Elmi biliklər üst-üstə yığılarkən bəzən



Yüklə 5,83 Mb.
Pdf görüntüsü
səhifə27/281
tarix25.11.2017
ölçüsü5,83 Mb.
#12392
1   ...   23   24   25   26   27   28   29   30   ...   281

Elm haqqında elm 

 

 



 

74

muşdur. Bu dövrdə yüksək təşəkküllü materiyanın yeni keyfiyyəti müstəqil 



mövcud ola bilmədiyindən (bilik və dil hələ yox idi) əldə və əl vasitəsilə 

təzahür edirdi. Deməli, əlin kəsb etdiyi yeni mahiyyət onun beyinlə birləş-

məsindən irəli gəlirdi. Bu yeni mahiyyəti əlin öz məzmun və formasındakı, 

quruluşundakı  dəyişikliklərlə izah etməyin birtərəfliliyi, çatışmazlığı da 

məhz bununla izah olunur. Əl müstəqil surətdə deyil, son dərəcə mürəkkəb 

bir orqanizmin üzvlərindən biri kimi yeni mahiyyət kəsb edir. İnsan 

orqanizminin yüksəldiyi yeni keyfiyyət pilləsi, beyinin inkişafı,  şüurun 

maddi fəaliyyətlə sintez halında da olsa artıq meydana gəlməsi – praktika-

nın yaranması və s. heç şübhəsiz, yalnız əlin yeni mahiyyət kəsb etməsi ilə 

məhdudlaşmır. Beyinlə kordinal əlaqədə olan digər orqanlar da dəyişir, 

yeniləşir və öz yeni funksiyaları ilə beyinin daha da inkişaf etməsinə təkan 

verir. Nitqin təkmilləşməsi eşitmə orqanının müvafiq surətdə daim təkmil-

ləşməsinə təsir etdiyi kimi, beynin də inkişafı, birlikdə bütün hisslərin tək-

milləşməsinə səbəb olur. 

Əlin özü duyğulardan birinin (lamisə – toxunma) daşıyıcısı olsa da, 

onun başlıca səciyyəsi insanın maddi fəaliyyətində oynadığı rolla bağlıdır. 

Hiss orqanlarının – duyğu üzvlərinin maddi fəaliyyətdə icraçılıq funksiyası 

yoxdur. Onlar insanın gerçəkliyə fəal, dəyişdirici münasibətində bilavasitə 

iştirak etmir. Duyğu üzvləri insandan gerçəkliyə doğru yox, gerçəklikdən 

insana doğru yönəlmiş bir prosesin icraçılarıdır. Bu proses insanın gerçək-

liyi seyr etməsi prosesidir. İdrak məhz seyrlə başlanır. 

İdrak seyrlə başlanır, lakin seyrdən yaranmır. İdrak prosesinə gətirib 

çıxaran ilkin proses – praktikadır. Praktikanın ən ibtidai forması, ilk pilləsi 

isə insanların bilavasitə öz təbii ehtiyaclarını ödəməyə yönəldilmiş fəaliy-

yətidir. Bu pillədə maddi və mənəvi praktikanın strukturuna müstəqil mə-

qamlar kimi daxil olmur; onlar hələ ayrılmayıblar. Bu dövrdə insanın hara-

da isə instinktiv, harada isə  məqsədəuyğun maddi fəaliyyətini bilavasitə 

həyata keçirən yeganə vasitə, orqan əldir. Əl bir hiss orqanı kimi formalaş-

mazdan əvvəl məhz bir fəaliyyət orqanı kimi formalaşmışdır. Lakin prakti-

ka sayəsində, insanın instinktiv məqsədəuyğun əməli fəaliyyəti prosesində 

bu prosesi mümkün edən beyin özü və onunla birlikdə duyğu üzvləri, hiss 

orqanları da inkişaf edir. Fəaliyyətlə yanaşı, ondan prinsipial surətdə fərqli 

olan yeni mahiyyətli hadisə – seyr başlanır. 

İdrak iki başlanğıcdan qida alır: maddi fəaliyyət və seyr. Məhz bu 

iki başlanğıc idrakı bir tərəfdən praktikanın məhsulu kimi, digər tərəfdən, 



Bilik – Elm – Bilik 

 

 

 

75



obyektiv gerçəkliyin inikası kimi başa düşməyə imkan verir. Praktika və 

inikas, fəaliyyət və seyr dilemması idrak nəzəriyyəsinin daimi probleminə 

çevrilmişdir. Metafizik təfəkkür bu iki tərəfi vəhdətdə götürə bilmədiyinə 

görə, onları qarşılaşdırmış və onlardan yalnız birinə üstünlük verməyə ça-

lışmışdır. Əslində isə fəaliyyət, praktika idrakın əsasını, mənbəyini heç də 

yalnız tarixən təşkil etmir, həm də bütün sonrakı dövrlərdə idrak prosesi ilə 

sıx surətdə bağlıdır. İdrakın sonrakı inkişaf yolunda onun praktika ilə əla-

qəsi daha mürəkkəb və çoxcəhətli olur, bu əlaqənin yeni çalarları açılır. 

Lakin bizi hələlik biliklərin yalnız genezisi və idrakın tarixi inkişaf yolu-

nun ilk pillələri maraqlandırdığından burada fəaliyyəti məhz idrakın əsası 

kimi nəzərdən keçirəcək və onun seyr ilə tarixən nə kimi bir nisbətdə oldu-

ğunu müəyyənləşdirməyə çalışacağıq. 

Əgər vərdişlərə əsaslanan praktik fəaliyyət, əlin “şüurlu”, instinktiv-

məqsədəuyğun hərəkətləri bilavasitə insanın təbii ehtiyaclarını ödəməyə 

yönəldilmişdirsə, seyr müəyyən müstəqilliyə malikdir və insanın maddi tə-

ləbatından bilavasitə asılı olmadan ümumiyyətlə təbiətə, gerçəkliyə reaksi-

ya  şəklində meydana çıxır. Bu cəhət sonralar əmək bölgüsü üçün, zehni 

əməklə fiziki əməyin ayrılması üçün mühüm şərt kimi çıxış edir. Əgər bir 

insan miqyasında bölgü prinsipcə mümkün olmasa idi, fəaliyyət və seyr iki 

nisbi müstəqil başlanğıc kimi formalaşmasa idi və bir-birindən getdikcə 

daha çox dərəcədə ayrılmasa idi, nəhayət, hiss orqanları və seyrin inkişafı 

sayəsində yeni keyfiyyətli fəaliyyət ortaya çıxmasa idi, cəmiyyət miqya-

sında bölgü də prinsipcə mümkün olmazdı. 

Seyr özlüyündə heç də o saat biliklərin yaranmasını və nitqin əmələ 

gəlməsini təmin etmir. Getdikcə  təkmilləşməkdə olan hiss orqanlarının 

verdiyi informasiya hələ ümumiləşdirilə bilmir və məntiqi formalara salın-

mır. Lakin hər bir hissi təsir müəyyən siqnal kimi qəbul olunur və insan 

həmin siqnala müvafiq reaksiya verir. Birinci siqnal sisteminin yaranması 

və yüksək dərəcədə inkişaf etməsi instinktiv-məqsədəuyğun fəaliyyətin də 

müvafiq surətdə təkmilləşməsinə səbəb olur. 

Seyr maddi fəaliyyəti təkmilləşdirdiyi kimi, fəaliyyət də seyrə kon-

kret istiqamət verir, onu daha məqsədyönlü edir. Hiss orqanları insan 

fəaliyyəti ilə bağlı olan cəhətləri getdikcə daha mükəmməl surətdə inikas 

etdirir. Seyr ilə fəaliyyət arasındakı qarşılıqlı təsir, əlaqə onların hər ikisinə 

inkişaf impulsu verir. Bununla yanaşı, seyrin hüdudları  fəaliyyətə xidmət 

dairəsi ilə müəyyən olunmur. İnsan seyr prosesində heç bir xüsusi reaksiya 




Yüklə 5,83 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   281




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə