ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   22   23   24   25   26   27   28   29   ...   59

Yəqin xəbəriniz var ki, Çavçavadzelər nəsli, Kral nəslindən olan Baqrationlardan daha çox qədimdir.  
Birinci Orbeliani kim idi və haradan gəlmişdi? Necə yəni haradan. O, üç min il bundan qabaq Çindən 
gəlmişdi. Çin imperatorunun oğullarından biri idi. Orbeliani nəslindən olan bəziləri indi də 
qıyıqgözdürlər.  
Utancaq-utancaq  ətrafa göz gəzdirdim. Bütün bu köklülərin qabağında məndən  əvvəl  əbədiyyətə 
qovuşan Şirvanşirlər kimlər, idi?  
Nino mənə təsəlli verdi: “Sən bunlara fikir vermə, Əli xan. Mənim əmilərim çox qədim və adlı-sanlı 
nəsildəndir. Amma bir fikirləş. Sənin ulu babaların Tiflisi fəth etdikləri zaman, bəs onların əcdadları 
harada idilər? 
Heç bir şey demədim, amma qürurlandım. Nino eləindidən, öz qohum-əqrabasının içərisində özünü 
Şirvanşir arvadı hesab edirdi. Mən minnətdarlıqla ona baxdım. Fərəhlənməyəsən nə edəsən!  
Qırmızı Kaxetiya şərabı duru atəş kimi idi. Mən tərəddüdlə  qədəhimi qaldırıb Orbeliani ailəsinin 
şərəfinə sağlıq dedim. Yaşlı bir qadın başını mənə  tərəf  əyib dedi: “Bu şərab safdır, çünki tanrı ona 
nəfəs vermişdir. Arxayın için, Əli xan. Bunu çox az adam bilir. O biri məstliklərin hamısı şeytandan 
gəlir”.  
Biz şəhərə qayıdan vaxt hava tamam işıqlanmışdı. Otelimə getmək istəyirdim. Lakin əmioğlu idi, ya da 
əmi idi, bilmədim, o məni saxlayıb dedi:  
– Keçən gecə siz Orbeliani ailəsinin qonağı idiniz, bu gün isə  mənim qonağımsınız. Səhər yeməyini 
“Purqvinoda” edəcəyik. Günorta da dostlarımızla birgə nahar edəcəyik.  
Mən gürcü qonaqpərvərliyinin əsiri olmuşdum. Bir həftəm elə bu minvalla ziyafətlərdə keçmişdi: Hər 
gün Alazan və Kaxetiya şərabları, kabablar və motal pendirləri və s. əmioğlular gürcü 
qonaqpərvərliyinin keşiyini çəkən  əsgərlər kimi bir-birini əvəz edirdilər. Dəyişən onlar idi, 
dəyişmədən yerində qalan isə  mənimlə Nino idi. Ninonun səbrinə  məəttəl qalmışdım. Həftənin 
axırında o, hələ  də bahar şehi kimi gümrah idi. Ninonun gözləri gülür, dodaqları da əmioğlularla, 
xalalarla, bibilərlə və onların qızları ilə söhbət etməkdən yorulmaq bilmirdi. Onun gecə, gündüz rəqs 
etmiş, şərab içmiş və gözünə yuxu getməmiş olduğunu sadəcə səsindəki balaca xırıltı bildirirdi.  
Səkkizinci günün sabahı Sandro, Dodiko, Vameç və Soso adlı qohumlar yatdığım otağa gəldilər. Mən 
qorxmuş halda yorğanı başıma çəkdim. Lakin onlar zalımcasına başladılar sözə:  
– Əli xan, bu gün siz Çakelilərin qonağısınız. Sizi onun Qacoridəki malikanəsinə aparacayıq. 
Qaş-qabağımı sallayıb dedim ki, mən bu gün heç kimin qonağı deyiləm. Qoy bu gün mən yazıq 
şəhidin üzünə cənnət qapıları açılsın və məlaikə Mikayıl alovlu qılıncı ilə məni cənnətə salsın, çünki 
mən xoş əməl yolundahəlak olmuşam.  
Sözlərim onlara heç bir təsir eləmədi. Onlar bir-birinin üzünə baxıb bərkdən mərhəmətsizcəsinə 
qəhqəhə çəkdilər. Sonra da bir kəlmə söz dedilər: “Kükürd suyu vannası”.  
“Kükürd suyu vannası” deyə  təkrar etdim. Nə kükürd suyu vannası, o ancaq cəhənnəmdə olur. 
Halbuki mən cənnətə gedirəm.  
Qohumlar dedilər ki, yox, elə ən yaxşısı kükürd suyudur. Çalışdım ki, ayağa durum. Başım qurğuşun 
kimi ağırlaşmışdı. Əl-ayağım keyimişdi, onları elə bil heç də hiss etmirdim. Güzgüyə baxarkən orada 
parlaqlığını itirmiş gözlərlə, rəngi qaçmış bir sifət gördüm.  
Öz-özümə deyinə-deyinə: “Mənə belə yaxşıdır. Həqiqətən Kaxetiya şərabı maye atəşi imiş? Bəs 
bilmirdin ki, müsəlman şərab içməz”.  
Vamec mənə müraciət edib dedi:  
– Biz Ninoya xəbər verərik. Dörd saatdan sonra Qacoriyə gedəcəyik. O vaxta qədər sən də özünə 
gələrsən.  
Vamec eşiyə çıxdı. Mən onun telefonla danışdığını eşidirdim: “Əli xan birdən-birə kefsizləmişdi. İndi 
onu kükürdlü hamamlara aparıb, kükürd suyu ilə müalicə edərlər. Prinses Ninoya söyləyin ki, ailəsi ilə 


birlikdə elə indi Qacoriyə yola düşsünlər. Biz də bir az sonra gələrik. Əli xanın xəstəliyi təhlükəli deyil. 
Sadəcə özünü o qədər də yaxşı hiss etmir”.  
Güclə ayağa durdum. Başım gicəllənirdi. Gürcü qonaqpərvərliyi Tehranda əmimin sakit və alicənab 
qonaq qəbulundan tamamilə fərqli idi. Əmimin evində oturub tünd çay içirsən, şerlərdən və bildiyin 
elmlərdən danışırsan. Halbuki burada şərab içirlər, rəqs edirlər, şərqilər söyləyirlər və deyib-gülürlər: 
bu ziyafətdəki qonaqlar üzü yola olduqları kimi, həm də sərt sifətli idilər. Bu imişmi Avropanın qapısı? 
Yox, təbii ki, yox. Bu ölkə Asiyanın digər hissələrindən fərqlənirdi. Bura darvaza olmağına darvazadır, 
amma bu darvazanın qapısı haraya açılır? Bəlkə də uşaq sevincində, qayğısız uşaq oyunlarında təcəssüm 
tapan bir müdrikliyə aparırdı, bu darvaza! Bilmirdim. Bildiyim şey o idi ki, çox yorğunam. Pilləkənlə 
yırğalana-yırğalana aşağı düşdüm. Faytona mindik. 
“Kükürdlü hamamlara! – deyə Sandro faytonçuya çığırdı. Faytonçu atları qamçıladı və şəhərin Meydan 
məhəlləsindən keçib, gümbəzli böyük bir binanın qabağında dayandıq. Binanın qapısının ağzında 
canlıdan çox skeleti andıran yarıçılpaq bir kişi dayanıb, bizi gözləyirdi. Bu kişi elə xəyala getmişdi ki
gözləri açıq ola-ola bizi görmürdü.  
“Qamarcoba, Mekisse” deyə Sandro ona müraciət etdi. Qapıdakı kişi diksinərək özünə gəlib baş əydi 
və dedi: “Qamarcoba, Tevadi, Salam knyaz”. Sonra da o, qapını açıb bizi binanın iri salonuna apardı. 
Salon çox böyük və isti idi. Daş döşəmələrinin üzərində çılpaq adamlar uzanmışdılar. Biz paltarlarımızı 
soyunduq və koridordan keçib ikinci otağa girdik. Otağın döşəməsində kvadrat biçimli böyük dəliklər 
var idi. O dəliklər buxarlanan isti kükürdlü sularla dolu idi.  
Sandronun səsi elə bil çox uzaqdan gəlirdi: “Çox qədim zamanlarda bir kral ova çıxmışdı. O, ov 
quşunu bir meşə xoruzunun üstünə şığıdır. Kral ov quşunun ovu ilə birlikdə geri dönməsini xeyli 
gözləyir. Lakin nə ov quşu, nə  də meşə xoruzu geri qayıdır. Nəhayət, kral başlayır onları axtarmağa. 
Axtara-axtara gəlib çıxır balaca bir meşəliyə. Bu meşəlikdə kükürdlü su axırdı. Kral ov quşunun da, 
meşə xoruzunun da kükürdlü çayda boğulub öldüyünü görür. Kral kükürdlü suları gördükdən sonra 
elə  həmin yerin yanında Tiflis şəhərinin təməl daşını qoyur. İndi sənin dediyinə görə, meşə xoruzu 
hamamı buradadır. O balaca meşəlik də şəhərin Meydan məhəlləsində yerləşirmiş.  
Gümbəzli binanın içi kükürd buxarı ilə dolmuşdu. İsti hamamı kükürd iyi bürümüşdü. Elə bil lax 
yumurtanın iyi idi. Qohumların bədəni tərdən parıldayırdı. Əlimi köksümə sürtərək ovuşdurdum, 
kükürd bədənimə yeriyirdi. Mən bu şəhəri fəth etdikdən sonra kükürdlü hamamlarda çimən bütün 
cəngavərləri və fatehləri xatırladım. Cəlaləddin Xarəzmi, Topal Teymuru və Çingiz xanın oğlu 
Cığatayı. Tökdükləri qandan sərxoş olmuş bu şəxslər, sonra kükürd suyuna girib qanlı ağırlığı yuyub 
yüngülləşmişdilər.  
– Bəsdi Əli xan, çıx bayıra.  
Qohumumun səsi məni xəyaldan ayıltdı. Yavaş-yavaş kükürdlü sudan çıxdım, yandakı otağa keçib 
taqətsiz halda daş döşəmənin üstünə sərildim.  
– Mekisse! – deyə Sandro çığırdı.  
Bizi buraya gətirən Mekisse gəldi. Sonradan onun hamamçı olduğunuöyrəndik. O, çılçılpaq idi və 
ülgüclə qırxılmış başına çalma qoymuşdu. Sən demə, kisəçi də o elə özü idi. Mən üzü üstə uzandım, 
Mekisse kürəyimə sıçradı. O, xalı üstündə  rəqs edən rəqqas kimi kürəyimi məharətlə tapdalayırdı. 
Bundan sonra onun barmaqları biz kimi ətimə batırdı. Qollarımı elə bururdu ki, sümüklərimin 
xırçıltısını eşidirdim. Qohumlarım yanımda durub ona məsləhət verirdilər.  
– Mekisse, bir də onun kürəyinə atıl. Hə, bax belə yaxşıdır. İndi onun sol tərəfini əməlli başlı ovxala.  
Bu masajdan sonra yüngülləşmişdim. Ağappaq sabun köpüyünün içində uzanmışdım. Kisəçinin əməyi 
hədər getməmişdi. Hiss edirdim ki, bədənimin bütün əzələlərinə güc qayıdır.  
“Bəsdir” – deyə Mekisse dilləndi. Mən özümü güclə qaldırdım. Yandakı otağa keçib ikinci hovuzun 
soyuq kükürdlü suyuna girdim. Birdən-birə soyuq suyun içinə girəndə bir an nəfəsim tutuldu. Bir 
azdan sonra əzələlərim yumşalmağa başladı. Ağ bir qətfəyə bürünüb dala qayıtdım. Qohumlarımla 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə