı duyulurdu. 
Haqq beləcə yerini tuturdu. Qan davaları da bir evdən uzaqlaşıb o birisinə keçərdi. Bəzən də gecənin 
qaranlıq vaxtlarında arxa küçələrdən bir çuval daşınardı. Onun içindən boğuq bir inilti səsi gələrdi. 
Sonra çuval dənizə atılırdı. Dənizdə balaca bir şappıltı eşidilirdi və çuval suların altında qeyb olurdu. 
Ertəsi gün üstü başı cırılmış, kimsə bir nəfər otağında oturub hönkür-hönkür ağlayırdı. O, tanrının 
qanununu yerinə yetirmişdir. Qanun isə deyirdi ki, zina edən qadın öldürülməlidir. 
Şəhərimiz saysız-hesabsız sirlər şəhəridir. Onun künc-bucaqları qəribə möcüzələrlə doludur. Mən bu 
möcüzələri, bu künc-bucaqları, xəfif gecə pıçıltılarını və  məscidin günortadan sonrakı durğunluq 
vaxtlarını çox sevirəm. Allah mənə şiə  təriqətinə, İmam Cəfərin təriqətinə  mənsub bir insan kimi 
burada dünyaya gəlməyimə imkan vermişdir. Əgər o mənə mərhəmət göstərirsə, qoy imkan versin ki, 
elə burada, eyni küçədə, doğulduğum evdə ölüm. Mənə və gürcü xristianı olan, çəngəl-bıçaqla yemək 
yeyən, gülər gözləri olan, incə və ətirli ipək corablar geyən Ninoya da qoy bu imkanı versin!  
 
 
 
III 
 
Gimnaziya məzunlarının buraxılış gecəsində ballarda geyinilən xüsusi uniformaların yaxaları zərlə 
işlənmişdi. Gümüşü toqqalar və gümüşü düymələr par-par parıldayırdı. Biz başı açıq və  səssiz 
gimnaziyanın böyük zalında durmuşduq. İmtahanın təntənəli anı başlamışdı. Tələbələrin hamısı rus 
pravoslav kilsəsinin tanrısından yardım diləyirdi, – baxmayaraq ki, imtahan verən qırx tələbədən yalnız 
ikisi dövlət kilsəsinə mənsub idi. 
Kilsənin zərli mərasim libasını geymiş, uzun saqqalı və ətirli uzun saçları olan, əlində iri qızılı xaç tutan 
keşiş duaya başladı. Buxurun (1) iyi salonu bürüdü. Müəllimlərlə dövlət kilsəsinə  mənsub olan iki 
tələbə bir-birlərini izləyərək diz çökdülər. Pravoslav kilsəsinin zərif musiqisi ilə söylənən kəlmələr 
qulaqlarımızda sönük səslənirdi. Pərvərdigara bu səkkiz ildə biz, laqeydcəsinə və canımız sıxıla-sıxıla bu 
sözlərə neçə dəfə qulaq asmışıq. Dünyanın ən mömin, ən qüdrətli, ən sadiq xristian hökmdarı olan çar 
ikinci Nikolay Aleksandroviçin sitayişlərilə birlikdə dənizdə və quruda səyahət edənlərə, bilicilərə  və 
iztirab çəkənlərə, din çar və  Vətən yolunda, döyüş meydanında şərəfli canını qurban verən bütün 
döyüşçülərə və bütün pravoslav xristianlara tanrı xeyir-dua versin...” 
Ürəyim sıxıldığı üçün gözlərimi divara zilləmişdim. Divarda ikibaşlı qartallı gerbin altında Bizans 
ikonasına bənzər böyük qızılı çərçivədə çar həzrətlərinin portreti asılmışdı. Çarın sifəti uzunsov, saçları 
sarışın idi və o, açıq mavi gözləri ilə dik irəli baxırdı. Onun döşündəki medal və ordenlərinin sayı-
hesabı yox idi. Səkkiz il ərzində onun medal və ordenlərini neçə dəfə saymağa çalışmışam, lakin hər 
dəfə də medal və orden çoxluğu nəticəsində onların sayını çaşdırmışam. 
Əvvəllər çarın portretinin yanında çariçanın da portreti divardan asılırdı. Amma sonralar çariçanın 
portreti divardan çıxarılmışdı. Çünki ölkənin bəzi müsəlmanları çariçanın portretində onun yaxası 
xeyli açıq olmasından narazı qalıb uşaqlarını məktəbə buraxmaqdan imtina etmişdilər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə