ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   34   35   36   37   38   39   40   41   ...   59

– Ölmək istəyirəm. 
– Nə üçün? 
– Kralı olacağım ölkəni fəth edərkən ölmək istəyirəm! 
Mən qəhqəhə çəkib güldüm. Deyəsən o, bundan incidi.  
– Yaramazlar məni üç günlüyə karantinə qoydular.  
– Harada, məktəbdə? 
– Hə, özü də bilirsən niyə? Çünki yenə  qəzet üçün məqalə yazmışdım. Məqaləmdə orta məktəb 
şagirdləri ilə qəddar rəftar edildiyi barədə yazmışdım. Vallah, elə qiyamət qopmuşdu ki!  
– Ay Arslan ağa, adam hər qəzetə məqalə yazmaz 
– Yazar, görərsən, şəhərə qayıdanda sənin haqqında da yazacağam. Ancaq sənin adını yazmayacağam. 
Çünki ad çəkməkdən xoşum gəlmir. Axı, həm də ki, sənin dostunam. Belə bir şey yazacağam: “Qan 
davasından qaçış... ölkəmizin pis bir adəti”.  
O, şüşədə qalan şərabı axıra qədər içdi, sonra kilimin üstünə uzanıb yuxuya getdi. Onun nökəri içəri 
girdi və narazılıqda üzümə baxdı. Elə bil baxışı ilə deyirdi: “Ayıb olsun sizə, Əli xan, bu zavallı uşağı bu 
qədər içirdərlərmi?” 
Qalxıb gecənin qaranlığında bayıra çıxdım. Sən bu yaramaz cavana, Arslan ağaya bax! Hər halda, 
şübhəsiz ki, dediklərinin yarısı uydurmaydı. Nəyə görə Nino itini hər gün döyməliydi? Allah bilir ki, o 
itinə nə ad qoymuşdu! 
Kənd yolu ilə aşağı enib tarlaların qırağında oturdum. Qayalar ayın qaranlığında yuxarıdan mənə 
acıqlı-acıqlı baxırdılar. Görəsən onlar keçmişi mi, yoxsa insanların xəyallarından keçənləri mi 
xatırlayırdılar. Qaranlıq səmadakı ulduzlar Bakının işıqlarını xatırladırdı.  
Sonsuzluqdan gələn minlərlə şüa mənim göz bəbəyimdə əksini tapırdı. Beləcə bir saat, bəlkə də daha 
çox oturduğum yerdə  səmanı seyr etdim. “Deməli Nino rus zabitləri ilə  rəqs edir” deyə düşündüm. 
Birdən birə o xəyalətlərlə dolu gecəni axıra çatdırmaq üçün Bakıya qayıtmaq istədim. Bir kərtənkələ 
xışıltı ilə yanımdan keçəndə onu tutdum. Onun qəflət qorxusuna bürünmüş ürəyi ovucumun içində 
çırpınırdı. Mən onun soyuq bədənini sığalladım. Onun balaca gözləri qorxudan mənə baxırdı. Onu 
yuxarı qaldırıb diqqətlə baxdım. Dərisi solmuş bu məxluq qədimdən qalmış, üstü qurumuş bir dəriylə 
örtülmüş canlı bir daşı xatırladırdı.  
Kərtənkələyə “Nino” deyə müraciət etdim və Ninonun itini yadıma saldım. “Nino səni döyüm?” 
Amma... adam kərtənkələni necə döyə bilər?  
Birdən kərtənkələ ağzını açdı. Ağzından iti dili bayıra çıxdı və dərhal geri çəkildi. Mən qəhqəhə çəkib 
güldüm. Onun dili kiçik və çevik idi. Ovcumu açdım və kərtənkələ qaranlıqda, daşların arasında yox 
oldu.  
Ayağa qalxıb komaya qayıtdım. Arslan ağa hələ də yerdə sərilib yatırdı. Onun başı sədaqətli nökərinin 
dizləri üstündə idi.  
Dama çıxdım namaz vaxtına qədər bir papiros çəkdim.  
 
XX 
 
Heç özüm də bilmirəm ki, bu necə oldu. Bir gün oyanıb qarşımda Ninonu gördüm.  
– Yaman tənbəl olmusan, Əli xan, – deyə Nino dilləndi.  
Sonra isə döşəyimin qırağında oturdu.  
– Üstəlik yatanda da xoruldayırsan, bu da heç sənə yaraşmır.  
Ayağa qalxıb tərs-tərs ona baxdım: “Xoruldamaq tütünümə qatılan nəşədəndir” dedim.  
Nino başı ilə sözlərimi təsdiqlədi:  
– Elə isə nəşə çəkməyi gərək buraxasan.  
– Ay səfeh, de görüm aldığın o yazıq iti niyə döyürsən? 


İtimi, sol əlimlə onun quyruğundan yapışıram, sağ əlimlə də kürəyinə vura-vura onu döyürəm.  
– Bəs itinə nə ad qoymusan? 
Nino mülayim bir səslə: 
– Onu Kilimancaro deyə çağırıram.  
Gözlərimi ovuşdurdum və birdən hər şey gözlərimin qabağında canlandı: Naçararyan, Qarabağ atı, ay 
işığı ilə aydınlaşmış yol və Seyidin tərkindəki Nino.  
“Nino!” deyə bağıraraq yerimdən atıldım: “Buraya necə gələ bildin”? 
Arslan ağa, məni öldürmək istədiyini şəhərdə hamıya danışıb. Elə ona görə də buraya gəldim.  
Onun gözləri yaşla dolu idi.  
– Sənin üçün elə darıxmışam ki, Əli xan, heç inanmazsan.  
Əlim Ninonun saçlarına toxundu. Onu qucaqlayıb öpdüm, dodaqları açıldı. Dodaqlarının hərarəti 
məni məst eylədi.  
Ninonu döşəyə uzandırdım və əynindəki ipək paltarını çıxartdım. Onun bədəni yumşaq və ətirli idi. 
Nino o qədər arıq idi ki, onun qabırğaları görünürdü. Onu qucağıma alıb elə bərk sıxdım ki, ağrıdan 
zarıdı. “Nino” dedim. Bu kəlmənin sanki sehrli qüdrəti vardı. Bu kəlmənin sehri ilə real nə vardısa, 
qeybə çıxdı. Bu reallıqdan yalnız ikiyaşarmış iri gürcü gözləri və hər şeyi – qorxunu, ləzzəti, marağı və 
xoşbəxtliyi birdən-birə yaxşı yandıran ağrını əks etdirən gözlər qalmışdı. Nino heç ağlamadı, fəryad da 
qoparmadı. Nino birdən-birə yorğanı qaldırıb, onun altına girdi və sifətini sinəmə dayayaraq gizlətdi. 
Onun zərif bədəninin hər bir hərəkəti yağışa susamış torpağın imdadını xatırladırdı.  
Yorğanı xəfifcə ayaq ucuma doğru çəkdim.  
Bir müddət səssiz, yorğun və xoşbəxt halda uzandığımız yerdə qaldıq. Birdən Nino dilləndi:  
– İndi mən evimizə qayıdacağam. Artıq sənin məni öldürməyəcəyini anladım.  
– Burayatəkmi gəlmisən, Nino? 
– Yox, məni buraya Seyid Mustafa gətirdi. O məni buraya gətirərkən dedi ki, səni  Əli xanın yanına 
aparıram. Amma onu incitsən, səni öldürərəm. Odur ha, Seyid Mustafa bayırda oturub, əlində  də 
tapança, əgər səni məyus etmişəmsə, onu içəri çağıra bilərsən.  
Mən onu çağırmadım. Əvəzində Ninonu öpdüm.  
– Elə bunun üçün buraya gəlmisən?  
– Yox, – deyə Nino düzünü dedi.  
– Elə isə söylə görüm, nə üçün buraya gəlmisən?  
– Nəyi söyləyim? – deyə Nino dilləndi.  
– O gecə Seyid Mustafanın atının tərkində Bakıya dönərkən niyə susurdun?  
– Qürurumdan.  
– Bəs indi nə üçün buradasan?  
O da qürurumdan... 
Onun əlini əlimə alıb, çəhrayı gül rəngli barmaqlarını oynatdım.  
– Bəs Naçararyanməsələsini necə izah edəcəksən? – dedim.  
Nino yavaşca dedi:  
Heç fikirləşmə ki, o məni zorla qaçırdırdı. Mən elə hərəkət etməklə də doğru etdiyimə inanırdım. 
Lakin yanılmışdım. Günah məndə idi və mən ölməli idim. Onun üçün danışmayıb susurdum... Elə bu 
səbəbdən də buraya gəlmişəm. İndi hər şeyi artıq öyrəndinmi?  
Onun isti ovucunun içini öpdüm. Həqiqət onun özü üçün çox təhlükəli bir şey olduğu halda O, 
açığını danışırdı. Sonra Nino ayağa durdu, otağa nəzər saldı, qəmgin halda dedi:  
– İndi mən evimizə qayıdıram. Sən mənimlə evlənməli deyilsən.  
Mən Moskvaya gedirəm.  
Mən qapıya yaxınlaşıb, qapının bir tayını axıra qədər açdım. Çopur dostum Seyid Mustafa silahı əlində 
qapının bayır tərəfində bardaş qurub oturmuşdu. Onun yaşıl qurşağı da belində idi.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə