Mən qulaq asırdım. Bu nitqdən müharibə və qan iyi gəlirdi. Artıq
neçə gün idi ki,
kazarmanın həyətində pulemyotdan necə istifadə etməyi öyrənirdim. İndi bu yeni bilgini
lazımlı yerdə tətbiq etmək olardı. Məmməd Heydər yanımda dayanıb patrondaşları ilə
oynayırdı, əyilib onun qulağına dedim: “Toplantıdan sonra İlyas bəylə bizə gəlin. Seyid
Mustafa da bizdə olacaq. Biz vəziyyəti müzakirə etməliyik”.
Məmməd Heydər başı ilə “gələrik” işarətini edib getdi. Dostları çox keçmədən gəldilər.
Onlar silahlı idilər. Həttə Seyid Mustafa belə yaşıl qurşağının altına bir xəncər taxmışdı.
Nino bir evdar qadın kimi tələsik çay hazırladı. İçimizdə anlaşılmaz bir sakitlik var idi.
Müharibə ərəfəsində şəhər sıxıntılı və yad görünürdü. Hələ də küçələrdə insanlar
gəzişirdilər, işə gedirdilər və bazarlarda alver edirdilər. Amma onların hərəkətlərində
qeyri-real cəhətləri sezmək olurdu. Elə bil onlar həyatın gündəlik vərdişlərinin tezliklə
mənasızlığa çevriləcəyini indidən başa düşürdülər.
– Evinizdə kifayət qədər silahınız varmı? – deyə İlyas bəy soruşdu.
–
Beş tüfəng, səkkiz tapança, bir pulemyot və döyüş sursatımız var.
– Bundan başqa evinizdə qadınlarla uşaqların sığınacağı üçün zirzəminiz varmı?
Nino birdən başını qaldırdı və qətiyyətlə dedi:
– Mən zirzəmiyə getməyəcəyəm. Mən evimi müdafiə edəcəyəm. Onun səsi çox sərt və
qəti idi.
Məmməd Heydər çox sakit tərzdə dedi:
– Nino, biz silah tətbiq edəcəyik, əgər yaralansaq, siz də yaralarımızı sarıyarsınız.
Nino başını aşağı əydi. Onun səsi tutulmuş görünürdü: “Aman Allah, şəhərimizin
küçələri döyüş meydanına, teatrımızın binası da baş qərargaha çevriləcək.
Bir azdan sonra
isə, Nikolay küçəsinə getmək Çinə getməkdən də çətin olacaq. Müqəddəs Tamara
litseyinə getmək üçün ya dünyagörüşünü dəyişmək və yaxud bir ordunu məğlub etmək
lazım olacaqdır. Qubernator bağına qarnı üstə sürünə-sürünə getməyinizi və vaxtı ilə Əli
xanla görüşdüyüm hovuzun yanında pulemyot qurulacağını xəyalımda canlandırdım. Biz
çox qəribə bir şəhərdə yaşayırıq”.
Sonra İlyas bəy sözə başladı:
– Şəhərin içində döyüş olmayacağına əminəm. Ruslar bizim ultimatumu qəbul edəcəklər.
Məmməd Heydər acıqlı-acıqlı gülüb dedi:
– Sizə deməyi yaddan çıxartdım, buraya gələndə yolda Əsədullaha rast gəldim. O, dedi
ki, ruslar ultimatumu rədd ediblər. Onlar tələb edirlər ki, biz silahlarımızı təslim edək.
Mən silahımı onlara verməyəcəyəm.
İlyas bəy dedi:
– Bu bizim erməni müttəfiqlərimiz üçün müharibə deməkdir.
Nino susurdu, onun sifəti pəncərəyə tərəf çevrilmişdi.
Seyid Mustafa əmmaməsini
düzəldib dedi:
– Allah, Allah! Mən cəbhədə olmamışam. Əli xan qədər də ağıllı deyiləm. Lakin şəraiti
yaxşı bilirəm. Müharibə zamanı müsəlmanlar kafirlərin sədaqətinə bel bağlayarsa, o
müharibədən xeyir gəlməz. Əslində, başqasına bel bağlamağın özü pis şeydir. Şəriət belə
buyurur, həyat da belədir. Erməni hərbi dəstələrinə kimlər rəhbərlik edir? Stepan Lalay!
Onu tanıyırsınız. Mən heç cürə inana bilmirəm ki, ermənilər bizimlə birlikdə ruslara qarşı
vuruşsunlar. Axı qarşımızdakı bu ruslar kimlərdir? Cır-Cındır içində olan bir sürü
anarxistlər və quldur dəstələri. Onların başçılarının adı Stepan Şaumyandır. O da
98
ermənidir. Erməni anarxistləri
ilə erməni millətçiləri, müsəlman millətçiləri ilə erməni
millətçilərindən tez birləşərlər. Hər şey Quranın həqiqəti kimi aydındır.
Seyid – deyə Nino sözə başladı. Burada bir məntiq də vardır. Əgər Ruslar qalib gələrsə,
hər halda Stepan Lalay ilə Andranikə yaxşı münasibət bəsləməyəcəklər.
Məmməd Heydər birdən-birə qaqqıltı ilə gülüb dedi:
– Dostlar, məni bağışlayın, üzr istəyirəm düşünürəm ki, əgər biz müharibədə qalib
gəlsək ermənilərin vəziyyəti necə olacaq? Əgər
türklər Ermənistana girsələr, biz onların
ölkəsini müdafiə etməyəcəyik.
– İlyas bəy bərk hirslənərək dedi:
– Belə sözlər danışmayın, hətta ağlınıza belə gətirməyin. Erməni məsələsi çox asan və
sadə yolla həll ediləcək. Lalayın rəhbərlik etdiyi batalyonların döyüşçüləri Ermənistana
gedəcək. Döyüşçülərlə birlikdə onların ailələri də çıxıb gedəcəklər. Beləliklə, bir ilin
ərzində Bakıda erməni qalmayacaq. Onlar öz
ölkələrinin sahibi olacaqlar, biz də öz
ölkəmizin sahibi olacağıq. Ondan sonra da biz sadəcə iki qonşu xalq olaraq ömür
sürəcəyik.
Mən söz alaraq dedim:
– İlyas bəy, Seyid Mustafa heç də haqsız deyil. Bir siyasətçi olmalıdır, Əli xan. yəni elə bir
adam olmalıdır ki, xalqını qırğından xilas etmək naminə öz qəlbindəki şəxsi intiqam
hissini boğsun. Əgər onun ağlı başındadırsa, özünün və xalqının
mənafeyi üçün bizim
tərəfimizdə olardı.
Biz qaranlıq düşənə qədər öz aramızda mübahisə etdik. Sonra Nino sözə başladı:
– İstər siyasətçi və istərsə də sadə bir insan olun, lakin bir şey istəyirəm ki, bir həftədən
sonra inşallah sağ-salamat buraya qayıdasınız.
Əgər şəhərdə müharibə başlayarsa...
Nino sözünü axıra çatdıra bilmədi, susdu.
Gecə o mənim yanıma uzandı, amma yuxulaya bilmədi. Ağzı azacıq açıq, dodaqları nəm
idi. Nino gözlərini pəncərəyə zilləyib susurdu. Mən onu qucaqladım. O, üzünü mənə tərəf
çevirib soruşdu: “Əli xan, sən də döyüşə qatılacaqsanmı?”
Əlbəttə, Nino.
O da: “Əlbəttə vuruşacaqsan” – deyə təkrar etdi.
Birdən o başımı əlləri arasına alıb, köksünə sıxdı,
gözlərini geniş açaraq, dinməzcə məni
öpdü. Onu çılğın bir ehtiras bürümüşdü. Məni şəhvətlə və qorxu içərisində özünə tərəf
çəkdi. Onun simasında elə bil bambaşqa bir dünyanın ifadəsi var idi. Birdən başımı
gözlərinə yaxınlaşdırıb xəfif səslə dilləndi.
– Oğlumuza “Əli adı verəcəyəm” deyib yenə susdu. Sonra tərləmiş gözləri pəncərəyə
tərəf zilləndi. Qədim minarənin narın və zərif quruluşu ayın solğun işığına qərq olmuşdu.
Qədim qala divarları isə arxasına qaranlıq və qorxunc bir kölgə salmışdı. Uzaqlardan
dəmirin dəmirə sürtülməsindən çıxan bir səs eşidildi.
Kimsə xəncərini itiləyirdi və elə bil o gələcəkdən xəbər verirdi.
Bu vaxt telefon zəng
çaldı.
Yerimdən durdum və qaranlıqda yavaş-yavaş yeriyib telefonun dəstəyini götürdüm.
Dəstəkdən İlyas bəyin səsi gəldi:
– Ermənilər ruslarla birləşdilər. Onlar bütün müsəlmanların sabah saat üçə qədər
tərksilah edilməsini tələb edirlər. Təbii ki, biz bunu rədd edirik. Sən pulemyotu götürüb
99