ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   20   21   22   23   24   25   26   27   ...   59

Əlimi Naçararyana uzatdım. O, əlimi möhkəm sıxıb dedi: 
– Sizi hər şeydən xəbərdar edəcəyəm. Amma Ninonu qaçırtmaq üçün cəhd göstərməyə  tələsməyin. 
Əgər başqa çarə qalmazsa o zaman buna əl atarsınız. 
Ayağa qalxdım. Birdən-birə  məndə elə hiss oyandı ki, bu yekəqarın adama bel bağlamaq olar. Mən 
onu qucaqlayaraq restorandan çıxdım. Elə ayağımı küçəyə qoymuşdum ki, kimsə tələsik özünü mənə 
çatdırdı. Arxaya dönüb baxanda özünü mənə çatdıran adamı tanıdım. O, atamın köhnə dostu 
Süleyman Ağa idi. Biz restoranda olarkən o da orada idi. Süleyman Ağa ağır əlini çiynimə qoyub dedi: 
“Ayıb olsun sənə,  Əli xan! Şirvanşir nəslinin övladı da ermənini qucaqlayarmı?” Çaşqınlıqdan ağzım 
açıla qaldı. Lakin Süleyman ağa gecənin dumanında qeyb oldu. Yoluma davam etdim. Yaxşı ki, 
Kipianigilə bu gün nəyə görə getdiyimi atama deməmişəm. Açarı çıxardıb qapını açmaq istəyərkən 
başımı yırğalayıb öz-özümə düşündüm: “Müsəlmanların ermənilərə qarşı belə nifrət hissi 
bəsləməsigörəsən haradandır? 
Bu əhvalatdan sonra günüm telefon aparatının yanında keçirdi. Bu iri dəstəkli yöndəmsiz qara rəngli 
aparata birdən-birə, heç ağlıma gəlməyəcək dərəcədə elə bağlanmışdım ki, evdən bayıra da çıxmaq 
istəmirdim. Atam soruşanda ki, niyə gedib Nino ilə evlənmək istədiyini onun valideynlərinə 
bildirmirsən. Mən ona dodaqaltı anlaşılmaz bir söz deyirdim. Bu əsnada masanın üzərindəki telefonun 
dəhşətli səsi məni diksindirdi. Dəstəyi qaldırdım, Nino döyüş meydanından məlumat verirdi:  
“Əli, sənsən? Qulaq as. Naçararyan anamla oturub, ulu babam şair İliko Çavçavadzenin şerlərindən 
danışır”. Bir az sonra: “Əli, eşidirsən məni? Naçararyan, şair Şota Rustaveliyə və kraliça Tamaraya İran 
mədəniyyətinin böyük təsiri olduğunu söyləyir”. Bir az sonra da: 
“Əli xan, Naçararyan atamla çay içir. Elə indicə o, dedi ki, bu şəhərin sirri ondakı irqlərin və 
millətlərin anlaşılmaz birliyindən, yaxınlığından irəli gəlir.  
Yarım saatdan sonra telefon aparatının dəstəyindən yenə Ninonun səsi eşidilir. “Naçararyan lap ağıl 
dəryası imiş”. O, deyir ki, “Qafqazda barış içində yaşayan bir irq varsa, o da bu irqin doğulduğu yer 
Bakıdır”. Qəhqəhə ilə gülüb telefonun dəstəyini yerinə qoydum.  
Günlər bu cür biri-birinin ardınca keçib gedirdi. Naçararyan Kipianigilin evindən əl çəkmirdi:onların 
evində yeyir, içir gününü bu evdə keçirirdi. O, hətta onlarla gəzməyə çıxır və onlara mistik, bəzən də 
əməli məsləhətlər verirdi. Mən telefon xətti vasitəsilə erməni hiyləgərliyini heyrətlə izləyirdim: 
“Naçararyan yer üzündəki ilk pulun Ay şəklində düzəldiyini söyləyir. On dörd gecəlik, ay şəkilli qızıl 
sikkələr və onların insan üzərindəki təsiri Qafqazlılar və İranlıların qədim zamanlarda Aya sitayiş 
etmələrinin nəticəsidir. Əli xan artıq bu boş söhbətlərə qulaq asa bilmirəm. Qubernator bağına gəl”.  
Qubernator bağına gedib, köhnə qala divarlarının yanında görüşdük. Nino tələsik qısa cümlələrlə 
mənə son məlumatları böyük həyəcanla danışdı. Anası dad-aman edərək Ninoya nəsihət edib ki, o öz 
gənc həyatını gəlmə bir müsəlmana etibar etməsin. Atası isə zarafat edərək xəbərdarlıq edib ki, guya 
mən Ninonu hərəmxanaya göndərəcəyəm.  
Gənc Nino isə  qəhqəhə ilə gülmüş və eyni zamanda ciddi şəkildə valideynlərinə  xəbərdarlıq edib 
demişdi:  
“Hələ gözləyin...Əli xan məni qaçırarsa, o zaman neyləyəcəksiniz?” 
Onun saçlarını tumarladım. Mən öz Ninomu yaxşı tanıyırdım. Nino istədiyini bilməsə belə, həmişə 
arzusuna nail olurdu. 
Nino deyinə-deyinə dedi:  
– Bu müharibə on il davam edə bilər. Valideynlərin bizdən uzun bir zaman gözləməyimizi istəmələri 
dəhşətdir.  
– Nino, məni doğrudan da belə sevirsən?  
Onun dodaqları titrədi:  


– Biz biri-birimizdən ayrı yaşaya bilmərik. Mənim valideynlərim işi son dərəcə çətinləşdirirlər. Amma 
mən fikrimdən dönməyəcəyəm, soruşursan ki, doğrudan da sevirsən? Hə, səni həqiqətən sevirəm. 
Amma məni götürüb qaçsan, vay sənin halına! 
Nino susdu. Sonra oğrunca aradan çıxıb evlərinə getdi və telefon oyunu təzədən başladı:  
– “Əli xan, Naçararyan deyir ki, onun əmisi oğlu Tiflisdən ona məktub yazıb bildirir ki, çarın 
Qafqazdakı canişini qarışıq nikahlara tərəfdardır. Canişin bunu, Şərqin Qərb mədəniyyətinə 
qovuşmasının bir üsulu hesab edir. Onun nə demək istədiyini başa düşürsənmi, Əli xan?” 
– Yox, mən artıq heç birşey başa düşmürdüm. Mən sadəcə tənbəl-tənbəl evdə oturub mümkün qədər 
az danışırdım. Nino ilə bir sinifdə oxuyan xalam qızı Aişə yanıma gəlib, xəbər verdi ki, Nino son üç 
gündə bir neçə  dərsdən “qeyri-kafi” qiymət almışdı. Əlbəttə, Aişə bunun günahını mənim üstümə 
atırdı. Mən gələcəyin qayğısına qalmaqdansa, gərək Ninonun ev tapşırıqlarına diqqətimi artıraydım. 
Aişənin qabağında xəcalət çəkirdim. Sonra xalam qızı ilə nərd oynadıq. Aişə oyunu uddu və gedəndə 
Ninonun dərslərinə kömək edəcəyinə mənə söz verdi.  
Yenə telefon zəng çaldı: “Sənsən Əli xan, bir neçə saatdır ki, siyasət və təsərrüfat işlərindən danışırlar. 
Naçararyan deyir ki, pullarını İrandaki malikanələrə sərbəst qoya bildikləri üçün müsəlmanlara qibtə 
edir. Kim bilir, Rusiyanın başına nələr gələcək? Bəlkə hər şey dağılacaq. İranda isə ancaq müsəlmanlar 
torpaq ala bilərlər. O, Gilanın yarısının Şirvanşirlər ailəsinə  mənsub olduğunu bildirir. Rusiya da 
qopacaq hər hansı bir həngaməyə qarşı ən mükəmməl qarant, başqa ölkələrdə torpaq sahibi olmaqdır. 
Bu gələcəyi təminat altına alır. Naçararyanın bu sözləri valideynlərimə misilsiz təsir göstərib. Anam bir 
çox müsəlmanların həqiqətən çox mədəni olduqlarını söyləyir. 
Bu söhbətin üstündən iki gün keçəndən sonra telefon zəng çaldı. Telefonda sevincindən gülən və 
ağlayan Nino mənə xəbər verdi ki: 
– Anamla, atam bizə xeyir-dua verdilər. Allaha çox şükür. 
– Nino, qoy əvvəlcə sənin atan mənə zəng eləsin. Çünki ilk gəlişimdə o məni təhqir edib. Elə də oldu. 
Knyaz mənə  zəng çaldı. Knyazın səsi mülayim və  mərhəmətli idi: “Qızımın qəlbindəkiləri oxumağa 
çalışdım. Qızımın sizə qarşı olan hissləri daxilən müqəddəsdir. Bu durumda onun yolunu kəsmək 
günah olardı. Bizə gəlin, Əli xan!” 
Getdim onların evlərinə, Ninonun anası məni görüb öpdü və ağladı. Knyaz Kipiani bayramsayağı 
geyinmişdi. O da nikahdan, ər-arvadlıqdan danışdı. Amma onun fikirləri atamınkındən fərqli idi. 
Knyazın fikrincə, nikah qarşılıqlı etimad və qarşılıqlı qayğıya əsaslanır.  Ər ilə arvad həmişə 
məsləhətləşməli və işdə biri-birlərinə kömək etməlidirlər. Onlar həmişə yadda saxlamalıdırlar ki, ikisi 
də azad ruhlu və bərabər hüquqlu insanlardır.  
Ninonu heç bir zaman çadra geyməyə  məcbur etməyəcəyimə  və  hərəmxanada saxlamağa cəhd 
göstərməyəcəyimə dair onlara söz verdim. Nino içəri girdi və  mən onun alnından öpdüm. Başını 
çiyinləri arasında gizlətməyə çalışan Nino kömək istəyən kiçicik bir quşa bənzəyirdi.  
Knyaz da əlavə edib dedi:  
– Amma bu işdən heç kimin qətiyyən xəbəri olmamalıdır. Əvvəlcə Nino məktəbi bitirməlidir, sonra 
isə bu işi hamıya bildirərik. Qızım, çalış yaxşı oxu. Əgər imtahandan kəsilsən, daha bir il gözləməli 
olacaqsan.  
Nino qələm kimi olan qaşlarını qaldırdı: “Arxayın ol, ata. Mən hər iki imtahandan müvəffəqiyyətlə 
çıxacam:həm məktəbdə, həm də ailədə. Hər iki halda Əli xan mənə kömək edəcəkdir”. 
Onların evindən bayıra çıxdığım zaman gördüm ki, Naçararyan maşının yanında dayanıb məni 
gözləyir. Onun domba gözləri mənə zillənmişdi.  
– Naçararyan, – deyə səsləndim – sənə nə istəyirsən hədiyə edim: Dağıstanda bir kənd, və yaxud bir 
İran ordeni? Bəlkə Ənzəlidə portağal bağları istəyirsən?  
O, əlini çiynimə qoyub dedi:  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə