ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   28   29   30   31   32   33   34   35   ...   59

Məmməd Heydər kədərlə mənə baxıb dedi:  
Mən elə kişilərdən deyiləm ki, din qardaşlarım türklərə atəş açım.  
Mən nəvazişlə ona baxdım. Bu enlikürəkli, güclü, sadəlövh sifətli gənc burada oturub, döyüş 
həsrətindən az qala partlayırdı.  
Məmməd Heydər oturduğu yerdən məhzun-məhzun dilləndi:  
– Mən cəbhəyə getmək istəyirəm, amma getmirəm.  
– Bəs bizim məmləkətimizdə nələr etməliyik, – deyə soruşdum. 
O susdu və alnını qırışdırdı, xeyli vaxt keçəndən sonra, dedi:  
Biz gərək məscidlər tikəydik, torpağa su verəydik. Torpağımız suya möhtacdır. Sonra onlarla 
əcnəbilərin ölkəmizə gəlib ikidə bir bizə axmaqdemələri yaxşı iş deyil. Mənə elə gəlir ki, böyük bir 
tonqal qalayıb bütün neft buruqlarını yandırmaq yaxşı olardı. O zaman gözəl bir mənzərə  əmələ 
gələrdi və biz yenə  də kasıb vəziyyətimizə qayıdardıq. Biz o zaman heç kimə lazım olmazdıq və 
əcnəbilər də yaxamızdan əl çəkərdilər. Mən neft buruqlarının yerinə, mavi rəngli gözəl məscid 
tikdirərdim. Bir də istəyərdim ki, bu gün neft çıxan sahələrdə  də taxıl əkəydilər. Məmməd Heydər 
düşüncələrinin xəyalına dolaraq susdu. İlyas bəy qəhqəhə çəkib güldü. Bəs sonra? - Sonra da oxumağı 
və yazmağı qadağan etməli, elektrik əvəzinə şam işığından istifadə etməli və ölkəmizdəki  ən səfeh 
adamı da padşah seçməliyik, hə?! 
Məmməd Heydər bu istehzaya məhəl qoymadı:  
– Keçmiş zamanda indikindən daha çox səfeh adamlar var idi. Amma o səfeh adamlar neft buruqları 
yerinə su kanalları tikirdilər və indikindən fərqli olaraq biz əcnəbiləri soyurduq, onlar bizi yox. 
Keçmişdə xoşbəxt insanlar da indikindən daha çox idi.  
Onun dediyi sözlərelə xoşuma gəldi ki, istədim bu bəsitadamı qucaqlayıb öpüm.  
Lakin birdən-birə kimsə qapını həyəcanla döyməyə başladı. Mən tez yerimdən sıçradım və qapını açıb 
bayıra baxdım. Seyid Mustafa həyəcanlı halda içəri girdi. Onun əmmaməsinin sarığı sökülmüş, ucu 
tərdən parlayan qaşlarının üzərinə düşmüşdü. Yaşıl qurşağı açılmışdı, boz rəngli fəsi isə toz içində idi. 
O, rəngi qaçmış halda kürsüyə çökdü və ləhləyə-ləhləyə dedi:  
– Naçararyan yarım saat bundan qabaq Ninonu qaçırtdı. İndi onlar Mərdəkan yolundadırlar. 
 
 
XVII 
 
Məmməd Heydər yerindən sıçradı. Onun gözləri lap balacalaşmışdı. “Mən atları yəhərləyərəm!” deyib 
bayıra qaçdı. Sifətim yanırdı. Qan gicgahıma vururdu, başımda bir gurultu vardı. Elə bil gözəgörünməz 
bir qüvvə  dəyənəklə başıma zərbə vururdu. İlyas bəyin səsi elə bil çox uzaqlardan gəlirdi: “Özünü 
itirmə, Əli xan, səbirli ol. Onları yaxalayacağıq. O vaxta qədər özünü ələ al”.  
İlyas bəy qabağımda durmuşdu. Onun incə sifəti son dərəcə solmuşdu. Üstündə Qafqaz xəncəri olan 
kəməri belimə bağladı. Sonra “götür” deyib əlimə də bir tapança verdi: 
– Yenə deyirəm, səbirli ol, Əli xan – dedi – qəzəbini Mərdəkan yoluna saxla.  
Nə etdiyimi bilmədən tapançanı cibimə qoydum. Seyid Mustafanın çopur sifəti mənə  tərəf döndü. 
Mən onun qalın dodaqlarının qımıldandığını gördüm və söylədiyi qırıq-qırıq cümlələrini eşitdim: 
“Evdən çıxdım ki, gedib molla Hacı Maqsudla görüşüm. Onun qaldığı ev operanın yanındadır. “Saat 
on birdə Molla Maqsudun evindən çıxıb operanın yanından keçirdim. Tamaşa sona çatmışdı. Birdən 
gördüm ki, Nino Naçararyanla avtomaşına minirlər. Amma maşın yerindən tərpənmədi. Onlar 
maşının içində bir-birilə danışırdılar. Naçararyanın sifətinin ifadəsi heç xoşuma gəlmədi. Qaranlıqda 
onlara yaxınlaşıb danışıqlarına qulaq asmağa başladım. Nino “olmaz” deyirdi, “mən onu sevirəm”. 
Naçararyan da cavab verirdi ki, “mən səni ondan da çox sevirəm” deyirdi. Bu ölkənin daşı daş üstündə 
qalmayacaq! Mən səni Asiyanın əlindən alıb qaçırdacağam. Nino cavab verdi ki, “yox, məni evimizə 


apar”. Naçararyan motoru işə saldı. Mən maşının arxasına atıldım. Avtomaşın Kipianigilin evinə 
yaxınlaşdı. Yoldakı danışıqlarını eşidə bilmədim. Nino ağlayırdı. Naçararyan birdən Ninonu 
qucaqlayıb üzündən öpdü. “Sən bu vəhşi insanların əlinə düşməməlisən” – deyə Naçararyan səsləndi. 
Sonra pıçıltı ilə nəsə dedi. Mən yalnız onun axırda dediyi sözü eşidə bildim: “Mənim Mərdəkandakı 
evimə gedirik. Biz Moskvaya gedib kəbin kəsdirərik, oradan da İsveçə gedərik”. Mən gördüm ki, Nino 
onu itələdi. Naçararyan maşını işə saldı və onlar getdilər. O zaman avtomaşının arxasında asıldığım 
yerdən atlanıb var gücümlə qaçdım ki... 
O, sözünü axıra kimi deyə bilmədi, bilmirəm, bəlkə  də  mən ona axıra kimi qulaq asmamışam. 
Məmməd Heydər qapını taybatay açıb içəri girdi: “Atlar hazırdır!” – deyəbağırdı. Biz tələsik 
meydançaya qaçdıq. Ay işığında kişnəyən və nalları ilə yavaş-yavaş yeri eşələyən yəhərli atları gördüm. 
Məmməd Heydər atın birinin yüyənini mənə uzadıb: “Tut bunu, bu sənin” dedi. Mən ata baxanda 
heyrətimdən yerimdə quruyub qaldım. Bu at, alay komandanı Məlikovun Qarabağda ad çıxarmış 
kəhər atı idi. Məmməd Heydər üz-gözünü turşutdu: 
– Komandan xəbər tutsa, özündən çıxacaq. Çünki bu atı indiyə kimi özgə adam minməyib. Bu at 
ildırım kimi çapır. Ona heyifin gəlməsin. Sən onlara ancaq bu atla çata bilərsən.  
Mən cəld atın yəhərinə sıçradım. Qamçını bu möcüzəli atın arxasına vurdum. At bir sıçrayışla məni 
kazarmanın həyətindən bayıra çıxartdı. Qaçanları izləmək üçün mən atı dəniz sahili ilə sürdüm. İçim 
nifrət və hirslə dolu idi. Hər şeyi yaddan çıxartmışdım. Atı tez-tez qamçılayırdım. Atın nallarından 
qığılcım çıxırdı. Şəhər evləri bir-bir arxamda qalırdı. Qəzəbim get-gedə artırdı. Hirsimdən atın 
yüyənini dartdım. At dik durdu. Sonra yenə dördnallı uçmağa başladı. Nəhayət, ay işığı düşmüş 
tarlaları və Mərdəkana gedən dar yolu gördüm. Hava sərin idi. Gecənin sərin havası əsəblərimi bir az 
sakitləşdirirdi.  
Yolun sağında və solunda qarpız, yemiş bostanları uzanırdı. Ay işığında yumru qarpızlar iri qızıl 
halqalar kimi parıldayırdı, yemişlər isə qızıl külçələrə oxşayırdı. At dördayaq çapırdı. Adamın heç ruhu 
da incimirdi. Mümkün olduğu qədər özümü atın boynuna yaxın əymişdim. Üzüm onun sarı yalına 
toxunurdu. Birdən birə hər şey gözlərimin qabağında canlandı... 
Mən onların danışdıqları hər sözü sanki eşidirdim. Mən indi hər şeyi lap yaxşı başa düşürdüm. İndi 
dərk edirdim ki, Naçararyanın planı sadə  və real bir plandır: Ənvər paşa Anadoluda vuruşur. Çarın 
taxtı laxlamağa başlamışdı. Böyük knyazın ordusunda erməni batalyonu var. Cəbhə çökdüyü təqdirdə
Osmanlı ordusuErmənistana, Qarabağa və Bakıya axıb gələcəkdi. Naçararyan bunun nə  nəticə 
verəcəyini yaxşı başa düşən bir adamdı. Ona görə də Naçararyan saysız-hesabsız qızıl külçələrini İsveçə 
göndərirdi. Qafqaz xalqlarının qardaşlıqlarından artıq heç nə qalmamışdı. O gecə operadakı loja 
gözlərimin qabağında canlandı. Naçararyan və Nino lojada oturub söhbət edirlər:  
– Prinses, Şərq ilə Qərb arasında heç bir körpü ola bilməz, hətta məhəbbət körpüsü belə yoxdur.  
Nino susaraq Naçararyanın dediklərini dinləyirdi.  
– Osmanlı qılıncının təhlükəsi altında olan bizlər gərək əl-ələ verib birləşək. Biz Avropanın Asiyadakı 
elçiləriyik. Prinses, mən səni sevirəm. Biz bir-birimizə layiqik. Stokholmda həyat bizim üçün çox rahat 
olacaq. Stokholm Avropadır, Qərbdir.  
Bu sözlər qulağımda elə cingildəyirdi ki, elə bil mən də lojada onların yanında oturmuşdum:  
– Osmanlı ordusu gələrsə, bu ölkənin daşı daş üstə qalmayacaq.  
Naçararyan sözünü tamamlayaraq dedi:  
– Talehinizin necə olacağını şəxsən özünüz müəyyən etməlisiniz, Nino. Müharibədən sonra Londona 
köçərik. Bizi sarayda qəbul edəcəklər. Axı Avropalı özü öz taleyini müəyyən etməyi bacarmalıdır. Mən 
də Əli xana hörmət edirəm, ancaq o, səhranın əbədi qulu olan bir barbardır.  
Bu sözlər xəyalımda səslənəndə atı qamçıladım. Məndən vəhşi bir bağırtı çıxdı. Çöl qurdları ayı 
görəndə belə ulayırlar. Mən də qurdlar kimi sürəkli və  kədərli bir tərzdə ulayırdım. Qışqırmaqdan 
boğazım ağrıyırdı. Axı ay işığı düşmüş Mərdəkan yolunda niyə qışqırıram? Qəzəbimi sonraya 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə