ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   35   36   37   38   39   40   41   42   ...   59

– Seyid – dedim – get bir molla və bir şahid çağır. Bir saata evlənirəm.  
Seyid cavab verdi:  
– Molla çağırmayacağam. Yalnız iki şahid gətirəcəyəm. Kəbini də mən özüm kəsəcəyəm. Mənim buna 
səlahiyyətim çatır.  
Qapını bağladım. Nino çarpayıda oturmuşdu. Onun qara saçlar çiyinlərinə tökülmüşdü. O güldü:  
– Bir fikirləş nə edirsən, Əli xan. Sən pozğun bir qızla evlənirsən.  
Mən onun yanına uzandım.  
– Sən doğrudan da mənimlə evlənmək istəyirsən? – deyə Nino soruşdu.  
– Əgər məni ərliyə qəbul edərsənsə...Bilirsən ki, qanlıyam, düşmənlərim məni axtarırlar.  
– Bilirəm, amma onlar buraya gəlib çıxmazlar. Gəl elə biz də burada qalaq.  
– Nino, sən həqiqətən burada mənim yanımda qalmaq istəyirsən? Bu dağ kəndində, bu kasıb komada, 
evsiz, nökərsiz?  
– Bəli, – deyə Nino cavab verdi. Mən burada qalmaq istəyirəm, çünki sənin burada qalmağın vacibdir. 
Mən ev işlərini görərəm, çörək bişirərəm və sənə yaxşı arvad olaram.  
– Bəs burada darıxmayacaqsan?  
– Yox, axı necə darıxa bilərəm ki,... səninlə bir yorğanın altında yatacayıq.  
Kimsə qapını döydü. Paltarımı geydim. Nino da pijamamı əyninə geydi. Başında təzə əmmamə olan 
Seyid Mustafa içəri girdi. Onun dalınca da iki şahid. Sonra Seyid yerdə oturdu, qurşağından bir 
qələmdan çıxartdı. Qələmdanın üstündə “Yalnız allah yolunda” sözləri yazılmışdı. O, bir kağız götürüb 
sol ovucunda tutdu. Sonra qamış qələmi mürəkkəbə batırdı. Zərif bir xətlə yazmağabaşladı: 
“Bismillahül – rəhmanür-rəhim”. Sonra mənə üzünü tutub soruşdu:  
– Ağa, adınız nədir?  
– Əli xan Şirvanşir. Şirvanşir nəslindən olan Səfər xanın oğlu Əli xan.  
– Dininiz?  
– Müsəlmanam əlhəmdülillah.  
– İstəyiniz nədir?  
– İstəyim bu qadınla evlənməkdir.  
– Xanım, sizin adınız nədir?  
– Prinses Nino Kipiani.  
– Dininiz?  
– Rum Ortodoks kilsəsinə mənsubam. 
– Sizin istəyiniz nədir?  
– Bu adamın arvadı olmaq istəyirəm.  
– Dininizi saxlamaq fikrindəsiniz, yoxsa ərinizin dininə keçmək istəyirsiniz?  
Nino bir anlığa tərəddüd etdi, sonra başını qaldırıb, qürur və qətiyyətlə dedi:  
– Mən öz dinimi saxlamaq niyyətindəyəm.  
Seyid cəsarətlə yazırdı. Kağız onun ovcunun içindən sürüşür və kağızın üzəri yavaş-yavaş çox gözəl 
ərəb kəlmələrilə dolurdu. Kəbin kağızı hazır idi.  
– İndi siz imzalayın – deyə Seyid dilləndi.  
İmzamı kağızın altına atdım.  
İndi mən hansı famili yazmalıyam? – deyə Nino soruşdu.  
– Təzə famili.  
Nino bir əllə qələmi möhkəm sıxıb yazdı: “Nino xanım Şirvanşir”.  
Sonra şahidlər də imzalarını qoydular. Seyid Mustafa üzərində öz adı həkk olunmuş möhürünü 
çıxardıb kağıza basdı. Zərif kufi xətti ilə orada bu sözlər həkk olunmuşdu: “Küll-İxtiyarın qulu Hafiz 
Seyid Mustafa Məşhədi”.  


Seyid kəbin sənədini mənə uzatdı. Sonra məni qucaqlayıb farsca dedi: “Əli xan, mən yaxşı adam 
deyiləm”. Lakin Arslan ağa dediki, sən Ninosuz bu dağlarda əldən gedərsən və  əyyaş olarsan. Bu da 
günahdır. Nino yalvardı ki, onu da buraya gətirim.  Əgər Ninonun dedikləri həqiqətdirsə, onu 
sevməlisən. Həqiqət deyilsə, elə sabah onu öldürək.  
– Onun dedikləri həqiqət deyil, amma onu öldürməyəcəyik, qoy yaşasın.  
Seyid Mustafa çaşqın bir baxışla mənə baxdı. Sonra otağa göz gəzdirib qəh-qəhə ilə güldü.  
Bir saatdan sonra sulu qəlyan təntənə ilə uçurumdan aşağı atıldı. Bütün toy mərasimimiz bundan 
ibarət oldu.  
Gözlənilmədən həyat birdən-birə yenidən gözəlləşməyə başladı. Mən küçədən keçəndə kənd camaatı 
mənə baxıb gülümsəyirdi. Mən də onlara gülümsəyərək cavab verirdim. Çünki xoşbəxt idim. Özümü 
misilsiz dərəcədə yaxşı hiss edirdim. İstərdim ki, bütün ömrümü balaca ayaqları olan, parlaq qırmızı 
rəngli Dağıstan şalvarı geymiş Nino ilə birlikdə burada keçirdim.  
Nino özünü auldakı həyata uyğunlaşdırmışdı. Nino auldakı bütün qadınlardan fərqli olaraq başqa cür 
yaşamağı, başqa cür düşünməyi və başqa cür davranmağı bacaran bir qadın olduğunu kimsə hiss 
etmirdi. Kənddə heç kimin ev xidmətçisi olmadığı üçün, Nino da xidmətçi tutmaqdan qətiyyətlə 
imtina edirdi. Nino yemək bişirirdi, qonşuluqdakı qadınlarla laqqırtı vurur və  kəndin bütün dedi-
qodularını da bir-bir mənə danışardı. Mən isə ata minib ova çıxır, ovladığım heyvanları evə gətirir və 
Ninonun bişirdiyi bütün qəribə yeməkləri yeyirdim.  
Bizim gündəlikhəyatımız belə keçirdi: səhər tezdən mən Ninonun ayaqyalın və əlində boş bir böyük 
səhəng bulağa su gətirməyə getməsini seyr edirdim. Səhəngi doldurduqdan sonra o yalın ayaqlarını 
kələ-kötür daşların üstünə ehtiyatda qoya-qoya geri qayıdırdı. Səhəngi sağ çiyninə qaldırıb, zərif əlləri 
ilə onun dəstəyindən bərk-bərk yapışırdı. Nino yalnız bir dəfə büdrəyib yıxılmışdı, səhəng də əlindən 
çıxıb yuvarlana-yuvarlana aşağı düşmüşdü. O zaman bu rüsvayçılığa dözməyən Nino acı göz yaşları 
tökürdü. Qonşuluqdakı qadınlar ona təsəlli verirdilər. Bu hadisədən sonra Nino su gətirmək üçün hər 
gün kəndin qadınları ilə birlikdə bulağa gedirdi. Onlar qaz yerişi ilə yamaclardan yuxarı dırmanırdılar. 
Mən uzaqdan Ninonun yalın ayaqlarını görürdüm. Nino ciddi baxışlarla irəliyə baxırdı. Belə vaxtlarda 
o mənə baxmazdı, mən də baxışlarımı onun yanından başqa tərəflərə çevirirdim. O dağlıların 
qanununu yaxşı qavramışdı.Qanun isə bu idi ki, qadın heç bir vəchlə başqa adamların yanında öz 
məhəbbətini biruzə verməməlidir. Nino qaranlıq komaya girir, qapını örtür, səhəngi yerə qoyur və 
mənə bir parç su verirdi. Sonra küncdən çörək, pendir və bal çıxarıb gətirirdi və biz də kənd camaatı 
kimi yeməyi  əl ilə yeyərdik. Nino yerdə bardaş qurub oturmağı da öyrənmişdi.Yeməyimizi yeyib 
qurtardıqdan sonraNino barmaqlarını yalayaraq ağappaq dişlərini göstərərdi. Sonra deyərdi:  
Buradakı ənənəyə görə, indi mən sənin ayaqlarını yumalıyam. Lakin biz tək olduğumuza görə və mən 
də bulağa gedib su gətirdiyimə görə, sən mənim ayaqlarımı yumalısan.  
Mən onun ayaq adlandırdığı kiçicik, gülməli oyuncaqları suya qoyurdum. Nino uşaq kimi ayaqlarını 
oynadır, üzümə su zərrələri sıçradırdı. Sonra da dama çıxıb orada otururduq. Nino bəzən pəsdən 
mahnı oxuyardı, bəzən də Madonnaya bənzər sifətini mənə çevirib susardı. Mən isə Madonnanın 
sifətinə baxmaqdan heç yorulmurdum. Hər gecə balaca bir heyvan kimi büzüşüb yatardı.  
Bir dəfə Nino məndən soruşdu: 
– Əli xan, xoşbəxtsənmi? 
– Çox xoşbəxtəm. Bəs sən Bakıya qayıtmaq istəyirsənmi? 
– Yox! – deyə ciddi cavab verdi – mən göstərmək istəyirəm ki, bütün Asiya qadınlarının bacardığını 
mən də bacarıram, öz ərimə də qulluq edə bilirəm.  
Neft lampasını söndürdüyümüz zaman Nino yatağa uzanır, qaranlığın dərinliklərinə baxaraq önəmli 
məsələlər barədə düşünürdü: görəsən qoyun qızartmasına bu qədər sarımsaq tökmək lazım idi, ya yox? 
Görəsən şair Rustaveli ilə kraliça Tamara arasında bir məhəbbət  əlaqəsi vardı, yoxsa, yox? Kənddə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə