ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   23   24   25   26   27   28   29   30   ...   59

Mekisse ümid dolu gözlərlə mənə baxırdılar. Mən çox ciddi bir tərzdə dedim ki, “acmışam” və bardaş 
qurub oturdum.  
Qohumlarım “o sağalıb” deyə birgə  səsləndilər və “tez qarpız, pendir, xiyar, göyərti, çörək və  şərab 
gətirin!” dedilər.  
Müalicəm qurtarmışdı.  
Biz hamamın giriş salonunda oturub, yemək-içməklə məşğul olduq. Bütün yorğunluğum və zəifliyim 
keçib getmişdi. Buz kimi qarpızın qıpqırmızı şirin dilimi bədənimdəki kükürd iyisini aparmışdı. 
Qohumlarım da ağ “Napareyli” şərabını qurtum-qurtum içirdilər. “Görürsən də!” deyə Dodiko sözə 
başladı, amma sözünü bitirmədi. Çünki bu bircə “görürsən də” sözü hər şeyi ifadə edirdi. Ölkələrinin 
kükürdlü su vannasından duyulan qürur, gürcü qonaqpərvərliyindən “ziyan görmüş” qonaqlara qayğı 
hissi və Dodikonun müsəlman qohumunun zəifliyindən ötrü boynuna götürdüyü məsuliyyət hissi bu 
bir kəlmə ilə ifadə olunurdu.  
Ziyafət süfrəmizə çoxlu adam qoşulurdu. Çılpaq qonşularımız şərab şüşələrini  əllərində silah kimi 
tutub süfrəmizə yaxın gəlirdilər. Knyazlar, onların borc verənləri, asan varlanmaqyolunu axtaran 
adamlar, bilici kişilər, şairlər və dağ yerlərindən gələn mülk sahibləri... gürcü bərabərliyinin şən bir 
simvoluhalında gəlib bizimlə bir süfrə başında oturdular. Bu artıq hamam deyildi, daha çox klub, 
qəhvəxana və yaxud da çılpaq, gülməli adamların, qayğısız, gülər gözləri olan insanların yığıncağı idi.  
Balaca gözlü kök bir kişi sözə başladı: 
– Osmanlılar gəlirlər. Eşitdiyimə görə bir alman generalı elə bir top gətirib ki, onu atanda mərmi düz 
gəlib Tiflisdəki Sion məbədinə dəyə bilər.  
– Siz yanılırsınız, knyaz, – deyəbaşqası cavab verdi. 
– Bu topu hələ düzəltməyiblər. Onu düzəltməyi planlaşdırıblar. Əgər top hazır olsa belə, onunla Tiflisi 
vurmaq olmaz.Almanların əlində olan bütün xəritələr yanlışdır. Çünki onları hələ müharibədən əvvəl 
ruslar hazırlayıb almanlara ötürmüşlər.  
Küncdən biri dərindən ah çəkdi. Başımı çevirib baxanda, ağ saqqallı, qartal burunlu qoca bir kişini 
gördüm. Qoca dərindən ah çəkərək sözə başladı:  
– Zavallı Gürcüstan! Biz odla su arasında qalmışıq. Müharibədə almanlar qələbə çalsalar, Tamara 
məmləkətinin axırı çatacaq. Ruslar müharibədə qalib çıxsalar, bəs nə olacaq? O zaman soluq sifətli çar 
öz istəyinə nail olacaq, amma böyük knyazın barmaqları xirtdəyimizi daha bərk sıxacaqdır. Elə indi ən 
igid gənclərimiz müharibə meydanlarında həlak olurlar. Sağ qalanları isə ya böyük knyaz və yaxud 
başqa bir düşmən boğacaq. Biz çıxılmaz bir vəziyyətədüşmüşük. Bizim döyüş ruhumuz birdən-birə 
sönüb gedəcək. Tamara məmləkətinin axırı çatıb. Bizim günümüzə baxın: döyüşçülərimiz balaca boy 
və zəif, məhsullarımız pis, şərablarımız da turş.  
Qoca ağır nəfəs alaraq susdu. Biz də susmuşduq. Birdən boğuq bir pıçıltısəsi eşidildi: 
– Onlar Baqrationu öldürdülər. Çarın qardaşı qızını götürüb qaçdığı üçün ruslar ondan intiqam aldılar. 
Çarın özü onu İrəvan alayınınkomandanı təyin edib cəbhəyə yolladı. Baqration da aslan kimi döyüşdü, 
amma on səkkiz güllə ilə vurulub öldürüldü.  
Qohumlarım şərab içirdilər. Mən də bardaş qurub, gözlərimi yerə zilləyərək Baqrationu düşünürdüm. 
Baqrationun ailəsi xristian aləminin ən qədim knyaz nəsli idi.  
Saqqallı qoca haqlı idi. Gürcüstan həqiqətən də odla su arasında qalmışdı.  
Süfrə ətrafında oturanların biri dilləndi:  
– Baqrationun bir oğlu qalıb – Teymuraz Baqration, əsl kraldır ki, var. Ona xələl toxunmasın deyə bir 
nəfər onu gizlədib qoruyur. Araya yenə sükut çökdü. Mekisse kürəyini divara söykəyib özünü dininə 
həsr etmiş bir peyğəmbər ədası ilə dayanmışdı.  
Dodiko sükutu pozub, əsnəyərək dedi:  
– Bizim ölkəmiz qeyri-adi gözəl bir ölkədir. Tiflis şəhəri və onun kükürdlü hamamları, Kaxetiya 
şərabları! Hələ bir düzənliyin ortasından şırıltı ilə axan Alazan çayına baxın. Gürcüstan məhv olursa 


belə, gürcü olmaq xarüquladə bir şeydir. Sizin burada etdiyiniz söhbətlər ümidsizlik yaradır. Amma 
deyin görüm, Tamara məmləkətində bundan yaxşı günlər görən olubdumu? Heç vaxt, elə həmişə belə 
olub. Buna baxmayaraq yenə  də çaylarımız şırıltı ilə axır, bağları böyüyür, xalqımız da çalıb-oynayır. 
Bütün ümidsizliyə baxmayaraq, bizim Gürcüstanımız gözəldir və gözəl olaraq da qalacaq.  
Bu qəddi-qamətli Dodiko sözünü qurtarıb ayağa durdu. Məxmər kimi yumşaq dərisi olan bu cavan 
oğlan müğənni və qəhrəmanlar nəslindən idi.  
Küncdə oturan ağsaqqallı qoca xoşbəxtcəsinə gülümsəyib dedi:  
– Şükürlər olsun ki, belə dəliqanlılarımız var, olmaqda da davam edəcək.  
Vamec mənə  tərəf  əyilərək pıçıldadı: “Əli xan, unutma ki, bu gün sən Qacoridə Şakelilərin 
qonağısan”.  
Hamımız qalxıb geyindik və bayıra çıxdıq. Faytonçu qamçını şappıldatdı. Vamec də: “Şakelilər qədim 
zadəgan nəslindəndirlər...” deyib sözə başlayanda mən ürəkdən qəhqəhə çəkib güldüm.  
 
 
XV 
 
Nino ilə Qolovinski prospektindəki “Mefistofel” kafesində oturmuşduq. Müqəddəs Davud dağı və 
onun təpəsindəki qədim monastır qarşımızda ucalırdı. Qohumlarımız bizə bir günlük istirahət 
vermişdilər. Nino monastıra baxırdı. Mən onun nə barədə düşündüyünü bilirdim. Bizim ziyarət etmiş 
olduğumuz Davud dağında bir məzar vardı. Bu məzarda tanınmış şair və  əlahəzrət çarın naziri 
Aleksandr Qriboyedov yatırdı. Onun məzar daşının üzərində arvadı Nino tərəfindən aşağıdakı sözlər 
yazılmışdı: 
“Sənin ağlın və əməllərin unudulmazdır, amma nə üçün Ninonun məhəbbəti sənin ömründən uzun 
yaşadı?” 
Nino? Bəli, Nino. O Nino Çavçavadze idi. Tanınmış şair və çarın naziri olan Qriboyedov Nino ilə 
evlənəndə, Ninonun on altı yaşı vardı. Nino Çavçavadze mənim yanımda oturan Ninonun böyük 
xalası idi. Tehranda camaat rus nazirinin evini mühasirəyə alan zaman Ninonun on yeddi yaşı var idi.  
Camaat oradakı qarışıqlığın içindən “Ya Əli! Ya Əli!”- deyə qışqırırdılar. Nazir Qriboyedovun balaca 
bir xəncəri və bir tapançası var idi. Camaat evə zorla girdikdən sonra Zilli Sultan küçəsindən olan bir 
dəmirçi  əlindəki iri kürz ilə naziri vurub onun sinəsini parçalamışdı. Nazirin meyitini çöllüyə 
atmışdılar. Onun başını isə itlər parçalamışdı. Şair və çarın nazirindən qalan bu olmuşdu. İran şahı 
Fətəli şah Qacar bu qırğından çox razı qalmışdı. Onun vəliəhdi Abbas Mirzə də çox xoşbəxt idi. Bu 
qarışıqlığı həyata keçirənlərdən biri olan fanatik qoca Məşədi Ağa şahdan çoxlu mükafat almışdı. 
Böyük əmim Şirvanşirə də şah Gilanda bir malikanə bağışlamışdı.  
Bütün bunlar yüz il bundan qabaq baş vermişdi. İndi isə mən Şirvanşir nəslinin övladı, Qriboyedovun 
arvadının yaxın qohumu olan Nino ilə birlikdə Tiflisdə “Mefistofel” kafesində oturmuşuq.  
Başımla Davud dağını Ninoya göstərib dedim: 
“Sən də mənim məzarımın daşına bu qədər gözəl sözlər yazdıracaqsanmı?” 
Bəlkə  də, - deyə Nino cavab verdi. Ancaq bu sənin davranışından asılıdır.Özünü yaxşı aparsan, 
yazdıraram.  
Nino qəhvəsini axıra kimi içdi.  
– Dur gedək şəhəri gəzək, – dedi.  
– Ayağa durdum. Bir uşaq anasını sevən kimi, Nino də bu şəhəri elə sevirdi. Biz Qolovinski prospekti 
ilə köhnə şəhərin dar küçələrinə tərəf getdik. Sion kilsəsinə çatanda Nino dayandı. Biz kilsəyə girdik. 
Kilsənin içi qaranlıq və rütubətli idi. İçəridə, üzüm tənəyindən düzəldilmiş bir xaç asılmışdı. 
Gürcüstana nur gətirən müqəddəs Nino bir üzüm tənəyini ilk dəfə ziyarət etdiyi qərbdən gətirmişdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə