Bilik – Elm – Bilik
53
masının
vacibliyinə işarə edir
4
1
. B.Y.Pukşanski «empirik» və «nəzəri» an-
layışlarının mənasını onların daha geniş tətbiqi istiqamətində açmağa
çalışır
4
2
.
Empirik biliyin sadəcə gündəlik insan fəaliyyətilə əlaqələndirilməsi
bu anlayışın adi biliklə eyniləşdirilməsinə, yəni onun biliyin bir səviyyəsi
kimi yox, ümumilikdə bilik sahəsi kimi başa düşülməsinə gətirib çıxarır.
Görünür, məhz bu vəziyyəti nəzərə alan alim adi biliklə empirik bilik anla-
yışlarını fərqləndirməyə çalışır və adi biliyi elmi olmayan empirik biliyin
fərqli növü kimi müəyyənləşdirir. Adi bilik, şübhəsiz ki, təcrübi – «empi-
rik» bilikdir. Ədəbiyyatda «adi bilik» kateqoriyası kimi, bir qayda olaraq,
bütövlükdə elmi olmayan bütün «empirik» biliklər əhatə olunur.
Lakin «adi bilik» anlayışının məzmunu nə qədər konkretləşmiş olsa
belə, onun haqqında dəqiq təsəvvür yaranmır. Elmi olmayan empirik bili-
yin xüsusi (peşə sahələrinə görə) və ümumi biliyə ayrılması
4
3
hansısa fun-
damental meyara əsaslanmır. Çünki ümumi adlanan bilik forması, yalnız
onunla fərqləndirilir ki, insanların müəyyən hissəsi yox, hamısı mütəxəs-
sisdir. İnsanların məişət səviyyəsindəki biliyi isə mütəxəssislərin əyani-
təcrübi fəaliyyət səviyyəsindəki biliyindən heç də pis deyil. Hər iki halda
söhbət biliyin eyni səviyyəsindən gedir.
Elmi səviyyəyə keçid zamanı məişət sahəsi digər sahələrdən heç nə
ilə fərqlənmir. Burada artıq xüsusi bir keçid mərhələsi, yəni, ixtisaslaşmış
elmi olmayan empirik bilik tələb olunmur, halbuki elmi olmayan ümumi
empirik bilik onunla eyni tutulur.
Elmi ədəbiyyatda «adi bilik» anlayışı tez-tez fərqli anlamlarda işlə-
dilir. Belə ki, P.V.Kopnin yazır: «…bu və ya digər elmə daxil olan və onun
bir elementini təşkil edən bilik elmi bilik adlandırılır. Bu mənada o, gündə-
lik həyat təcrübəsinin müasir elmin tərkib hissəsi olmayan anlayışların, va-
sitələrin tətbiqi ilə ümumiləşdirilməsi nəticəsində yaranan bayağı biliyə
qarşı qoyulur»
4
4
. Göründüyü kimi, qalan elmi olmayan bilik vahid anlayış-
la, yəni, «bayağı bilik»lə əhatə olunur. Lakin bilik səviyyələrinin tam xa-
rakteristikası üçün belə bölgü kifayət deyildir.
1
Bax: Н.К. Вахтомин. Генезис научного знания. М., 1973. с.13.
2
Б.Я. Пукшанский. Гносеологические аспекты соотношения научного и обыден-
ного знания (автореферат). Л., 1974. с.6.
3
Yenə orada, s. .5.
4
П.В. Копнин. Диалектика как логика и теория познания. М., 1973, c.261.
Elm haqqında elm
54
A.Q.Spirkinin təsnifatında «adi» («obıdennoe») əvəzinə «məişət»
(«
jiteyskoe») sözü istifadə olunur, həmçinin biliyin
daha iki növü göstəri-
lir: «Biliklər məişət, elməqədərki, bədii və elmi ola bilərlər. Sonuncu isə
öz növbəsində empirik və nəzəri biliklərə ayrıla bilər»
4
1
. Daha mükəmməl
görünməsinə baxmayaraq, biliklərin bu cür bölgüsü prinsipcə yuxarıda təq-
dim etdiyimiz təsnifatlardan fərqlənmir. Məsələ burasındadır ki, elməqə-
dərki biliyə sadəcə tarixi planda baxıla bilər və o, biliyin müasir dövr üçün
təsnifatına daxil edilə bilməz. «Elməqədərki» sözü elmi tədqiqatın hər bir
proseduru üçün vacib olan hansısa ilkin informasiyanın göstərilməsi məq-
sədilə istifadə olunmur. Elməqədərki bilik hələ elmin olmadığı dövrün bü-
tün biliklərinin ayrılmaz, yəni bütöv məcmuyudur. Və bir qayda olaraq, o,
mifoloji, dini və adi biliklərə bölünür.
4
2
O ki qaldı biliyin xüsusi növü olan
bədii biliyə, burada artıq, fikrimizcə, «bədii bilik» ifadəsinin işlənməsinin
özü mübahisəlidir. İncəsənət əsərlərində spesifik bilik – bədii obrazdır ki,
o, biliyin ümumi qəbul olunmuş izahından ayrılır və heç bir şəkildə bənzər
hadisə kimi biliyin digər növləri ilə müqayisə oluna bilməz.
«Bədii obraz bədii informasiyanın daşıyıcısıdır…»
5
3
. Ona görə də,
bədii obraza biliklə, təəssüratla, duyğu ilə yanaşı, daha ümumi hadisənin
xüsusi növü kimi baxmaq məqsədəuyğun olardı.
Fikrimizcə, mifoloji, dini və bədii informasiyanın bilikdən fərqləndi-
rilməsi məqsədəuyğundur. Belə ki, məntiqi təfəkkür onlarda əsas rol oyna-
mır. Fəlsəfi biliklərə gəldikdə isə, o, informasiyanın spesifik bir növüdür.
Düzdür, Sovet fəlsəfə ədəbiyyatında fəlsəfəyə biliyin bir sahəsi kimi və ya
hətta xüsusi forması kimi baxılması, demək olar ki, ümumi qəbul olunan
hal olub. Amma bir halda ki, hər fəlsəfə sistemi elm deyil, biliklərin təsni-
fatında fəlsəfədən danışmaq qanunauyğun olmazdı. Fəlsəfənin bəzi irrasio-
nal, dini-mistik cərəyanları ilk növbədə informasiyanın mistik və bədii-ob-
razlı formaları ilə bağlıdır və onlara biliyin növləri kimi baxıla bilməz.
Elmi fəlsəfəyə biliyin elmi (daha hər hansı xüsusi yox) səviyyəsi sa-
həsi kimi baxmaq mümkündür və lazımdır. Fəlsəfi informasiyanı isə
ümumiyyətlə yalnız elmi olduğu dərəcədə bilik hesab etmək olar.
1
А.Спиркин. Знание // БСЭ. Т.9., М., 1972. c.555.
2
См.: В.У.Бабушкин. О природе философского знания. М., 1978.
3
М.С. Каган. Еще раз о взаимоотношении науки и искусства // Философские
науки. 1979. № 2. c. 42.