ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   18   19   20   21   22   23   24   25   ...   59

Aylı gecələrdə çaqqallar və çöl qurdları qayalıqların başında yığışıb cəsəd görmüş köpəklər kimi 
ulayırdılar. Onların cəsəd iyi barədə anlaşılmaz və qeyri-adi bir hissiyyatları vardır. Onların nəzərində 
Ay da bir cəsəddir. Hər hansı birevdə ölüm yatağında yatan adam varsa, itlər başlayırdılar ulaşmağa. 
Onlar cəsəd iyini hələ adam ölüm yatağında olan zaman hiss edirlər.Bu itlər çöl qurdlarının cinsindən 
və nəslindəndirlər.  
Çölün ucsuz-bucaqsız boşluğundaatımı sürürdüm. Yanımda da atam atının belində oturub eyni sürətlə 
irəliləyirdi.  
– Səfər xan! – deyə atamı səslədim. Səsim boğuq çıxırdı. Atamı çox nadir hallarda öz adı ilə çağırardım. 
Səfər xan, səninlə danışmaq istəyirəm.  
– Atam çapa-çapa mənə çatıb, “danış oğlum” dedi. Atlılar həmahəngliklə birləşəndə danışmaq daha 
asan olur.  
Görəsən atam məni ələ salırdı? Onun qaşları çatılmışdı.  
– Buyur, oğlum, nə deyirsən? – Onun səsi mənə istehzalı göründü.  
– Evlənmək istəyirəm, Səfər xan.  
Araya uzun bir sükut çökdü. Küləyin vıyıltısı isə kəsilmirdi. Atın nalları altından çıxan xırdaca daşlar, 
tozla qarışıb ətrafa səpələnirdi.  
Nəhayət atamın səsi eşidildi:  
– Mən sənə dəniz qırağında imarət tikdirəcəyəm. Gözəl bir yer tanıyıram. Bəlkə imarətin həyətində 
bir tövlə də tikdirməli oldum. Yay aylarında Mərdəkanda da qala bilərsən. Birinci oğlunun adını isə 
əcdadımızın şərəfinə İbrahim qoymalısan. İstəsən sənə bir avtomobil də alıb verə bilərəm. Amma 
avtomobil üçün yararlı yollarımız yoxdur. Cins atlar saxlamaq üçün tövlə daha yaxşıdır.  
Yenə sükut çökdü. Qurd darvazası artıq arxada qalmışdı.  
Atlarımızı dənizə  tərəf, Bayıl qəsəbəsinə  tərəf sürürdük. Atamın səsi elə bil uzaqdan gəlirmiş kimi 
eşidilirdi. O dedi:  
– Mən gərək axtarıb sənə layiqli gözəl bir qız tapım, yoxsa sən özün tapmaq istəyirsən? Son zamanlar 
gənclərin çoxu qızları özləri axtarıb tapırlar.  
– Mən Nino Kipiani ilə evlənmək istəyirəm. 
Atamın simasında heç nə dəyişmədi. O sağ əli ilə atın yüyənini tutmuşdu.  
– Nino Kipiani ilə? – deyə o sözə başladı. – Nino Kipianinin incə beli var. Mənə elə gəlir ki, bütün 
gürcü qızları incəbeldirlər. Lakin buna baxmayaraq onlar sağlam uşaqlar doğurlar.  
– Axı, ata! – deyə hirsləndim. 
Ancaqheç özüm də bilmirdim ki. nəyə görə hirslənmişəm. Atam mənə  kənardan baxaraq 
gülümsəyirdi. 
– Sən hələ çox gəncsən,  Əli xan. Qadının beli onun xarici dillər bilməyindən daha çox önəmlidir. 
Sonra atam açıq bir laqeydliklə soruşdu.  
– Nə vaxt evlənmək istəyirsən?  
– Payızda, Nino məktəbi bitirəndə.  
– Çox gözəl. Deməliuşaq gələn may ayında dünyaya gələcək. May ayı çox xoşbəxt aydır.  
– Ata!  
Məni daha anlaşılmaz bir hirs bürüdü. Mənə elə gəlirdi ki, atam məni lağa qoyur. Mən Nino ilə onun 
belinə görə və yaxud xarici dilləri bildiyindən ötrü evlənmirəm. Onu sevdiyim üçün evlənirəm. 
Atam gülümsəyirdi. Sonra atını saxlayıb dedi:  
- Çöl ucsuz-bucaqsız və bomboşdur. Hansı təpənin yanında olursa-olsun, fərqi yoxdur, oturub çörək 
yeyək. Acmışam. Elə burada da bir az dincələk. 
Atlardan düşdük. Atam yəhərinə asılmış heybəsindən təndir çörəyi ilə pendir çıxartdı və yarısını mənə 
uzatdı. Mən isə ac deyildim. Qumun üstündə uzanmışıq, atam yeyir və uzaqlara baxırdı. Birdən onun 
sifəti ciddiləşdi, dirsəklənib özünü düzəltdi. Sonra bardaş qurub oturdu: 


- Çox yaxşı edirsən ki, evlənmək istəyirsən. Mən üç dəfə evlənmişəm. Amma arvadlarım payız milçəyi 
kimi ölüb gedirdilər. İndi isə bildiyin kimi evli də deyiləm. Amma sən evlənsən, bəlkə  mən də 
evləndim. Sənin Ninon xristian qızıdır. Onun evimizə özgə dinini gətirməsinə imkan vermə. Bazar 
günləri onu kilsəyə göndərə bilərsən, amma evinə  gərək keşiş ayağı dəyməsin. Qadın tez sınan incə 
qaba bənzəyir. Bunu bilmək sənə vacibdir. Hamilə olduğu vaxt ona əl qaldırma, ehtiyat elə. Amma heç 
vaxt yadından çıxartma ki, evin ağası sənsən, o də  sənin kölgəndəyaşamalıdır. Bilirsən ki, hər bir 
müsəlmana dörd qadına qədər evlənmək icazə verilir. Amma bir qadınla kifayətlənsən daha yaxşı olar. 
Əgər Ninonun uşağı olmasa, o başqa məsələdir. Arvadına sədaqətsizlik eləmə. Onunla səbirli ol. 
Qadınlar uşaq kimidirlər, amma uşaqlardan fərqli olaraq onlar daha hiyləgər və daha yaman olurlar. 
Bunu da bilməlisən, bu çox vacib məsələdir. İstədiyin vaxt ona çoxlu hədiyyələr gətir, ipək və daş – 
qaş ver. 
- Ata, mən onu sevirəm. 
O başını yırğaladı: 
– Ümumiyyətlə kişi gərək arvadı sevməsin. Kişi vətənini, müharibəni sevər. Bəzi kişilər dəgözəl 
xalçaları və yaxud nadir silahları sevirlər. Ancaq kişinin qadını sevməsinə rast gəlmək olur. Leyli və 
Məcnunun dillərdə əzbər olan eşqindən və yaxud Hafizin qəzəllərindən xəbərin varmı? Hafiz bütün 
ömrü boyu eşqi – məhəbbəti tərənnüm edib. Amma bəzi ağıllı adamlar deyirlər ki, Hafiz ömründə bir 
qadınla belə yatmayıb. Məcnun isəəməlli – başlı dəli idi. İnan mənə oğlum. Kişi qadını qorumalıdır, 
ona baxmalıdır, amma sevmək qadının vəzifəsidir. Allahın buyruğu belədir. 
Mən ona cavab verməyib susmağı üstün tutdum. Atam da dinməz oturdu. Bəlkə də o haqlı idi. Kişinin 
həyatında məhəbbət  ən vacib, ən mühüm şey deyil. Mən hələ  həyatda atamın təcrübə  və bildiyinin 
zirvəsinə çatmamışdım. 
Atam birdən-birə gülərək dedi: “Yaxşı, mən sabah Knyaz Kipianininyanına gedib, məsələni onunla 
danışaram. Yoxsa dünya dəyişib, artıq gənclər özləri indi qıza elçi gedirlər?  
– Kipianlilərlə mən özüm gedib danışacağam, – deyə tələsik cavab verdim. 
Atlaraminib Bayıla tərəf sürdük. Bir az keçəndən sonra Bibiheybətin neft vışkaları göründü. Qara neft 
buruqları eybəcər görünüşlü qaranlıq bir meşəni xatırladırdı. Ətrafı neft qoxusu bürümüşdü. 
Əllərindən neft damcılayan fəhlələr, neft fışqıran buruğun yanında dayanmışdılar. Bayıl həbsxanasının 
yanından keçəndə birdən-birə güllə səsi eşitdik. “Kimi güllələyirlər?” – deyə mən soruşdum.  
– Yox, bu dəfə Bayıl həbsxanasında heç kimi güllələmirdirlər. Güllə  səsləri Bayıl qarnizonunun 
kazarmasından gəlirdi. Orada əsgərlərə müharibə təlimini öyrədirdilər.  
– Dostlarını görmək istəyirsənmi? – deyə atam soruşdu. Başımla ona “bəli” işarəsi etdim. Atlarımızı 
kazarmanın təlim meydançasına sürdük. İlyas bəylə Məmməd Heydər öz hissələrindəki əsgərlərə təlim 
keçirdilər. Onların alınlarından tər süzülürdü.  
Məmməd Heydərin sifətində çox ciddi bir ifadə vardı. İlyas bəy isə başqa bir nəfər tərəfindən idarə 
edilən incə bir oyuncağı andırırdı. Hər ikisi bizə yaxınlaşıb salam verdilər.  
– “Hərbi xidmət necədir, xoşunuza gəlirmi? – deyə soruşdum. 
İlyas bəy cavab vermədi... 
Məmməd Heydər də qaşqabağını töküb dedi ki, hər haldaməktəbdən yaxşıdır.  
İlyas bəy də dilləndi.  
– Alayımıza yeni bir komandan gəlir. Şuşalıdır, adı Knyaz Melikovdur.  
– Melikov? O kəhər atı olan Melikov deyilmi? 
– Bəli, özüdür ki, var. İndidən bütün qarnizon o atdan əfsanələr danışır.  
Bir müddət aramıza sükut çökdü. Kazarmanın keçid meydanını qatı toz təbəqəsi örtmüşdü. İlyas bəy 
qısqanc və sıxıntılıbaxışlarla əsgərlər tərəfə baxırdı. Atam əlini onun çiyninə qoydu: 
 – Deyəsən, Əli xana həsəd aparırsan ki, o azaddır. Paxıllıq eləmə, çünki o, da öz razılığı ilə azadlığını 
əldən vermək niyyətindədir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə