ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   10   11   12   13   14   15   16   17   ...   59

Mustafa kişi sözlərini tamamlaya bilmədi. Şəhərin hər tərəfində birdən-birə çalınmağa başlayan kilsə 
zənglərinin səsləri şəhəri bürüdü. Mən küçəyə qaçdım. 
Qızmar avqust ayının səması şəhərin üstündə hərəkətsiz vəziyyətdə qalmışdı. Uzaqlarda görünən mavi 
dağlar etinasız şahidləri andırırdı. Kilsə  zənglərinin səsləri də bu dağlardakı qayalara dəyib  əks-səda 
verirdi. Küçələr adamlarla dolu idi. Həyəcanlı və çaşıb qalmış sifətlər kilsələrlə məscidlərin minarə və 
günbəzlərinə tamaşa edirdilər. Hava tozla dolmuşdu. İnsanlar həyəcan içində idilər. Kilsələrin bürcləri 
lal-dinməz bir təhdid kimi başımızın üzərində ucalırdı. Kilsə  zənglərinin səsi kəsildi. Enli və  əlvan 
paltar geymiş kök bir imam yaxınlığımızdakı məscidin minarəsinə çıxdı. O, əllərini ağzının iki yanına 
qoyaraq qəmgin bir səslə: “namaza gəlin, namaza gəlin” - deyə möminləri ibadətə çağırdı. 
Mən tövləyə qaçdım. Qoçum atımı yəhərlədi. Atı minib, ürkmüş baxışlarla mənə yol açan camaatın 
içindən dördnalla çapdım. At qulaqlırını şəkləmişdi. Şəhərdən kənara çıxandan sonra ilanvari bir 
cığırın enli zolağı qarşımda açılıb uzandı. Mən Qarabağ zadəganlarının evlərinin qabağından külək 
kimi keçdim. Sadə kənd zadəganları mənə təəccüblə baxır əl eləyib qışqırırdılar: 
- Əli xan, sənartıq döyüşəmi qoşulursan? 
Aşağıdakı dərəyə  nəzər saldım. Orada hamar damı olan bir balaca ev bağın ortasında yerləşirdi. Evə 
baxa-baxa at minməyin bütün qaydalarını unutmuşdum. Atı çılğıncasına dik bir uçurumdan aşağı 
sürdüm. Ev get-gedə böyük görünürdü. Onun arxasındakı dağlar, səma, şəhər, çar və bütün dünya 
yoxa çıxmağa başladı. Dalanı dönərək bağa girdim. Evdən ətalətli bir xidmətçi çıxdı və ölü gözlərini 
mənə zilləyib dedi: 
- Zadəgan ailəsi üç saat bundan qabaq evi tərk edib. 
Qeyri-iradi olaraq əlimdə xəncərin dəstəyindən yapışdım. 
Nökər yana çəkildi və dedi: 
- Prinses Nino, cənab  Əli xan Şirvanşirə bir məktub göndərib. O, əlini pencəyinin iç cibinə saldı. 
Atdan düşüb dama çıxan pilləkəndə oturdum. Səbirsizliklə Ninonun göndərdiyi ətirli məktubunu açıb 
oxumağa başladım. Nino məktubu uşaq kimi iri hərflərlə yazmışdı: “Əzizim  Əli xan! Müharibə 
başlayana qədər Bakıya qayıtmalı olduq. Sənə  xəbər verməyə vaxtım olmadı. Məndən incimə. 
Əsəbiləşmə. Ağlayıram və səni sevirəm. Yay mövsümü hiss edilmədən başa çatdı. Təcili arxamca gəl. 
Səni gözləyirəm və həsrətini çəkirəm. Yol boyunca yalnız səni düşünəcəyəm. Atam müharibənin çox 
yaxın zamanda sona yetəcəyinə  və bizim tərəfin qələbə çalacağına inanır. Mənim isə bu qarışıqlıq 
içində halım çox pisdir. Səndən xahiş edirəm Şuşa bazarına gedib mənə oradan bir xalı alasan. Onu 
almağa vaxtım olmadı. Xalının üzərində rəngarəng kiçik at başının naxışı olsun. Öpürəm səni. Bakıda 
hava çox isti olmalıdır”. 
Sənin Ninon”. 
Məktubu qatladım. Əslində  hər şey öz qaydasında idi. Yalnız mən qaydada deyildim. Mən,  Əli xan 
Şirvanşir, özümə yaraşan bir qaydada şəhər bələdiyyə rəisinin yanına gedib onu müharibə münasibətilə 
təbrik etmək yaxud Şuşa məscidlərinin birinə gedib, çar ordusunun zəfəri üçün dua edib xeyir – dua 
almaq əvəzinə, dəliqanlıqla atıma minib dərəyə çapdım. 
Mən dama çıxan nərdivanın bir pilləsində oturub irəliyə baxmağa başladım. Mən həqiqətən özümü 
səfeh kimi apardım. Əlbəttə, hərhansı bir ölkədə müharibə getdiyi zaman sevgili birinci növbədə, 
sevgilisinin yanına getməlidir, daha oturub ətir iyi saçan məktublar yazmamalıdır. Amma müharibə 
bizim ölkədə getmirdi, müharibə Rusiyada idi. Bunun mənə  və Ninoya çox az dəxli var idi. Buna 
baxmayaraq içimdə güclü bir hirs var idi. Mən təcili evinə qayıdan yaşlı Kipianiyə və müqəddəs Kraliça 
Tamara litseyinə hirslənmişdim. Çünki onlar müharibə zamanı qızlara özlərini necə aparmağı öyrədə 
bilməmişdilər. Hər şeydən  əvvəl isə ad-sanımı unudaraq özümü Ninoya tez çatdırmaq üçün 
tələsməyimə baxmayaraq onun xəbərsiz çıxıb getməsinə qəzəblənmişdim. Məktubu təkrarən bir neçə 
dəfə oxudum. Birdən xəncərimi sıyırdım. Əlimi qaldırıb ani bir surətdə onu qabağa atdım. Xəncərin 
tiyəsi vıyıltılı bir səslə havada uçaraq parıldadı və qarşımızdakı ağacın gövdəsinə sancıldı. 


Nökər ağaca yanaşıb, xəncəri ağacın gövdəsindən çəkib çıxardı. O, başı çıxan bir adam kimi xəncərin 
hər tərəfinə baxıb mənə qaytardı və bir az qorxu ilə dedi: 
- ”Xalis Kübəçi poladıdır, qolunuz da qüvvətli qoldur”. 
Mən ata minib yavaş-yavaş evə  tərəf getdim. Uzaqda şəhərin günbəzləri görünürdü. Artıq hirsim 
soyumuşdu. O ağacın gövdəsinə sancılıb qalmışdı. 
Nino yerdən göyə  qədər haqlıydı. O, valideynlərinə hörmət edən bir qızdır. Xəcalət çəkdiyim üçün 
başımı aşağı salıb atımı sürməyə davam etdim. Küçələr toz-torpaq içində idi. Günəş də qızarıb Qərbdə 
batırdı.  
Birdən bir at kişnəməsi məni diksindirdi. Başımı qaldırdım və heyrətdən ağzım açıla qaldı. Bir anlığa 
Ninonu da, bütün dünyanı da unutdum. Balaca başı, məğrur baxışı, arıq gövdəsi və balet rəqqasəsinin 
ayaqları kimi nazik ayaqları olan bir at durmuşdu qarşımda. Günəşin şüaları altında atın al qırmızı 
dərisi parpar sayrışırdı. Atın belində isə sallaq bığı, əyri burunlu bir qoca kişi oturmuşdu. Bu, 
qonşuluqda yaşayan Knyaz Melikov idi. Mən gözlərimə inanmamış kimi heyranlıqla ata baxırdım. 
Mən Şuşaya ilk gəldiyim günlərdə camaat müqəddəs Sarı bəyin qırmızı-qızılı rəngdə olan məşhur cins 
ərəb atlarından mənə danışmışdılar. 
Bu kəhər atdı. Bütün Qarabağda bu atdan ancaq on ikisi vardır. Onları sultanın hərəmindəki qadınları 
qoruyan kimi qoruyurdular. O qırmızı-qızılı möcüzə indi gözlərimin önündə dururdu. 
- Yolunuz haradır, knyaz? - deyə soruşdum. 
- Müharibəyə, oğlum. 
- Nə gözəl atdır, Knyaz! 
- Hə, görürəm valeh olmusan! Bu cür kəhər atını görmüş olanlar barmaqla sayılacaq qədər azdır. 
Knyazın gözləri doldu: 
- Atın yalnız ürəyi üç kilo ağırlığındadır. Onun üzərinə su tökəndə bədəni qızıl üzük kimi parlayır. O 
hələ günəş işığını görməmişdir. Bu gün onu tövləsindən çıxardanda günəşin şüası onun gözlərinə 
düşdü. Onun gözləri qayalar arasından yeni fışqırmış bir bulaq kimi parıldayırdı. Odu kəşf edən 
insanın gözləri də ilk alovu gördüyü zaman hər halda belə parlayıb. Bu kəhər Sarı bəyin atının 
cinsindəndir. Mən onu bu günə qədər heç kimə göstərməmişdim. Yalnız çar həzrətləri müharibə elan 
etdiyi zaman bu möcüzəli kəhər ata knyaz Melikov minərdi. 
O, qürurla mənim ilə sağollaşdı. Qılıncını xəfifcə şıqqıldadıb atını sürdü. 
Ölkədə doğrudan da müharibə başlamışdı. Evə  gəlib çatanda hava qaralmışdı. Müharibə çılğınlığı 
şəhəri şövqə gətirmişdi. Yerli zadəganlar sərxoş vəziyyətdə səs-küylə küçələrdə və meydanlarda atlarını 
çapa-çapa havaya güllə atırdılar. 
- Qan axacaq, qan – deyə qışqırırdılar. - Qan su yerinə, axacaq Ey Qarabağ, sənin adın dünyaya 
yayılacaq, adına şan-şövkət gələcək. 
Evdə məni bir teleqram gözləyirdi: “Dərhal evə qayıt. Atan”. 
Qoçuya:  
- Əşyalarımızı yağışdır, - deyə əmr etdim, sabah yola çıxırıq. 
Küçəyə çıxaraq şəhərdəki hərc-mərcliyi seyr etdim. Məni nə isə narahat edirdi, amma səbəbini 
bilmirdim.  
Başımı qaldırıb ulduzlara baxdım və xeyli vaxt düşünüb fikrə getdim. 
 
 
VIII 
 
Əli xan, de görüm bizim dostlarımız kimlərdir?” - deyə qoçum məndən soruşdu. 
Biz Şuşanın dolamanc yoxuşlu yolları ilə aşağı enirdik. Sadə  kəndli balası olan qoçum müharibə  və 
siyasət sahəsinə aid belə  qəribə sualları biri-birinin ardınca verməkdən yorulmurdu. Ölkəmizdə orta 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə