ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   30   31   32   33   34   35   36   37   ...   59

Sonra xəncəri qaldırdım. Əzələlərim artıq gərilmişdi. Xəncəri düşmənin düz ürəyinin başına endirdim. 
O, arxası üstə çapalayıb can verirdi. Yavaş-yavaş ayağa durdum. Paltarım qana bulaşmışdı. Kimin qanı 
idi bu? Mənim, yoxsa onun? İndi bunun heç bir fərqi yox idi. Məmməd Heydər dişlərini qıcayıb dedi: 
“Əli xan, mən sənə ömrüm boyu hörmət edəcəyəm”.  
Qabırğam ağrıyırdı. Məmməd Heydər qoluma girdi. Kolluğun içindən çıxıb Mərdəkana gedən dar 
yolda durmuş, böyük bir qutunun yanına gəldik. Orada dörd at və iki atlı dayanmışdı. İlyas bəy mənə 
əl verib salamlaşdı. Seyid Mustafa yaşıl əmmaməsini bir az yuxarı qaldırdı. O, atının tərkində Ninonu 
otuzdurub bərk-bərk tutmuşdu. Nino susurdu.  
Seyid Mustafa yumşaq bir səslə:  
– Arvadla nə edəcəksən? Onu xəncərlə sən öldürəcəksən, yoxsa mən öldürüm? – deyə dilləndi.  
Məmməd Heydər mənə tərəf xəncər uzadıb: – Öldür onu, Əli xan – dedi. Mən İlyas bəyə baxırdım. 
Onun üzü təbaşir kimi ağarmışdı: – “Biz cəsədi dənizə atarıq” – dedi.  
Ninoya yaxınlaşıram. Onun gözləri qorxudan böyümüşdü... 
Böyük tənəffüs vaxtı o, əlində  məktəb çantası gözlərindən də yaş sel kimi axa-axa küçəni keçərək 
bizim məktəbimizə gələrdi. Bir dəfə imtahan vaxtı partasının altında gizlənib, pıçıltı ilə ona deyirdim: 
“Böyük Karlın başına 800-cü ildə Axendə tac qoyulmuşdu”.  
Nəyə görə Nino susur. Nə üçün Nino o zaman böyük tənəffüsdə yardım istəmək üçün yanıma gəlib 
göz yaşlarını axıdıb ağladığı kimi ağlamır? Böyük Karlın başına nə zaman tac qoyulduğunu bilmədiyi 
üçün onun təqsiri yox idi. Mən onun mindiyi atın boynunu qucaqlayıb Ninonun üzünə baxdım. 
Baxışlarımız rastlaşdı. Ay işığında gözlərini  əlimdəki xəncərə dikmiş, Seyid Mustafanın atının 
yəhərində oturan Nino nə qədər gözəl idi. Dünyanın ən gözəl qanı gürcü qanıdır. Gürcü dodaqları da 
gözəldir. Amma onları İsveçə qızıl külçələrini qaçırmaq istəyən Naçararyan öpmüşdür!  
– İlyas bəy, mən yaralıyam. Prinses Ninonu evlərinə apar. Hava soyuqdur, Ninonun çiyninə bir şey 
salarsan. İlyas bəy, eşidirsən, əgər prinses Nino sağ-salamat evinə çatmasa səni öldürəcəyəm. Eşitdin? 
İlyas bəy, bu mənim qəti sözümdür. Məmməd Heydər, Seyid Mustafa özümü halsız hiss edirəm. Məni 
evə aparın. Evə qədər mənə yardım edin. Qan itirdiyimdən taqətdən düşüb zəifləmişəm.  
Qarabağ atının yalından yapışdım. Məmməd Heydərin köməyi ilə atıma mindim. İlyas bəy Ninoya 
yaxınlaşdı, qayğı ilə onu öz yumşaq yəhərinə oturtdu. Nino müqavimət göstərmirdi... İlyas bəy 
pencəyini çıxardıb nəvazişlə Ninonun çiyninə saldı. Onun rəngi hələ  də solğun idi. İlyas bəy başını 
mənə tərəf çevirib sağollaşdı. Bilirəm, İlyas bəy Ninonu sağ-salamat aparıb evinə çatdıracaq. İlyas bəylə 
Nino bizdən uzaqlaşdılar.  
Məmməd Heydər atının yəhərinə atıldı: “Əli xan, sən qəhrəmansan. Aslan kimi döyüşdün, vəzifəni də 
yerinə yetirdin”. 
Seyid Mustafa isə başını aşağı salıb dedi: “Əli xan, onun həyatı sənin  əlindədir. Sən onu öldürə  də 
bilərsən, istəsən bağışlaya da bilərsən şəriət hər ikisinə icazə verir”.  
Seyid Mustafa fikirli-fikirli gülümsəyirdi. Məmməd Heydər atın yüyənini mənə verdi.  
Biz Bakının nazlı-nazlı sayrışan işıqlarına doğru dinməz-söyləməz atlarımızı gecə yolu ilə sürməyə 
başladıq.  
 
 
XVIII 
 
Uçurumun kənarındakı daş bir eyvanda qəribə bir mənzərə açılırdı: küləklərin döyəclədiyi quru sarı 
qayalar. İri, kələ-kötür daşlar qaba halda bir-birinin üstünə qoyularaq divar halına gətirilmişdi. Bir-
birlərinə yapışmış dörd bucaq şəklində olan sadə komalar sıldırım qayalara söykənmişdi. Bir komanın 
damı, o biri koma üçün həyət rolunu oynayırdı. Uçurumun düz dibindən şırıltı ilə çay axırdı. Açıq 
aydın havada qayalar parıldayırdı. Bu qayalıqların arası ilə aşağı enən daş cığır dibinə yaxınlaşdıqca 


gözdən itirdi. Bura auldur, Dağıstanın bir kəndidir. Komanın içi qaranlıqdır, yerə kilimlər döşənib. 
Komanın damını bayırdan iki dirək saxlayırdı. Göyün dərinliklərində qanadlarını bütöv açmış bir 
qartal elə bil daşdan düzəlmişdi.  
Mən balaca dam-həyətdə uzanmışdım. Ağzımda sulu qəlyanın kəhrəba müştüyü dodaqlarımın 
arasında idi. Mən bu qəlyanın tüstüsünü ciyərlərimə  çəkirdim. Gicgahım buz kimi soyuq idi. Zəif 
külək qəlyanın tüstüsünü ətrafa yayırdı. Kiminsə “qayğıkeş” əli tütünümün içinə  nəşə atmışdı. 
Ayaqlarımın yanında açılan uçurumun dərinliklərinə baxıram və dumanlıqda dolaşan sifətləri görürəm. 
Tanış simalar qarşımda peyda olurlar. Onlar Bakıdakı otağımın divarını bəzəyən xalçadakı Rüstəm 
Zaloğlunun surətini xatırladırdı. Bir neçə gün bundan əvvəl mən qalın ipəkli yorğana bürünüb o 
otaqda uzanmışdım. Qabırğalarım ağrıyırdı. O biri otaqdan addım səsləri gəlirdi. Kimsə yavaşca 
danışırdı. Qulaq asdım! Səslərin tonu yavaş-yavaş yüksəlirdi. Bu atamın səsi idi: “Üzr istəyirəm, cənab 
polis rəisi, oğlumun harada olduğunu heç mən özüm də bilmirəm. Belə güman edirəm ki, o İrana, 
əmisinin yanına gedib. Çox təəssüf edirəm, cənab polis rəisi”.  
Polis rəisinin səsi gur və qəzəbli gəlirdi: 
– Sizin oğlunuza qarşı adam öldürmək barədə cinayət işi qaldırılıb. Onun həbs edilməsinə dair artıq 
əmr də hazırdır. Biz onu hətta İranda belə tapıb həbs edəcəyik. 
Mən bunu ancaq alqışlayardım. Şübhəm yox idi ki, onun işi hər hansı bir məhkəmə hüzuruna 
çıxarılarsa mənim oğlum həmin məhkəmədə  bəraət qazanacaqdı. Çünki, hadisələrin inkişafı ilə 
əlaqədar başqasının hərəkətinə cavab olaraq canini vurub öldürmək cinayət deyildir. Bundan başqa... 
Mən təzə pulların xışıltısını eşitdim, bəlkə  də  mənə elə  gəlirdi. Sonra sükut çökdü və yenə  də polis 
rəisinin səsi gəldi: 
– Ah, nə deyim bu dəliqanlı cavanlara. Bir şey olan kimi bellərindəki xəncərə  əl atırlar. Mən dövlət 
adamıyam. Təbii ki, sizi də başa düşürəm. Dəliqanlı oğlunuz şəhərdə görünməməlidir. Həbsi barədəki 
hökmü isə İrana göndərməliyəm.  
Addımlar uzaqlaşır. Yenə  də  dərin bir sükut çökür. Xalçanın üzərindəki zərif hərflər labirintə 
bənzəyirdi. Hərflərin cizgisini izləməyə başladım. Xətt yaraşıqlı bir tərzdə “nun” hərfində birləşirdi... 
Başım gicəllənirdi. Tanımadığım simalar əyilib üzümə baxırdılar və dodaqlarında anlaşılmaz sözlər 
deyirdilər. Sonra yatağımdan durub çarpayımda oturdum və gördüm ki, İlyas bəylə, Məmməd Heydər 
qarşımda durublar. İkisi də gülümsəyirdi və onlar döyüş paltarı geymişdilər.  
– Gəlmişik səninlə vidalaşaq. Bizi cəbhəyə göndərirlər.  
– Niyə? 
İlyas bəy patrondaşını dartdı: 
– Mən Ninonu evinə apardım. Bütün yol boyu bir kəlmə  də olsun söyləmədi. Sonra da atımı 
kazarmaya sürdüm. Bir neçə saatdan sonra hamı hər şeyi bilirdi. Alay komandanı Melikov kabinetini 
bağlayıb, sərxoş olana qədər içki içdi. O, kəhər atını bir daha görmək istəmirdi. Axşam isə atının 
vurulması barədə əmr etdi. Sonra da cəbhəyə könüllü getməyə hazır olduğunu bildirdi. Atam xeyli pul 
xərcləyib hərbi tribunala verilməmizi qabaqladı. Amma bundan artıq heç nə edə bilmədi. Bizi də 
cəbhəyə göndərməyə qərar verdilər. Özü də cəbhənin ön xəttinə.  
– Məni bağışlayın. Bunların hamısı mənim günahımdır.  
Hər ikisi qəti etiraz etdilər:  
– Yox, yox, sən əsl qəhrəmansan. Sən kişi kimi hərəkət etdin.  
Biz səninlə fəxr edirik. 
– Ninonu görmüsünüzmü?  
İkisi də pərt halda:  
– Yox, Ninonu görməmişik.  
Cavab çox soyuq səsləndi.  
Biz qucaqlaşdıq.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə