Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə19/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   15   16   17   18   19   20   21   22   ...   281

Bilik – Elm – Bilik 

 

 

 

53



masının vacibliyinə işarə edir

4

1



. B.Y.Pukşanski «empirik» və «nəzəri» an-

layışlarının mənasını onların daha geniş  tətbiqi istiqamətində açmağa 

çalışır

4

2



.  

Empirik biliyin sadəcə gündəlik insan fəaliyyətilə  əlaqələndirilməsi 

bu anlayışın adi biliklə eyniləşdirilməsinə, yəni onun biliyin bir səviyyəsi 

kimi yox, ümumilikdə bilik sahəsi kimi başa düşülməsinə  gətirib çıxarır. 

Görünür, məhz bu vəziyyəti nəzərə alan alim adi biliklə empirik bilik anla-

yışlarını fərqləndirməyə çalışır və adi biliyi elmi olmayan empirik biliyin 

fərqli növü kimi müəyyənləşdirir. Adi bilik, şübhəsiz ki, təcrübi – «empi-

rik» bilikdir. Ədəbiyyatda «adi bilik» kateqoriyası kimi, bir qayda olaraq, 

bütövlükdə elmi olmayan bütün «empirik» biliklər əhatə olunur.  

Lakin «adi bilik» anlayışının məzmunu nə qədər konkretləşmiş olsa 

belə, onun haqqında dəqiq təsəvvür yaranmır. Elmi olmayan empirik bili-

yin xüsusi (peşə sahələrinə görə) və ümumi biliyə ayrılması

4

3

 hansısa fun-



damental meyara əsaslanmır. Çünki ümumi adlanan bilik forması, yalnız 

onunla fərqləndirilir ki, insanların müəyyən hissəsi yox, hamısı mütəxəs-

sisdir.  İnsanların məişət səviyyəsindəki biliyi isə mütəxəssislərin  əyani-

təcrübi fəaliyyət səviyyəsindəki biliyindən heç də pis deyil. Hər iki halda 

söhbət biliyin eyni səviyyəsindən gedir. 

Elmi səviyyəyə keçid zamanı məişət sahəsi digər sahələrdən heç nə 

ilə fərqlənmir. Burada artıq xüsusi bir keçid mərhələsi, yəni, ixtisaslaşmış 

elmi olmayan empirik bilik tələb olunmur, halbuki elmi olmayan ümumi 

empirik bilik onunla eyni tutulur.  

Elmi ədəbiyyatda «adi bilik» anlayışı tez-tez fərqli anlamlarda işlə-

dilir. Belə ki, P.V.Kopnin yazır: «…bu və ya digər elmə daxil olan və onun 

bir elementini təşkil edən bilik elmi bilik adlandırılır. Bu mənada o, gündə-

lik həyat təcrübəsinin müasir elmin tərkib hissəsi olmayan anlayışların, va-

sitələrin tətbiqi ilə ümumiləşdirilməsi nəticəsində yaranan bayağı biliyə 

qarşı qoyulur»

4

4



. Göründüyü kimi, qalan elmi olmayan bilik vahid anlayış-

la, yəni, «bayağı bilik»lə əhatə olunur. Lakin bilik səviyyələrinin tam xa-

rakteristikası üçün belə bölgü kifayət deyildir. 

                                                 

1

 Bax: Н.К. Вахтомин. Генезис научного знания. М., 1973. с.13. 



2

 Б.Я.  Пукшанский. Гносеологические аспекты соотношения научного и обыден-

ного знания (автореферат). Л., 1974. с.6. 

3

 Yenə orada, s. .5. 



4

 П.В. Копнин. Диалектика как логика и теория познания. М., 1973, c.261. 




Elm haqqında elm 

 

 



 

54

A.Q.Spirkinin təsnifatında «adi» («obıdennoe»)  əvəzinə «məişət» 



jiteyskoe») sözü istifadə olunur, həmçinin biliyin daha iki növü göstəri-

lir: «Biliklər məişət, elməqədərki, bədii və elmi ola bilərlər. Sonuncu isə 

öz növbəsində empirik və nəzəri biliklərə ayrıla bilər»

4

1



. Daha mükəmməl 

görünməsinə baxmayaraq, biliklərin bu cür bölgüsü prinsipcə yuxarıda təq-

dim etdiyimiz təsnifatlardan fərqlənmir. Məsələ burasındadır ki, elməqə-

dərki biliyə sadəcə tarixi planda baxıla bilər və o, biliyin müasir dövr üçün 

təsnifatına daxil edilə bilməz. «Elməqədərki» sözü elmi tədqiqatın hər bir 

proseduru üçün vacib olan hansısa ilkin informasiyanın göstərilməsi məq-

sədilə istifadə olunmur. Elməqədərki bilik hələ elmin olmadığı dövrün bü-

tün biliklərinin ayrılmaz, yəni bütöv məcmuyudur. Və bir qayda olaraq, o, 

mifoloji, dini və adi biliklərə bölünür.

4

2



 O ki qaldı biliyin xüsusi növü olan 

bədii biliyə, burada artıq, fikrimizcə, «bədii bilik» ifadəsinin işlənməsinin 

özü mübahisəlidir. İncəsənət əsərlərində spesifik bilik – bədii obrazdır ki, 

o, biliyin ümumi qəbul olunmuş izahından ayrılır və heç bir şəkildə bənzər 

hadisə kimi biliyin digər növləri ilə müqayisə oluna bilməz.  

«Bədii obraz bədii informasiyanın daşıyıcısıdır…»

5

3

. Ona görə  də



bədii obraza biliklə, təəssüratla, duyğu ilə yanaşı, daha ümumi hadisənin 

xüsusi növü kimi baxmaq məqsədəuyğun olardı.  

Fikrimizcə, mifoloji, dini və bədii informasiyanın bilikdən fərqləndi-

rilməsi məqsədəuyğundur. Belə ki, məntiqi təfəkkür onlarda əsas rol oyna-

mır. Fəlsəfi biliklərə gəldikdə isə, o, informasiyanın spesifik bir növüdür. 

Düzdür, Sovet fəlsəfə ədəbiyyatında fəlsəfəyə biliyin bir sahəsi kimi və ya 

hətta xüsusi forması kimi baxılması, demək olar ki, ümumi qəbul olunan 

hal olub. Amma bir halda ki, hər fəlsəfə sistemi elm deyil, biliklərin təsni-

fatında fəlsəfədən danışmaq qanunauyğun olmazdı. Fəlsəfənin bəzi irrasio-

nal, dini-mistik cərəyanları ilk növbədə informasiyanın mistik və bədii-ob-

razlı formaları ilə bağlıdır və onlara biliyin növləri kimi baxıla bilməz.  

Elmi fəlsəfəyə biliyin elmi (daha hər hansı xüsusi yox) səviyyəsi sa-

həsi kimi baxmaq mümkündür və lazımdır. Fəlsəfi informasiyanı isə 

ümumiyyətlə yalnız elmi olduğu dərəcədə bilik hesab etmək olar.  

                                                 

1

 А.Спиркин. Знание // БСЭ. Т.9., М., 1972. c.555. 



2

 См.: В.У.Бабушкин. О природе философского знания. М., 1978. 

3

 М.С.  Каган.  Еще  раз  о  взаимоотношении  науки  и  искусства // Философские 



науки. 1979. № 2. c. 42. 


Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə