ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   2   3   4   5   6   7   8   9   10   ...   59

- Qadın gərək başqasının yox yalnız öz ərinin xoşuna gəlməyə çalışsın. Açıq sifət, çılpaq kürək, yarıya 
kimi örtülmüş sinə, incə ayaqlardakı şəffaf corablar – bunların hamısı nəsə vəd edir. Çünki qadını belə 
vəziyyətdə görən kişi, daha artığını görmək istəyəcəkdir. Kişini belə arzulardan “qorumaq” üçün isə 
qadın çadra örtməlidir. 
Nino mənə təəccüblə baxa-baxa qaldı. 
- Səncə, Avropada on yeddi yaşındakı qızlarla on doqquz yaşındakı oğlanlar heç belə şeylərdən 
danışarlarmı? 
- Zənn etmirəm. 
- Elə isə gəl biz də bu barədə danışmayaq – deyə Nino sərt şəkildə dedi və dodaqlarını sıxdı. 
Əlim Ninonun saçlarını tumarlayırdı. O, başını qaldırdı. Batan günəşin son parıltısı onun gözlərinə 
düşmüşdü. Ona doğru əyildim... Onun dodaqları incəliklə, iradəsiz aralandı. Mən biçimsiz bir şəkildə 
onu xeyli öpdüm. Sonra birdən məni itələyib, məndən ayrıldı. İkimiz də susub alaqaranlığı seyr 
edirdik. Bir az sonra etdiyimiz hərəkətdən utanmış kimi olaraq ayağa qalxdıq. 
Əl-ələ verib Qubernator bağını tərk etdik. 
Bağdan çıxarkən Nino dilləndi: 
- Hər halda, mən də gərək çadra geyəydim. 
O, pərt halda gülümsədi. İndi hər şey öz yoluna düşmüşdü. Mən onu evlərinə  qədər ötürdüm. 
Ayrılarkən: “Şübhəsiz ki, sizin buraxılış gecəsinə gələcəyəm!” dedi. Onun əlini tutdum: “Nino, bu yay 
nə edəcəksən?” dedim. 
- Yayda biz ailəvi Şuşaya gedəcəyik. Amma bu o demək deyil ki, biz Şuşaya gediriksə, sən də  gərək 
oraya gedəsən. 
- Çox yaxşı, belə isə yayda Şuşada görüşərik: 
- Əli xan, vallahi sən lap zəhlə tökən adamsan. Amma heç bilmirəm ki, niyə səndən bu qədər xoşum 
gəlir. 
Nino evlərinə girdi, arxasınca qapı bağlandı. Mən isə evimizə getdim. Əmimin sifəti qurumuş bir 
kərtənkələni andıran xədimağası dişlərini ağarda-ağarda mənə dedi: “Gürcü qadınları çox gözəldirlər, 
xan. Amma onları bağlarda çoxlu adamların keçdiyi yerlərdə öpmək yaramaz. Çünki ətrafdan bunu 
görən olur”.  
Onun qansız qulağını çəkdim. Xədimağaların istədikləri zaman son dərəcə şeytan olmaqlarını bilirdim. 
Sonra atamı görməyə getdim. 
- Məzun olduğum üçün, sən mənə üç arzumun yerinə yetirilməsinə söz vermişdin. Səndən 
istəyəcəyimin birincisini artıq bilirəm – dedim. 
Bu yay Qarabağa getmək istəyirəm. 
Atam uzun-uzadı üzümə baxdı və sonra gülümsəyərək başını yırğaladı. 
 
 
IV 
 
Zeynal ağa Bakı yaxınlığındakı Binəqədi kəndindən olan cahil bir kəndli idi. Onun şoran çöldə tozlu, 
böyük bir torpaq sahəsi vardı. İllər boyu az çox o sahəni əkib becərərdi. Sonra bir gün zəlzələlərin biri 
onun torpaq sahəsində yarıq əmələ  gətirdi. Bu açılan yarıqdan da neft fışqırmağa başlamışdı. O 
gündən sonra Zeynal ağa bir daha həyatda pul qazanmaq üçün başqa yollar axtarmağa lüzum 
görməmişdi. Sel kimi gələn pulu comərdcəsinə xərcləyirdi. Amma buna baxmayaraq hər gün pul artır 
və onun üçün bu pul yükə çevrilirdi. Elə bir yükə çevrilirdi ki, onu lap əldən salmışdı. Bu qədər açıq 
bir talehin ardından sonra kişi bir fəlakətin gələcəyinə inanmağa başlamışdı. Zeynal ağa məhkum 
olunmuş məhbus kimi edam hökmünü gözləyərək yaşamağa başlamışdı. O, məscidlər, xəstəxanalar, 
təcridxanalar tikdirirdi. Bu arada Məkkəyə  də  həccə gedib hacı olmuş və orada da yetimxanalar 


tikdirmişdi. Lakin heç bir rüşvət qəbul etmirdi. Yetmiş yaşında ikən evləndiyi on səkkiz yaşlı arvadı 
onun namusuna ləkə gətirmişdi. Zeynal ağa zalımcasına və vəhşicəsinə namusunun intiqamını almış, 
ondan sonra da bir yorğun kişiyə çevrilmişdi. Onun ailəsi dağılmış, bir oğlu onu tərk etmiş, o birisi 
oğlu isə özünü intihar edərək ona misilsiz bir şərəfsizlik gətirmişdi. 
Bu səbəbdən də Zeynal ağanın saçları ağarmış və beli bükülmüşdü. Bakıdakı qırx otaqlı sarayında 
yalqız yaşayırdı. Onun həyatda sağ qalmış yeganə oğlu İlyas bəy bizim sinif yoldaşımız olduğu üçün 
buraxılış ziyafətimiz, tavanı qaya daşından düzəldilmiş Zeynal ağanın evinin böyük ziyafət salonunda 
təşkil edilmişdi. 
Axşam saat səkkizdə  mən, salonun enli mərmər pilləkənlərilə yuxarı qalxdım. Yuxarıda İlyas bəy 
pilləkənin başında dayanıb qonaqları qarşılayırdı. O da mənim kimi belindəki kəmərindən zərif xəncər 
sallanan yaraşıqlı çərkəz libasını geyinmişdi. 
Quzu dərisindən olan papağını isə çıxartmamışdır. Çünki bu gündən etibarən hamımız belə geyinmək 
imtiyazına sahib idik. Sağ əlimi, papağıma vurub: “Salamün əleykim, İlyas bəy” deyərək, köhnə milli 
adətlə əllərimizi bir-birimizə uzatdıq: mənim sağ əlim onun sağ əlini sıxdı. 
“Bu gecə cüzamxana bağlanacaq” - deyə İlyas bəy pıçıldadı. Mən razı halda başımı yırğaladım. 
Cüzamxana, bizim sinfin ixtirası və sirri idi. Hətta illərlə  şəhərimizdə yaşayan rus müəllimlərinin 
ölkəmizdən bir tikə belə  xəbərləri yox idi. Ona görə  də biz onları aldadıb Bakının yaxınlığında bir 
cüzamxana olduğunu söyləmişdik. İçimizdən bir dərsdən yayınmaq istəyirdisə, o saat o, sinif 
nümayəndəsinə deyirdi. O, da sinif müəllimimizin yanına gedər və dişlərini qıcırda-qıcırda xəbər 
verirdi ki, cüzamxanadan bir xəstə şəhərə qaçıb. Polis onu axtarır. Sonra polisin cüzamxananı aramağa 
çıxmış olduğunu da əlavə edərdi. Şübhə var ki, xəstə həmin o tələbənin yaşadığı məhəllədə gizlənir. 
Sinif müəllimimiz bu xəbəri eşidən kimi rəngi qaçırdı və qaçan xəstənin tutulub təkrar cüzamxanaya 
salınana qədər həmin tələbənin dərsdən buraxılmasına icazə verirdi. 
Bu cür əlavə  tətil bir həftə, bəzən də daha çox davam edərdi. Amma heç bir müəllimin ağlına belə 
gəlmirdi ki, sanitariya idarəsinə gedib şəhərin yaxınlığında doğrudan da bir cüzamxana olub-
olmadığını soruşsun. 
Mən ağzına kimi adamlarla dolu ziyafət salonuna girdim. Sifətində xüsusi bir təntənə  və bayram 
ifadəsi olan gimnaziya müdirimiz Vasiliy Qriqoryeviç Xrapko, böyük bir əda ilə salonun küncündə 
oturmuşdu. Müəllimlər onu əhatəyə almışdılar. Ona yaxınlaşdım və  dərin bir ehtiramla ona baş 
əydim. Müdirlə bağlı bir danışıq olduğu zaman müsəlman tələbələrinin tərcüməçiliyini mən edərdim. 
Çünki xarici dilləri və  ləhcələri son dərəcə  cəld qavraya bilirdim. Müsəlman tələblərinin çoxu rusca 
danışarkən elə ilk cümlələrində rus əsilli olmadıqlarını aşkar etdiyi halda, mən hələ üstəlik bir çox rus 
ləhcələrinin də bilirdim. 
Müdirimiz Peterburqdan idi. Ona görə  də onunla Peterburq ləhcəsində danışmaq lazım idi. Yəni 
samitləri pıçıltı ilə deyib, saitləri udmaq lazım idi. Səssiz danışmaq gözəl səslənmirdi, amma son dərəcə 
nəcib bir hərəkət sayılırdı. Müdirimiz ölkənin uzaq sərhəd boylarınadək inkişaf eləyən ruslaşdırma 
siyasətinin yayılmış olmasından sevinirdi. 
- Axşamınız xeyir olsun, cənab müdir – deyə utancaq şəkildə ona müraciət etdim. 
- Axşamınız xeyir, Şirvanşir. İmtahan qorxusundan özünüzə gələ bilmisinizmi? 
- Bəli, cənab müdir. Lakin o qorxu keçdikdən sonra dəhşətli bir əhvalatın şahidi oldum. 
- Nə olub ki? 
- O cüzəmxana məsələsini deyirəm. 
- Cüzəmxanaya nə olub axı? 
- Xəbəriniz yoxdurmu, cənab müdir! Dünən bütün xəstələr xəstəxanadaqaçıb şəhərə doğru yürüşə 
keçmişlər. Onlara qarşı Salyan kazarmasından iki hərbi hissə göndərmək lazım gəlmişdi. Xəstələr iki 
kəndi tamam işğal etmişlər. Əsgərlər də o kəndləri mühasirəyə almış, xəstələri güllələmiş və evlərə od 
vurub yandırmışdılar. Bu dəhşətli bir əhvalat deyilmi, cənab müdir? Cüzamxana deyilən bir yer artıq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə