ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   36   37   38   39   40   41   42   43   ...   59

yaşayan zaman birdən diş ağrısı tutsa, kənddə nə edəcəm və nəyə görə dünən qonşudakı arvad ərini 
süpürgə ilə amansızcasına döyürdü?  
Nino dərdli-dərdli “Həyat möcüzələrlə doludur” deyib yatardı. Gecələr oyanar, dirsəyimə toxunar, 
sonra da son dərəcə qürur və lovğalıqla: “mən Ninoyam” deyib yenə yatardı. Mən onun incə 
çiyinlərini yorğanla örtərdim.  
“Nino – deyə fikirləşirdim – sən həqiqətən Dağıstanın kəndindəki həyatdan daha yaxşı yerlərdə 
yaşamağa layiq adamsan”. 
Bir gün yaxınlığımızdakı Qunzax qəsəbəsinə getmişdim. Geriyə qayıdanda neft lampası, qrammofon 
və bir ədəd də ipək şarf gətirdim... Nino qrammofonu gördükdə gözləri kəlləsinə çıxdı. Amma çox 
təəssüf ki, bütün Qunzaxda ancaq iki qrammofon valı var idi. Onlardan biri dağlı rəqsi, ikincisi isə 
“Aida” operasından bir ariya idi. Biz bu valların ahəngləri arasındakı fərqi bilməyincəyə qədər onları 
dalbadal qoyub qulaq asırdıq.  
Bakıdan arabir xəbər gəlirdi. Ninonun valideynləri bizə yalvarırdılar ki, bir mədəni ölkəyə gedib orada 
yaşayaq, yoxsa bizə  lənət oxuyacaqlar. Ninonun atası bircə  dəfə yanımıza gəldi. Qızının komada 
yaşadığını gördüyü zaman knyaz özündən çıxdı.  
– Allah eşqinə, buranı tərk edin. Bu yabanı yerdə Nino həqiqətən xəstələnə bilər.  
Nino cavab verdi ki: – Ata, mən heç vaxt indiki kimi sağlam olmamışam. Biz buradan heç yana gedə 
bilmərik. Mən bu yaşda dul qalmaq istəmirəm.  
– Axı, dünyada bitərəf ölkələr var, məsələn İspaniya. Naçararyanlardan heç biri orada sizə ilişə bilməz.  
– Bəs İspaniyaya necə gedə bilərik, Ata? 
– İsveç yolu ilə. 
Nino qəzəblə cavab verdi ki, mən İsveç yolu ilə heç yana getmək istəmirəm.  
Knyaz Bakıya qayıtdı. O, hər ay bizə alt paltarları, şirniyyat və kitablar göndərirdi. Nino da kitabları 
saxlayır, qalan şeyləri isə kənd camaatına hədiyyə verərdi.  
Bir gün atam yanımıza gəldi. Nino onu utancaq bir təbəssümlə qarşıladı.  
– Yeməkləri sənmi bişirirsən? – deyə atam soruşdu.  
– Bəli, mən bişirirəm.  
– Suyu da sən daşıyırsan?  
– Bəli, mən daşıyıram.  
– Yoldan yorğun gəlmişəm, mənim ayaqlarımı yuya bilərsənmi?  
Nino dərhal gedib su və  ləyəni gətirib atamın ayaqlarını yudu. Atam: “Təşəkkür edirəm” deyib 
cibindən çəhrayı mirvaridən düzülmüş bir boyunbağı çıxardıb Ninonun boynuna taxdı. Sonra 
Ninonun hazırlamış olduğu süfrəyə oturub onun bişirdiyi yeməyi yedi və qərarını bildirdi: “Əli xan, 
sənə layiq bir arvadın var, yalnız onun aşpazlığı pisdir. Sənə Bakıdan bir aşpaz göndərəcəyəm”. 
Nino qışqırıb dedi:  
– Sizdən xahiş edirəm göndərməyin – dedi – mən ərimə özüm qulluq etmək istəyirəm.  
Atam güldü və şəhərə qayıdan kimi Ninoya brilyant qaşlı bir cüt sırğa göndərdi.  
Kəndimizdə  həyat son dərəcə sakit idi. Yalnız bir dəfə Qazı Mollaböyük bir xəbərlə yanımıza gəlib 
dedi ki, kəndin kənarında silahlı bir naməlum şəxs yaxalanıb. Deyirlər ki, bu naməlum şəxs erməni 
imiş. Kənddə hay-küy qopdu... Çünki yaxalanan adamın hədəfi olan mən, kəndin qonağı idim. 
Mənim ölümüm buradakı hər bir kəndlinin şərəf və heysiyyətinə vurulmuş silinməz bir ləkə ola 
bilərdi. Bayıra çıxdım ki, gedim o adamı görüm. Həqiqətən bu adam erməni idi. Lakin onun 
Naçararyan nəslindən olub-olmadığını söyləmək çətin idi. Kəndin ağsaqqalları toplaşıb 
məsləhətləşirlərvə belə qərara gəlirlər ki, o adama bir neçə möhkəm şallaq vurub kənddən qovsunlar. 
Əgər o Naçararyanların nəslindəndirsə, gedib o birilərinə xəbər verəcək. Yox, əgər o nəsildən deyilsə, 
onda allah kəndlilərin xoş niyyətini görüb, onların günahını bağışlayacaq.  


Haradasa, başqa bir planetdə müharibə gedirdi. Bizim bundan xəbərimiz yox idi. Dağlarımız Şamil 
dövrünün əfsanələri ilə dolu idi. Müharibə xəbərləri bizə heç gəlib çatmırdı. Dostlarımız vaxtaşırı bizə 
qəzet göndərirdilər, lakin mən gələn qəzetləri oxumadan bir kənara atırdım. Nino bir dəfə soruşdu:  
– Yadından çıxmayıb ki, müharibə hələ də davam edir.  
Mən gülə-gülə cavab verdim:  
– Nino, doğrusunu deyim ki, müharibəni tamam yadımdan çıxarmışdım. Düzü, keçmişlə  gələcək 
arasında bəsit bir ara olsa belə, mənim üçün o anlarda yaşadığımdan daha gözəl bir həyat ola bilməzdi. 
Bu, Əli xan Şirvanşirə olan Tanrının hədiyyəsi idi.  
Elə bu vaxt tər içində olan atın üstündə bir nəfər bizə  məktub gətirdi. Məktub nə atamdan, nə  də 
Seyid Mustafadan idi. Məktubun üstündə “Arslan ağadan Əli xana” sözləri yazılmışdı. Nino təəccüblə 
soruşdu:  
– O bizdən nə istəyə bilər?  
Atlı dedi ki, sizə çoxlu məktub göndəriblər, onlar yoldadırlar. Arslan ağa mənə çoxlu pul verdi ki, bu 
xəbəri siz birinci olaraq ondan eşidəsiniz. “Auldakı həyatımız sona çatır” deyə düşünüb məktubu 
açdım: Sonra məktubu oxumağa başladım:  
“Sizi tanrı adından salamlayıram, Əli xan, necəsiniz? Atlarınız, şərabınız, qoyunlarınız və birlikdə 
yaşadığınız insanlar necədirlər? Məni soruşsanız, mən yaxşıyam, atlarım, şərablarım və  ətrafımdakılar 
da yaxşıdır. Xəbərin olsun deyə bildirirəm ki, şəhərimizdə böyük hadisə baş verib. Məhbuslar 
həbsxanadan buraxılıblar, indi onlar şəhərimizin küçələrində gəzişirlər. Bilirəm, indi soruşacaqsan ki, 
bəs polislər haradadırlar? Amma bil ki, dünənə qədər hökumət nümayəndələri olan polislər indi dəniz 
qırağındakı zindandadırlar. Bəs  əsgərlər? Artıq əsgər-filan da yoxdur. Bilirəm, dostum, indi başını 
yelləyib deyəcəksən ki, bəs bizim qubernator bu işlərə necə yol verir? Agah ol ki, bizim ağıllı 
qubernatorumuz yararsız adamları idarə etməkdən yorulub, dünən şəhərimizdən qaçmışdır. Ondan 
ancaq bir dəst şalvar və bir köhnə kokardı qalıb. Yəqin ki, mənə gülürsən, fikirləşirsən ki, yalan 
danışıram. İnan dostum, mən yalan danışmıram. Bilirəm, indi özün-özünə sual verib deyəcəksən ki, 
bəs nəyə görə çar şəhərimizə ordu birlikləri və yeni qubernator göndərmir? Xəbərin olsun ki, artıq çar 
mövcud deyil. Ümumiyyətlə indi heç bir şey mövcud deyil. Hələ bilmirəm bu şeylərə nə ad verirlər, 
lakin dünən məktəbin baş müəllimini döydük və heç kim bizə mane olmadı. Mən sənin dostunam
Əli xan. Ona görə  də bütün bunları sənə ilk dəfə  xəbər verən mən olmaq istəyirəm. Bütün 
Naçararyanlar ölkələrinə qaçıblar. Şəhərdə  də daha polis mövcud deyil. Sağ-salamat qalın, Əli xan. 
Sənin dostun və qulun Arslan ağa”. 
Başımı qaldırdım. Ninonun rəngi qaçmışdı. O, titrək səslə dilləndi: 
– Əli xan, yol açıqdır. Biz evə qayıdırıq, evə! 
Güclü sevincdən vəcdə gələn Nino bu sözləri təkrar edirdi. O, boynuma sarılıb “gedirik” deyə hıçqıra-
hıçqıra ağlamağa başladı. O, yalın ayaqlarını auldakı tozlu həyətə döyəcləməyə başladı.  
– Hə, elədir Nino, təbii ki, biz evimizə qayıdırıq.  
Mən həm sevinirdim və həm də kədərlənirdim. Sarımtıl qaralı dağlar bütün gözəlliyi və cazibədarlığı 
ilə uzaqda parıldayırdı.  
Uçurumun üzərinə soxulmuş arı yuvalarını andıran kiçik komalara baxdım, sonra üzümü möminləri 
ibadətə çağıran kiçik minarəyə çevirdim.  
O gün aul həyatının son günü idi.  
 
XXI 
 
İnsanların sifətində qorxu və sevinc hissi bir-birinə qarışdığı aydın hiss olunurdu. Küçələrin bu 
başından o başına kimi uzanan qızılı rəngli qiymətli kağızlarda mənasız şüarlar yazılmışdı. Bazarda alver 
edən qadınlar tinlərdə toplanıb Amerika Hindularına və Afrika zəncilərinə azadlıq verilməsini tələb 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə