ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   12   13   14   15   16   17   18   19   ...   59

Qatar ağır-ağır hərəkətlə çöl mənzərələrinin içindən keçməyə başladı. Ta uzaqlara qədər uzanan 
sapsarı qumlar, yumşaq və yuvarlaq təpələr, küləklərdən və günəş şüalarından çatlamış qayalıqlar işıq 
saçırdılar. 
Vaqonun pəncərəsini açıb bayıra baxdım. Qızmar qum təpələrinin üstündən, çox-çox uzaqlarda olan 
dəniz tərəfdən sərin külək  əsirdi. Çılpaq qayalar qıpqırmızı göz kimi közərirdi. Səhranın  ətrafını 
bürüyən tozlu kollar ilansayağı tərpəşirdi. 
Sonra səhrada bir karvan göründü. Karvandakı yüzdən çox bir və iki hörgüclü irili-kiçikli dəvələrin 
hamısı ürkək baxışlarını qatara zilləmişdilər. Hər dəvənin boynunda zınqırov var idi. Onlar ayaqlarını 
qorxaq addımlarla zınqırovların səslərinin ahənginə uyğun olaraq atır, başlarını da ona uyğun surətdə 
yellədirdilər. Dəvənin biri büdrəsə  və ya addımını səhv qoysa zınqırovun birininsəsidərhalkəsilir. 
Dəvələrinhamısı bunu hiss edir və onlar narahat olmağa başlayırlar. 
 
- ---------------------------------------------------- 
1. ZJD – Zaqafqazskaya jeleznaya doroqa. 
-------------------------------------------- 
 
Karvanda yalnız ahəng bərpa olunandan sonra dəvələr sakitləşir. Çölün qızğın xülyalarından doğmuş 
və eyni xəmirdən yaradılmış dəvə çölün simvoludur. 
Dəvə karvanı ağır-ağır gün çıxan tərəfdən uzaqlaşaraq, bir xəyal aləmində yox olurdu. Qatar isə gün 
batan istiqamətinə gedirdi. Mən oraya, dəvələrə, onları aparan adamlara və qumlu səhraya mənsubam! 
Mən qatarı saxlamaq üçün nə səbəbdənsə əlimi qaldırıb ehtiyat əyləcini dartmadım? Çünki mən artıq 
o istiqamətə getmək istəmirdim. Qatar Qərbə  tərəf gedə bilər, amma mən bütün qəlbimlə, bütün 
ruhumla Şərqə mənsubam. 
Kupenin pəncərəsini açıb, başımı bayıra çıxartdım. Karvan artıq uzaqlarda qalmışdı. Onun arxasınca 
baxdım tam bir sükut çökmüşdü. Mənim ölkəmdə heç bir düşmən yox idi. Zaqafqaziya çöllərini heç 
kim təhdid etmirdi. Qoçum müharibəyə getmək istəyirdi. Onun üçün durum başqaydı. Çünki o, çar 
üçün də vuruşar, qərb üçün də. Qoçum öz macəra pərəstliyinin  əsiridi. O, bəzin asiyalılar kimi 
düşmənlərinin qan axıtmasını və onların göz yaşlarını görmək istəyirdi. Mən də müharibəyə getmək 
istəyirdim: Bütün varlığım qanlı bir müharibənin gətirdiyi hüriyyətin həsrətini çəkirdi. İçim gecələr 
döyüş meydanından ucalan tüstüləri görmək arzuları ilə dolu idi. Müharibə – ən gözəl sözdür. Onda 
kişilik və qüdrət hiss olunur. Hər halda mən burada qalmalıyam ki, düşmənin ölkəmizə ayaq basdığı 
günə özümü onlara qarşı hazırlayım. Qoy bu müharibəyə lovğalar getsinlər. Amma ölkəmizdə kifayət 
qədər adam qalmalıdır ki, düşməni dəf etmək mümkün olsun. Yenə də içimdə boğuq bir hiss vardı. 
Hiss edirəm ki, bu müharibədə kim qalib gəlirsə-gəlsin, bizim üçün çarın istila yürüşlərindən də böyük 
bir təhlükə meydana çıxar. Gözə görünməz bir qüvvə karvanın ipini sarbanın əlindən alır və onu zorla 
yad otlaqlara, yad yollara döndərmək istəyir. Bu yollar isə, ancaq qərbin yolları ola bilər. Mən o yolla 
getmək istəmirəm. Ona görə  də  mən müharibəyə getməyib vətənimdə qalmaq istəyirəm. Ancaq o 
gözəgörünməz qüvvə  mənim dünyama qarşı qalxarsa, yalnız o zaman mən qılıncımı qınından 
sıyıracağam. 
Oturduğum yerdə rahat düşünürdüm. İnsan düşündüyünü axıra çatdıranda rahat olur. Ola bilər 
camaat söz yayacaq ki, mən Ninonun qara gözlərindən ayrıla bilmədiyim üçün müharibəyə getməyib 
evdə qalıram. Qoy desinlər. Ola bilər ki, bunu deyənlər bəlkə  də haqlıdırlar. Amma onlar onu da 
bilsinlər ki, bu qara gözlər mənim üçün vətən torpağıdır, yadellilərin yad yola dartıb aparmaq istədiyi 
vətən övladının nidasıdır. Mən də qalıram ki, ana vətənimi gözəgörünməz yadelli düşmənlərdən 
qoruyum. 
Gözlərim qoçuma sataşdı. O şirin yuxu içində xor-xor xoruldayırdı. 
 


IX 
 
Bakı şəhər avqust günəşinin altında süst düşmüşdü. Onun qədim, qırış tutmuş sifəti heç dəyişməmişdi. 
Rusların çoxu şəhərdən qeybə çıxmışdılar. Onlar öz çarları və vətənləri uğrunda cəbhəyə getmişdilər. 
Polis bir-bir evləri gəzib almanlarla avstriyalıları axtarırdı. Neftin qiyməti artmışdı. Şəhər qala 
divarlarının içində  və bayırında yaşayan adamların kefləri saz, həyatlarından da məmnun idilər. 
Müharibə barədə  məlumatları yalnız çayxanaların daimi müştəriləri eşidə bilirdilər. Müharibə sanki 
çox uzaqlarda, başqa bir planetdə gedirdi. Müharibədə  fəth edilən və yaxud itirilən şəhərlərlə 
qəsəbələrin adları çox uzaqdan eşidilir və qulaqlarda yad kimi səslənirdi. Bütün qəzetlərin birinci 
səhifələrində müxtəlif generalların şəkilləri çap edilirdi. Bu generallar bir dost kimi özlərindən razı 
halda, zəfərə arxayın kimi təsvir olunurdular. Müharibə gedə-gedə  vətənimi tərk etmək istəmirdim. 
Elə ona görə  də Moskvaya gedib xarici dillər institutuna daxil olmadım. Bir də  təhsil qaçmırdı ha. 
Müharibəyə getmədiyim üçün bir çoxları mənə nifrət edirdi. 
Lakin mən evimizin damından köhnə şəhərin rəngarəng qübbələrini seyr edən zaman dərk edirdim ki, 
çarın heç bir çağırışı məni doğma qala divarlarından ayıra bilməz. 
Mənim davranışım atamı karıxdırmışdı. O, təşvişlə məndən soruşdu:  
- Sən, Əli xan Şirvanşir, doğrudan da müharibəyə getmək istəmirsən? 
- Bəli, ata getmək istəmirəm. 
- Əcdadlarımızın çoxu döyüş meydanında həlak olublar. Bu bizim ailədə təbii bir haldır. 
- Bilirəm, ata. Mən də döyüş meydanında can verəcəyəm, amma indi yox, elə uzaq cəbhələrdə də yox.  
-Şərəfsiz yaşamaqdansa, şərəfli ölmək daha yaxşıdır. 
- Mən şərəfsiz yaşamıram. Bu müharibə məni maraqdandırmır. 
Atam şübhəli-şübhəli mənə baxdı. Yoxsa övlad yetişdirirəm deyə o qorxaq övladmı yetişdirmişdi? 
Yüzüncü dəfə o, mənə ailəmizin tarixçəsini təkrarən nəql etməyə başladı: hələ Nadir şahın hakimiyyəti 
dövründə beş Şirvanşir Gümüş Aslan ölkəsi uğrunda necə vuruşduqlarını danışdı. Onlardan dördü 
Hindistana yürüş vaxtı döyüş meydanında həlak olmuşdu. Yalnız biri Dehlidən bol qənimətlə 
qayıtmışdı. O, sonralar malikanələr almış və saraylar tikdirmişdi də. Qorxulu hökmdarın dövründən 
də sağ-salamat çıxmışdı. Amma Şahruh Hüseyn xana qarşı vuruşduğu zaman əcdadım qəddar Qacar 
şahzadəsi Ağa Məhəmmədin tərəfinə keçmişdi. Ondan sonra o adam səkkiz oğlu ilə birlikdə Ağa 
Məhəmmədin Zənd, Xorasan və Gürcüstan yürüşlərində iştirak edib. Onun səkkiz oğlundan üçü sağ 
qalmışdı. Onlar da bu böyük Xədim şah olandan sonra da ona qulluq etməkdə davam edirdilər. Ağa 
Məhəmməd öldürüldüyü gecə o üç qardaşın çadırları Şahın Şuşadakı qərargahında qurulu qalmışdı. 
Ağa Məhəmmədin varisi Fətəli xanın onlara Şirvanda, Mazandaranda, Gilanda və Azərbaycanda bəxş 
etdiyi təsərrüfatlarla, malikanələr Şirvanşirlər nəslinin doqquz igidinin qanlarının bahasına başa 
gəlmişdi. Bu üç qardaş şahənşahın varis canişinləri kimi Şirvanda hökmdarlıq edirdilər. Sonra ruslar 
gəldilər. İbrahim xan Şirvanşir o vaxt Bakını müdafiə edirdi. Onun Gəncə yaxınlığında 
qəhrəmancasına şəhid olması Şirvanşirlər nəslinə şan, şərəf gətirmişdi. Yalnız Türkmənçay sülh 
müqaviləsindən sonra Şirvanşirlərin arasına ayrılıq düşmüşdü. Nəslimizin üzvləri Məhəmməd şahla 
Nəsrəddin şahın hakimiyyətləri zamanı türkmənlərlə  Əfqanlara qarşı döyüşlərdə vuruşub həlak 
oldular. Nəslimizin ruslar tərəfində olan üzvləri də çarın Krım müharibəsində, türklərə qarşı 
döyüşlərdə  və Rus-yapon müharibəsində döyüşüb həlak olurdular. Nəslimizin şan və  şərəflə daşıdığı 
saysız-hesabsız ordenlər, nişanlar beləcə qazanılmışdı. Oğullarımız Gerindium və Gerindivyum 
arasındakı fərqi bilmədikləri halda, belə imtahanları verməyə qadir idilər. 
Atam sözünə yekun vurub dedi: 
- Ölkədə yenə müharibədir, amma sən Əli xan, çarın iltifatlı bir fərmanının ardında gizlənib qorxaqlıq 
edirsən. Nəslimizin tarixçəsi sənin qanına yeriməyibsə, nə desəm də faydası yoxdur. Sən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə